۞ إِنَّ ٱللَّهَ ٱشْتَرَىٰ مِنَ ٱلْمُؤْمِنِينَ أَنفُسَهُمْ وَأَمْوَٰلَهُم بِأَنَّ لَهُمُ ٱلْجَنَّةَ ۚ يُقَٰتِلُونَ فِى سَبِيلِ ٱللَّهِ فَيَقْتُلُونَ وَيُقْتَلُونَ ۖ وَعْدًا عَلَيْهِ حَقًّۭا فِى ٱلتَّوْرَىٰةِ وَٱلْإِنجِيلِ وَٱلْقُرْءَانِ ۚ وَمَنْ أَوْفَىٰ بِعَهْدِهِۦ مِنَ ٱللَّهِ ۚ فَٱسْتَبْشِرُوا۟ بِبَيْعِكُمُ ٱلَّذِى بَايَعْتُم بِهِۦ ۚ وَذَٰلِكَ هُوَ ٱلْفَوْزُ ٱلْعَظِيمُ
Allah, şübhəsiz ki, Allah yolunda vuruşub öldürən və öldürülən mö’minlərin canlarını və mallarını Tövratda, İncildə və Qur’anda haqq olaraq və’d edilmiş Cənnət müqabilində satın almışdır. Allahdan daha çox əhdə vəfa edən kimdir? Etdiyiniz sövdəyə görə sevinin. Bu, böyük qurtuluşdur (uğurdur)!
Həqiqətən, Allah möminlərdən, dəyəri baha olan Cənnət müqabilində, onların canlarını – bunun hamısı Allahın mülkü olsa belə, onlara sayğı baxımından – satın almışdır. Çünki onlar, Allahın kəlməsi uca olması üçün Allah yolunda kafirlərlə vuruşub ya kafirləri öldürür ya da ki, kafirlər onları öldürürlər. Bu, Allahın, Musanın kitabı Tövratda, İsanın kitabı – aleyhiməssəlam – İncildə və Muhammədin (sallallahu aleyhi və səlləm) kitabı Quranda Öz öhdəsinə götürdüyü bir vəddir. Uca Allahdan daha çox Öz əhdinə kimsə sadiq ola bilməz. Ey möminlər! Elə isə Allahla sövdələşdiyiniz bu alış-verişə görə sevinin. Atrıq siz bu sövdələşmənizdən böyük bir qazanc əldə etdiniz. Çünki bu alış-veriş böyük uğurdur.