وَإِن يُرِيدُوا۟ خِيَانَتَكَ فَقَدْ خَانُوا۟ ٱللَّهَ مِن قَبْلُ فَأَمْكَنَ مِنْهُمْ ۗ وَٱللَّهُ عَلِيمٌ حَكِيمٌ
Əgər əsirlər sənə xəyanət etmək istəsələr, (bilsinlər ki) bundan (Bədr vuruşundan) əvvəl Allaha xəyanət etmişdilər. Allah (sənə Bədrdə olanlardan intiqam almağa) imkan verdi. Allah (hər şeyi) biləndir, hikmət sahibidir!
Ey Muhamməd! Əgər onlar sənə dedikləri sözlərlə sənə xəyanət etmək istəsələr, bilin ki, onlar bundan əvvəl də Allaha xəyanət etmişdilər. Allah sənə onlara qarşı yardım etmiş, belə ki, onlardan bəziləri öldürülmüş, bəziləri isə əsir düşmüşdür. Əgər onlar yenidən sənə xəyanət etmiş olsalar bu zaman özlərindən əvvəlkilərin başına gələn müsibətin öz başlarına da gəlməsini gözləsinlər. Allah qullarına nəyin daha yaxşı olduğunu biləndir, işlərində hikmət sahibidir.