وَمِنْهُمُ ٱلَّذِينَ يُؤْذُونَ ٱلنَّبِىَّ وَيَقُولُونَ هُوَ أُذُنٌۭ ۚ قُلْ أُذُنُ خَيْرٍۢ لَّكُمْ يُؤْمِنُ بِٱللَّهِ وَيُؤْمِنُ لِلْمُؤْمِنِينَ وَرَحْمَةٌۭ لِّلَّذِينَ ءَامَنُوا۟ مِنكُمْ ۚ وَٱلَّذِينَ يُؤْذُونَ رَسُولَ ٱللَّهِ لَهُمْ عَذَابٌ أَلِيمٌۭ
(Münafiqlər içində) Peyğəmbəri incidib: “O (hamını dinləyən, hər sözü eşidib inanan) bir qulaqdır”,- deyənlər də var. De: “O qulaq sizin üçün bir ne’mətdir. Allaha da inanır, mö’minlərə də. O sizdən iman gətirənlər üçün rəhmətdir. Allahın Rəsuluna əzab verənləri isə şiddətli bir əzab gözləyir!”
Münafiqlərdən elələri də var ki, Peyğəmbərin (sallallahu aleyhi və səlləm) həlim qəlbli olduğunu görüb, ona sözlə əziyyət verərək: "O, hər deyilən sözə inanır, haqqla batilin arasını ayırd edə bilmir!" - deyirlər. Ey Peyğəmbər onlara belə de: "Allahın Elçisi yalnız xeyir sözlər eşidər. O, Allaha və sadiq möminlərin ona verdiyi xəbərlərə inanar. Onun Peyğəmbər göndərilməsi ona iman gətirən kimsələr üçün bir rəhmətdir". Allahın Elçisinə hər hansı bir əzab-əziyyət verənləri isə ağrılı-acılı bir əzab gözləyir.