Muslim99Muslim99
← Tafsir library

9. At-Tawba

The Repentance · Medinan · 129 ayahs

سُورَةُ التَّوۡبَةِ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 11–20 of 129

11

فَإِن تَابُوا۟ وَأَقَامُوا۟ ٱلصَّلَوٰةَ وَءَاتَوُا۟ ٱلزَّكَوٰةَ فَإِخْوَٰنُكُمْ فِى ٱلدِّينِ ۗ وَنُفَصِّلُ ٱلْءَايَٰتِ لِقَوْمٍۢ يَعْلَمُونَ

Əgər tövbə etsələr, namaz qılıb zəkat versələr, onlar sizin din qardaşlarınızdır. Biz ayələrimizi anlayıb bilən bir tayfa üçün belə ətraflı izah edirik!

Əgər etdikləri küfür əməllərdən Allaha tövbə edib, iki şəhadət kəlməsini tələffüz etsələr, na­maz qılıb mallarının zə­katını versələr, onlar sizin din qar­daş­la­rı­nızdır. Bu zaman sizə vacib edilən onlara da vacib edilər, sizə qadağan edilən onlara da qadağan edilmiş olar və bundan sonra onlarla döyüşmək sizə halal olmaz. Çünki İslamı qəbul etmələri onların qanlarını, mallarını və namuslarını qoruyar. Biz ayələri bilən kimsələrə be­lə­cə izah edirik. Çünki ayələrimizdən məhz belə kimsələr faydalanar və başqalarınıda fayda verərlər.

12

وَإِن نَّكَثُوٓا۟ أَيْمَٰنَهُم مِّنۢ بَعْدِ عَهْدِهِمْ وَطَعَنُوا۟ فِى دِينِكُمْ فَقَٰتِلُوٓا۟ أَئِمَّةَ ٱلْكُفْرِ ۙ إِنَّهُمْ لَآ أَيْمَٰنَ لَهُمْ لَعَلَّهُمْ يَنتَهُونَ

Əgər əhd bağladıqdan sonra andlarını pozsalar və dininizi yamanlayıb təhqir etsələr, (sözlərinin üstündə durmayan) küfr başçıları ilə vuruşun. Onların həqiqətdə andları (əhdləri) yoxdur (onlar üçün heç bir andın, əhdin əhəmiyyəti yoxdur). Bəlkə, (bu yaramaz işlərdən) əl çəkələr!

Əgər müşriklər müəyyən müddət ərzində sizinlə onlar arasında atəşkəsin olması üçün əhd bağ­la­dıq­dan sonra əhdlərini po­zub di­­ni­ni­zə eyib edib, aşağılayarlarsa, onlarla döyüşün, çün­ki onlar küfür başçıları və öndə gedənləridir. Artıq onların qanlarını qorunmasını təmin edən əhd-peymanları yoxdur. Onlarla döyüşün ki, bəlkə Allaha küfür etməkdən, əhdlərini pozmaqdan və dini aşağılamaqdan çəkinsinlər.

13

أَلَا تُقَٰتِلُونَ قَوْمًۭا نَّكَثُوٓا۟ أَيْمَٰنَهُمْ وَهَمُّوا۟ بِإِخْرَاجِ ٱلرَّسُولِ وَهُم بَدَءُوكُمْ أَوَّلَ مَرَّةٍ ۚ أَتَخْشَوْنَهُمْ ۚ فَٱللَّهُ أَحَقُّ أَن تَخْشَوْهُ إِن كُنتُم مُّؤْمِنِينَ

(Ey mö’minlər!) Məgər siz andlarınızı (əhdlərini) pozan, Peyğəmbəri (öz yurdundan) çıxardıb qovmaq niyyətində olan, üstəlik sizinlə döyüşə də birinci başlayan bir tayfa ilə vuruşmayacaqsınzmı? Məgər onlardan qorxursunuz? Əgər (həqiqi) mö’minlərsinizsə, bilin ki, əslində qorxmalı olduğunuz məhz Allahdır!

Ey möminlər! Əhd-peymanlarını po­zan, Dərun-nədva da bir yerə yığışıb Peyğəmbəri (sallallahu aleyhi və səlləm) Məkkədən çıxarmaq üçün məşvərət edən, özləri də Peyğəmbərin (sallallahu aleyhi və səlləm) yaxın dostu və sirdaşı olan Xuzəah qəbiləsinə qarşı, Qureyişin yaxın dostu və sirdaşı olan Bəkr qəbiləsinə yardım edərək sizinlə döyüşü birinci başla­yan bir ca­ma­atla nə üçün vuruşmursunuz? Mə­gər onlardan qor­xub, onlarla döyüşməkdən çəkinirsinizmi? Əgər siz həqiqi mö­­min­si­niz­sə, daha çox Uca Allahdan qorxmalı­sı­nız.

14

قَٰتِلُوهُمْ يُعَذِّبْهُمُ ٱللَّهُ بِأَيْدِيكُمْ وَيُخْزِهِمْ وَيَنصُرْكُمْ عَلَيْهِمْ وَيَشْفِ صُدُورَ قَوْمٍۢ مُّؤْمِنِينَ

Onlarla vuruşun ki, Allah sizin əlinizlə onlara əzab versin, onları rüsvay etsin, sizə onların üzərində qələbə çaldırıb mö’minlərin ürəklərini fərəhləndirsin.

Ey möminlər! Müşriklərlə döyüşün. Siz onlarla döyüşün ki, Allah sizin əlinizlə onları öldürmək, məğlub etmək və ya əsir götürməklə onlara əzab versin. Möminlərdən, düşmənlərinin öldürülməsinə, onların əsir götürülməsinə, məğlub edilməsinə və Uca Allahın möminlərə düşmənlərinə qarşı yardım etməsinə şahid olmayan mömin camaatın qəlbini sevindirsin.

15

وَيُذْهِبْ غَيْظَ قُلُوبِهِمْ ۗ وَيَتُوبُ ٱللَّهُ عَلَىٰ مَن يَشَآءُ ۗ وَٱللَّهُ عَلِيمٌ حَكِيمٌ

Və onların (müşriklərin əlindən əziyyət çəkən müsəlmanların) qəlblərindən qəzəbi silib aparsın. Allah istədiyi kəsin tövbəsini qəbul edər. Allah (hər şeyi) biləndir, hikmət sahibidir!

Allaha mömin qullarına düşmənləri üzərində qələbə nəsib etməklə möminlərin qəlbin­dən qəzəbi uzaq etsin. Məkkənin fəti günü baş verdiyi kimi, Allah, o inadkarlardan kimsə tövbə etdikdə is­tə­diyi kə­sin töv­bə­sini qəbul edər. Allah onlardan kimin ixlasla tövbə etdiyini biləndir və O, xəlq etməyində, işlərində və şəri əhkamlarında hikmət sahibidir.

16

أَمْ حَسِبْتُمْ أَن تُتْرَكُوا۟ وَلَمَّا يَعْلَمِ ٱللَّهُ ٱلَّذِينَ جَٰهَدُوا۟ مِنكُمْ وَلَمْ يَتَّخِذُوا۟ مِن دُونِ ٱللَّهِ وَلَا رَسُولِهِۦ وَلَا ٱلْمُؤْمِنِينَ وَلِيجَةًۭ ۚ وَٱللَّهُ خَبِيرٌۢ بِمَا تَعْمَلُونَ

Yoxsa elə güman edirsiniz ki, Allah içərinizdə cihad edənləri, Allahdan, Onun Peyğəmbərindən və mö’minlərdən başqasını özlərinə dost tutanları ayırd etməmiş siz sərbəst buraxılacaqsınız? Allah nə etdiklərinizdən xəbərdardır!

Ey möminlər! Allah sizi imtahan etmədən sərbəst bu­raxacağınızımı güman edirdiniz? İmtahan Allahın sünnəsidir. Allah sizi ta içərinizdən, özlərinə, Allah­dan, Onun Elçi­sin­dən və möminlərdən başqa­ kafirləri sir­daş, dost tutmayan­ları, ixlasla Allah üçün cihad edənləri ayırd edənə qəbər imtahan edəcəkdir. Allah nə etdik­lərinizdən xəbərdardır. Ona heç bir şey gizli qalmaz. Allah onlara etdikləri əməllərin əvəzini verəcəkdir.

17

مَا كَانَ لِلْمُشْرِكِينَ أَن يَعْمُرُوا۟ مَسَٰجِدَ ٱللَّهِ شَٰهِدِينَ عَلَىٰٓ أَنفُسِهِم بِٱلْكُفْرِ ۚ أُو۟لَٰٓئِكَ حَبِطَتْ أَعْمَٰلُهُمْ وَفِى ٱلنَّارِ هُمْ خَٰلِدُونَ

Müşriklər küfr etdikləri barədə öz-özlərinə şahid olduqları halda, Allahın məscidlərini tə’mir etmək onlara layiq olmaz. Onların əməlləri puça çıxmışdır. Onlar Cəhənnəmdə (atəşdə əbədi qalacaqlar!)

Müşriklər qəlblərində Allaha küfr etdiklə­ri­ və bunu əməlləri ilə büruzə verdikləri bir halda, onlara Alla­hın məs­cidlərini ibadət və başqa itaət əməllərlə abadlaş­dır­maq ya­ra­maz. Onların imanları olmadığı üçün əməl­ləri pu­ça çıx­mış­­dır. Əgər onlar ölməzdən əvvəl Allaha şərik qoşmaqdan tövbə etməsələr, qiyamət günü cəhənnəmə varid olaraq orada əbə­di qalacaqlar.

18

إِنَّمَا يَعْمُرُ مَسَٰجِدَ ٱللَّهِ مَنْ ءَامَنَ بِٱللَّهِ وَٱلْيَوْمِ ٱلْءَاخِرِ وَأَقَامَ ٱلصَّلَوٰةَ وَءَاتَى ٱلزَّكَوٰةَ وَلَمْ يَخْشَ إِلَّا ٱللَّهَ ۖ فَعَسَىٰٓ أُو۟لَٰٓئِكَ أَن يَكُونُوا۟ مِنَ ٱلْمُهْتَدِينَ

Allahın məscidlərini yalnız Allaha və qiyamət gününə iman gətirən, namaz qılıb zəkat verən və Allahdan başqa heç kəsdən qorxmayanlar tə’mir edə bilərlər (yalnız bu qəbildən olan şəxslərin əməlləri Allah dərgahında qəbul olunar). Məhz onlar doğru yolu tapa bilənlərdən ola bilərlər!

Allahın məscidlərini abad­laşdırmağa yalnız tək Allaha iman edən, Ona heç bir şeyi şərik qoşmayan, qiyamət gününə iman gə­tirən, namaz qılan, malının zə­katın verən və Uca Allahdan başqa heç kəsdən qorx­mayan kimsə layiqdir. Ola bilsin ki, məhz onlar doğ­ru yolla yönələn kimsələr ol­sunlar. Amma müşriklər isə bu yoldan olduqca çox uzaq olan kimsələrdir.

19

۞ أَجَعَلْتُمْ سِقَايَةَ ٱلْحَآجِّ وَعِمَارَةَ ٱلْمَسْجِدِ ٱلْحَرَامِ كَمَنْ ءَامَنَ بِٱللَّهِ وَٱلْيَوْمِ ٱلْءَاخِرِ وَجَٰهَدَ فِى سَبِيلِ ٱللَّهِ ۚ لَا يَسْتَوُۥنَ عِندَ ٱللَّهِ ۗ وَٱللَّهُ لَا يَهْدِى ٱلْقَوْمَ ٱلظَّٰلِمِينَ

(Ey müşriklər!) Məgər siz hacılara su verməyi və Məscidülhəramı tə’mir etməyi Allaha və qiyamət gününə iman gətirib Allah yolunda cihad edənlərdə eynimi tutursunuz? Onlar Allah yanında eyni olmazlar. Allah zalım tayfanı doğru yola yönəltməz!

Ey müşriklər! Doğrudanmı siz hacı­la­ra su ver­məyi və Məscidul­ha­ramı abad­laş­dır­ma­ğı Allaha iman gə­tirib, Ona heç bir şeyi şərik qoşmayan və qiyamət gü­nünə imanan, kafirlərin kəlməsi alçaq, Allahın kəlməsi isə uca olması üçün canı və malı ilə Allah yo­lun­da cihad edənlərlə eyni tutursunuz? Məgər siz bu iki dəstəni Allah qatında fəzilət baxımından eyni dərəcədə edirsiniz? Bilin ki, onlar Alla­hın ya­nın­da əsla eyni dərəcədə ola bilməzlər. Allah zalım qövmü, hacı­la­ra su ver­mək kimi yaxşı əməllər etsələr də belə, şirk etdiklərinə görə doğru yola müvəffəq etməz.

20

ٱلَّذِينَ ءَامَنُوا۟ وَهَاجَرُوا۟ وَجَٰهَدُوا۟ فِى سَبِيلِ ٱللَّهِ بِأَمْوَٰلِهِمْ وَأَنفُسِهِمْ أَعْظَمُ دَرَجَةً عِندَ ٱللَّهِ ۚ وَأُو۟لَٰٓئِكَ هُمُ ٱلْفَآئِزُونَ

İman gətirib hicrət edənləri, Allah yolunda malları və canları ilə vuruşanları Allah yanında ən yüksək dərəcələr gözləyir. Onlar nicat tapanlardır (xeyrə qovuşanlardır).

Allaha iman gətirib, küfür diyarından İslam diyarına hicrət etməklə, malı və canı ilə Allah yolunda cihad etməyi bir araya cəm edən kimsələrin mükafatı Allah ya­nında başqalarından ən yüksək də­rə­cə­lərdədir. Məhz bu sifətləri özündə cəm edən kimsələr cənnətə daxil olan kimsələrdir.

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.