Muslim99Muslim99
← Tafsir library

9. At-Tawba

The Repentance · Medinan · 129 ayahs

سُورَةُ التَّوۡبَةِ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 121–129 of 129

121

وَلَا يُنفِقُونَ نَفَقَةًۭ صَغِيرَةًۭ وَلَا كَبِيرَةًۭ وَلَا يَقْطَعُونَ وَادِيًا إِلَّا كُتِبَ لَهُمْ لِيَجْزِيَهُمُ ٱللَّهُ أَحْسَنَ مَا كَانُوا۟ يَعْمَلُونَ

Onların sərf etdikləri elə bir az-çox xərc, (cihad zamanı Peyğəmbərlə) keçdikləri elə bir vadi olmaz ki, Allah (qiyamət günü) əməllərinin qarşılığını daha gözəl versin deyə, əvəzində onlara (savab) yazılmamış olsun!

Onların, az və ya çox olmasından aslı olmayaraq, Allah yolunda xərc­lədikləri mal-dövlətin və ya Allah üçün cihada çıxaraq çətinliklərə qatlaşıb keç­dik­lə­ri hər bir vadinin savabını Allah kamil şəkildə verəcəkdir. Allah Qiyamət günü olanlara etdikləri yaxşı əməllərə görə mükafatlarını verəcəyik.

At-Tawba 9:121Listen in Qur'an →
122

۞ وَمَا كَانَ ٱلْمُؤْمِنُونَ لِيَنفِرُوا۟ كَآفَّةًۭ ۚ فَلَوْلَا نَفَرَ مِن كُلِّ فِرْقَةٍۢ مِّنْهُمْ طَآئِفَةٌۭ لِّيَتَفَقَّهُوا۟ فِى ٱلدِّينِ وَلِيُنذِرُوا۟ قَوْمَهُمْ إِذَا رَجَعُوٓا۟ إِلَيْهِمْ لَعَلَّهُمْ يَحْذَرُونَ

(Ehtiyac olmadıqda) mö’minlərin hamısı birdən (cihada, döyüşə) çıxmamalıdır. Barı, hər tayfadan bir dəstə (elm öyrənmək, sonra da onuu dindaşlarına öyrətmək üçün) qalsın ki, camaatı (döyüşdən) qayıtdığı zaman onları (Allahın əzabı ilə) qorxutsun. Bəlkə, onlar (əldə etdikləri biliklər sayəsində yaramaz işlərdən, nalayiq hərəkətlərdən) çəkinsinlər!

Düşmən sizi məğlub edib axırınıza çıxmaması üçün, möminlərin hamısı ey­ni vaxtda döyüşə çıxma­malı­dır. Qoy onlardan bir dəstə Allah yolunda cihada çıxsın, bir dəstə də Peyğəmbərlə (sallallahu aleyhi və səlləm) qalıb, ondan Quranı və şəri əhkamları öy­rən­sinlər və öz camaatı döyüşdən ge­ri qayıtdıq­ları zaman onlara Peyğəmbərdən (sallallahu aleyhi və səlləm) eşidib öyrəndiklərini öyrətsinlər. Bəlkə, onlar Allahın əmrlərinə tabe olub, qadağalarından uzaq durmaqla Allahın əzabından çəki­nələr. Bu hadisə Peyğəmbərin (sallallahu aleyhi və səlləm) Mədinə ətrafında olan qəbilələrlə döyüş üçün səhabələrindən bəzilərini seçib göndərdiyi zaman baş vermişdir.

At-Tawba 9:122Listen in Qur'an →
123

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ قَٰتِلُوا۟ ٱلَّذِينَ يَلُونَكُم مِّنَ ٱلْكُفَّارِ وَلْيَجِدُوا۟ فِيكُمْ غِلْظَةًۭ ۚ وَٱعْلَمُوٓا۟ أَنَّ ٱللَّهَ مَعَ ٱلْمُتَّقِينَ

Ey iman gətirənlər! Yaxınlığınızda olan kafirlərlə vuruşun. Qoy onlar sizdən (özlərinə qarşı) sərtlik görsünlər. Bilin ki, Allah müttəqilərlədir!

Uca Allah bu ayədə Mədinə ətrafında məskunlaşan kafirlərin müsəlmanlara yaxın bir yerdə yaşadıqları üçün, onlardan müsəlmanlara xətər toxuna biləcəyinə görə onlarla vuruşmağı və həmçinin onları qorxuya salmaq və onların şərindən özlərini qorumaq məqsədi ilə onlara sərtlik göstərməyi əmr etmişdir. Həqiqətən, uca Allah, Öz köməyi və dəstəyi ilə müt­­­təqilər­lə birlikdədir.

At-Tawba 9:123Listen in Qur'an →
124

وَإِذَا مَآ أُنزِلَتْ سُورَةٌۭ فَمِنْهُم مَّن يَقُولُ أَيُّكُمْ زَادَتْهُ هَٰذِهِۦٓ إِيمَٰنًۭا ۚ فَأَمَّا ٱلَّذِينَ ءَامَنُوا۟ فَزَادَتْهُمْ إِيمَٰنًۭا وَهُمْ يَسْتَبْشِرُونَ

Bir surə nazil edildiyi zaman onlardan (münafiqlərdən): “Bu sizin hansınızın imanını artırdı?” – deyənlər də var. Mö’minlərə gəlincə, (hər bir surə) onların imanını artırar və onlar (bu surələrin nazil olmasına) sevinərlər.

Allah Peyğəmbərə (sallallahu aleyhi və səlləm) bir surə nazil etidiyi zaman münafiqlərdən istehza və rişxəndlə bir-birindən: "Bu nazil edilən surə, Muhəmmədin gətirdiyi dinə sizdən han­sı­nızın ima­nı­nı artırdı?" – soruşan kimsələr də vardır. Amma Allaha iman gə­ti­rib, Peyğəmbəri (səllallahu aleyhi və səlləm) təsdiq edənlərə gəl­dik­­də isə, nazil edilən bu surə onla­rın əvvəlki ima­nını bir daha da artırır və bu surədə onların dünya və axirət mənfəətləri qeyd edildiyi üçün, onlar Allahdan vəhyin nazil olmasına sevinərlər.

At-Tawba 9:124Listen in Qur'an →
125

وَأَمَّا ٱلَّذِينَ فِى قُلُوبِهِم مَّرَضٌۭ فَزَادَتْهُمْ رِجْسًا إِلَىٰ رِجْسِهِمْ وَمَاتُوا۟ وَهُمْ كَٰفِرُونَ

Qəlblərində mərəz (şəkk-şübhə, nifaq) olanlara gəldikdə isə, (hər bir surə) onların murdarlığı (küfrə, nifaqı) üstünə bir murdarlıq da gətirər və onlar kafir olaraq ölərlər!

Amma münafiqlərə gə­lin­cə, onlar Allahın nazil edilən ayələrini təkzib etdiklərinə görə əhkamlar və qissələrlə zəngin olan Quranın nazil edilməsi onların mur­dar­lı­ğı və xəbisliyi üstünə bir daha da murdarlıq və xəbislik artırar və hər dəfə ayələr nazil edildikdə bu ayələrə şəkk-şübhə ilə yanaşdıqlarına görə Peyğəmbərə Quran nazil edildikcə qəlblərindəki mərəz daha da artar və onlar kafir o­la­raq ölürlər.

At-Tawba 9:125Listen in Qur'an →
126

أَوَلَا يَرَوْنَ أَنَّهُمْ يُفْتَنُونَ فِى كُلِّ عَامٍۢ مَّرَّةً أَوْ مَرَّتَيْنِ ثُمَّ لَا يَتُوبُونَ وَلَا هُمْ يَذَّكَّرُونَ

Münafiqlər ildə bir-iki dəfə bəlaya giriftar olduqlarını görmürlərmi? Bununla belə, yenə tövbə edib ibrət almırlar!

Məgər münafiqlər Allah onların ildə bir və ya iki dəfə iç üzlərini açıb, onları möminlər yanında rüsvay edərək bəlaya düçar etdiyini görüb bundan ibrətlər almırlarmı? Başlarına gələn bu müsibətin Uca Allah tətəfindən özlərinə bir bəla olduğlarını anladıqları halda ye­nə də küfr əməllərindən tövbə edib, münafiqlik etməkdən əl çəkmirlər. Başlarına gələn bu bəlanın Allahdan olduğuna anlamırlar.

At-Tawba 9:126Listen in Qur'an →
127

وَإِذَا مَآ أُنزِلَتْ سُورَةٌۭ نَّظَرَ بَعْضُهُمْ إِلَىٰ بَعْضٍ هَلْ يَرَىٰكُم مِّنْ أَحَدٍۢ ثُمَّ ٱنصَرَفُوا۟ ۚ صَرَفَ ٱللَّهُ قُلُوبَهُم بِأَنَّهُمْ قَوْمٌۭ لَّا يَفْقَهُونَ

(Münafiqlərin yaramaz işlərindən, qəbahətlərindən xəbər verən) bir surə nazil edildiyi zaman bir-birinə baxıb: “(Müsəlmanlardan) sizi görən varmı?” – deyə soruşur, (görən yoxdursa) dönüb aradan çıxırlar. Onlar (haqqı) anlamaz bir tayfa olduqları üçün Allah da ürəklərini (imandan, xeyirdən) döndərmişdir!

Allah Peyğəmbərə (sallallahu aleyhi və səlləm) münafiqlərin iç üzünü açıb bəyan edən bir surə nazil edildiyi za­man on­­lar: "Sizi kimsə gö­rür­mü?" – deyə bir-bir­lərinə ba­xır, əgər onları kimsə görməyibsə üz çevirib ge­dir­lər. Bilin ki, onlar başa düşməyən bir qövm ol­duq­larına görə Allah onların qəlbləri­ni haqq yoldan və xeyirdən məh­­rum edib, onları rüsvay et­mişdir.

At-Tawba 9:127Listen in Qur'an →
128

لَقَدْ جَآءَكُمْ رَسُولٌۭ مِّنْ أَنفُسِكُمْ عَزِيزٌ عَلَيْهِ مَا عَنِتُّمْ حَرِيصٌ عَلَيْكُم بِٱلْمُؤْمِنِينَ رَءُوفٌۭ رَّحِيمٌۭ

(Ey ümmətim!) Sizə özünüzdən bir peyğəmbər gəldi ki, sizin əziyyətə (məşəqqətə) düşməyiniz ona ağır gəlir, o sizdən (sizin iman gətirməyinizdən) ötrü təşnədir, mö’minlərlə şəfqətli, mərhəmətlidir!

Ey ərəblər! Artıq sizə özünüzdən, sizin kimi ərəb mənşəli bir elçi gəl­di. Onun sizə olan sevgisindən sizin məşəqqətə düş­mə­yi­niz ona ağır gəlir. O sizin hidayətə gəlmənizi çox istər və o, sizə, xüsusəndə möminlərə qarşı çox şəf­qətli, rəhm­lidir və qayğıkeşdir.

At-Tawba 9:128Listen in Qur'an →
129

فَإِن تَوَلَّوْا۟ فَقُلْ حَسْبِىَ ٱللَّهُ لَآ إِلَٰهَ إِلَّا هُوَ ۖ عَلَيْهِ تَوَكَّلْتُ ۖ وَهُوَ رَبُّ ٱلْعَرْشِ ٱلْعَظِيمِ

(Ya Peyğəmbərim!) Əgər onlar (sənə iman gətirməkdən, əmrlərinə itaət etməkdən) üz döndərsələr, de: “Mənə təkcə Allah yetər. Ondan başqa heç bir tanrı yoxdur. Ona təvəkkül etdim mən. O, böyük ərşin sahibidir! (O, bütün kainatın xaliqi və ixtiyar sahibidir!)

Ey Peyğəmbər! Əgər onlar səndən üz çevirib, gətirdiyin dinə iman etməsələr, bu zaman onlara belə de: "Mənə Özündən başqa ibadətə layiq olmayan tək Allah yetər. Mən yalnız Ona arxalanıram. Uca və Pak olan Allah, əzəmətli ərşin Rəbbi­dir!".

At-Tawba 9:129Listen in Qur'an →

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.