Muslim99Muslim99
← Tafsir library

9. At-Tawba

The Repentance · Medinan · 129 ayahs

سُورَةُ التَّوۡبَةِ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 101–110 of 129

101

وَمِمَّنْ حَوْلَكُم مِّنَ ٱلْأَعْرَابِ مُنَٰفِقُونَ ۖ وَمِنْ أَهْلِ ٱلْمَدِينَةِ ۖ مَرَدُوا۟ عَلَى ٱلنِّفَاقِ لَا تَعْلَمُهُمْ ۖ نَحْنُ نَعْلَمُهُمْ ۚ سَنُعَذِّبُهُم مَّرَّتَيْنِ ثُمَّ يُرَدُّونَ إِلَىٰ عَذَابٍ عَظِيمٍۢ

Ətrafınızdakı bədəvilər və Mədinə əhalisi içərisində ikiüzlülüyü özlərinə adət etmiş (bu işdə mahir) münafiqlər vardır. Sən onları tanımazsan, Biz isə onları tanıyırıq. Onlara iki dəfə (dünyada və qəbr evində) əzab verəcəyik. Sonra (axirətdə) isə ən böyük əzaba uğrayacaqlar.

Mədinəyə yaxın yerdə, səhrada yaşayan ərəblər­dən, həmçinin Mə­dinə sakinləri ara­sın­da nifaq əməllərindən əsla əl çəkməyən, əksinə bu əməllərdə inadkarlıq edən mü­nafiqlər vardır. Ey Peyğəmbər! Sən on­la­rı tanımırsan. On­ları yalnız Allah tanı­yır. Biz on­lara iki dəfə əzab verəcəyik. Birinci dəfə, dünyada onların iç üzlərini möminlərə aşkar edib, onları ya öldürmək, ya da, əsir götürməklə, ikinci dəfə isə onlara axirətdə qəbir əzabı ilə əzab verəcəyik. Qiyamət günü isə onlar Cəhənnəmin ən aşağı təbəqəsində böyük bir əzaba qay­tarı­la­caqlar.

At-Tawba 9:101Listen in Qur'an →
102

وَءَاخَرُونَ ٱعْتَرَفُوا۟ بِذُنُوبِهِمْ خَلَطُوا۟ عَمَلًۭا صَٰلِحًۭا وَءَاخَرَ سَيِّئًا عَسَى ٱللَّهُ أَن يَتُوبَ عَلَيْهِمْ ۚ إِنَّ ٱللَّهَ غَفُورٌۭ رَّحِيمٌ

(Münafiqlərin) bir qismi də günahlarını e’tiraf etdi. Onlar (əvvəl etdikləri) yaxşı bir əməllə (sonradan etdikləri) pis bir əməli bir-birinə qarışdırmışlar. Ola bilsin ki, Allah onların tövbələrini qəbul etsin. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!

Mədinə sakinləri arasında, heç bir üzürləri olmadığı halda cihada çıxmayıb evində qaldıqdan sonra, cihada çıxmaq üçün heç bir üzürü olmadığını etiraf edən və özlərinə başqaları kimi yalandan bəhanələr axtarmayan bir qisim insanlar da vardır. Onlar Allaha itaət etmək, Onun şəriətinə əməl edib və Onun yolunda cihad etmək kimi əvvəllər etdikləri yaxşı əməlləri başqa pis əməllərə qa­rışdırdılar. Onlar Allahdan, onların tövbələrini qəbul etməsini və onları bağışlamasını umurlar. Allah Ona tövbə edən qulların töv­bələrini qəbul edəndir və onlara qarşı rəhimlidir.

At-Tawba 9:102Listen in Qur'an →
103

خُذْ مِنْ أَمْوَٰلِهِمْ صَدَقَةًۭ تُطَهِّرُهُمْ وَتُزَكِّيهِم بِهَا وَصَلِّ عَلَيْهِمْ ۖ إِنَّ صَلَوٰتَكَ سَكَنٌۭ لَّهُمْ ۗ وَٱللَّهُ سَمِيعٌ عَلِيمٌ

(Ya Rəsulum!) Onların mallarından sədəqə (zəkat) al. Bununla onları (günahlarından) təmizləmiş, pak etmiş (mallarına bərəkət vermiş, əməllərinin savabını artırmış) olarsan. Onlardan ötrü dua et, çünki sənin duan onlar üçün bir arxayınçılıqdır (rahatlıqdır). Allah (hər şeyi) eşidəndir, biləndir.

Ey Peyğəmbər! Onların mallarından zəkat götür ki, bununla onları asiliklər və günahlar çirkabından tə­mi­zə çıxardıb və beləliklə də, onların yaxşı əməllərini artırmış olasan. On­lardan mallarının zəkatını aldıqdan sonra, onlar üçün Allaha dua et. Çünki sənin duan onlar üçün bir rəhmət və təskinlik­dir. Allah sənin dualarını eşidən­dir, onların əməllərini və qəlblərində olanları biləndir.

At-Tawba 9:103Listen in Qur'an →
104

أَلَمْ يَعْلَمُوٓا۟ أَنَّ ٱللَّهَ هُوَ يَقْبَلُ ٱلتَّوْبَةَ عَنْ عِبَادِهِۦ وَيَأْخُذُ ٱلصَّدَقَٰتِ وَأَنَّ ٱللَّهَ هُوَ ٱلتَّوَّابُ ٱلرَّحِيمُ

Məgər onlar bilmirlər ki, Allah qullarından tövbə qəbul edər, sədəqə (zəkat) alar və Allah tövbələri qəbul edəndir, rəhmlidir?!

Qoy cihada çıxmayıb evində qərar tutan və bu əməlindən Allaha tövbə edən kimsələr bilsinlər ki, həqiqətən Allah, Ona tövbə edən qullarının tövbələrini qəbul edəndir. Allahın heç bir şeyə ehtiyacı olmamasına rəğmən, Allah onların verdikləri sədə­qə­ləri qəbul edər və sədəqə verən kimsəyə, verdiyi sədəqənin əvəzini də verər. Allah Ona tövbə edən qullarından tövbələri qəbul edən­ və onlara qarşı rəhm­li­dir.

At-Tawba 9:104Listen in Qur'an →
105

وَقُلِ ٱعْمَلُوا۟ فَسَيَرَى ٱللَّهُ عَمَلَكُمْ وَرَسُولُهُۥ وَٱلْمُؤْمِنُونَ ۖ وَسَتُرَدُّونَ إِلَىٰ عَٰلِمِ ٱلْغَيْبِ وَٱلشَّهَٰدَةِ فَيُنَبِّئُكُم بِمَا كُنتُمْ تَعْمَلُونَ

De: “(Ey insanlar, ey tövbəkarlar! İstədiyinizi) edin. Allah, Onun Peyğəmbəri və mö’minlər əməllərinizi görəcəklər. Siz qeybi və aşkarı bilən Allahın hüzuruna qaytarılacaqsınız, O da sizə nə etdiklərinizi xəbər verəcəkdir!”

Ey Peyğəmbər! Cihada çıxmayıb evində qərar tutan və bu əməlindən Allaha tövbə edən kimsələr de: "Günahınızın bağışlanmasına görə Allah üçün, Onu razı salan, saleh əməllər edin! Allah, Onun rəsulu və möminlər əməl­lə­­rinizi görə­cək­lər. Sonra siz qiyamət günü hər bir şeyi bilən Rəbbinizin hüzuruna qay­tarıla­caq­sınız, O, sizin gizlində saxladığınızı da, aşkara çıxardığınızı da bilir. Allah sizə dünyada ikən etdiyiniz əməllərinizi xəbər verəcək və hər bir kimsənin etdiyi əməlin müqabilini də verəcəkdir.

At-Tawba 9:105Listen in Qur'an →
106

وَءَاخَرُونَ مُرْجَوْنَ لِأَمْرِ ٱللَّهِ إِمَّا يُعَذِّبُهُمْ وَإِمَّا يَتُوبُ عَلَيْهِمْ ۗ وَٱللَّهُ عَلِيمٌ حَكِيمٌۭ

(Bədəvilərdən və Mədinə əhalisindən) döyüşə getməyənlərin bir qisminin də işi Allaha qalıb. Allah ya onlara əzab verəcək, ya da tövbələrini qəbul edəcək. Allah (hər şeyi) biləndir, hikmət sahibidir!

Heç bir üzürlü səbəb olmadan Təbuk döyüşünə getməyib evində qərar tutan kimsələr arasında bir qisim insanlar da vardır ki, onların hökmü Allaha qalmışdır. Allah onlar barədə istədiyi hökmü verəcək. Əgər onlar tövbə etməsələr, Allah ya onlara əzab verəcək, ya da tövbə etsələr, Allah onların tövbə­lə­ri­ni qəbul edəcəkdir. Allah kimin əzab çəkməyə və kimin də bağışlanmağa layiq olduğunu yaxşı bilir. Allah, şəri hökmlərində və işlərində hikmət sahibidir. Heç bir üzürlü səbəb olmadan Təbuk döyüşünə getməyib evində qərar tutan kimsələr, Murara bin ər-Rəbiya, Kəb bin Malik və Hilal bin Umeyyə adlı səhabələrdir.

At-Tawba 9:106Listen in Qur'an →
107

وَٱلَّذِينَ ٱتَّخَذُوا۟ مَسْجِدًۭا ضِرَارًۭا وَكُفْرًۭا وَتَفْرِيقًۢا بَيْنَ ٱلْمُؤْمِنِينَ وَإِرْصَادًۭا لِّمَنْ حَارَبَ ٱللَّهَ وَرَسُولَهُۥ مِن قَبْلُ ۚ وَلَيَحْلِفُنَّ إِنْ أَرَدْنَآ إِلَّا ٱلْحُسْنَىٰ ۖ وَٱللَّهُ يَشْهَدُ إِنَّهُمْ لَكَٰذِبُونَ

(Quba məscidinə və müsəlmanlara) zərər vurmar, küfr etmək, mö’minlər arasına təfriqə salmaq məqsədilə, əvvəllər Allaha və Onun Peyğəmbərinə qarşı müharibə edən kimsədən (gəlib onlara rəhbərlik edəcəyi təqdirdə) göz-qulaq olmaq üçün məscid düzəldən və: “Biz (bununla) yaxşılıqdan başqa bir şey istəmədik”,- deyə and içənlərin (münafiqlərin), həqiqətən, yalançı olmaları barədə Allah Özü şahidlik edəcəkdir!

Münafiqlərdən Allaha itaət məqsədi ilə deyil, əksinə müsəlmanlara zərər vur­maq, münafiqlərə dəstək olaraq yer üzündə küfrü yaymaq, möminlərin ara­sı­na ikitirəlik sal­maq məqsə­di­lə, məscid bina etməzdən əv­vəl Allaha və Onun rəsuluna qar­şı müharibə etməyə hazırlaşan və həmçinin Allaha və Onun rəsuluna qar­şı müharibə edən kim­səni gözləmək üçün məs­cid tikənlər də vardır. Münafiqlər, siz onlara inanasız deyə: "Biz bununla müsəlmanlara yax­şı­lıq etmək istədik" – deyə and içə­cək­lər. Allah isə onların yalandan Allaha and içdiklərinə şa­hid­dir.

At-Tawba 9:107Listen in Qur'an →
108

لَا تَقُمْ فِيهِ أَبَدًۭا ۚ لَّمَسْجِدٌ أُسِّسَ عَلَى ٱلتَّقْوَىٰ مِنْ أَوَّلِ يَوْمٍ أَحَقُّ أَن تَقُومَ فِيهِ ۚ فِيهِ رِجَالٌۭ يُحِبُّونَ أَن يَتَطَهَّرُوا۟ ۚ وَٱللَّهُ يُحِبُّ ٱلْمُطَّهِّرِينَ

(Ya Rəsulum!) Orada heç vaxt namaz qılma. İlk gündən binası təqva (Allahdan qorxub pis əməllərdən çəkinmək) üzərində qurulmuş məscid namaz qılmağına daha layiqdir. Orada paklanmağı sevən insanlar vardır. Allah pak olanları (özlərini cismən təmizləyənləri, mə’nəvi qüsurlardan, çirkinliklərdən qorumağa çalışanları) sevər!

Ey Peyğəmbər! Münafiqlərin səni o məsciddə namaz qılmaq üçün çağırışına cavab verərək, belə bir məsciddə əsla namaz qılma. Şübhəsiz ki, küfr üzərində qurulan məsciddə namaz qılmaqdansa, ilk gündən təqva üzə­rində qu­rulmuş Quba məscidində namaz qılmağın Allah yanında daha üstündür. Quba məscidində, natəmizlikdən və nəcasətdən su ilə, günahlardan isə tövbə və Allahdan bağışlanma diləməklə təmiz­lən­mə­yi sevən kişi­lər vardır. Allah da natəmizlikdən, nəcasətdən və günahlardan təmiz­lə­nən­ləri sevər!

At-Tawba 9:108Listen in Qur'an →
109

أَفَمَنْ أَسَّسَ بُنْيَٰنَهُۥ عَلَىٰ تَقْوَىٰ مِنَ ٱللَّهِ وَرِضْوَٰنٍ خَيْرٌ أَم مَّنْ أَسَّسَ بُنْيَٰنَهُۥ عَلَىٰ شَفَا جُرُفٍ هَارٍۢ فَٱنْهَارَ بِهِۦ فِى نَارِ جَهَنَّمَ ۗ وَٱللَّهُ لَا يَهْدِى ٱلْقَوْمَ ٱلظَّٰلِمِينَ

Elə isə (məscid) binasını Allah qorxusu və rizası üzərində quran kəs daha yaxşıdır, yoxsa uçulmaqda olan bir yerin (uçurumun) kənarında qurub onunla birlikdə cəhənnəm oduna yuvarlanan kəs?! Allah zalım tayfanı doğru yola yönəltməz!

Məscid binasını, Allahın əmrlərini yerinə yetirib və qadağalarınadan çəkinərək Allah qorxusu və yaxşı əməllər edərək Onun rizası üzərində quran kimsə ilə, müsəlmanlara zərər vermək, yer üzündə küfrü yaymaq və möminlər ara­sı­na ikitirəlik sal­maq məqsə­di­lə bina edənlə Allah yanında eyni ola bilərmi?! Xeyir, əsla eyni ola bilməz. Birinci binanın misalı, bünövrəsi möhkəm və binanın uçmaq təhlükəsi olmayan, ikinci binanın misalı isə bünövrəsi da­ğılmaqda olan uçu­ru­mun lap kə­na­rında quran və binası özü ilə birlikdə Cəhənnəmin dibinə yu­var­lanan kəsin misalı kimidir. Allah zalım qövmü küfr, nifaq və s. bu kimi çirkin əməllərinə görə doğru yola yö­nəlt­məz.

At-Tawba 9:109Listen in Qur'an →
110

لَا يَزَالُ بُنْيَٰنُهُمُ ٱلَّذِى بَنَوْا۟ رِيبَةًۭ فِى قُلُوبِهِمْ إِلَّآ أَن تَقَطَّعَ قُلُوبُهُمْ ۗ وَٱللَّهُ عَلِيمٌ حَكِيمٌ

Onların qurduğu bina (məscid) ürəkləri parça-parça olana (ölənə) qədər qəlblərində bir şübhə (nigarançılıq və nifaq mənbəyi) olaraq qalacaqdır. Allah (hər şeyi) biləndir, hikmət sahibidir!

Onların (müsəlmanlara) zərər vurmaq məqsədilə tikdikləri bu məscid, ürəkləri ölüm yaxud qılıncla öldürülüb parça-parça ola­na qədər qəlb­lə­rində şübhə və nifaq mənbəyi olaraq qa­la­caq­dır. Allah qullarının əməllərini biləndir, qullarını xeyir və ya şərlə mükafatlandırmaqda hikmət sahibidir.

At-Tawba 9:110Listen in Qur'an →

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.