Muslim99Muslim99
← Tafsir library

3. Aal-i-Imraan

The Family of Imraan · Medinan · 200 ayahs

سُورَةُ آلِ عِمۡرَانَ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 11–20 of 200

11

كَدَأْبِ ءَالِ فِرْعَوْنَ وَٱلَّذِينَ مِن قَبْلِهِمْ ۚ كَذَّبُوا۟ بِـَٔايَٰتِنَا فَأَخَذَهُمُ ٱللَّهُ بِذُنُوبِهِمْ ۗ وَٱللَّهُ شَدِيدُ ٱلْعِقَابِ

Bunların adəti Fir’on camaatının və onlardan əvvəl gələnlərin adətinə bənzəyir! Onlar Bizim ayələrimizi təkzib etdilər. Allah da onları günahlarına görə cəzalandırdı. Allahın əzabı şiddətlidir!

Bu kafirlərin halı, Allaha küfür edib və Onun ayələrini yalan sayan Firon ailəsinin və on­lardan əvvəlkilərin halına bənzəyir. Allah onlara günahlarının səbəbindən əzab verdi. Onların mal-dövləti və oğul-uşaqları onlara heç bir fayda vermədi. Allahın, Ona küfür edib və Onun ayələrini yalan sayan kimsəyə əzabı şiddətlidir.

Aal-i-Imraan 3:11Listen in Qur'an →
12

قُل لِّلَّذِينَ كَفَرُوا۟ سَتُغْلَبُونَ وَتُحْشَرُونَ إِلَىٰ جَهَنَّمَ ۚ وَبِئْسَ ٱلْمِهَادُ

(Ya Rəsulum!) Kafir olanlara de: “Siz (tezliklə) məğlub olacaq və Cəhənnəmə sürüklənəcəksiniz!” (Cəhənnəm) necə də pis yerdir!

Ey Peyğəmbər! Müxtəlif dinlərdə olan kafirlərə de: "Möminlər sizi məğ­lub edəcək və siz kafir olaraq öləcəksiniz. Allah da sizi cəhən­nəm odunda bir yerə top­layacaq. Ora sizin üçün nə pis ya­taqdır!"

Aal-i-Imraan 3:12Listen in Qur'an →
13

قَدْ كَانَ لَكُمْ ءَايَةٌۭ فِى فِئَتَيْنِ ٱلْتَقَتَا ۖ فِئَةٌۭ تُقَٰتِلُ فِى سَبِيلِ ٱللَّهِ وَأُخْرَىٰ كَافِرَةٌۭ يَرَوْنَهُم مِّثْلَيْهِمْ رَأْىَ ٱلْعَيْنِ ۚ وَٱللَّهُ يُؤَيِّدُ بِنَصْرِهِۦ مَن يَشَآءُ ۗ إِنَّ فِى ذَٰلِكَ لَعِبْرَةًۭ لِّأُو۟لِى ٱلْأَبْصَٰرِ

(Ey Məkkə müşrikləri və yəhudilər!) İki dəstənin (Bədr müharibəsi zamanı) qarşı-qarşıya durması sizin üçün (Peyğəmbərin doğruluğuna) dəlildir. Bunlardan biri Allah yolunda vuruşanlar, digəri isə kafirlər idi. (Mö’minlər üç yüz on üç nəfər, kafirlər isə təqribən min nəfər idilər). (Mö’minlər kafirlərin) onlardan ikiqat artıq olduqlarını öz gözləri ilə görürdülər. (Yaxud kafirlər mö’minləri iki özləri qədər, yə’ni təxminən iki min nəfər və ya onların olduqlarından iki dəfə artıq, yə’ni altı yüzdən bir qədər çox görürdülər). Əlbəttə, Allah istədiyinə Öz köməyi ilə qüvvət verər. Şübhəsiz ki, bu (Bədr əhvalatı) bəsirət sahiblərindən (gözüaçıq, ayıq adamlardan) ötrü bir ibrət dərsidir.

Bədr günü döyüşmək üçün qarşı-qarşıya gələn iki dəs­­tədə, sizin üçün ibrət və açıq-aydın dəlil var idi. İki dəstədən biri, kafirlərin kəlməsini alçatmaq, Allahin kəlməsin isə hər şeydən uca etmək üçün Allah yo­lun­da vuruşurdu. İkinci dəstə isə fəxr, riyakarlıq və təəssübkeşlik edərək döyüşə gələn Məkkə kafirləri idi. Möminlər kafirlərin sayca həqiqətən onlardan iki qat ar­tıq olduqlarını öz göz­ləri ilə gö­rür­dülər. Allah istə­diyi kəsi Öz kö­məyi ilə qüv­vətləndi­rir. Həqi­qə­tən, bun­da bəsi­rət sahibləri üçün ibrət və öyüd-nəsihət vardır.

Aal-i-Imraan 3:13Listen in Qur'an →
14

زُيِّنَ لِلنَّاسِ حُبُّ ٱلشَّهَوَٰتِ مِنَ ٱلنِّسَآءِ وَٱلْبَنِينَ وَٱلْقَنَٰطِيرِ ٱلْمُقَنطَرَةِ مِنَ ٱلذَّهَبِ وَٱلْفِضَّةِ وَٱلْخَيْلِ ٱلْمُسَوَّمَةِ وَٱلْأَنْعَٰمِ وَٱلْحَرْثِ ۗ ذَٰلِكَ مَتَٰعُ ٱلْحَيَوٰةِ ٱلدُّنْيَا ۖ وَٱللَّهُ عِندَهُۥ حُسْنُ ٱلْمَـَٔابِ

Qadınlar, uşaqlar, qızıl-gümüş yığınları, yaxşı cins atlar, mal-qara və əkin yerləri kimi nəfsin istədiyi və arzuladığı şeylər insanlara gözəl göstərilmişdir. (Lakin bütün) bunlar dünya həyatının keçici zövqüdür, gözəl dönüş yeri isə Allah yanındadır.

Uca Allah bu ayədə qadınlar, uşaqlar, qızıl-gümüşdən toplanılan çoxlu mal-dövlət, öyrədilmiş yaxşı cins atlar, dəvə, inək, qoyun və əkin yeri kimi dünyavi şəhvətlərin sevğisi insanlara -onları imtahan etmək üçün- yaxşı göstərdiyini xəbər verir. Bütün bun­lar, dünya hə­ya­tında az bir müddət həzz alıb sonra yox olan ke­çici zöv­qüdür. Mömin kimsəyə isə bunlara bağlanması yaraşmaz Halbuki gö­zəl qa­yı­dış yeri Allah ya­nın­dadır. Bu da genişliyi göylər və yer qədər olan Cənnətdir.

Aal-i-Imraan 3:14Listen in Qur'an →
15

۞ قُلْ أَؤُنَبِّئُكُم بِخَيْرٍۢ مِّن ذَٰلِكُمْ ۚ لِلَّذِينَ ٱتَّقَوْا۟ عِندَ رَبِّهِمْ جَنَّٰتٌۭ تَجْرِى مِن تَحْتِهَا ٱلْأَنْهَٰرُ خَٰلِدِينَ فِيهَا وَأَزْوَٰجٌۭ مُّطَهَّرَةٌۭ وَرِضْوَٰنٌۭ مِّنَ ٱللَّهِ ۗ وَٱللَّهُ بَصِيرٌۢ بِٱلْعِبَادِ

(Ya Rəsulum!) Söylə: “Sizə bunlardan (dünya zinətlərindən) daha yaxşısını xəbər verimmi? Allahdan qorxub pis əməllərdən çəkinənlər üçün Rəbbi yanında (ağacları) altından çaylar axan cənnətlər (bağlar) vardır ki, orada əbədi qalacaqlar. Onlardan ötrü orada (hər cür eyibdən) pak olan zövcələr və (ən böyük ne’mət olan) Allah rizası (razılığı, hüsn-rəğbəti) vardır. Allah, həqiqətən, bəndələrini görəndir!

Ey Peyğımbər! De: "Sizə bu ləzzətlərdən də da­ha xeyirlisini xəbər verim­mi? Yaxşı əməl edib, günahdan çəkinərək Allah­dan qor­xanlar üçün Rəbbi yanında, qəsirləri və ağacları al­tın­dan çay­lar axan, ölmək və fəna bilmədikləri halda içində əbədi qala­caq­la­rı cən­nətlər, onlar üçün yaradılışında və əxlaqında hər cür qüsurdan uzaq pak olan zövcə­lər və bununla yanaşı Alla­hın rizası var­dır və Allah heç vaxt onlara qəzəblənməz". Allah qul­larını hər bir halını görəndir, onların əməlləri Allahdan gizlin qalmaz və Allah onların əməllərinin əvəzini verəcəkdir.

Aal-i-Imraan 3:15Listen in Qur'an →
16

ٱلَّذِينَ يَقُولُونَ رَبَّنَآ إِنَّنَآ ءَامَنَّا فَٱغْفِرْ لَنَا ذُنُوبَنَا وَقِنَا عَذَابَ ٱلنَّارِ

O bəndələr ki: “Ey Rəbbimiz, biz həqiqətən (Sənə) iman gətirmişik, günahlarımızı bağışlayıb bizi cəhənnəm əzabından qoru!” – deyirlər.

Cənnət əhli Rəbblərinə dua edərək deyir­lər: "Ey Rəbbi­miz! Həqi­qətən, biz Sənə və rəsuluna nazil etdiyinə iman gə­tir­dik və göndərdiyin şəriətə tabe olduq, etdiyimiz günah­ları ba­ğışla və bi­zi Od əzabından qo­ru!"

Aal-i-Imraan 3:16Listen in Qur'an →
17

ٱلصَّٰبِرِينَ وَٱلصَّٰدِقِينَ وَٱلْقَٰنِتِينَ وَٱلْمُنفِقِينَ وَٱلْمُسْتَغْفِرِينَ بِٱلْأَسْحَارِ

Onlar (müsibətlərə) səbr edən, (sözlərində və işlərində) doğru olan, (Allaha) itaət edən, mallarından fəqirlərə verən və sübh vaxtı (Allahdan) bağışlanmaq diləyənlərdir (sübh namazına qalxanlardır).

Onlar saleh əməllər edib, pis əməllərdən çəkinməkdə və başlarına gələn müsibətdə səbir edən, sözlərində və əməllərində dürüst olan, Allaha itaətdə tam müti olan, ma­llarından Allah yo­lun­da xərc­ləyən və gecənin sonunda Allahdan ba­ğışlanma dilə­yən kimsə­lərdir. Çünki gecənin sonunda edilən dua, qəbul olmaqa daha yaxındır və qəlb isə onu yayındıran şeylərdən uzaqdır.

Aal-i-Imraan 3:17Listen in Qur'an →
18

شَهِدَ ٱللَّهُ أَنَّهُۥ لَآ إِلَٰهَ إِلَّا هُوَ وَٱلْمَلَٰٓئِكَةُ وَأُو۟لُوا۟ ٱلْعِلْمِ قَآئِمًۢا بِٱلْقِسْطِ ۚ لَآ إِلَٰهَ إِلَّا هُوَ ٱلْعَزِيزُ ٱلْحَكِيمُ

Allah Özündən başqa heç bir tanrı olmadığına şahiddir. Mələklər və elm sahibləri də haqqa-ədalətlə boyun qoyaraq (haqqa tapınaraq) o qüvvət, hikmət sahibindən başqa ibadətə layiq heç bir varlıq olmadığına şəhadət verdilər.

Allah Özündən başqa ibadətə layiq olan heç bir ilah olmadığına şahiddir. Bu da, Onun Tək ilah oludğuna dəlalət edən şəri və kovni ayələrə əsasəndir. Mələklər və insanlara tövhidi bəyan edib və ona dəvət edən elm sahibləri də şahidlik edirlər. Onlar ən əzəmətli şahid olunana, Allahın təkliyinə və Onun məxluqatında və şəriətində ədalətli olmasına şahidlik edirlər. Ondan başqa ilah yoxdur. O, qüdrətlidir, kimsə Onu məğlub edə bilməz və xəlq etməyində, işlərində və şəriətində hikmət sahibidir.

Aal-i-Imraan 3:18Listen in Qur'an →
19

إِنَّ ٱلدِّينَ عِندَ ٱللَّهِ ٱلْإِسْلَٰمُ ۗ وَمَا ٱخْتَلَفَ ٱلَّذِينَ أُوتُوا۟ ٱلْكِتَٰبَ إِلَّا مِنۢ بَعْدِ مَا جَآءَهُمُ ٱلْعِلْمُ بَغْيًۢا بَيْنَهُمْ ۗ وَمَن يَكْفُرْ بِـَٔايَٰتِ ٱللَّهِ فَإِنَّ ٱللَّهَ سَرِيعُ ٱلْحِسَابِ

Allah yanında (haqq olan) din, əlbəttə, islamdır. Kitab verilmiş şəxslər (yəhudilər və xaçpərəstlər) ancaq (bu dinin həqiqi olduğunu) bildikdən sonra aralarındakı paxıllıq üzündən itilafa (ayrılığa) başladılar. Allahın hökmlərini inkar edənlərlə, şübhəsiz ki, Allah tezliklə haqq-hesab çəkəcəkdir.

Həqiqətən, Allah yanın­da qəbul olunan din, İslam­dır! İslam: "Tək Allaha itaətlə boyun əymək, yalnız Ona ibadət edərək təslim olmaq, bütün elçilərə və Allah onun şəriətindən başqa heç bir şəriət qəbul etmədiyi və onunla bütün dinlərə son qoyduğu, peyğəmbərlərin sonuncusu olan Muhəmmədə (sallallahu aleyhi və səlləm) iman etməkdir". Yəhudilər və nəsranilər öz­lərinə elm gəl­­dikdən sonra ara­la­rın­dakı həsəd və dinə hərislik üzündən dinlərində dəstələrə bölünüb ixtilafa düş­dülər. Kim Alla­hın rəsuluna nazil etdiyi ayələrinə küfr edərsə, bil­sin ki, Allah Ona küfür edib, rəsulunu yalan sayan kimsəni tez haqq-hesab çəkəndir.

Aal-i-Imraan 3:19Listen in Qur'an →
20

فَإِنْ حَآجُّوكَ فَقُلْ أَسْلَمْتُ وَجْهِىَ لِلَّهِ وَمَنِ ٱتَّبَعَنِ ۗ وَقُل لِّلَّذِينَ أُوتُوا۟ ٱلْكِتَٰبَ وَٱلْأُمِّيِّۦنَ ءَأَسْلَمْتُمْ ۚ فَإِنْ أَسْلَمُوا۟ فَقَدِ ٱهْتَدَوا۟ ۖ وَّإِن تَوَلَّوْا۟ فَإِنَّمَا عَلَيْكَ ٱلْبَلَٰغُ ۗ وَٱللَّهُ بَصِيرٌۢ بِٱلْعِبَادِ

(Ya Rəsulum!) Əgər onlar (yəhudi və xaçpərəstlər) səninlə mübahisə edərlərsə, belə de: “Mən özümü ardımca gələnlərlə birlikdə Allaha təslim etmişəm”. Kitab verilmiş şəxslərə və savadsızlara (ərəb müşriklərinə) de: “Siz də təslim (müsəlman) oldunuzmu?” Əgər təslim olarlarsa (islamı qəbul edərlərsə), doğru yola yönəlmiş olarlar, yox, əgər üz döndərərlərsə, (sənə bir zərər gəlməz), sənin vəzifən ancaq (haqqı) təbliğ etməkdir. Allah, şübhəsiz ki, bəndələrini görəndir!

Ey Peyğəmbər! Əgər onlar səninlə, sənə nazil edilən haqq barədə mü­ba­­hi­sə etələr, onlara cavab olaraq de: "Mən və mənə tabe olan möminlər də Uca Allaha təslim olduq". Ey Peyğəmbər! Kitab əhlinə və müşriklərə de: "Siz də, Uca Allaha ixlasla təslim olub mənim gətirdiyim dinə tabe oldu­nuz­mu?" Əgər onlar Allaha təs­lim olub, sənin gətirdiyin şəriətə tabe olsalar, bu zaman onlar doğ­ru yola yönəlmiş olar­lar. Yox əgər İslamdan üz döndərsə­lər, bil ki, sənin öh­də­nə düşən ancaq sənə göndərdiyim haqqı onlara təbliğ et­məkdir və onların işi isə Allaha aiddir. Uca Allah qullarını görəndir və hər bir əməl edənin əməlinin əvəzini verəcəkdir.

Aal-i-Imraan 3:20Listen in Qur'an →

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.