وَكَيْفَ تَكْفُرُونَ وَأَنتُمْ تُتْلَىٰ عَلَيْكُمْ ءَايَٰتُ ٱللَّهِ وَفِيكُمْ رَسُولُهُۥ ۗ وَمَن يَعْتَصِم بِٱللَّهِ فَقَدْ هُدِىَ إِلَىٰ صِرَٰطٍۢ مُّسْتَقِيمٍۢ
Sizə Allahın hökmləri oxunduğu və Onun Peyğəmbəri aranızda olduğu halda, siz necə kafir ola bilərsiniz? Allaha (Onun dininə) sığınan şəxs, şübhəsiz ki, doğru yola yönəldilmişdir.
İmanınızda sabit qalmanız üçün sizdə ən böyük səbəbin olduğu, sizə Allahın ayələri oxunduğu və bu ayələri Allahın elçisi Muhəmməd - sallallahu aleyhi və səlləm - tərəfindən sizə bəyan edildiyi bir halda siz Allaha iman etdikdən sonra necə Ona küfr edə bilərsiniz?! Kim Allahın Kitabına və Onun elçisinin - sallallahu aleyhi və səlləm - sünnəsinə möhkəm bağlanarsa, Allah onu heç bir əyrilik olmayan doğru yola müvəffəq edər.