Muslim99Muslim99
← Tafsir library

9. At-Tawba

The Repentance · Medinan · 129 ayahs

سُورَةُ التَّوۡبَةِ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 1–10 of 129

1

بَرَآءَةٌۭ مِّنَ ٱللَّهِ وَرَسُولِهِۦٓ إِلَى ٱلَّذِينَ عَٰهَدتُّم مِّنَ ٱلْمُشْرِكِينَ

Allahdan və Onun Peyğəmbərindən saziş bağladığımız müşriklərə (onlarla olan əhdlərinin pozulması, əlaqələrin kəsilməsi barədə) bir xəbərdarlıq!

Ey müsəlmanlar! Bu, Allah və Onun Rəsulu tə­rə­fin­dən Ərəb yarımadasında yaşayan əhd bağladığınız müş­rik­lərə on­larla olan əhdlərin sona çatdığı barədə bir xəbər­darlıq­dır.

2

فَسِيحُوا۟ فِى ٱلْأَرْضِ أَرْبَعَةَ أَشْهُرٍۢ وَٱعْلَمُوٓا۟ أَنَّكُمْ غَيْرُ مُعْجِزِى ٱللَّهِ ۙ وَأَنَّ ٱللَّهَ مُخْزِى ٱلْكَٰفِرِينَ

(Ey müşriklər!) Yer üzündə dörd ay sərbəst gəzib dolaşın və bilin ki, siz Allahı aciz qoya bilməzsiniz (Allahın əzabından qaçıb canınızı qurtara bilməzsiniz). Allah kafirləri (dünyada və axirətdə) rüsvay edəcəkdir!

Ey müşriklər! Elə isə yer üzündə dörd ay müddətində əmin-amanlıqla gəzib dolaşın. Bu müddət bitdikdən sonra sizin heç bir toxunulmazlıq və əhdiniz yoxdur. Siz nə qədər Allaha küfür etsəniz də, Onun əzabından qaçıb yaxa qur­ta­ra bil­məyəcəyinizə yəqin olun və bilin ki, Allah kafirləri bu dünya da ölüm və əsir düşməklə, axirətdə isə onları cəhənnəm oduna varid etməklə rüsvay edəcəkdir. Allahın bu hökmü, əhdlərini pozan və ya daimi əhdləri olub, əhdlərini pozmayan kafirlərə aiddir. Amma əhdləri hətta dörd aydan çox olaraq müəyyən bir vaxta qədər əhd bağlamış kafirlərə gəldikdə isə belə kimsələrin əhdləri, əhd bağladıqları vaxtın bitməsinə kimidir.

3

وَأَذَٰنٌۭ مِّنَ ٱللَّهِ وَرَسُولِهِۦٓ إِلَى ٱلنَّاسِ يَوْمَ ٱلْحَجِّ ٱلْأَكْبَرِ أَنَّ ٱللَّهَ بَرِىٓءٌۭ مِّنَ ٱلْمُشْرِكِينَ ۙ وَرَسُولُهُۥ ۚ فَإِن تُبْتُمْ فَهُوَ خَيْرٌۭ لَّكُمْ ۖ وَإِن تَوَلَّيْتُمْ فَٱعْلَمُوٓا۟ أَنَّكُمْ غَيْرُ مُعْجِزِى ٱللَّهِ ۗ وَبَشِّرِ ٱلَّذِينَ كَفَرُوا۟ بِعَذَابٍ أَلِيمٍ

Allahdan və Onun Peyğəmbərindən böyük həcc günü (zülhiccə ayında vacib, fərz olan həcc; qurban bayramı və ya Ərəfə günü) insanlara bir bildiriş! Allahın və Onun Peyğəmbərinin müşriklərlə heç bir əlaqəsi yoxdur. Əgər (küfrdən və şirkdən) tövbə etsəniz, bu sizin üçün xeyirli olar. Əgər (imandan) üz döndərsəniz, bilin ki, Allahın əzabından qaçıb canınızı qurtara bilməzsiniz. (Ey Peyğəmbərim!) Kafir olanları şiddətli bir əzabla müjdələ!

Bu, Allah və Onun Rəsulu tə­rəfin­dən qurban bayramı günü bütün in­san­lara Alla­­hın və həmçinin Onun El­çi­si­nin müşriklərdən uzaq ol­masını elan edəcək bir bil­diriş­dir. Ey müşriklər! Əgər Allaha şərik qoşmaqdan tövbə etsəniz, bu si­zin üçün daha xe­yirli olar. Yox əgər tövbə etməkdən üz döndərsə­niz, bu zaman Allah­­dan və Oun əzabından yaxa qurtara bil­mə­yəcəyinizə yəqin olun. Ey Peyğəmbər! Allaha küfür edən kimsələrə onları məyus edəcək xəbəri ver, Bu, onları ağrılı-acılı bir əzabın gözlədiyi xəbərindir.

4

إِلَّا ٱلَّذِينَ عَٰهَدتُّم مِّنَ ٱلْمُشْرِكِينَ ثُمَّ لَمْ يَنقُصُوكُمْ شَيْـًۭٔا وَلَمْ يُظَٰهِرُوا۟ عَلَيْكُمْ أَحَدًۭا فَأَتِمُّوٓا۟ إِلَيْهِمْ عَهْدَهُمْ إِلَىٰ مُدَّتِهِمْ ۚ إِنَّ ٱللَّهَ يُحِبُّ ٱلْمُتَّقِينَ

Müqavilə bağlandıqdan sonra sizə qarşi bir naqislik etməmiş (onun şərtlərini pozmamış) və sizin əleyhinizə heç kəsə yardım göstərməmiş müşriklər istisnadır. Onlarla əhdinizə axıra qədər (müddəti bitənədək) vəfa edin. Şübhəsiz ki, Allah müttəqiləri (əhdi nahaq yerə pozmaqdan çəkinənləri) sevər!

Saziş bağladıqdan sonra əhdlərinə vəfalı olub, onu poz­mayan müşriklər əvvəldə qeyd edilən hökmdən müstəsnadırlar. On­­lar­la olan əhdlərinizə, müd­dəti sona çatanadək vəfalı olun. Həqi­qətən, Allah, əhdlərinə vəfalı olaraq Onun əmrlərinə tabe olan və özünü xəyanətdə qoruyaraq Allahın qadağan etdiyi şeylərdən uzaq duran müt­təqi­ləri sevər.

5

فَإِذَا ٱنسَلَخَ ٱلْأَشْهُرُ ٱلْحُرُمُ فَٱقْتُلُوا۟ ٱلْمُشْرِكِينَ حَيْثُ وَجَدتُّمُوهُمْ وَخُذُوهُمْ وَٱحْصُرُوهُمْ وَٱقْعُدُوا۟ لَهُمْ كُلَّ مَرْصَدٍۢ ۚ فَإِن تَابُوا۟ وَأَقَامُوا۟ ٱلصَّلَوٰةَ وَءَاتَوُا۟ ٱلزَّكَوٰةَ فَخَلُّوا۟ سَبِيلَهُمْ ۚ إِنَّ ٱللَّهَ غَفُورٌۭ رَّحِيمٌۭ

Haram aylar (onlara möhlət verilmiş zülhiccə, məhərrəm, səfər və rəbiüləvvəl ayları) çıxınca müşrikləri harada görsəniz, öldürün, yaxalayıb əsir alın, həbs (mühasirə) edin və bütün yollarını – keçidlərini tutun. Lakin əgər tövbə etsələr, namaz qılıb zəkat versələr, onları sərbəst buraxın (işiniz olmasın). Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!

Müşriklərə fürsət verdiyiniz haram aylar bitdikdə, onlara harada rast gəlsəniz, on­ları öl­dü­rün, yaşadıqları yeri müha­sirəyə alın və on­lara hər yerdə pusqu qu­run. Əgər onlar Allaha şərik qoşmaqdan Allaha tövbə et­sə­lər, namaz qılıb mallarının zəkatını ver­sə­lər, onda sizin din qardaşlarınız sayılacaq. Odur ki, on­ları sər­bəst buraxın. Çünki Allah Ona tövbə edən qullarını bağışlayandır, onlara qarşı rəhm­lidir.

6

وَإِنْ أَحَدٌۭ مِّنَ ٱلْمُشْرِكِينَ ٱسْتَجَارَكَ فَأَجِرْهُ حَتَّىٰ يَسْمَعَ كَلَٰمَ ٱللَّهِ ثُمَّ أَبْلِغْهُ مَأْمَنَهُۥ ۚ ذَٰلِكَ بِأَنَّهُمْ قَوْمٌۭ لَّا يَعْلَمُونَ

Əgər (basqına uğrayan) müşriklərdən biri səndən aman istəsə, ona aman ver ki, Allah kəlamını (Qur’anı) dinləsin. Sonra (islamı qəbul etmədiyi təqdirdə) onu əmin olduğu (müşriklərin yaşadığı) yerə çatdır. Çünki onlar (haqqı) bilməyən bir tayfadır!

Ey Peyğəmbər! Əgər qanı və malı sizə halal olan müşriklərdən biri sən­dən onu himayə etməsini istəyərsə, onun Quranı dinləyənə qədər istədiyini yerinə yetir. Sonra onu özünün arxayın ol­duğu ye­rə çat­dır. Çünki kafirlər bu dinin həqiqətlərini anlamayan bir qövmdür. Əgər Quranı dinlədikdən sonra bu dini anlasalar ola bilsin ki, bəlkə Allaha iman gətirsinlər.

7

كَيْفَ يَكُونُ لِلْمُشْرِكِينَ عَهْدٌ عِندَ ٱللَّهِ وَعِندَ رَسُولِهِۦٓ إِلَّا ٱلَّذِينَ عَٰهَدتُّمْ عِندَ ٱلْمَسْجِدِ ٱلْحَرَامِ ۖ فَمَا ٱسْتَقَٰمُوا۟ لَكُمْ فَٱسْتَقِيمُوا۟ لَهُمْ ۚ إِنَّ ٱللَّهَ يُحِبُّ ٱلْمُتَّقِينَ

Məscidülhəramın yanında (Hüdeybiyyədə) müqavilə bağladığınız kəslər (Bəni–Zəmirə və Kinanə qəbilələri) istisna olmaqla, müşriklərin Allah və Onun Peyğəmbəri yanında necə əhdi ola bilər?! Onlar sizinlə doğru-düzgün davrandıqca (əhdi pozmadıqca) siz də onlarla doğru-düzgün dolanın. Həqiqətən, Allah müttəqiləri (xəyanətdən, əhdi pozmaqdan çəkinənləri) sevər!

Ey müsəlmanlar! Hüdeybiyyə sülhü zamanı Məscidulharamın ya­nın­da sa­ziş bağ­ladığınız Allaha şərik qoşan müşriklər müstəsna ol­maqla müş­riklərin Allah və Onun Rəsulu yanında əh­dinin və toxunulmazlığının olması səhih deyildir. Nə qədər ki, onlar si­zinlə öz aranızda olan əhdə düzgün davranıb, əhdi pozmurlarsa, siz də onlarla düz­gün davranıb onlarla öz aranızda olan əhdi pozmayın. Hə­qi­qətən, Allah, Onun əmirlərinə tabe olub, qadağalarından çəkinən müt­tə­qiləri se­vər.

8

كَيْفَ وَإِن يَظْهَرُوا۟ عَلَيْكُمْ لَا يَرْقُبُوا۟ فِيكُمْ إِلًّۭا وَلَا ذِمَّةًۭ ۚ يُرْضُونَكُم بِأَفْوَٰهِهِمْ وَتَأْبَىٰ قُلُوبُهُمْ وَأَكْثَرُهُمْ فَٰسِقُونَ

Necə ola bilər ki, onlar sizə qalib gəlsələr, nə bir anda, nə də bir əhdə əməl edərlər? Onlar ürələri istəmədikləri halda, sözdə sizi razı salmağa çalışarlar. Onların əksəriyyəti (Allaha asi olan, itaətdən çıxan, əhdi pozan) fasiqlərdir!

Axı onların sizinlə düşmən olduqları bir halda, onlar ilə sizin aranızda əhdin və toxunulmazlığın təmin ediləsi necə ola bilər?! Əgər on­lar sizə qa­lib gəlsələr, nə Allahın hökmlərinə, nə qo­humluq əla­qəsinə, nə də əhdə riayət edər­lər. Əksinə sizə ən ağır işgəncələr verərlər. Qəl­blərində olanlarla əməllərində göstərtdikləri düz gəlmədiyi bir halda, dildə sizə yalandan gözəl söz söyləməklə sizi ra­zı sal­mağa çalışarlar. Onlar dediklərinə vəfalı olmazlar. On­ların çoxu əhlərini pozduqları üçün Allahın itaətindən çıxmış kimsələrdir.

9

ٱشْتَرَوْا۟ بِـَٔايَٰتِ ٱللَّهِ ثَمَنًۭا قَلِيلًۭا فَصَدُّوا۟ عَن سَبِيلِهِۦٓ ۚ إِنَّهُمْ سَآءَ مَا كَانُوا۟ يَعْمَلُونَ

Onlar (müşriklər və ya onlara yardım edən yəhudilər) Allahın ayələrini ucuz qiymətə satdılar, sonra da (insanları) Onun yolundan döndərdilər (islamı qəbul etməyə mane oldular). Həqiqətən, onların gördükləri iş necə də pisdir!

Onlar Allahın əhdlərinə vəfalı olmağı əmr edən ayələrinə tabeçilik göstərməyi, öz istəklərinin ardınca gedərək ucuz dünya malına dəyişdilər. Beləliklə də, özlərini haqqa tabe olmaqdan məhrum edərək, ondan üz çevirdilər və başqalarının da haqqa tabe olmağına mane oldular. Onların tutduqları iş ne­cə də pisdir!

10

لَا يَرْقُبُونَ فِى مُؤْمِنٍ إِلًّۭا وَلَا ذِمَّةًۭ ۚ وَأُو۟لَٰٓئِكَ هُمُ ٱلْمُعْتَدُونَ

Onlar bir mö’min barəsində nə bir anda, nə də bir əhdə əməl edərlər. Onlar (günah etməklə) həddi aşanlardır!

Onlar möminlərə qarşı qəlblərində düşmənçilik bəslədikləri üzündən nə Allahın hökmlərinə, nə qohumluq əlaqə­si­nə, nə də ki, əhdə ria­yət etməzlər. Onlar zülüm və düşmənçilik etdiklərinə görə Allahın həddlərini aşanlardır.

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.