Muslim99Muslim99
← Tafsir library

3. Aal-i-Imraan

The Family of Imraan · Medinan · 200 ayahs

سُورَةُ آلِ عِمۡرَانَ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 161–170 of 200

161

وَمَا كَانَ لِنَبِىٍّ أَن يَغُلَّ ۚ وَمَن يَغْلُلْ يَأْتِ بِمَا غَلَّ يَوْمَ ٱلْقِيَٰمَةِ ۚ ثُمَّ تُوَفَّىٰ كُلُّ نَفْسٍۢ مَّا كَسَبَتْ وَهُمْ لَا يُظْلَمُونَ

Heç bir peyğəmbərə əmanətə xəyanət etmək yaraşmaz. Əmanətə xəyanət edən şəxs, qiyamət günü xəyanət etdiyi şeylə (boynuna yüklənmiş halda) gələr. Sonra isə hər kəsə gördüyü işlərin əvəzi verilər və onlara haqsızlıq edilməz!

Peyğəmbərlərdən kiməsə qənimətdən Allahın ona aid etmədiyi bir şeyi xə­­­ya­nət edərək götürməsi yaraşmaz. Sizlərdən kim qənimətdən bir şey götürərək xəyanət edərsə, xəyanət etdiyi şeylə qiya­mət gü­nü insanlar qarşısına boynuna yüklənmiş halda gələrək rüsvayçılıqla əzab olunar. Son­ra isə hər kəsə əməl­lə­rinin əvəzi naqis edilmədən tam verilər və onlara günahları artırılaraq və ya savabları azaldılaraq əsla zülm edil­mə­­z.

Aal-i-Imraan 3:161Listen in Qur'an →
162

أَفَمَنِ ٱتَّبَعَ رِضْوَٰنَ ٱللَّهِ كَمَنۢ بَآءَ بِسَخَطٍۢ مِّنَ ٱللَّهِ وَمَأْوَىٰهُ جَهَنَّمُ ۚ وَبِئْسَ ٱلْمَصِيرُ

Allahın rizasını qazanmaq ardınca gedən şəxs, Allahın qəzəbinə düçar olmuş şəxs kimi ola bilərmi? Onun (qəzəbə düçar olanın) yeri Cəhənnəmdir. O yer necə də pisdir!

İman gətirib, saleh əməllər edərək Allahın rizasını qazanmağa can atan kəs, Alla­ha küfr edib, günah əməllər edən və Allahın qəzə­binə gələn və gedəcəyi yer Cəhənnəm olan kəs kimi ola bi­lər­mi?! Ora nə pis qayıdış və məskunlaşan yeri­dir!

Aal-i-Imraan 3:162Listen in Qur'an →
163

هُمْ دَرَجَٰتٌ عِندَ ٱللَّهِ ۗ وَٱللَّهُ بَصِيرٌۢ بِمَا يَعْمَلُونَ

Onların Allah yanında (bir-birindən fərqli) dərəcələri vardır. Allah onların etdiyi işləri görəndir.

Onlar Allah dərgahında dünya və axirət dərəcələrində müxtəlifdirlər. Allah onların nə etdiklərini görür, Ona heç bir şey əsla gizli qalmaz və O, hər bir kəsin əməlinə görə əvəzini verəcəkdir.

Aal-i-Imraan 3:163Listen in Qur'an →
164

لَقَدْ مَنَّ ٱللَّهُ عَلَى ٱلْمُؤْمِنِينَ إِذْ بَعَثَ فِيهِمْ رَسُولًۭا مِّنْ أَنفُسِهِمْ يَتْلُوا۟ عَلَيْهِمْ ءَايَٰتِهِۦ وَيُزَكِّيهِمْ وَيُعَلِّمُهُمُ ٱلْكِتَٰبَ وَٱلْحِكْمَةَ وَإِن كَانُوا۟ مِن قَبْلُ لَفِى ضَلَٰلٍۢ مُّبِينٍ

Allah mö’minlərə lütf etdi. Çünki onların öz içərisindən özlərinə (Allahın) ayələrini oxuyan, onları (pis əməllərdən) təmizləyən, onlara Kitabı (Qur’anı) və hikməti öyrədən bir peyğəmbər göndərdi. Halbuki bundan əvvəl onlar açıq-aydın zəlalət içərisində idilər.

Artıq Allah möminlərə, onların öz işərisindən, özlərinə Quran ayə­lə­ri­ni oxu­yan, on­ları Allaha şərik qoşma və rəzil əxlaq günahlar­dan tə­miz­ləyən, onlara Quranı və Peyğəmbərin - sallallahu aleyhi və səlləm - sünnətini öy­rədən bir elçi gön­dərməklə lütf göstər­di. Hal­buki, bu elçi göndərilməzdən öncə onlar doğru-düzdün yoldan açıq-ay­dın azğınlıq içərisində idilər.

Aal-i-Imraan 3:164Listen in Qur'an →
165

أَوَلَمَّآ أَصَٰبَتْكُم مُّصِيبَةٌۭ قَدْ أَصَبْتُم مِّثْلَيْهَا قُلْتُمْ أَنَّىٰ هَٰذَا ۖ قُلْ هُوَ مِنْ عِندِ أَنفُسِكُمْ ۗ إِنَّ ٱللَّهَ عَلَىٰ كُلِّ شَىْءٍۢ قَدِيرٌۭ

Siz (Bədr müharibəsində yetmiş nəfəri öldürüb, yetmiş nəfəri əsir alaraq) onları ikiqat müsibətə düçar etdiyiniz halda, (Ühüd müharibəsində) başınıza bir müsibət gəldiyi zaman: “Bu haradan gəldi?” – dediniz. (Ya Rəsulum!) Söylə: “Bu sizin özünüzdəndir”. Həqiqətən, Allah hər şeyə qadirdir!

Ey Möminlər! Bədr döyüşündə düşmənlərinizdən bir qisimini öldürüb diğər bir qisimini isə əsir alaraq onları ikiqat müsibətə məruz qoyduqunuz halda, Uhud döyüşündə sizdən bəziləri şəhid olub məğlubiyyətə uğrayaraq başınıza bir müsibət gəldiyi za­man: "Biz Allaha iman etdiyimiz və Allahın elçisi - səllallahu aleyhi və səlləm - də aramızda olduğu bir halda, bu müsibət bizə haradan gəldi?"– söy­lə­di­niz. Ey Peyğəmbər! De: "Başınıza gələn bu müsibət, bir-biriniz ilə mübahisə edib, Peyğəmbərə - səllallahu aleyhi və səlləm - asi olmaqınızın ucbatındandır!" Həqiqə­tən, Allah hər şeyə qa­dirdir. Allah istədiyinə kömək edir və istədiyinidə rəzil edər.

Aal-i-Imraan 3:165Listen in Qur'an →
166

وَمَآ أَصَٰبَكُمْ يَوْمَ ٱلْتَقَى ٱلْجَمْعَانِ فَبِإِذْنِ ٱللَّهِ وَلِيَعْلَمَ ٱلْمُؤْمِنِينَ

(Ühüd müharibəsində) iki ordunun qarşılaşdığı gündə başınıza gələn fəlakət də Allahın iznilə oldu ki, mö’minləri ayırd etsin.

Uhud döyündə sizin qoşununuz müşriklərin qoşunu ilə üz-üzə gəl­di­yi gün, sizə üz ver­miş məğlubiyyət, yaralanma və ölüm müsibəti Alla­hın izni və yazdığı qədər ilə ol­du ki, hətta sadiq möminləri böyük bir hikmət üçün aşkara çı­xart­sın.

Aal-i-Imraan 3:166Listen in Qur'an →
167

وَلِيَعْلَمَ ٱلَّذِينَ نَافَقُوا۟ ۚ وَقِيلَ لَهُمْ تَعَالَوْا۟ قَٰتِلُوا۟ فِى سَبِيلِ ٱللَّهِ أَوِ ٱدْفَعُوا۟ ۖ قَالُوا۟ لَوْ نَعْلَمُ قِتَالًۭا لَّٱتَّبَعْنَٰكُمْ ۗ هُمْ لِلْكُفْرِ يَوْمَئِذٍ أَقْرَبُ مِنْهُمْ لِلْإِيمَٰنِ ۚ يَقُولُونَ بِأَفْوَٰهِهِم مَّا لَيْسَ فِى قُلُوبِهِمْ ۗ وَٱللَّهُ أَعْلَمُ بِمَا يَكْتُمُونَ

Və münafiqləri onlardan fərqləndirsin. Onlara: “Gəlin Allah yolunda vuruşun, yaxud müdafiədə bulunun! (Düşmənin hücumunu dəf edin!) – deyildi. Onlar: “Əgər biz vuruşa bilsəydik, sizin ardınızca gələrdik” – deyə cavab verdilər. Onlar o gün imandan çox küfrə yaxınlaşmışdılar, ürəklərində olmayan şeyi dillərilə deyirlər. Halbuki, Allah onların (bütün) gizlətdiklərini çox yaxşı bilir!

Və münafiqləri bəlli et­sin deyə, onlara: "Allah yo­lun­da döyüşün, ya­xud heç ol­masa sayınızın çoxluqu ilə müsəlmanların müdafiəsində durun!– de­yildi zaman, on­­lar: "Dö­yüş olacağını bilsəy­dik, sizin ardınızca gələrdik. Lakin biz sizinlə o qövm arasında döyüş olacağını güman etmirik"– de­di­lər. Onların o günkü halı, iman halından çox küfr halına daha yaxın idi. On­lar qəlb­lə­rin­də ol­ma­ya­nı dilləri ilə deyirlər. Hal­buki, Allah onların qəlblərində gizlətdik­lə­rini çox yaxşı bilir və elə buna görə də onların cəzasını verəcəkdir.

Aal-i-Imraan 3:167Listen in Qur'an →
168

ٱلَّذِينَ قَالُوا۟ لِإِخْوَٰنِهِمْ وَقَعَدُوا۟ لَوْ أَطَاعُونَا مَا قُتِلُوا۟ ۗ قُلْ فَٱدْرَءُوا۟ عَنْ أَنفُسِكُمُ ٱلْمَوْتَ إِن كُنتُمْ صَٰدِقِينَ

(Müharibəyə getməyib Mədinədə evlərində) oturan və (müharibəyə getmiş) qardaşları haqqında: “Əgər onlar sözümüzə qulaq assaydılar, öldürülməzdilər”, - deyənlərə (Ya Rəsulum!) söylə: “Əgər doğru deyirsinizsə, onda (bacarın) ölümü özünüzdən uzaqlaşdırın!”

Döyüşdən arxada qalan kimsələr, Uhud döyüşündə öldürülmüş qohum-əqrəbaları ba­rəsində: "Əgər on­lar bi­zə itaət edib döyüşə çıxmasaydılar, öl­dü­rül­məzdi­lər"– söylə­yənlərə, - ey Peyğəmbər - cavab olaraq de: "Əgər on­lar sizə itaət etsəydilər, öl­dü­rül­məzdi­lər və sizin ölümdən canınızı qurtarmanızın səbəbi, evlərinizdə oturub Allah yolunda cihada çıxmamanızın olması iddanızda doğrusunuzsa, elə isə ölüm sizə gəldiyi zaman özünüzü ölümdən qoruyun!"

Aal-i-Imraan 3:168Listen in Qur'an →
169

وَلَا تَحْسَبَنَّ ٱلَّذِينَ قُتِلُوا۟ فِى سَبِيلِ ٱللَّهِ أَمْوَٰتًۢا ۚ بَلْ أَحْيَآءٌ عِندَ رَبِّهِمْ يُرْزَقُونَ

Allah yolunda öldürülənləri (şəhid olanları) heç də ölü zənn etmə! Əsl həqiqətdə onlar diridirlər. Onlara Rəbbi yanında ruzi (cənnət ruzisi) əta olunur.

Ey Peyğəmbər! Allah yolunda cihadda öldürü­lən­ləri əsla ölü zənn etmə. Ək­sinə, on­lar diridirlər, Onlar üçün cənnət evində Rəbbi yanında xüsusi bir həyat vardır və onlara Allahdan başqa heç kimsənin bilmədiyi müxtəlif növ ruzilər ve­rilər.

Aal-i-Imraan 3:169Listen in Qur'an →
170

فَرِحِينَ بِمَآ ءَاتَىٰهُمُ ٱللَّهُ مِن فَضْلِهِۦ وَيَسْتَبْشِرُونَ بِٱلَّذِينَ لَمْ يَلْحَقُوا۟ بِهِم مِّنْ خَلْفِهِمْ أَلَّا خَوْفٌ عَلَيْهِمْ وَلَا هُمْ يَحْزَنُونَ

Onlar Allahın Öz mərhəmətindən onlara bəxş etdiyi ne’mətə (şəhidlik rütbəsinə) sevinir, arxalarınca gəlib hələ özlərinə çatmamış (şəhidlik səadətinə hələ nail olmamış) kəslərin (axirətdə) heç bir qorxusu olmayacağına və onların qəm-qüssə görməyəcəklərinə görə şadlıq edirlər.

Allah onlara Öz lüt­fün­dən bəxş etdiyi nemətə görə onları səadət və fərəh bürümüşdür və dünyada qalan qardaşlarınında ar­xala­rınca gəlib on­la­ra çatmasını təmənna edib gözləyirlər. Çünki, əgər onlar cihadda öldürülsələr, özləri kimi qardaşlarıda Allahın lütfünə nail olacaq, axirətdə onların heç bir qor­xusu olmayacaq və dünyada ikən əldə edə bilmədikləri dünya nemətlərinə görə kədərlən­mə­yə­cəklə­r.

Aal-i-Imraan 3:170Listen in Qur'an →

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.