وَٱتَّقُوا۟ ٱلنَّارَ ٱلَّتِىٓ أُعِدَّتْ لِلْكَٰفِرِينَ
Kafirlər üçün hazırlanmış oddan (Cəhənnəmdən) həzər edin!
Allahın kafirlər üçün hazırladığı odla özünüz arasında, saleh əməllər edib haramları isə tərk etməklə bir maneə edin.
سُورَةُ آلِ عِمۡرَانَ
Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies
Ayahs 131–140 of 200
وَٱتَّقُوا۟ ٱلنَّارَ ٱلَّتِىٓ أُعِدَّتْ لِلْكَٰفِرِينَ
Kafirlər üçün hazırlanmış oddan (Cəhənnəmdən) həzər edin!
Allahın kafirlər üçün hazırladığı odla özünüz arasında, saleh əməllər edib haramları isə tərk etməklə bir maneə edin.
وَأَطِيعُوا۟ ٱللَّهَ وَٱلرَّسُولَ لَعَلَّكُمْ تُرْحَمُونَ
Allaha və peyğəmbərə itaət edin ki, bəlkə, bağışlanmış olasınız!
Əmrləri yerinə yetirib qadağanlardan çəkinməklə Allaha və Onun Rəsuluna itaət edin ki, bəlkə, dünyada və axirətdə Allahın rəhmətinə nail olasınız.
۞ وَسَارِعُوٓا۟ إِلَىٰ مَغْفِرَةٍۢ مِّن رَّبِّكُمْ وَجَنَّةٍ عَرْضُهَا ٱلسَّمَٰوَٰتُ وَٱلْأَرْضُ أُعِدَّتْ لِلْمُتَّقِينَ
Rəbbinizin məğfirətinə və genişliyi göylərlə yer üzü qədər olan, müttəqilər üçün hazırlanmış Cənnətə tələsin.
Saleh əməllərlə və başqa cür xeyirli xeyirli əməllər edərək Allaha yaxınlaşmaqa tələsin. Əgər belə etsəniz Allahdan böyük məğfirətə nail olub, Allahın müttəqi qulları üçün hazırladığı, genişliyi göylər və yer qədər olan Cənnətə daxil olarsınız.
ٱلَّذِينَ يُنفِقُونَ فِى ٱلسَّرَّآءِ وَٱلضَّرَّآءِ وَٱلْكَٰظِمِينَ ٱلْغَيْظَ وَٱلْعَافِينَ عَنِ ٱلنَّاسِ ۗ وَٱللَّهُ يُحِبُّ ٱلْمُحْسِنِينَ
O müttəqilər ki, bolluqda da, qıtlıqda da (mallarını yoxsullara) xərcləyər, qəzəblərini udar, insanların günahlarından keçərlər. Allah yaxşılıq edənləri sevər.
Müttəqilər, mallarını həm rahatlıq, həm də ki, çətinlik vaxtında Allah yolunda xərcləyən, intiqam almağa qadir olduqları halda isə qəzəblərini boğan və onlara zülüm edənləri bağışlayan kimsələrdir. Allah, bu sifətlərə sahib olan yaxşı iş görənləri sevər.
وَٱلَّذِينَ إِذَا فَعَلُوا۟ فَٰحِشَةً أَوْ ظَلَمُوٓا۟ أَنفُسَهُمْ ذَكَرُوا۟ ٱللَّهَ فَٱسْتَغْفَرُوا۟ لِذُنُوبِهِمْ وَمَن يَغْفِرُ ٱلذُّنُوبَ إِلَّا ٱللَّهُ وَلَمْ يُصِرُّوا۟ عَلَىٰ مَا فَعَلُوا۟ وَهُمْ يَعْلَمُونَ
O müttəqilər ki, bir günah iş gördükləri, yaxud özlərinə zülm etdikləri zaman Allahı yada salıb (tövbə edərək) günahlarının bağışlanmasını istəyərlər. Axı günahları Allahdan başqa kim bağışlaya bilər? Və onlar etdiklərini (gördükləri işin pis olduğunu) bildikdə (tövbədən sonra) bir daha ona qayıtmazlar.
Müttəqilər o kimsələrdir ki, böyük bir günah etdikdə, yaxud özlərinə zülm etdərək kiçik günahlar etdikdə, uca Allahın, asilər üçün hazırladığı əzabı və müttəqilərə vəd verdiyi cənnətləri xatırlayıb, Allahdan günahlarını örtməsini və günahlarına görə ona əzab vermənməsini diləyərlər. Çünki günahları tək Allahdan başqa bağışlaya bilən yoxdur. Bir də onlar günah etdiklərini bildikdə, günah etməkdə israr etməzlər. Şübhəsiz ki, Allah, bütün günahları bağışlayandır.
أُو۟لَٰٓئِكَ جَزَآؤُهُم مَّغْفِرَةٌۭ مِّن رَّبِّهِمْ وَجَنَّٰتٌۭ تَجْرِى مِن تَحْتِهَا ٱلْأَنْهَٰرُ خَٰلِدِينَ فِيهَا ۚ وَنِعْمَ أَجْرُ ٱلْعَٰمِلِينَ
Onların mükafatı öz Rəbbi tərəfindən bağışlanmaq və (ağacları) altından çaylar axan cənnətlərdir ki, orada əbədi qalacaqlar. Yaxşı işlər görənlərin mükafatı nə gözəldir!
Belə gözəl və xoş sifətlərə sahib olan kimsələrin mükafatı, Allah onların günahlarını örtməsi, günahlarına görə onlara əzab verməməsi və onlar üçün axirətdə qəsirləri altından çaylar axan və orada ədəbi qalacaqları cənnətlərdir. Allaha itaət edən kimsələr üçün bu necə də gözəl bir mükafatdır!
قَدْ خَلَتْ مِن قَبْلِكُمْ سُنَنٌۭ فَسِيرُوا۟ فِى ٱلْأَرْضِ فَٱنظُرُوا۟ كَيْفَ كَانَ عَٰقِبَةُ ٱلْمُكَذِّبِينَ
(Ey Müsəlmanlar!) Sizdən əvvəl bir çox vaqilər (ibrətli əfvalatlar) olub keçmişdir. İndi yer üzünü dolaşıb haqqı təkzib edənlərin aqibətinin necə olduğunu görün!
Möminlər Uhud döyüşündə başlarına gələn müsibətlə imtahan edildikdə, Allaha onlara təsəlli olaraq dedi: "Sizdən öncə də, kafirlərin həlak olması və möminləri imtahan etdikdən sonra gözəl sonluğu məhz onlar üçün edərək bir çox belə İlahi hadisələr olub keçmişdir. Elə isə yer üzünü gəzib, Allah və rəsulunu yalan sayanların aqibətini ibrət alaraq baxın, artıq onların yurdları boş qalmış və mal-dövlətləri də məhv olmuşdur".
هَٰذَا بَيَانٌۭ لِّلنَّاسِ وَهُدًۭى وَمَوْعِظَةٌۭ لِّلْمُتَّقِينَ
Bu, (belə əhvalatlar) insanlardan (xalqdan) ötrü (olub keçənlərə dair) bir xəbər, müttəqilərdən ötrü isə hidayət (doğru yola göstəriş) və nəsihətdir.
Bu Quran Kərim, bütün insanlar üçün haqqı açıqlayan, batildən çəkindirən, doğru yolu göstərən və müttəqiləri Allahın əzabından qoruyandır. Çünki məhz müttəqilər, Quranda olan doğru yoldan faydalanan kimsələrdir.
وَلَا تَهِنُوا۟ وَلَا تَحْزَنُوا۟ وَأَنتُمُ ٱلْأَعْلَوْنَ إِن كُنتُم مُّؤْمِنِينَ
(Ühüd müharibəsində baş vermiş bə’zi hadisələrə görə) ruhdan düşməyin və qəmgin olmayın. Halbuki, əgər mö’minsinizsə, siz (Allah yanında inanmayanlardan) çox yüksəkdə durursunuz!
Ey Möminlər! Uhud döyüşündə sizə baş vermiş bəzi hadisələrə görə zəiflik göstərməyin və kədərlənməyin, sizə belə şey əsla yaraşmaz. Əgər siz Allaha və Onun Öz müttəqi qullarına verdiyi vədə iman etmisinizsə, bilin ki, qəlbinizdəki imanınız və Allahın sizə olan köməyi və yardımı ilə üstün olan kəslər sizsiniz.
إِن يَمْسَسْكُمْ قَرْحٌۭ فَقَدْ مَسَّ ٱلْقَوْمَ قَرْحٌۭ مِّثْلُهُۥ ۚ وَتِلْكَ ٱلْأَيَّامُ نُدَاوِلُهَا بَيْنَ ٱلنَّاسِ وَلِيَعْلَمَ ٱللَّهُ ٱلَّذِينَ ءَامَنُوا۟ وَيَتَّخِذَ مِنكُمْ شُهَدَآءَ ۗ وَٱللَّهُ لَا يُحِبُّ ٱلظَّٰلِمِينَ
Əgər siz (Ühüd müharibəsində) yara aldınızsa, o biri (kafir) dəstə də (Bədr müharibəsində) o cür yara aldı. Biz bu günləri (bu hadisələri) insanlar arasında növbə ilə dəyişdiririk ki, Allah iman gətirən şəxsləri (başqalarından) ayırd etsin və içərinizdən şəhidlər (şahidlər) seçsin. Allah zülmkarları sevməz!
Ey Möminlər! Əgər sizdən Uhud döyüşündə bəziləriniz yaralanıb bəziləriniz öldüsə, əlbəttə, sizə baş verən bu müsibət düşməniniz olan o kafir qövmə də (Bədr döyüşündə) eyni ilə baş vermişdir. Allah bu günləri istədiyi qalibiyyəti və məğlubiyyəti, mömin və kafir insanlar arasında böyük bir hikmətlər görə və bu hikmətlərdən biri də, möminləri münafiqlərdən ayırd etmək və həmçinin qullarından istədiyinə Allaha yolunda şəhidlik məqamına çatdırmaq üçün növbə ilə dəyişər. Allah, Onun yolunda cihad etməyi tərk edərək özlərinə zülm edən zalımları sevməz.
Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.