Muslim99Muslim99
← Tafsir library

3. Aal-i-Imraan

The Family of Imraan · Medinan · 200 ayahs

سُورَةُ آلِ عِمۡرَانَ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 101–110 of 200

101

وَكَيْفَ تَكْفُرُونَ وَأَنتُمْ تُتْلَىٰ عَلَيْكُمْ ءَايَٰتُ ٱللَّهِ وَفِيكُمْ رَسُولُهُۥ ۗ وَمَن يَعْتَصِم بِٱللَّهِ فَقَدْ هُدِىَ إِلَىٰ صِرَٰطٍۢ مُّسْتَقِيمٍۢ

Sizə Allahın hökmləri oxunduğu və Onun Peyğəmbəri aranızda olduğu halda, siz necə kafir ola bilərsiniz? Allaha (Onun dininə) sığınan şəxs, şübhəsiz ki, doğru yola yönəldilmişdir.

İmanınızda sabit qalmanız üçün sizdə ən böyük səbəbin olduğu, sizə Allahın ayələri oxunduğu və bu ayələri Allahın elçisi Muhəmməd - sallallahu aleyhi və səlləm - tərəfindən sizə bəyan edildiyi bir halda siz Allaha iman etdikdən sonra ne­cə Ona küfr edə bilərsiniz?! Kim Allahın Kitabına və Onun elçisinin - sallallahu aleyhi və səlləm - sünnəsinə möhkəm bağ­la­nar­sa, Allah onu heç bir əyrilik olmayan doğru yola müvəffəq edər.

Aal-i-Imraan 3:101Listen in Qur'an →
102

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ ٱتَّقُوا۟ ٱللَّهَ حَقَّ تُقَاتِهِۦ وَلَا تَمُوتُنَّ إِلَّا وَأَنتُم مُّسْلِمُونَ

Ey iman gətirənlər! Allahdan layiqincə qorxun. Yalnız müsəlman olduğunuz halda (müsəlman kimi) ölün!

Ey Allaha iman gətirib, Onun rəsuluna tabe olan kimsələr! Allahın əmrlərinə tabe olaraq, qadağanlarından çəkinərək və Onun nemətlərinə şükür edərək, Rəbbinizdən Ona layiq olan tərz­də qor­xun. Sizi ölüm gələnə qədər dininizdən yapışın və elə o halda da ölün!

Aal-i-Imraan 3:102Listen in Qur'an →
103

وَٱعْتَصِمُوا۟ بِحَبْلِ ٱللَّهِ جَمِيعًۭا وَلَا تَفَرَّقُوا۟ ۚ وَٱذْكُرُوا۟ نِعْمَتَ ٱللَّهِ عَلَيْكُمْ إِذْ كُنتُمْ أَعْدَآءًۭ فَأَلَّفَ بَيْنَ قُلُوبِكُمْ فَأَصْبَحْتُم بِنِعْمَتِهِۦٓ إِخْوَٰنًۭا وَكُنتُمْ عَلَىٰ شَفَا حُفْرَةٍۢ مِّنَ ٱلنَّارِ فَأَنقَذَكُم مِّنْهَا ۗ كَذَٰلِكَ يُبَيِّنُ ٱللَّهُ لَكُمْ ءَايَٰتِهِۦ لَعَلَّكُمْ تَهْتَدُونَ

Hamılıqla Allahın ipinə (dininə, Qur’ana) möhkəm sarılın və (firqələrə bölünüb bir-birinizdən) ayrılmayın! Allahın sizə verdiyi ne’mətini xatırlayın ki, siz bir-birinizə düşmən ikən. O sizin qəlblərinizi (islam ilə) birləşdirdi və Onun ne’məti sayəsində bir-birinizlə qardaş oldunuz. Siz oddan olan bir uçurumun kənarında ikən O sizi oradan xilas etdi. Allah Öz ayələrini sizin üçün bu şəkildə aydınlaşdırır ki, haqq yola yönəlmiş olasınız!

Ey Möminlər! Kitab və sünnədən möh­kəm yapışın və sizi par­ça­layan işlər ardınca getməyin! Allahın sizə bəxş etdiyi nemətlərini xatırlayın ki, siz İslamdan qabaq hər hansı kiçik bir səbəb üzündən bir-bi­rinizlə döyüşürdünüz. O, sizin qəlb­i­nizi düzəltdi, İslam dini ilə bir-birinə birləş­dirdi və bu dinin lütfü sayə­sin­də sizi bir-birinizlə dində bir-birinə rəhim və nəsihət edən qardaşlar etdi. Halbuki, bundan əvvəl siz etdiyiniz küfrlərə görə Cəhənnəmə daxil olmağınıza az qalmış ikən Allah sizi on­dan İslama və imana yönəltməklə xilas etdi. Allah bunu sizə bəyan etdiyi kimi, sizə dünya və axirətdə fayda verən şeyləridə be­lə­cə bəyan edir ki, bəlkə doğru yo­la yönəlib və bu yoldan möhkəm yapışasınız.

Aal-i-Imraan 3:103Listen in Qur'an →
104

وَلْتَكُن مِّنكُمْ أُمَّةٌۭ يَدْعُونَ إِلَى ٱلْخَيْرِ وَيَأْمُرُونَ بِٱلْمَعْرُوفِ وَيَنْهَوْنَ عَنِ ٱلْمُنكَرِ ۚ وَأُو۟لَٰٓئِكَ هُمُ ٱلْمُفْلِحُونَ

(Ey müsəlmanlar!) İçərinizdə (insanları) yaxşılığa çağıran, xeyirli işlər görməyi əmr edən və pis əməlləri qadağan edən bir camaat olsun! Bunlar (bu camaat), həqiqətən nicat tapmış şəxslərdir.

Ey Möminlər! Qoy sizdən Allahın sevdiyi bütün xeyirli əməllərə ça­ğıran, şəriətin dəlalət etdiyi və ağlın yaxşı bildiyi yaxşı əməllər etməyi bu­yuran və şəriətin dəlalət etdiyi və ağlın pis bildiyi pis əməlləri qadağan edən bir camaat olsun. Məhz bu sifətlərə sahib olan kisələr dünyada və axirətdə tam qurtuluşa nail olan kimsələrdir.

Aal-i-Imraan 3:104Listen in Qur'an →
105

وَلَا تَكُونُوا۟ كَٱلَّذِينَ تَفَرَّقُوا۟ وَٱخْتَلَفُوا۟ مِنۢ بَعْدِ مَا جَآءَهُمُ ٱلْبَيِّنَٰتُ ۚ وَأُو۟لَٰٓئِكَ لَهُمْ عَذَابٌ عَظِيمٌۭ

(Allahdan tərəfindən) açıq-aydın dəlillər gəldikdən sonra, bir-birindən ayrılan və ixtilaf törədən şəxslər kimi olmayın! Onlar böyük bir əzaba düçar olacaqlar.

Ey Möminlər! Özlərinə Uca Allahdan açıq-aydın ayələr gəl­­dik­dən sonra dinlərində firqə və dəstələrə ayrı­lıb ix­ti­laf edən­lər kimi olma­yın. Belə kimsələr üçün Allahdan böyük bir əzab vardır.

Aal-i-Imraan 3:105Listen in Qur'an →
106

يَوْمَ تَبْيَضُّ وُجُوهٌۭ وَتَسْوَدُّ وُجُوهٌۭ ۚ فَأَمَّا ٱلَّذِينَ ٱسْوَدَّتْ وُجُوهُهُمْ أَكَفَرْتُم بَعْدَ إِيمَٰنِكُمْ فَذُوقُوا۟ ٱلْعَذَابَ بِمَا كُنتُمْ تَكْفُرُونَ

Bə’zi üzlərin ağ, bə’zi üzlərin isə qara olacağı gündə (qiyamət günündə), üzü qara olanlara: “İman gətirəndən sonra kafirmi oldunuz? İndi, kafir olduğunuza görə dadın əzabı!” – deyiləcəkdir.

Bu böyük əzab, iman əhlinin üzləri sevinc və fərəhdən ağa­racaqı, kafirlərin üzləri isə hüzün və qəm-qüssədən qa­­ra­la­caqı qiyamət günü baş verəcəkdir. O dəhşətli gündə üzləri qaralan kəs­lərə tənə olaraq: "Təsdiq və iqrar etdikdən və sizdən Allaha heç bir şeyi şərik qoşmayacağınıza dair əhd aldıqdan sonra Allahın tövhidini inkarmı etdiniz?! Elə isə, küfr etdiyinizə görə Allahın sizin üçün hazırladığı əzabı dadın"– de­yilə­cəkdir.

Aal-i-Imraan 3:106Listen in Qur'an →
107

وَأَمَّا ٱلَّذِينَ ٱبْيَضَّتْ وُجُوهُهُمْ فَفِى رَحْمَةِ ٱللَّهِ هُمْ فِيهَا خَٰلِدُونَ

Üzü ağ olanlar isə Allahın mərhəməti içərisində olub orada (Cənnətdə) həmişəlik qalacaqlar!

Üzləri ağ olan kəslərin isə məqamı, heç vaxt yox olmayan nemətlər içərisində və içində əbədi qalacaqları Nim cənnətlərində olacaqlar.

Aal-i-Imraan 3:107Listen in Qur'an →
108

تِلْكَ ءَايَٰتُ ٱللَّهِ نَتْلُوهَا عَلَيْكَ بِٱلْحَقِّ ۗ وَمَا ٱللَّهُ يُرِيدُ ظُلْمًۭا لِّلْعَٰلَمِينَ

Budur Allahın ayələri! Biz onları sənə olduğu kimi oxuyuruq. Allah aləmlərə (bəşər əhlinə) zülm etmək istəməz.

Ey Peyğəmbər! Bunlar Allahın Cənnət və Cəhənnəmindən xəbər verən ayələridir. Biz onları sənə haqq və hökmlərdə ədalətli olaraq oxu­yuruq. Allah aləmlərədə heç bir kimsəyə zülm etmək istəməz. Əksinə, hər bir kimsəyə yalnız etdiyi əməlin cəzasını verərər.

Aal-i-Imraan 3:108Listen in Qur'an →
109

وَلِلَّهِ مَا فِى ٱلسَّمَٰوَٰتِ وَمَا فِى ٱلْأَرْضِ ۚ وَإِلَى ٱللَّهِ تُرْجَعُ ٱلْأُمُورُ

Göylərdə və yerdə nə varsa, (hamısı) Allaha məxsusdur. Bütün işlər axırda Allaha qayıdacaqdır!

Göylərdə və yerdə nə mülk var­sa, yaratmağıda və əmr etməyidə bütünlüklə hamısı tək uca Alla­ha məxsusdur. Məxluqatın hər bir işi sonda uca Allaha qayıdır və O, hər bir kimsənin layiq olduğu mükafatını verəcəkdir.

Aal-i-Imraan 3:109Listen in Qur'an →
110

كُنتُمْ خَيْرَ أُمَّةٍ أُخْرِجَتْ لِلنَّاسِ تَأْمُرُونَ بِٱلْمَعْرُوفِ وَتَنْهَوْنَ عَنِ ٱلْمُنكَرِ وَتُؤْمِنُونَ بِٱللَّهِ ۗ وَلَوْ ءَامَنَ أَهْلُ ٱلْكِتَٰبِ لَكَانَ خَيْرًۭا لَّهُم ۚ مِّنْهُمُ ٱلْمُؤْمِنُونَ وَأَكْثَرُهُمُ ٱلْفَٰسِقُونَ

(Ey müsəlmanlar!) Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz (onlara) yaxşı işlər görməyi əmr edir, pis əməlləri qadağan edir və Allaha inanırsınız. Əgər kitab əhli də (sizin kimi) iman gətirsəydi, əlbəttə, onlar üçün yaxşı olardı. Onların da içərisində bə’zi iman gətirən şəxslər vardır, lakin çox hissəsi haqq yoldan çıxanlardır.

Ey Muhəmməd - sallallahu aleyhi və səlləm - ümməti! Siz Allahın insanlar arasında üzə çıxardığı həm imanınızda və əməlinizdə həm də ki, insanlar üçün ən faydalı insanlar olmağınız üçün ən xeyirli ümmətsiniz. Siz şəriətin dəlalət etdiyi və ağlın yaxşı bildiyi yaxşı işlər görməyi əmr edir və şəriətin dəlalət etdiyi və ağlın pis bildiyi pis əməlləri qadağan edir və bunu öz əməlinizlə təsdiq edərək, Allaha yəqin iman gətirirsiniz. Əgər Kitab əhlindən olan yəhudi və nəsranilər Muhəmmədə - sallallahu aleyhi və səlləm - iman gətirsəydilər, bu onlar üçün dünya və axirətdə əlbəttə ki, daha yaxşı olardı. Kitab əhli arasında iman gətirən az bir qisim olsada, onların əksəriyyəti isə Allahın dinindən və şəriətindən çıxmış insanlardır.

Aal-i-Imraan 3:110Listen in Qur'an →

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.