Muslim99Muslim99
← Tafsir library

3. Aal-i-Imraan

The Family of Imraan · Medinan · 200 ayahs

سُورَةُ آلِ عِمۡرَانَ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 171–180 of 200

171

۞ يَسْتَبْشِرُونَ بِنِعْمَةٍۢ مِّنَ ٱللَّهِ وَفَضْلٍۢ وَأَنَّ ٱللَّهَ لَا يُضِيعُ أَجْرَ ٱلْمُؤْمِنِينَ

Onlar Allahdan gələn ne’mət və mərhəmətə görə, həm də Allahın mö’minlərin mükafatını puça çıxarmayacağına görə sevincək olurlar.

Onlar özlərinə veriləcək böyük mükafatdan əlavə, həm Allah tərəfindən onları gözləyən daha başqa böyük bir mükafata görə, həm də Alla­h mö­min­lərin mü­­kafatını he­çə çı­xarmayacağına, əksinə, onların mükafatlarını kamil verib, daha da artıracağın görə se­vinirlər.

Aal-i-Imraan 3:171Listen in Qur'an →
172

ٱلَّذِينَ ٱسْتَجَابُوا۟ لِلَّهِ وَٱلرَّسُولِ مِنۢ بَعْدِ مَآ أَصَابَهُمُ ٱلْقَرْحُ ۚ لِلَّذِينَ أَحْسَنُوا۟ مِنْهُمْ وَٱتَّقَوْا۟ أَجْرٌ عَظِيمٌ

Yaralandıqdan sonra Allahın və Peyğəmbərin də’vətini qəbul etmiş şəxslərdən yaxşı işlər görüb pis işlərdən çəkinənləri böyük bir mükafat gözləyir!

Uhud döyüşündə yaralandıqdan son­ra "Həmra əl-Əsəd" adlı döyüşdə müşriklərlə döyüşmək üçün Allah yolunda döyüşə çağırıldıqları zaman, Allahın və rəsulunun - səllallahu aleyhi və səlləm - əmrini qə­bul etmiş, yaraları onları Allahın və rəsulunun - səllallahu aleyhi və səlləm - çağırışına mane olmayan kimsələrdən yaxşı işlər görüb və Allahdan qorxaraq Onun əmrlərinə tabe olub qadağanlardan çəkinənlər üçün Allah yanında böyük bir mükafat vardır. Bu, cənnət mükafatıdır!

Aal-i-Imraan 3:172Listen in Qur'an →
173

ٱلَّذِينَ قَالَ لَهُمُ ٱلنَّاسُ إِنَّ ٱلنَّاسَ قَدْ جَمَعُوا۟ لَكُمْ فَٱخْشَوْهُمْ فَزَادَهُمْ إِيمَٰنًۭا وَقَالُوا۟ حَسْبُنَا ٱللَّهُ وَنِعْمَ ٱلْوَكِيلُ

O kəslər ki, xalq onlara: “Camaat (Əbu Süfyan və tərəfdarları) sizə qarşı (qüvvə) toplamışdır, onlardan qorxun!” - dedikdə, (bu söz) onların imanını daha da artırdı və onlar: “Allah bizə bəs edər. O nə gözəl vəkildir!” – deyə cavab verdilər.

O kəslər ki, müşriklərdən bəziləri onlara: "Qureyş Əbu Süfyanın başçılığı altında, sizinlə döyüşüb, sizi məhv etmək üçün böyük bir ordu toplayıbdır, onlardan özünüzü qoruyun, onlarla qarşı-qarşıya gəlməkdən qor­xun!"– de­di­kdə, bu söz və hədə onların Allahın vədinə inamını da­ha da ar­tırdı və onlar: "Uca Allah bizə kifayət edər. Allah, işlərimizi Ona həvalə edilənlərin nə gözəlidir" – deyərək, döyüşə çıxdılar.

Aal-i-Imraan 3:173Listen in Qur'an →
174

فَٱنقَلَبُوا۟ بِنِعْمَةٍۢ مِّنَ ٱللَّهِ وَفَضْلٍۢ لَّمْ يَمْسَسْهُمْ سُوٓءٌۭ وَٱتَّبَعُوا۟ رِضْوَٰنَ ٱللَّهِ ۗ وَٱللَّهُ ذُو فَضْلٍ عَظِيمٍ

Sonra da Allahın ne’məti və lütfü sayəsində özlərinə heç bir əziyyət toxunmadan geri döndülər və Allahın razılığını qazanmış oldular. Həqiqətən, Allah böyük mərhəmət sahibidir.

Beləcə onlar "Həmra əl-Əsəd" adlı döyüşdən, Allah yanında böyük bir savaba, yüksək dərəcələrə nail omaqla, ölmədən, yara almadan və düşmənlərindən özlərinə heç bir pis­lik to­xunmadan ge­ri dön­dülər. Beləliklə də, Alla­hın sevdiyi işləri görüb asiliklərdən üzaq durmaqla Allahın rizasına uydular. Allah mömin qullarına qarşı bö­yük lütf sahibidir.

Aal-i-Imraan 3:174Listen in Qur'an →
175

إِنَّمَا ذَٰلِكُمُ ٱلشَّيْطَٰنُ يُخَوِّفُ أَوْلِيَآءَهُۥ فَلَا تَخَافُوهُمْ وَخَافُونِ إِن كُنتُم مُّؤْمِنِينَ

Sizi yalnız o Şeytan öz dostlarından (guya onların çox qüvvətli olmasıyla) qorxudub çəkindirir. Amma siz onlardan qorxmayın! Əgər mö’minsinizsə, Məndən qorxun!

Şeytan sizi sadəcə qorxudur. Sizi öz dostları və əyanları ilə çəkindirir. Siz onlardan qorxmayın, çünki onlar heç bir güc, qüvvətə sahib deyillər. Əgər siz həqiqi mömin­si­nizsə, elə isə saleh əməllər etməklə tək Allahdan qorxun!

Aal-i-Imraan 3:175Listen in Qur'an →
176

وَلَا يَحْزُنكَ ٱلَّذِينَ يُسَٰرِعُونَ فِى ٱلْكُفْرِ ۚ إِنَّهُمْ لَن يَضُرُّوا۟ ٱللَّهَ شَيْـًۭٔا ۗ يُرِيدُ ٱللَّهُ أَلَّا يَجْعَلَ لَهُمْ حَظًّۭا فِى ٱلْءَاخِرَةِ ۖ وَلَهُمْ عَذَابٌ عَظِيمٌ

Küfrə can atanlar səni kədərləndirməsin! Əlbəttə, onlar Allaha heç bir zərər yetirə bilməzlər, Allah da istər ki, axirətdə onlara heç bir pay verməsin. Onları böyük bir əzab gözləyir!

Ey Peyğəmbər! Münafiqlərdən geriyə dönüb mürtəd olaraq küfrə tələsənlər səni heç də kədərləndirməsin. Belə ki, onlar Alla­ha heç bir zərər verə bil­məzlər. Onlar Allaha imandan və xeyirli əməllərdən uzaqlaşaraq yalnız özlərinə zərər verirlər. Allah onları dünyada rəzil etməklə və heç bir xeyirə müvəffəq etməməklə, onların axirət nemətlərindən heç bir paylarının olmamasını istər. Onlar üçün Qiyamət günü Cəhənnəmdə böyük bir əzab vardır.

Aal-i-Imraan 3:176Listen in Qur'an →
177

إِنَّ ٱلَّذِينَ ٱشْتَرَوُا۟ ٱلْكُفْرَ بِٱلْإِيمَٰنِ لَن يَضُرُّوا۟ ٱللَّهَ شَيْـًۭٔا وَلَهُمْ عَذَابٌ أَلِيمٌۭ

Həqiqətən, imanı verib, əvəzində küfrü satın alanlar Allaha heç bir zərər verə bilməzlər. Lakin onlar çox acı bir əzaba düçar olacaqlar!

Doğrudan da, imanı küfrü dəyişənlər, Allaha heç bir zərər yetirə bilməzlər. Onlar yalnız özlərinə zərər yetirirlər. Onlar üçün axirətdə ağrılı-acılı bir əzab vardır.

Aal-i-Imraan 3:177Listen in Qur'an →
178

وَلَا يَحْسَبَنَّ ٱلَّذِينَ كَفَرُوٓا۟ أَنَّمَا نُمْلِى لَهُمْ خَيْرٌۭ لِّأَنفُسِهِمْ ۚ إِنَّمَا نُمْلِى لَهُمْ لِيَزْدَادُوٓا۟ إِثْمًۭا ۚ وَلَهُمْ عَذَابٌۭ مُّهِينٌۭ

Küfr edənlər onlara verdiyimiz möhləti heç də özləri üçün xeyirli sanmasınlar! Bizim onlara verdiyimiz möhlət ancaq günahlarını daha da artırmaları üçündür. Onlar alçaldıcı bir əzab görəcəklər!

Rəbbinə küfr edənlər və Onun şəriətinə qarşı inadkarlıq göstərən kimsələr küfr etdikləri bir halda onlara möh­lət ver­məyi­miz və ömürlərini uzatmaqımız bunun heç də özləri üçün xe­yirli olduğunu zənn etməsinlər. Biz onların etdikləri günahların üzərinə daha çox günah ar­tırmaları üçün möhlət ve­ri­rik. Onlar üçün zəlil edici bir əzab vardır.

Aal-i-Imraan 3:178Listen in Qur'an →
179

مَّا كَانَ ٱللَّهُ لِيَذَرَ ٱلْمُؤْمِنِينَ عَلَىٰ مَآ أَنتُمْ عَلَيْهِ حَتَّىٰ يَمِيزَ ٱلْخَبِيثَ مِنَ ٱلطَّيِّبِ ۗ وَمَا كَانَ ٱللَّهُ لِيُطْلِعَكُمْ عَلَى ٱلْغَيْبِ وَلَٰكِنَّ ٱللَّهَ يَجْتَبِى مِن رُّسُلِهِۦ مَن يَشَآءُ ۖ فَـَٔامِنُوا۟ بِٱللَّهِ وَرُسُلِهِۦ ۚ وَإِن تُؤْمِنُوا۟ وَتَتَّقُوا۟ فَلَكُمْ أَجْرٌ عَظِيمٌۭ

Allah pisi yaxşıdan (münafiqi mö’mindən) ayırmaq üçün mö’minləri sizin (indi) olduğunuz vəziyyətdə qoyan deyildir. Allah sizə qeybi də bildirən deyildir. Lakin, Allah öz peyğəmbərlərindən istədiyi şəxsi seçər (ona qeybdən bə’zi şeylər bildirər). Buna görə də Allaha və Onun peyğəmbərlərinə inanın. Əgər inanıb Allahdan qorxsanız, sizi böyük bir mükafat gözləyir!

Ey Möminlər! Sizi müxtəlif növ sınaqlara çəkməklə yaxşı möminləri xəbis münafiqlərdən aşkar etməyincə, içərinizdəki münafiqləri həqiqi möminlərdən ayırmayınca, hal-hazırda olduğunuz vəziyyətdə tərk etmək, Allahın hikmətindən deyildir. Sizə möminləri münafiqlərdən ayırd etmək üçün qeybi bildirmək də Allahın hikmətinə müvafiq deyildir. Lakin, Allah elçisi Muhəmmədə - sallallahu aleyhi və səlləm - münafiqləri tanıtdığı kimi, qeybdən bəzi şeyləri Öz elçilərindən istədiyini seçib bildirər. Odur ki, Allaha və Onun elçilərinə həqiqi iman gətirin! Əgər həqiqi iman gətirib, Allahdan Onun əmrlərini yerinə yetirib qadağanlarından çəkinsəniz, sizin üçün Allah yanında böyük bir mükafat vardır.

Aal-i-Imraan 3:179Listen in Qur'an →
180

وَلَا يَحْسَبَنَّ ٱلَّذِينَ يَبْخَلُونَ بِمَآ ءَاتَىٰهُمُ ٱللَّهُ مِن فَضْلِهِۦ هُوَ خَيْرًۭا لَّهُم ۖ بَلْ هُوَ شَرٌّۭ لَّهُمْ ۖ سَيُطَوَّقُونَ مَا بَخِلُوا۟ بِهِۦ يَوْمَ ٱلْقِيَٰمَةِ ۗ وَلِلَّهِ مِيرَٰثُ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ ۗ وَٱللَّهُ بِمَا تَعْمَلُونَ خَبِيرٌۭ

Allah tərəfindən bəxş olunmuş mal-dövləti sərf etməyə xəsislik edənlər heç də bunu özləri üçün xeyirli hesab etməsinlər. Xeyr, bu onlar üçün zərərlidir. Onların xəsislik etdikləri şey qiyamət günü boyunlarına dolanacaqdır. Göylərin və yerin mirası Allaha məxsusdur. Allah hər bir əməlinizdən xəbərdardır!

Allahın Öz lütfündən bəxş etdi­yini nemətlərdən xərcləməyə xəsis­lik edib malından Allahın haqqını verməyən­ kimsə­lər heç də bu onların xeyrinə olduğunu zənn etməsinlər. Ək­sinə, bu, onların zərərinədir. Çünki on­ların xə­sis­lik et­dikləri şey qiya­mət gü­nü halqa olub bo­yun­larına do­la­nacaq və bununla da onlara əzab verəcəkdir. Göy­lə­rin və yerin nə varsa sonda tək Allaha qayıdacaqdır. Bütün bəşəriyyət məhv olduqdan sonda diri qalan Odur. Allah nə etdiklərinizi dəqiqliklə bilindir və O, əməllərinizin müqabilini sizə verəcəkdir.

Aal-i-Imraan 3:180Listen in Qur'an →

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.