۞ وَٱعْلَمُوٓا۟ أَنَّمَا غَنِمْتُم مِّن شَىْءٍۢ فَأَنَّ لِلَّهِ خُمُسَهُۥ وَلِلرَّسُولِ وَلِذِى ٱلْقُرْبَىٰ وَٱلْيَتَٰمَىٰ وَٱلْمَسَٰكِينِ وَٱبْنِ ٱلسَّبِيلِ إِن كُنتُمْ ءَامَنتُم بِٱللَّهِ وَمَآ أَنزَلْنَا عَلَىٰ عَبْدِنَا يَوْمَ ٱلْفُرْقَانِ يَوْمَ ٱلْتَقَى ٱلْجَمْعَانِ ۗ وَٱللَّهُ عَلَىٰ كُلِّ شَىْءٍۢ قَدِيرٌ
(Ey mö’minlər!) Əgər siz Allaha və haqla batilin ayırd edildiyi gün – iki dəstənin bir-birilə qarşılaşdığı gün (Bədr günü) bəndəmizə (Muhəmmədə) nazil etdiyimizə (ayələrə) iman gətirmisinizsə, bilin ki, ələ keçirdiyiniz hər hansı qənimətin beşdə biri Allahın, Peyğəmbərin, onun qohum-əqrəbasının, yetimlərin, yoxsulların və müsafirlərindir (pulu qurtarıb yolda qalan yolçularındır). Allah hər şeyə qadirdir!
Ey möminlər! Əgər siz Allaha və haqla batili bir-birindən ayırd edərək sizə düşməniniz üzərində zəfər çalmağa nəsib etdiyi Bədir günü qulumuz Muhammədə (ona Allahın salavatı və salamı olsun) nazil etdiyimizə iman gətirmisinizsə, bilin ki, Allah yolunda cihad edərkən kafirlərdən zorla əldə etdiyiniz mal beş hissəyə bölünməlidir. Həmən malın beşdə dörd hissəsi mücahidlərin payına düşür. Qalan beşdə bir hissə isə beş qismə bölünərək paylanılmalıdır. Bu malın bir qismi Allah və Rəsulunun payına düşür. Bu qisim, müsəlmanların ümumi məsrəflərinə sərf edilir. Bir qisim Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) Haşim və Muttalib oğullarından olan yaxınlarının payına düşür. Bir qisim, yetimlərin, bir qisim fəqir və miskinlərin, diğər bir qisim isə yarı yolda qalmış müsafirlərin payına düşür. Sizə yardım edən Allah hər şeyə qadirdir.