Muslim99Muslim99
← Tafsir library

9. At-Tawba

The Repentance · Medinan · 129 ayahs

سُورَةُ التَّوۡبَةِ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 51–60 of 129

51

قُل لَّن يُصِيبَنَآ إِلَّا مَا كَتَبَ ٱللَّهُ لَنَا هُوَ مَوْلَىٰنَا ۚ وَعَلَى ٱللَّهِ فَلْيَتَوَكَّلِ ٱلْمُؤْمِنُونَ

De: “Allahın bizim üçün (lövhi-məhfuzda) yazdığından başqa bizə heç bir şey üz verməz. O bizim ixtiyar sahibimizdir. Buna görə də mö’minlər yalnız Allaha təvəkkül etsinlər!”

Ey Peyğəmbər! O münafiqlərə de: "Allahın bizim üçün yaz­dı­ğın­dan başqa bizim başı­mı­za heç nə gəl­məz. O bizim hima­yədarımız və mövlamızdır. Biz işlərimizi ona təvəkkül edirik. Qoy mö­min­lərdə işlərini yalnız Ona həvalə etsin­lər. Əgər belə etsələr Allah onlara kifayət edəndir, O nə gözəl vəkildir!"

52

قُلْ هَلْ تَرَبَّصُونَ بِنَآ إِلَّآ إِحْدَى ٱلْحُسْنَيَيْنِ ۖ وَنَحْنُ نَتَرَبَّصُ بِكُمْ أَن يُصِيبَكُمُ ٱللَّهُ بِعَذَابٍۢ مِّنْ عِندِهِۦٓ أَوْ بِأَيْدِينَا ۖ فَتَرَبَّصُوٓا۟ إِنَّا مَعَكُم مُّتَرَبِّصُونَ

De: “Biz Allahın Özü tərəfindən və ya bizim əlimizlə sizi əzaba düçar etməsini gözlədiyimiz halda, siz bizlərə ancaq iki yaxşı işdən (zəfər çalmaqdan və şəhid olmaqdan) birinin gəlməsinimi gözləyirsiniz? Doğrusu, biz də sizinlə birlikdə gözləməkdəyik”!

Ey Peyğəmbər! Onlara de: "Doğrudanmı siz biz­­lərə qələbə və ya şə­hidlik yetiş­mə­si­ni gözləyirsiniz? Biz isə ya Alla­hın Özü tərəfindən və da bizim əllərimizlə sizi məhv etməsini yaxud da ki, Allah bizə sizinlə döyüşməyə izin verdiyi təqdirdə sizi əsir götürməyimizi gözləyi­rik. Siz bizim sonumuzu gözləyin; şüb­hə­siz ki, biz də sizin sonunuzu gözlə­yirik".

53

قُلْ أَنفِقُوا۟ طَوْعًا أَوْ كَرْهًۭا لَّن يُتَقَبَّلَ مِنكُمْ ۖ إِنَّكُمْ كُنتُمْ قَوْمًۭا فَٰسِقِينَ

(Münafiqlərə) de: “İstər könül xoşluğu ilə, istər zorla (mallarınızı) xərcləyin. Onsuz da (Allah dərgahında) sizdən qəbul olunmayacaq. Çünki siz fasiq bir tayfasınız.

Ey Peyğəmbər! Onlara de: "İstər könüllü, istər­sə­niz də ki, könülsüz olmasından aslı olmayaraq nə xərcləyirsinizsə xərcləyin, Allaha küfür edib, Onun itaətindən çıxdığınız üçün on­suz da xərclədikləriniz sizdən qə­bul edilən deyildir.

54

وَمَا مَنَعَهُمْ أَن تُقْبَلَ مِنْهُمْ نَفَقَٰتُهُمْ إِلَّآ أَنَّهُمْ كَفَرُوا۟ بِٱللَّهِ وَبِرَسُولِهِۦ وَلَا يَأْتُونَ ٱلصَّلَوٰةَ إِلَّا وَهُمْ كُسَالَىٰ وَلَا يُنفِقُونَ إِلَّا وَهُمْ كَٰرِهُونَ

Onların xərclədiklərinin qəbul olunmasına mane olan yalnız Allahı və Onun Peyğəmbərini inkar etmələri, namaza tənbəl-tənbəl gəlmələri və istəməyə-istəməyə xərcləmələridir.

Onların Allah yolunda sərf etdiklərinin qəbul olunmamasının yalnız üç səbəbi vardır. Birincisi: Allah və Onun Rəsuluna küfür etmələri. İkincisi: Namazı tən­bəl­lik­lə qılmaları. Üçüncüsu: Mallarını könül xoşluğu ilə deyil, kö­nülsüz xərc­ləmələridir. Onlar nə namaza qıldıqda, nə də ki, xərclədikdə savabını Allahdan gözləməzlər.

55

فَلَا تُعْجِبْكَ أَمْوَٰلُهُمْ وَلَآ أَوْلَٰدُهُمْ ۚ إِنَّمَا يُرِيدُ ٱللَّهُ لِيُعَذِّبَهُم بِهَا فِى ٱلْحَيَوٰةِ ٱلدُّنْيَا وَتَزْهَقَ أَنفُسُهُمْ وَهُمْ كَٰفِرُونَ

(Ya Peyğəmbərim! Münafiqlərin) nə malları, nə də oğul-uşağı səni təəccübləndirməsin. Allah onlarla ancaq münafiqlərə dünyada əzab vermək, kafir olduqları halda, canlarını almaq istər.

Ey Peyğəmbər! Münafiqlərin var-dövlətinin və oğul-uşağlarının çoxluğundan heyrətlənib, heçdə sənə xoş görsənmə­sin. Əldə etdikləri var-dövlətləin və oğul-uşağlarının aqibəti onlar üçün pisdir. Allah onların dünya həya­tında ölənə qədər bun­ları cəm etmələrini onlar üçün bir əzab, məşəqqət etmişdir, axirətdə isə cəhənnəmin ən aşağı təbəqəsində əbədi qalmaqla onları əzaba düçar edəcəkdir.

56

وَيَحْلِفُونَ بِٱللَّهِ إِنَّهُمْ لَمِنكُمْ وَمَا هُم مِّنكُمْ وَلَٰكِنَّهُمْ قَوْمٌۭ يَفْرَقُونَ

(Münafiqlər) sizdən olmaya-olmaya mütləq sizdən olduqları barədə Allaha and içərlər. Lakin onlar (əslində sizin onları öldürmənizdən ehtiyat edən, buna görə də zahirən özlərini müsəlman kimi göstərən) qorxaq bir zümrədir.

Ey möminlər! Münafiqlər yalandan özlərinin sizinlə həmrəy ol­duq­larına and içirlər. Zahirən sizinlə həmrəy olduqlarını büzuzə etsələrdə, həqiqət də isə onlar sizdən de­yil­lər. Əs­lin­də onlar, müşrikləri öldürüb, əsir tutduğunuzdan sonra onların başlarına gələn müsibətlərin eyni ilə öz başlarına gəlmələrindən qorxaraq, özlərinin İslamda olduqlarını göstərən kimsələrdir.

57

لَوْ يَجِدُونَ مَلْجَـًٔا أَوْ مَغَٰرَٰتٍ أَوْ مُدَّخَلًۭا لَّوَلَّوْا۟ إِلَيْهِ وَهُمْ يَجْمَحُونَ

Əgər onlar bir sığınacaq və ya (gizlənmək üçün) mağara, yaxud girməyə bir deşik (yer) tapsaydılar, tələsik ora üz tutardılar.

Əgər o münafiqlər canlarını qorumaq üçün bir qala və ya dağlarda dal­dalanmaq üçün mağa­ralar ya­xud giz­lənməyə bir oyuq tap­saydılar, ləngi­mə­dən özlərini ora salardılar.

58

وَمِنْهُم مَّن يَلْمِزُكَ فِى ٱلصَّدَقَٰتِ فَإِنْ أُعْطُوا۟ مِنْهَا رَضُوا۟ وَإِن لَّمْ يُعْطَوْا۟ مِنْهَآ إِذَا هُمْ يَسْخَطُونَ

Onlardan (münafiqlərdən) sədəqələr (onların bölünməsi) barəsində sənə eyib tutanlar da var. Əgər (sədəqədən) onlara bir şey verilsə, razı qalar, verilməsə, dərhal qəzəblənərlər.

Ey Peyğəmbər! Münafiqlərdən elələri də var ki, sədə­qələrin bölümü zamanı onlara istədikləri çatmadıqda sənə nöq­san tu­tub, eyib edirlər. Əgər istədikləri onlara verilərsə, bu zaman səndən razı qalar, əgər verilməzsə, dər­hal şikayətlənərlər.

59

وَلَوْ أَنَّهُمْ رَضُوا۟ مَآ ءَاتَىٰهُمُ ٱللَّهُ وَرَسُولُهُۥ وَقَالُوا۟ حَسْبُنَا ٱللَّهُ سَيُؤْتِينَا ٱللَّهُ مِن فَضْلِهِۦ وَرَسُولُهُۥٓ إِنَّآ إِلَى ٱللَّهِ رَٰغِبُونَ

Kaş münafiqlər Allahın və Peyğəmbərinin onlara verdiklərindən razı qalıb: “Allah bizə kifayətdir. Allah bizə Öz ne’mətindən bəxş edəcək, Peyğəmbəri də (sədəqədən). Biz, həqiqətən, Allaha ürəkdən bağlananlarıq!” – deyəydilər!

Kaş ki, sədə­qələrin bölümü zamanı sənə nöq­san tu­tanlar Allahın onlar üçün təyin etdiyi və Allahın El­çisinin onlara verdi­yi­ paya ra­zı qalıb: "Allah bizə ye­tər. Allah bizə Öz lütfün­dən və həmçinin, Onun Elçisi də Allahın ona əta etdiyindən bizə verəcəkdirdə. Allah bizə öz lütfündən bəxş etmək üçün biz yalnız tək Allaha rəğ­bət bəs­lə­yi­rik"– de­yəy­dilər. Əgər onlar belə etsəydilər, bu onlar üçün sənə nöqsan tutmaqdan daha xeyirli olardı.

60

۞ إِنَّمَا ٱلصَّدَقَٰتُ لِلْفُقَرَآءِ وَٱلْمَسَٰكِينِ وَٱلْعَٰمِلِينَ عَلَيْهَا وَٱلْمُؤَلَّفَةِ قُلُوبُهُمْ وَفِى ٱلرِّقَابِ وَٱلْغَٰرِمِينَ وَفِى سَبِيلِ ٱللَّهِ وَٱبْنِ ٱلسَّبِيلِ ۖ فَرِيضَةًۭ مِّنَ ٱللَّهِ ۗ وَٱللَّهُ عَلِيمٌ حَكِيمٌۭ

Sədəqələr (zəkatlar) Allah tərəfindən müəyyən edilmiş bir fərz (vacib əməl) olaraq ancaq yoxsullara, (ehtiyacı olan, lakin utandığından əl açıb dilənməyən) minskinlərə, zəkatı yığıb paylayanlara, ürəkləri (müsəlmanlığa) isinişib bağlanmaqda olanlara (iman gətirib hələ kamil mö’min olmayanlara), azad ediləcək kölələrə (və ya boynuna kəffarə düşüb verə bilməyənlərə), həmçınin (borcu ödəməyə imkanı olmayan) borclulara, Allah yolunda cihad edənlərə və yolçulara (pulu qurtardığı üçün yolda qalan, vətəninə qayıda bilməyən müsafirlərə) məxsusdur. Allah (hər şeyi) biləndir, hikmət sahibidir!

Vacib zəkatlar işi və ya müəyyən bir vəzifəsi olub, lakin öz maddi tələbatını ödəməyə kifayət etməyən və həmçinin ehtiyaclı olduğu insanlar arasında bilinməyən fəqirlərə, heç bir şeyə sahib olmayan, sözündən və zahiri görnüşündən ehtiyaclı olması insanlara arasında bilinən miskinlərə, zəkatı yığıb pay­lamaq üçün imam tərəfindən təyin etdiyi kimsələrə, qəlbləri İslam di­ninə isinişdirmək üçün və ya imanının qüvvətlənməsi məqsədi ilə verilən zəyif imanlı, yaxud da ki, şərindən qorunmaq üçün verilən kimsələrə, kölə­lərin azad olun­masına, israfçılığa yol vermədən və ya günah işləmək məqsədi olmadan borc alıb, qaytarmağa maddi imkanı olmayan borclu­lara, Allah yo­lun­da cihad edən mücahidlərin maddi və texniki ehtiyaclarını təmin edilməsinə və pulu qurtarıb yarı yolda qalan müsafirlərə məx­­sus­dur. Zəkatın yalnız bu kimsələrə məxsus edilməsi Allah tərəfindən təyin edilmiş bir fərzdir. Allah qulların mənfəətlərini daha yaxşı bilir. O, işlərində və şəri hökmlərində hikmət sahibidir.

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.