Muslim99Muslim99
← Tafsir library

3. Aal-i-Imraan

The Family of Imraan · Medinan · 200 ayahs

سُورَةُ آلِ عِمۡرَانَ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 111–120 of 200

111

لَن يَضُرُّوكُمْ إِلَّآ أَذًۭى ۖ وَإِن يُقَٰتِلُوكُمْ يُوَلُّوكُمُ ٱلْأَدْبَارَ ثُمَّ لَا يُنصَرُونَ

Onlar (yəhudilər) sizə (dil ilə) əziyyət verməkdən başqa bir zərər yetirməzlər. Əgər sizinlə savaşacaq olsalar, dönüb qaçarlar. Sonra isə onlara kömək edən də olmaz.

Ey möminlər! Onlar sizə nə qədər düşmənçilik etsələr belə, yalnız dilləri ilə əziyyət vermək müstəsna olmaqla dinə tənə, sizə isə istehza etməkdən başqa dininizə və canınıza heç bir zərər yetirə bilməz­lər. Əgər sizinlə vu­ruşmalı ol­salar, qabağınızdan məğlub olaraq arxa çevirib qaçarlar. Sonra isə onlara, sizə qarşı kö­mək də edil­məz.

Aal-i-Imraan 3:111Listen in Qur'an →
112

ضُرِبَتْ عَلَيْهِمُ ٱلذِّلَّةُ أَيْنَ مَا ثُقِفُوٓا۟ إِلَّا بِحَبْلٍۢ مِّنَ ٱللَّهِ وَحَبْلٍۢ مِّنَ ٱلنَّاسِ وَبَآءُو بِغَضَبٍۢ مِّنَ ٱللَّهِ وَضُرِبَتْ عَلَيْهِمُ ٱلْمَسْكَنَةُ ۚ ذَٰلِكَ بِأَنَّهُمْ كَانُوا۟ يَكْفُرُونَ بِـَٔايَٰتِ ٱللَّهِ وَيَقْتُلُونَ ٱلْأَنۢبِيَآءَ بِغَيْرِ حَقٍّۢ ۚ ذَٰلِكَ بِمَا عَصَوا۟ وَّكَانُوا۟ يَعْتَدُونَ

Onlara (yəhudilərə), harada olursa olsunlar, zillət damğası vurulmuşdur. (Onlar bu zillətdən) yalnız Allahdan olan bir ipə və insanlardan olan bir ipə sarınmaqla (islamı qəbul etməklə, yaxud öz dinlərində qalıb müsəlmanlara cizyə verməklə) xilas ola bilərlər. Onlar Allahın qəzəbinə düçar olmuş, onlara miskinlik damğası vurulmuşdur. Bunun səbəbi odur ki, onlar Allahın ayələrini inkar etmiş, peyğəmbərləri haqsız yerə öldürmüşlər. Bunun bir səbəbi də odur ki, onlar Allaha qarşı üsyan etmiş və həddi aşmışlar.

Yəhudilər harada olmalarından aslı olmayaraq, onları rəzalət və alçaqlıq hər bir tərəfdən əhatə etmişdir. Onlar bu rəzalətdən yalnız Uca Allahdan yaxud in­san­lardan olan əhd və ya əmin-amanlıq səbəbi ilə əmin ola bilərlər. Onlar Alla­­hın qəzə­bi­nə uğramış, onlara yox­sul­luq və ehtiyac üz ver­­mişdir. Bu cə­za onların, həm Allahın ayə­lə­rinə küfr edib, pey­ğəmbər­lərini zülm edərək öldürdüklərinə görə, həm də asilik edib Allahın qoyduğu həddləri aşdıqlarına görə idi.

Aal-i-Imraan 3:112Listen in Qur'an →
113

۞ لَيْسُوا۟ سَوَآءًۭ ۗ مِّنْ أَهْلِ ٱلْكِتَٰبِ أُمَّةٌۭ قَآئِمَةٌۭ يَتْلُونَ ءَايَٰتِ ٱللَّهِ ءَانَآءَ ٱلَّيْلِ وَهُمْ يَسْجُدُونَ

Onların hamısı eyni deyil. Kitab əhli içərisində düzgün (sabitqədəm) bir camaat vardır ki, onlar gecə vaxtları səcdə edərək Allahın ayələrini oxuyurlar.

Kitab əhlinin hamısı eyni halda deyildir. Onlardan Allahın əmrlərini yerinə yetirib, qadağanlarından çəkinən, gecə saatlarında Allah üçün namaz qılıb və Onun ayələrini oxuyan və Allahın dinində sabitqədəm olan bir toplum insanlarda vardır. Bu toplum insanlar, Muhəmmədin - sallallahu aleyhi və səlləm - peyğəmbər göndərilməzdən qabaq olan insanlar idi. Bu kəslərdən Peyğəmbərin - sallallahu aleyhi və səlləm - peyğəmbər olaraq göndərildiyi vaxta təsadüf edənlər, İslamı qəbul etmişdilər.

Aal-i-Imraan 3:113Listen in Qur'an →
114

يُؤْمِنُونَ بِٱللَّهِ وَٱلْيَوْمِ ٱلْءَاخِرِ وَيَأْمُرُونَ بِٱلْمَعْرُوفِ وَيَنْهَوْنَ عَنِ ٱلْمُنكَرِ وَيُسَٰرِعُونَ فِى ٱلْخَيْرَٰتِ وَأُو۟لَٰٓئِكَ مِنَ ٱلصَّٰلِحِينَ

Onlar Allaha, axirət gününə inanır, (insanlara) yaxşı işlər görməyi əmr edir, (onları) pis əməllərdən çəkindirir və xeyirli işlər görməyə tələsirlər. Onlar əməlisaleh şəxslərdəndirlər.

Belələri, Allaha, axirət gününə yəqin iman gətirir, yaxşı işlər görməyi buyurur, pis əməlləri qadağan edir və xeyirxah işlər görməyə tələsir və itaət mövsümündə saleh əməlləri çoxaltarlar. Allahın məhz bu sifətlərə sahib olan qulları, həm niyyətləri həm də ki, əməlləri saleh olan qullarıdır.

Aal-i-Imraan 3:114Listen in Qur'an →
115

وَمَا يَفْعَلُوا۟ مِنْ خَيْرٍۢ فَلَن يُكْفَرُوهُ ۗ وَٱللَّهُ عَلِيمٌۢ بِٱلْمُتَّقِينَ

Onların yaxşılıq naminə etdikləri işlərdən heç biri inkar edilməz (mükafatsız qalmaz). Şübhəsiz ki, Allah müttəqi olanları tanıyır!

Bu kimsələrin etdiyi yaxşılıqların az və ya çox olmasından asli olmayaraq, etdikləri əməllər heç vaxt əvəzsiz qalmayacaq və savabları azalmayacaqdır. Allah, Onun əmrlərini yerinə yetirən və qadağanlarından çəkinən müttəqiləri tanıyır. Onların əməllərindən Allaha heç bir şey gizli qalnmaz və onların etdikləri əməllərinin müqabilinidə verəcəkdir.

Aal-i-Imraan 3:115Listen in Qur'an →
116

إِنَّ ٱلَّذِينَ كَفَرُوا۟ لَن تُغْنِىَ عَنْهُمْ أَمْوَٰلُهُمْ وَلَآ أَوْلَٰدُهُم مِّنَ ٱللَّهِ شَيْـًۭٔا ۖ وَأُو۟لَٰٓئِكَ أَصْحَٰبُ ٱلنَّارِ ۚ هُمْ فِيهَا خَٰلِدُونَ

Əlbəttə, kafir olan şəxslərin nə malları, nə də övladları onları Allahdan (Allahın əzabından) əsla qurtara bilməyəcək. Onlar cəhənnəmlikdirlər və orada əbədi qalacaqlar.

Allaha və Rəsuluna - səllallahu aleyhi və səlləm - kafir olan kimsələrin mal-dövləti və oğul-uşaqı onlara Allah qatında fayda verə bilməz, onları Allahın əzabından qoruya bilməz və onlara Allahın rəhmətini cəlb ede bilməz, əksinə cəm etdikləri bu mal-dövlət və oğul-uşaq, onların əzabını və həsrətin artıracaqdır. Onlar Cəhənnəm əhlidir və orada əbədi qalacaqlar.

Aal-i-Imraan 3:116Listen in Qur'an →
117

مَثَلُ مَا يُنفِقُونَ فِى هَٰذِهِ ٱلْحَيَوٰةِ ٱلدُّنْيَا كَمَثَلِ رِيحٍۢ فِيهَا صِرٌّ أَصَابَتْ حَرْثَ قَوْمٍۢ ظَلَمُوٓا۟ أَنفُسَهُمْ فَأَهْلَكَتْهُ ۚ وَمَا ظَلَمَهُمُ ٱللَّهُ وَلَٰكِنْ أَنفُسَهُمْ يَظْلِمُونَ

Onların bu dünyada sərf etdikləri şey, özünə zülm edən bir qövmün əkinlərini məhv edən soyuq bir küləyə bənzər. Allah onlara zülm etmədi, lakin onlar öz-özlərinə zülm etdilər.

Mallarını xeyirxah işlər üçün sərf edib və sonra bu işlərin savabını gözləyən kafirlərin misalı, öz­lə­ri­nə asiliklər və başqa günah əməllər etməklə zülm edən adamların tarlasından bol-bol məhsul əldə edəcəklərini ümüd etdikləri halda ziyan vurub onu məhv edən çox soyuq bir küləyin misalına bən­zəyir. Bu küləyin tarlanı məhv edib yararsız bir hala saldığı kimi, Allaha küfr etmək də, onların ümid etdikləri savabı beləcə məhv edər. Allah on­la­ra zülm etmə­di - Allah belə şeydən ucadır-, lakin onlar Allaha küfr etdiklərinə və Onun elçisini yalan saydıqlarına görə, öz­ləri özlə­ri­nə zülm edirdirlər.

Aal-i-Imraan 3:117Listen in Qur'an →
118

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ لَا تَتَّخِذُوا۟ بِطَانَةًۭ مِّن دُونِكُمْ لَا يَأْلُونَكُمْ خَبَالًۭا وَدُّوا۟ مَا عَنِتُّمْ قَدْ بَدَتِ ٱلْبَغْضَآءُ مِنْ أَفْوَٰهِهِمْ وَمَا تُخْفِى صُدُورُهُمْ أَكْبَرُ ۚ قَدْ بَيَّنَّا لَكُمُ ٱلْءَايَٰتِ ۖ إِن كُنتُمْ تَعْقِلُونَ

Ey iman gətirənlər! Özündən başqasını özünüzə sirdaş (dost) tutmayın. Onlar sizin barənizdə fitnə-fəsad törətməkdən əl çəkməzlər, sizin (zərərə və) əziyyətə düşməyinizi istəyirlər. Həqiqətən, onların sizə qarşı olan ədavəti ağızlarından çıxan sözlərdən aşkar olur. Amma ürəklərində gizlətdikləri (düşmənçilik) isə daha böyükdür. Əgər düşünüb dərk edirsinizsə, (onların sizə bəslədikləri ədavət barəsindəki) ayələri artıq sizə izah etdik.

Ey Allaha iman gətirib Onun rəsuluna tabe olan kimsələr! Möminlərdən başqalarını, sirrinizi onlara bildirərək özünüzə sir­daş, dost tut­­mayın. Çünki onlar sizə zərər yetirməkdən, sizə qarşı fəsad tö­rətməkdən əl çək­məz­lər, əksinə sizə zərər verməyi və si­zi sı­xıntıya salmaqı təmənna edərlər. Artıq onların sizə qarşı bəslədikləri düşmənçilik və nifrət hissiləri, həm dininizə tənə edib, arxanızca danışmaqla həm də ki, sirrlərinizi ifşa etməklə dillərindən çıxan söz­lər­dən bəllidir. Köks­lərində giz­lət­dik­ləri düşmən­çi­lik isə bundan daha bö­yükdür. Ey Möminlər! Əgər Rəbbinizdən sizə nazil edilən ayələri anlayırsınızsa, artıq Biz, dünya və axirətdə sizə faydalı olan şeyləri açıq-aydın bəyan etdik.

Aal-i-Imraan 3:118Listen in Qur'an →
119

هَٰٓأَنتُمْ أُو۟لَآءِ تُحِبُّونَهُمْ وَلَا يُحِبُّونَكُمْ وَتُؤْمِنُونَ بِٱلْكِتَٰبِ كُلِّهِۦ وَإِذَا لَقُوكُمْ قَالُوٓا۟ ءَامَنَّا وَإِذَا خَلَوْا۟ عَضُّوا۟ عَلَيْكُمُ ٱلْأَنَامِلَ مِنَ ٱلْغَيْظِ ۚ قُلْ مُوتُوا۟ بِغَيْظِكُمْ ۗ إِنَّ ٱللَّهَ عَلِيمٌۢ بِذَاتِ ٱلصُّدُورِ

Bəli, siz o kimsələrsiniz ki, onları sevirsiniz, onlar isə sizləri sevməzlər. Siz kitabın hamısına (bütün ilahi kitablara) inanırsınız. Onlar sizinlə görüşdükləri zaman: “Biz də inandıq”, - deyir, xəlvətdə olduqda isə sizə qarşı qəzəblərindən barmaqlarını gəmirirlər. (Ya Rəsulum!) De: “Acığınızdan ölün!” Əlbəttə, Allah ürəklərdə olanları biləndir.

Ey Möminlər! Baxın, siz onları sevib onlara xeyir istədiyiniz bir halda onlar əksinə sizə nifrət edər, sizi sevməz və sizə xeyir arzu etməzlər. Siz onların kitablarına iman etməklə yanaşı nazil olmuş kitabların hamı­sı­na ina­nır­­sınız. Amma onlar isə Allahın sizin peyğəmbərinizə nazil etdiyi kitaba inanmırlar. On­lar sizinlə rast­la­şdıqda dilləri ilə: "Biz də, təsdik etdik!"– deyir, bir-birləri ilə tək­lik­də qa­lan­­da isə özlərinin zəllətdə sizin isə vəhdətdə olduğunuza və İslamın izzətli olmasına görə sizə qarşı qəzəblərindən barmaqla­rının uclarını gəmi­rir­lər. Ey Peyğəmbər! Onlara de: "Qəzəbinizdən ölənə qədər bu halınızda qalın!" Şübhə­siz ki, Allah kökslər­də olanlar imanı, küfürü, xeyri və şəri biləndir.

Aal-i-Imraan 3:119Listen in Qur'an →
120

إِن تَمْسَسْكُمْ حَسَنَةٌۭ تَسُؤْهُمْ وَإِن تُصِبْكُمْ سَيِّئَةٌۭ يَفْرَحُوا۟ بِهَا ۖ وَإِن تَصْبِرُوا۟ وَتَتَّقُوا۟ لَا يَضُرُّكُمْ كَيْدُهُمْ شَيْـًٔا ۗ إِنَّ ٱللَّهَ بِمَا يَعْمَلُونَ مُحِيطٌۭ

Sizə bir mənfəət yetişəndə onlar qəmgin olur, sizə bir zərər toxunanda isə ona sevinirlər. Əgər səbr edib özünüzü qorusanız (Allahdan qorxsanız), onların hiyləsi sizə heç bir zərər yetirməz. Şübhəsiz ki, Allah onların nə etdiklərini biləndir.

Ey Möminlər! Düşmən üzərində qələbə çalmaq və ya mal-dövlətin, oğul-uşağın artması kimi sizə bir nemət nəsib ol­duqda, bu onları kədərləndirər, düşməninizə məğlub olmaq və ya mal-dövlətin, oğul-uşağın azalması kimi sizə bir fə­la­kət üz verdikdə isə, ona sevinər və sizi təhqir edərlər. Əgər siz Allahın əmrlərinə və yazdığı qədərə səbir edib, Allahın qəzəbinə düçar olmaqdan qorx­sanız, on­ların hiylə və cəfası sizə heç bir zərər ver­məz. Söz­süz ki, Allah onların et­dik­lə­ri hiyləni əhatəyə almış və onları məyus halda geri qaytaracaqdır.

Aal-i-Imraan 3:120Listen in Qur'an →

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.