Muhəmməd - sallallahu aleyhi və səlləm - ondan öncə gəlib-getmiş, ölmüş, yaxud öldürülmüş Allahın elçilərindən olan bir elçidir. Məgər o, ölərsə və ya öldürülərsə, siz dininizdən geri dönüb və cihadı tərkmi edəcəksiniz?! Sizdən kim dinindən geri dönərsə, Allaha heç bir şeylə zərər verməz. Çünki Allah yenilməz qüvvət və izzət sahibidir. Allahın dinini tərk edən kimsə, nəfsini dünya və axirət ziyanına məruz qoyaraq, yalnız öz nəfsinə zərər vermişdir. Allah Ona şükür edən kimsələri dinlərində sabitqədəm etməklə və Allah yolunda cihad etdikləri üçün ən yaxşı mükafatla mükafatlandıracaqdır.