لَن يَضُرُّوكُمْ إِلَّآ أَذًۭى ۖ وَإِن يُقَٰتِلُوكُمْ يُوَلُّوكُمُ ٱلْأَدْبَارَ ثُمَّ لَا يُنصَرُونَ
Onlar (yəhudilər) sizə (dil ilə) əziyyət verməkdən başqa bir zərər yetirməzlər. Əgər sizinlə savaşacaq olsalar, dönüb qaçarlar. Sonra isə onlara kömək edən də olmaz.
Ey möminlər! Onlar sizə nə qədər düşmənçilik etsələr belə, yalnız dilləri ilə əziyyət vermək müstəsna olmaqla dinə tənə, sizə isə istehza etməkdən başqa dininizə və canınıza heç bir zərər yetirə bilməzlər. Əgər sizinlə vuruşmalı olsalar, qabağınızdan məğlub olaraq arxa çevirib qaçarlar. Sonra isə onlara, sizə qarşı kömək də edilməz.