Muslim99Muslim99
← Tafsir library

3. Aal-i-Imraan

The Family of Imraan · Medinan · 200 ayahs

سُورَةُ آلِ عِمۡرَانَ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 141–150 of 200

141

وَلِيُمَحِّصَ ٱللَّهُ ٱلَّذِينَ ءَامَنُوا۟ وَيَمْحَقَ ٱلْكَٰفِرِينَ

(Bu həm də) Allahın iman gətirənləri (günahlardan) təmizləməsi və kafirləri məhv etməsi üçündür.

Bu hikmətlərdən biri də, möminləri günahlardan tə­mizə çıxar­maq, sıralarını münafiqlərdən təmizləmək və ka­firləri məhv et­məkdir.

Aal-i-Imraan 3:141Listen in Qur'an →
142

أَمْ حَسِبْتُمْ أَن تَدْخُلُوا۟ ٱلْجَنَّةَ وَلَمَّا يَعْلَمِ ٱللَّهُ ٱلَّذِينَ جَٰهَدُوا۟ مِنكُمْ وَيَعْلَمَ ٱلصَّٰبِرِينَ

Yoxsa Allah içərinizdən cihad edənləri (düşmənlə vuruşanları) və (əziyyətə) səbr edənləri bilib (bəlliləşdirib bir-birindən) ayırd etməmişdən qabaq Cənnətə girəcəyinizimi güman edirsiniz?

Ey Möninlər! Yoxsa həqiqətən də siz, Allah yolunda cihad edərkən müsibətə dözməyib və səbirsizlik nümayiş etdirən mücahidləri, cihadda onlara baş verən müsibətlərə səbirlə yanaşan mücahidlərdən ayır etmədən Cənnətə daxil olacaqınızımı güman edirsiniz?‏!

Aal-i-Imraan 3:142Listen in Qur'an →
143

وَلَقَدْ كُنتُمْ تَمَنَّوْنَ ٱلْمَوْتَ مِن قَبْلِ أَن تَلْقَوْهُ فَقَدْ رَأَيْتُمُوهُ وَأَنتُمْ تَنظُرُونَ

Siz (Bədr vuruşunda) ölümlə qarşılaşmadan əvvəl ölüm (şəhid olmaq) arzulayırdınız. (Ühüd vuruşunda isə) artıq onu gördünüz və durub baxdınız.

Ey möminlər! Siz ölüm məşəqqətini görməzdən öncə Bədr döyüşündə qardaşlarınız şəhid olduğu kimi, siz də Allah yolunda şəhid olmaq üçün kafirlərlə qarşılaşmaqı arzu edirdiniz. Budur, in­di siz arzuladığınızı Uhud döyüşündə öz gözləriniz ilə gör­düyünüz halda baxıb durur­su­nuz.

Aal-i-Imraan 3:143Listen in Qur'an →
144

وَمَا مُحَمَّدٌ إِلَّا رَسُولٌۭ قَدْ خَلَتْ مِن قَبْلِهِ ٱلرُّسُلُ ۚ أَفَإِي۟ن مَّاتَ أَوْ قُتِلَ ٱنقَلَبْتُمْ عَلَىٰٓ أَعْقَٰبِكُمْ ۚ وَمَن يَنقَلِبْ عَلَىٰ عَقِبَيْهِ فَلَن يَضُرَّ ٱللَّهَ شَيْـًۭٔا ۗ وَسَيَجْزِى ٱللَّهُ ٱلشَّٰكِرِينَ

Muhəmməd ancaq bir peyğəmbərdir. Ondan əvvəl də peyğəmbərlər gəlib-getmişlər. Əgər o, ölsə və ya öldürülsə, siz gerimi dönəcəksiniz? (Dininizdən dönəcək və ya döyüşdən qaçacaqsınız?) Halbuki geri dönən şəxs Allaha heç bir zərər yetirməz. Lakin Allah şükür edənlərə mükafat verər.

Muhəmməd - sallallahu aleyhi və səlləm - ondan öncə gəlib-getmiş, ölmüş, yaxud öldürülmüş Allahın elçilərindən olan bir elçidir. Məgər o, ölərsə və ya öldürülərsə, siz dininizdən geri dönüb və cihadı tərkmi edəcəksiniz?! Sizdən kim dinindən geri dönər­­­sə, Allaha heç bir şeylə zərər verməz. Çünki Allah yenilməz qüvvət və izzət sahibidir. Allahın dinini tərk edən kimsə, nəfsini dünya və axirət ziyanına məruz qoyaraq, yalnız öz nəfsinə zərər vermişdir. Allah Ona şü­kür edən kimsələri dinlərində sabitqədəm etməklə və Allah yolunda cihad etdikləri üçün ən yaxşı mükafatla mü­kafat­landıracaqdır.

Aal-i-Imraan 3:144Listen in Qur'an →
145

وَمَا كَانَ لِنَفْسٍ أَن تَمُوتَ إِلَّا بِإِذْنِ ٱللَّهِ كِتَٰبًۭا مُّؤَجَّلًۭا ۗ وَمَن يُرِدْ ثَوَابَ ٱلدُّنْيَا نُؤْتِهِۦ مِنْهَا وَمَن يُرِدْ ثَوَابَ ٱلْءَاخِرَةِ نُؤْتِهِۦ مِنْهَا ۚ وَسَنَجْزِى ٱلشَّٰكِرِينَ

Allahın izni olmayınca heç kəsə ölüm yoxdur. O, (lövhi-məhfuzda) vaxtı müəyyən edilmiş bir yazıdır. (Cihadda) dünya mənfəəti istəyən şəxsə dünya mənfəətindən, axirət savabı istəyən şəxsə isə axirət savabından verəcək. Şükür edənləri də, əlbəttə, mükafatlandıracağıq!

Allahın qədəri olmadan heç kəs ölümü dadmaz. Allahın insan üçün əcəl olaraq yazdığı müddət başa çatdıqdan sonra, insan bu əcəldən nə az nə də ki, çox yaşaya bilməz. Kim əməli ilə dünya müka­fatını istəsə, bu mükafatdan ona, yalnız qismətində olan qədər ve­rə­rik. Axirətdə isə onun heç bir payı olmaz. Kim də əməli ilə axirətdə Allahın savabını istəsə, ona da axirət savabından verərik. Biz Rəbbinə şükür edənləri mütləq böyük bir mükafatla mükafat­lan­dıra­cağıq.

Aal-i-Imraan 3:145Listen in Qur'an →
146

وَكَأَيِّن مِّن نَّبِىٍّۢ قَٰتَلَ مَعَهُۥ رِبِّيُّونَ كَثِيرٌۭ فَمَا وَهَنُوا۟ لِمَآ أَصَابَهُمْ فِى سَبِيلِ ٱللَّهِ وَمَا ضَعُفُوا۟ وَمَا ٱسْتَكَانُوا۟ ۗ وَٱللَّهُ يُحِبُّ ٱلصَّٰبِرِينَ

Neçə-neçə peyğəmbər bir yığın allahpərəstlə (Allah adamı ilə) birlikdə (düşmənə qarşı) vuruşmuşlar. Lakin onlar Allah yolunda çəkdikləri müsibətlərə görə nə zəiflik, nə acizlik göstərmiş, nə də (kafirlərə) boyun əymişlər. Allah səbr edənləri sevər!

Allahın peyğəmbərlərindən neçə-neçə peyğəmbər çoxlu sayda ona tabe olan dindarlarla bir­likdə vuruş­muşlar. Onlar Allah yolunda başlarına gələn­ ölüm və ya yaralanmağa görə nə zəifləmiş, nə düşmənlə döyüşməkdən acizlik göstərmiş, nə də düşmənə tabe olmuşlar. Əksinə, səbir edib sabitqədəm olmuşdular. Allah Onun yolunda çətinliklərə və məşəqqətlərə səbir edən­ləri sevər!

Aal-i-Imraan 3:146Listen in Qur'an →
147

وَمَا كَانَ قَوْلَهُمْ إِلَّآ أَن قَالُوا۟ رَبَّنَا ٱغْفِرْ لَنَا ذُنُوبَنَا وَإِسْرَافَنَا فِىٓ أَمْرِنَا وَثَبِّتْ أَقْدَامَنَا وَٱنصُرْنَا عَلَى ٱلْقَوْمِ ٱلْكَٰفِرِينَ

Onların: “Ya Rəbbimiz, günahlarımıza və işlərimizdə həddi aşdığımıza görə bizi bağışla! Qədəmlərimizi möhkəmləndir (düşmən ilə vuruşda dizimizə qüvvət ver) və kafirlərə qələbə çalmaqda bizə kömək et!” – deməkdən başqa sözləri olmamışdır.

Bu müsibət onlara baş verən zaman, Allah üçün səbir edən kimsələrin sözü an­caq: "Ey Rəbbimiz, günah­la­rı­mızda və əməl­lə­rimizdə həddi aşma­ğımızı bizə bağışla, düşmənimizlə qarşılaşdıqda qə­dəmlə­rimizi sabit et və Sənə kafir olan qövmə qələbə çalmaq­da bizə yardım et!"– olmuşdur.

Aal-i-Imraan 3:147Listen in Qur'an →
148

فَـَٔاتَىٰهُمُ ٱللَّهُ ثَوَابَ ٱلدُّنْيَا وَحُسْنَ ثَوَابِ ٱلْءَاخِرَةِ ۗ وَٱللَّهُ يُحِبُّ ٱلْمُحْسِنِينَ

Nəhayət, Allah onlara həm dünya ne’mətlərini, həm də ən gözəl axirət ne’mətini (Cənnəti) verdi. Allah yaxşı iş görənləri sevər!

Beləcə, Allah onlara yardım etməklə və yer üzərində onları bərqərar etməklə dün­ya mükafatını, axirətdə isə onlardan razı qalma və nəim cənnətlərində əbədi nemətlər içərisində olmaqla ən gözəl mü­kafat bəxş etdi. Allah, ibadətlərində və insanlarla ünsiyyətdə yaxşılıq edənləri se­vər.

Aal-i-Imraan 3:148Listen in Qur'an →
149

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓا۟ إِن تُطِيعُوا۟ ٱلَّذِينَ كَفَرُوا۟ يَرُدُّوكُمْ عَلَىٰٓ أَعْقَٰبِكُمْ فَتَنقَلِبُوا۟ خَٰسِرِينَ

Ey iman gətirənlər! Əgər kafirlərə itaət edəcək olsanız, onlar sizi geri (öz dinlərinə) döndərər və siz də zərər çəkmiş halda geri dönərsiniz.

Ey Allaha iman gətirib Onun rəsuluna tabe olan kimsələr! Əgər yəhudiləri, nəsraniləri və müşriklərdən olan ka­fir­lərin sizə əmr etdiklərinə itaət etsəniz, onlar si­zi iman etdikdən sonra cahillik dövründə olduğunuz kimi sizi dininizdən küfrə geri döndərər və beləliklə də, siz dünya və axirətdə zi­yana uğramış hal­da geri dönərsiniz.

Aal-i-Imraan 3:149Listen in Qur'an →
150

بَلِ ٱللَّهُ مَوْلَىٰكُمْ ۖ وَهُوَ خَيْرُ ٱلنَّٰصِرِينَ

Xeyr, Allah sizin ixtiyar sahibinizdir. O, yardım edənlərin ən yaxşısıdır.

Əgər bu kafirlərə itaət etdib onlardan yardım diləsəniz onlar sizə heç vaxt yardım etməzlər. Əksinə düşməninizə qarşı yardımçiniz, Allahdır. Elə isə Ona itaət edin. Çünki pak olan Allah, kömək edən­lə­rin ən yax­şısıdır və elə buna görə də sizin Onun yardımından başqa heç kimsənin yardımına ehtiyacınız yoxdur.

Aal-i-Imraan 3:150Listen in Qur'an →

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.