Muslim99Muslim99
← Tafsir library

3. Aal-i-Imraan

The Family of Imraan · Medinan · 200 ayahs

سُورَةُ آلِ عِمۡرَانَ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 151–160 of 200

151

سَنُلْقِى فِى قُلُوبِ ٱلَّذِينَ كَفَرُوا۟ ٱلرُّعْبَ بِمَآ أَشْرَكُوا۟ بِٱللَّهِ مَا لَمْ يُنَزِّلْ بِهِۦ سُلْطَٰنًۭا ۖ وَمَأْوَىٰهُمُ ٱلنَّارُ ۚ وَبِئْسَ مَثْوَى ٱلظَّٰلِمِينَ

Haqqında heç bir dəlil nazil etmədiyi şeyi Allaha şərik qoşduqlarına görə kafirlərin ürəklərinə qorxu salarıq. Onların yeri Cəhənnəmdir. Zülm edənlərin sığınacaqları yer nə pisdir!

Allaha şə­rik qoş­­­duq­larına görə kafirlə­rin qəlblə­rinə elə bir şiddətli qorxu salarıq ki, onlar haqqında özlərinə heç bir dəlil na­­zil edilməyən, özlərindən ilahlar uydurub onlara ibadət edərək Allaha şərik qoşduqları səbəbindən sizinlə döyüşməyə tab gətirə bilməzlər. Axirətdə on­ların qərar tutacaqları qayıdış yeri Od­dur. Zalım­la­rın qərar tutacaqları od nə pisdir!

Aal-i-Imraan 3:151Listen in Qur'an →
152

وَلَقَدْ صَدَقَكُمُ ٱللَّهُ وَعْدَهُۥٓ إِذْ تَحُسُّونَهُم بِإِذْنِهِۦ ۖ حَتَّىٰٓ إِذَا فَشِلْتُمْ وَتَنَٰزَعْتُمْ فِى ٱلْأَمْرِ وَعَصَيْتُم مِّنۢ بَعْدِ مَآ أَرَىٰكُم مَّا تُحِبُّونَ ۚ مِنكُم مَّن يُرِيدُ ٱلدُّنْيَا وَمِنكُم مَّن يُرِيدُ ٱلْءَاخِرَةَ ۚ ثُمَّ صَرَفَكُمْ عَنْهُمْ لِيَبْتَلِيَكُمْ ۖ وَلَقَدْ عَفَا عَنكُمْ ۗ وَٱللَّهُ ذُو فَضْلٍ عَلَى ٱلْمُؤْمِنِينَ

(Ühüd müharibəsində) siz onları Allahın iznilə əzib-qırdığınız zaman, Allah sizə verdiyi və’dinə sadiq çıxdı. Lakin O (Allah) sevdiyiniz şeyi (zəfər və qəniməti) sizə göstərəndən sonra isə zəiflik göstərdiniz və (sizə verilmiş) əmr barəsində bir-birinizlə mübahisə edərək (Peyğəmbərə) qarşı çıxdınız. İçərinizdən bə’ziləri dünyanı, bə’ziləri isə axirəti istəyirdi. Əlbəttə, O sizi əfv etdi. Çünki Allah mö’minlərə qarşı mərhəmətlidir!

Uca Allahın izni ilə Uhud döyüşündə kafirləri amansızlıqla öldürdüyünüz zaman, Allah sizə düşmənləriniz üzərində qələbə çalmağı nəsib edərək sizə verdiyi vədini yerinə yetirdi. Nəhayət, Allah sizə, arzuladığınız şeyi, düşmən üzərində qələbəni göstərdikdə, siz, Pey­ğəmbərin - səllallahu aleyhi və səlləm - sizə əmr etdiyini yerinə yetirməkdən qorxub, zəyiflik göstərib, döyüş yerinizdə qalmaq yoxsa oranı tərk edib qənimət toplamaq ba­­rəsində bir-bi­rinizlə ixtilaf etdi­niz və Peyğəmbərin - səllallahu aleyhi və səlləm - hər bir halda döyüş yerinizdə qalıb oranı tərk etməmək əmrinə asi oldunuz. İçə­riniz­dən kimisi dün­ya qənimətlərini istəyirdi. Onlar döyüş yerlərini tərk edən kimsələrdir. Kimisi də axi­rət savabını istə­yirdi. Onlar isə Peyğəmbərin - səllallahu aleyhi və səlləm - əmrinə tabe olub döyüş yerlərini tərk etməyən kimsələrdir. Sonra Allah üzünüzü onlardan dön­dərib, müsibətə səbir edən mömini, müsibətə səbir etməyib, zəyiflik göstərən möminlərdən ayırd etmək üçün düşmənlərinizi sizin üzərinizə saldırdı. Allah, artıq sizin Peyğəmbərin - səllallahu aleyhi və səlləm - əmrinə müxalif olaraq qazandığınız günahı əfv etdi. Allah möminləri imana yönəldib, günahlarını əfv etdiyi və onlara baş verən müsibətlərə görə onlara mükafat bəxş etdiyi üçün mö­minlərə qarşı böyük lütf sahididir.

Aal-i-Imraan 3:152Listen in Qur'an →
153

۞ إِذْ تُصْعِدُونَ وَلَا تَلْوُۥنَ عَلَىٰٓ أَحَدٍۢ وَٱلرَّسُولُ يَدْعُوكُمْ فِىٓ أُخْرَىٰكُمْ فَأَثَٰبَكُمْ غَمًّۢا بِغَمٍّۢ لِّكَيْلَا تَحْزَنُوا۟ عَلَىٰ مَا فَاتَكُمْ وَلَا مَآ أَصَٰبَكُمْ ۗ وَٱللَّهُ خَبِيرٌۢ بِمَا تَعْمَلُونَ

Siz (düşməndən qaçaraq dağa) qalxdığınız və Peyğəmbər arxa tərəfdən sizi çağırarkən heç kəsə baxmadığınız zaman Allah sizin qəminizin üstünə qəm gətirməklə (məğlubiyyət, Peyğəmbərin qətl edilməsi barəsindəki yanlış xəbərdən doğan əndişə; onun əmrinə tabe olmamaq nəticəsində üz verən peşmançılıqla) cəzalandırdı ki, əlinizdən çıxan şeylərə və uğradığınız fəlakətlərə görə təəsüf etməyəsiniz. Şübhəsiz ki, Allah gördüyünüz işlərdən xəbərdardır!

Ey Möminlər! Uhud döyüşü günü Peyğəmbərin - səllallahu aleyhi və səlləm - əmrinə müxalif olduğunuz üçün başnıza gələn müsibətə görə döyüş meydanından qaçdığınızı yadınıza salın. O zaman Peyğəmbər - səllallahu aleyhi və səlləm - arxanızdan sizi: "Ey Allahın qulları mənə tərəf gəlin! Ey Allahın qulları mənə tərəf gəlin!" -deyərək çağırdığı halda, siz heç kimə məhəl qoymadan düşməndən qaçırdınız. Allah da bu əməlinizə görə sizi məğlubiyyət, qənimətdən məhrum olma və nəhayət aranızda Peyğəmbərin - səllallahu aleyhi və səlləm - qətl edilməsi barəsindəki yayılan xəbərlə qəminizin üstünə qəm qoymaqla cəzalandırdı ki, əlinizdən çıxan, Allah yardımına, əldə edə bilmədiyiniz qənimətə və başınıza gələn ölüm və yaralanma müsibətin görə kədərlənməyəsiniz. Elə ki siz, Peyğəmbərin ölüm xəbərinin yanlış olduğunu bildikdə, bütün müsibətlər, agrı və acılar sizə rahat gəldi. Allah nə etdiklərinizdən xəbərdardır. Qəlblərinizdə olanlar və ya əzalarınızla etdiyiniz əməllər Allaha gizli qalmaz.

Aal-i-Imraan 3:153Listen in Qur'an →
154

ثُمَّ أَنزَلَ عَلَيْكُم مِّنۢ بَعْدِ ٱلْغَمِّ أَمَنَةًۭ نُّعَاسًۭا يَغْشَىٰ طَآئِفَةًۭ مِّنكُمْ ۖ وَطَآئِفَةٌۭ قَدْ أَهَمَّتْهُمْ أَنفُسُهُمْ يَظُنُّونَ بِٱللَّهِ غَيْرَ ٱلْحَقِّ ظَنَّ ٱلْجَٰهِلِيَّةِ ۖ يَقُولُونَ هَل لَّنَا مِنَ ٱلْأَمْرِ مِن شَىْءٍۢ ۗ قُلْ إِنَّ ٱلْأَمْرَ كُلَّهُۥ لِلَّهِ ۗ يُخْفُونَ فِىٓ أَنفُسِهِم مَّا لَا يُبْدُونَ لَكَ ۖ يَقُولُونَ لَوْ كَانَ لَنَا مِنَ ٱلْأَمْرِ شَىْءٌۭ مَّا قُتِلْنَا هَٰهُنَا ۗ قُل لَّوْ كُنتُمْ فِى بُيُوتِكُمْ لَبَرَزَ ٱلَّذِينَ كُتِبَ عَلَيْهِمُ ٱلْقَتْلُ إِلَىٰ مَضَاجِعِهِمْ ۖ وَلِيَبْتَلِىَ ٱللَّهُ مَا فِى صُدُورِكُمْ وَلِيُمَحِّصَ مَا فِى قُلُوبِكُمْ ۗ وَٱللَّهُ عَلِيمٌۢ بِذَاتِ ٱلصُّدُورِ

Bu qəm qüssədən sonra Allah sizə rahatlıq üçün xəfif bir uyğu göndərdi. O sizin bir qisminizi bürüdü. O biri qisminiz isə ancaq öz canlarının harayına qalaraq: “Bu işdə bizim üçün bir şey (xeyir) varmı?” – deyə Allaha qarşı haqsız yerə, cahiliyyətə xas olan düşüncələrə qapıldılar. (Ya Rəsulum!) Onlara de: “Əlbəttə, bütün işlər Allaha məxsusdur (Allahın əlindədir)”. Onlar (münafiqlər) sənə açıb bildirmədikləri şeyləri öz ürəklərində gizlədərək: “Əgər bu işdə bizim üçün bir şey (bir qələbə) olsaydı, elə buradaca öldürülməzdik”, - deyirlər. (Ya Rəsulum!) De: “Əgər siz evlərinizdə olsaydınız belə, alınlarına ölüm yazılmış kəslər yenə çıxıb əbədi yatacaqları (öləcəkləri) yerlərə gedərdilər ki, Allah (bununla) sizin ürəklərinizdə olanları (səmimiyyət və ikiüzlülüyü) yoxlayıb aşkara çıxartsın və qəlblərinizdə olanları (niyyətlərinizi) təmizləsin. Allah ürəklərdə olanları biləndir!”

Sonra bu iztirab və kədərin ar­dınca Allah sizə bir rahatlıq və inam na­zil etdi. Sizdən bir qis­minizi – bunlar Allahın vədinə yəqin olan kimsələrdir – qəlblərindəki arxayınlıq və sükunətə görə mürgü bürüdü. O biri qisminiz isə yalnız öz can­la­rı­nın salamat qalmasından başqa heç bir istəyi olmayan, qəlbləri isə arxayınlıq və sükunətdən məhrum olmuş, narahatçılıq və qorxu içərisində olan münafiqlərdir. Bu münafiqlər, cəhalət əhlinin zənn etdiyi kimi Allahı layiqincə qiymətləndirməyərək, Allahın Öz peyğəmbərinə və qullarına heç bir yardımın etməyəcəyini düşünüb, Allah ba­rəsində pis zənnə qapılaraq cahililkləri üzündən belə dedilər: "Döyüşə çıxmaq işində bizim heç bir rəyimiz yoxdur, əgər bir rəyimiz olsayı çıxmazdıq". Ey Peyğəmbər! Onlara cavab olaraq belə de: "Sözsüz ki, bütün iş­lər Allaha aid­dir, Allah istədiyini edər və istədiyi hökmü verər və elə sizi döyüşə çıxaranda Allahdır". Bu münafiqlər qəlblərindəki şəkk-şübhəni və pis zənni gizlədib, sə­nə bildirmək istəmədən: "Əgər döyüşə çıxmaqda bi­zim bir rəyimiz olsay­dı, elə bu­ yerdə öldürülməz­dik"– de­yir­lər. Ey Peyğəmbər! Onlara belə cavab ver: "Əgər siz döyüş və ölüm meydanından uzaq bir yerdə, evləri­niz­də ol­saydınız, sizlərdən öldürül­mə­si əzəldən yazılmış kəslər, yenə çıxıb ölə­cək­­ləri yer­lərə ge­dərdilər. Allah si­zin qəlblərinizdə olan niyyət və məqsədlərinizi sı­namaq və qəlb­ləri­niz­dəki­ imanı nifaqdan ayırd etmək üçün belə etdi. Allah qullarının qəlblərində olanı biləndir və bundan Allaha heç bir şey qizli qalmaz".

Aal-i-Imraan 3:154Listen in Qur'an →
155

إِنَّ ٱلَّذِينَ تَوَلَّوْا۟ مِنكُمْ يَوْمَ ٱلْتَقَى ٱلْجَمْعَانِ إِنَّمَا ٱسْتَزَلَّهُمُ ٱلشَّيْطَٰنُ بِبَعْضِ مَا كَسَبُوا۟ ۖ وَلَقَدْ عَفَا ٱللَّهُ عَنْهُمْ ۗ إِنَّ ٱللَّهَ غَفُورٌ حَلِيمٌۭ

(Ühüd müharibəsində) iki ordu qarşılaşdığı gün sizdən üz döndərənləri Şeytan, məhz etdikləri bə’zi əməllərlə (Peyğəmbərin əmrinə asi olmaqla) yoldan çıxmağa (büdrəməyə) məcbur etdi. (Tövbə etdikdən sonra) Allah artıq onları bağışladı. Həqiqətən, Allah bağışlayandır, həlimdir!

Ey Muhammədin - sallallahu aleyhi və səlləm - səhabələri! Uhudda müşriklərin qoşunu ilə müsəlmanların qoşunu qar­şı­laşdığı gün sizdən məğlub olanları şey­tan, qazandıq­ları bə­zi günahlar üzün­dən səhv etməyə sövq etdi. Buna baxmayaraq Allah onları, Öz lütfü və rəhməti sayəsində ba­ğışlayıb, əzab vermədi. Həqi­qətən, Allah tövbə edənləri ba­ğış­la­yan­dır, həlimdir, onlara əzab verməyə tələsməz.

Aal-i-Imraan 3:155Listen in Qur'an →
156

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ لَا تَكُونُوا۟ كَٱلَّذِينَ كَفَرُوا۟ وَقَالُوا۟ لِإِخْوَٰنِهِمْ إِذَا ضَرَبُوا۟ فِى ٱلْأَرْضِ أَوْ كَانُوا۟ غُزًّۭى لَّوْ كَانُوا۟ عِندَنَا مَا مَاتُوا۟ وَمَا قُتِلُوا۟ لِيَجْعَلَ ٱللَّهُ ذَٰلِكَ حَسْرَةًۭ فِى قُلُوبِهِمْ ۗ وَٱللَّهُ يُحْىِۦ وَيُمِيتُ ۗ وَٱللَّهُ بِمَا تَعْمَلُونَ بَصِيرٌۭ

Ey iman gətirənlər! Səfərə və ya müharibəyə getmiş (orada vəfat etmiş və ya öldürülmüş) qardaşları barəsində: “Əgər onlar bizim yanımızda olsaydılar, nə ölər, nə də öldürülərdilər”, - deyən kafirlər kimi olmayın! Allah bunu (bu əqidəni) onların ürəklərində bir həsrət (yarası) olsun deyə yaratdı. Halbuki, dirildən də, öldürən də Allahdır. Allah etdiyiniz əməlləri görəndir!

Ey Allaha iman gətirib Onun rəsuluna tabe olan kimsələr! Siz, ruzi qazanmaq üçün sə­fə­rə çıxıb və ya döyüşə gedib orada vəfat etmiş və ya öldürülmüş yaxın qohum-əqrəbaları barəsində: "Əgər onlar səfərə çıxmayıb və ya döyüşə getməyib bizim yanı­mızda olsay­dı­lar, nə ölər, nə də öldü­rü­lər­di­lər"– deyən münafiqlərdən olan kafirlər ki­mi olmayın! Allah bu­ qənaəti on­la­rın qəlblərində onlar üçün bir hüzün və həsrət ol­sun deyə belə etdi. Halbuki, Öz istəyi ilə dirildən də, öl­dürən də, tək Allah­dır. Allahın yazdığı qədərə, nə evdə qalıb səfərə və ya dövüşə çıxmamaq mane olar, nə də ki, səfərə və ya dövüşə çıxmaq tezləşdirər. Allah nə etdiklə­ri­nizi görür. Etdiyiniz əməllər əsla Ona gizli qalmaz və O, əməllərinizin müqabilini sizə verəcəkdir.

Aal-i-Imraan 3:156Listen in Qur'an →
157

وَلَئِن قُتِلْتُمْ فِى سَبِيلِ ٱللَّهِ أَوْ مُتُّمْ لَمَغْفِرَةٌۭ مِّنَ ٱللَّهِ وَرَحْمَةٌ خَيْرٌۭ مِّمَّا يَجْمَعُونَ

Əgər Allah yolunda öldürülər və ya ölərsinizsə, Allahın sizi bağışlaması və rəhm etməsi şübhəsiz ki, (kafirlərin dünyada) topladıqları şeylərdən (sərvətdən) daha xeyirlidir.

Ey möminlər! Əgər siz Allah yolunda öldü­rü­lər və ya ölərsinizsə, bi­lin ki, Allah sizi mütləq böyük bir məğfirəti ilə bağışlayıb, sizə Öz rəhməti ilə rəhm edəcəkdir. Bu, bu dünyadan və onların topladıqları müvəqqəti dünya nemətlərindən da­ha xeyirlidir.

Aal-i-Imraan 3:157Listen in Qur'an →
158

وَلَئِن مُّتُّمْ أَوْ قُتِلْتُمْ لَإِلَى ٱللَّهِ تُحْشَرُونَ

Ölsəniz də, öldürülsəniz də, (axırda) mütləq Allahın hüzuruna toplanacaqsınız!

Ölmənizdən və ya öldürülmə­nizdən aslı olmayaraq, əməllərinizin müqabilini almaq üçün hamınız tək olan Allahın hüzu­ru­na qayıdacaqsınız.

Aal-i-Imraan 3:158Listen in Qur'an →
159

فَبِمَا رَحْمَةٍۢ مِّنَ ٱللَّهِ لِنتَ لَهُمْ ۖ وَلَوْ كُنتَ فَظًّا غَلِيظَ ٱلْقَلْبِ لَٱنفَضُّوا۟ مِنْ حَوْلِكَ ۖ فَٱعْفُ عَنْهُمْ وَٱسْتَغْفِرْ لَهُمْ وَشَاوِرْهُمْ فِى ٱلْأَمْرِ ۖ فَإِذَا عَزَمْتَ فَتَوَكَّلْ عَلَى ٱللَّهِ ۚ إِنَّ ٱللَّهَ يُحِبُّ ٱلْمُتَوَكِّلِينَ

(Ya Rəsulum!) Allahın mərhəməti səbəbinə sən onlarla (döyüşdən qaçıb sonra yanına qayıdanlarla) yumşaq rəftar etdin. Əgər qaba, sərt ürəkli olsaydın, əlbəttə, onlar sənin ətrafından dağılıb gedərdilər. Artıq sən onları əfv et, onlar üçün (Allahdan) bağışlanmaq dilə, işdə onlarla məsləhətləş, qəti qərara gəldikdə isə Allaha təvəkkül et! Həqiqətən Allah (Ona) təvəkkül edənləri sevər!

Ey Peyğəmbər! Allahın mərhəməti sa­yə­sində sən səhabələrinə gözəl əxlaqla rəftar et­din. Əgər sən söz və əməlində kobud və daş qəlbli olsaydın, heç şübhəsiz, onlar sə­nin ət­rafından dağı­lıb gedərdilər. Elə isə onla­rın sənə qarşı haqsızlıq etdiklərini əfv et, on­lar üçün Allah­dan bağış­lan­ma dilə və gö­rəcəyin iş­lər barədə ehtiyac olarsa, onlarla məsləhət­ləş, məs­ləhət­ləşdikdən sonra qəti qərara gəldikdə isə o işi edib Alla­ha tə­vəkkül et! Həqi­qə­tən, Allah təvəkkül edən­ləri sevər, işlərində müvəffəq edər və onlara yardımçı olar.

Aal-i-Imraan 3:159Listen in Qur'an →
160

إِن يَنصُرْكُمُ ٱللَّهُ فَلَا غَالِبَ لَكُمْ ۖ وَإِن يَخْذُلْكُمْ فَمَن ذَا ٱلَّذِى يَنصُرُكُم مِّنۢ بَعْدِهِۦ ۗ وَعَلَى ٱللَّهِ فَلْيَتَوَكَّلِ ٱلْمُؤْمِنُونَ

Əgər Allah sizə yardım edərsə, heç kəs sizə qalib gələ bilməz. Yox, əgər sizi zəlil edərsə, Ondan sonra kim sizə kömək edə bilər? Buna görə də mö’minlər Allaha təvəkkül etsinlər!

Əgər Allah sizə Öz köməyi və yardımı ilə dayaq olarsa, hətta bütün insanlar sizə qarşı qalxsalar, yenə də sizə heç kəs qalib gələ bil­məz. Yox, əgər Allah sizi köməksiz tərk edib, öz nəfsinizə buraxarsa, Ondan sonra kimsə sizə yar­dım edən tapılmaz. Bilin ki, kömək yalnız tək Allahın əlindədir. Elə isə, Qoy möminlər başqasına deyil, təkcə Allaha arxalansınlar!

Aal-i-Imraan 3:160Listen in Qur'an →

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.