Muslim99Muslim99
← Tafsir library

8. Al-Anfaal

The Spoils of War · Medinan · 75 ayahs

سُورَةُ الأَنفَالِ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 71–75 of 75

71

وَإِن يُرِيدُوا۟ خِيَانَتَكَ فَقَدْ خَانُوا۟ ٱللَّهَ مِن قَبْلُ فَأَمْكَنَ مِنْهُمْ ۗ وَٱللَّهُ عَلِيمٌ حَكِيمٌ

Əgər əsirlər sənə xəyanət etmək istəsələr, (bilsinlər ki) bundan (Bədr vuruşundan) əvvəl Allaha xəyanət etmişdilər. Allah (sənə Bədrdə olanlardan intiqam almağa) imkan verdi. Allah (hər şeyi) biləndir, hikmət sahibidir!

Ey Muhamməd! Əgər onlar sənə dedikləri sözlərlə sənə xəya­nət etmək istəsələr, bilin ki, on­lar bun­dan əvvəl də Allaha xəya­nət et­mişdi­lər. Allah sənə onlara qarşı yardım etmiş, belə ki, onlardan bəziləri öldürülmüş, bəziləri isə əsir düşmüşdür. Əgər onlar yenidən sənə xəyanət etmiş olsalar bu zaman özlərindən əvvəlkilərin başına gələn müsibətin öz başlarına da gəlməsini gözləsinlər. Allah qullarına nəyin daha yaxşı olduğunu biləndir, işlərində hikmət sahibidir.

Al-Anfaal 8:71Listen in Qur'an →
72

إِنَّ ٱلَّذِينَ ءَامَنُوا۟ وَهَاجَرُوا۟ وَجَٰهَدُوا۟ بِأَمْوَٰلِهِمْ وَأَنفُسِهِمْ فِى سَبِيلِ ٱللَّهِ وَٱلَّذِينَ ءَاوَوا۟ وَّنَصَرُوٓا۟ أُو۟لَٰٓئِكَ بَعْضُهُمْ أَوْلِيَآءُ بَعْضٍۢ ۚ وَٱلَّذِينَ ءَامَنُوا۟ وَلَمْ يُهَاجِرُوا۟ مَا لَكُم مِّن وَلَٰيَتِهِم مِّن شَىْءٍ حَتَّىٰ يُهَاجِرُوا۟ ۚ وَإِنِ ٱسْتَنصَرُوكُمْ فِى ٱلدِّينِ فَعَلَيْكُمُ ٱلنَّصْرُ إِلَّا عَلَىٰ قَوْمٍۭ بَيْنَكُمْ وَبَيْنَهُم مِّيثَٰقٌۭ ۗ وَٱللَّهُ بِمَا تَعْمَلُونَ بَصِيرٌۭ

İman gətirib hicrət edənlər, Allah yolunda malları və canları ilə cihad edənlər (mühacirlər) və (Peyğəmbərlə mühacirlərə) sığınacaq verib kömək istəyənlər (ənsar) – məhz onlar bir-birinə dostdurlar (varisdirlər). İman gətirib hicrət etməyənlərə gəldikdə isə, onlar hicrət etməyənə qədər sizin heç bir şeydə onlara varisliyiniz yoxdur (onların dostluğundan sizə heç bir mənfəət və ya qohum olsanız belə, aranızda heç bir varislik yoxdur). Lakin əgər onlar din yolunda (kafirlərə qarşı) sizdən kömək istəsələr, aranızda saziş olan bir tayfa əleyhinə yardım istisna olmaqla, onlara kömək göstərmək sizə vacibdir. Allah nə etdiklərinizi görəndir!

Həqiqətən, Allaha iman gəti­rənlər, Onun Rəsulunu təsdiq edənlər, onun gətirdiyi şəriətə əməl edənlər, küfür diyarından İslam diyarına və ya Allaha əmin-amanlıqla ibadət edən bir diyara hicrət edənlər və Allahın kəlməsi uca olması üçün öz ma­lları və canları ilə cihad edən müha­cirlər və onlara qonaqpərvərliklə yanaşıb, köməkl­ik göstərən ev sahibi olan ənsarlar məhz onlar bir-birinin dost­la­rı­­dırlar. Ey Möminlər! Allaha iman gəti­rən, lakin küfür diyarından İslam diyarına hicrət etməyənlərə gəl­dikdə isə, on­lar Allah yolunda hicrət etməyincə siz onları qorumağa və hi­mayə etməyə borclu deyil­si­niz. Əgər kafirlərin onlara zülüm etdiklərinə görə kafirlərə qarşı sizdən kömək istə­sələr,onlara kömək etməyiniz gə­rək­dir. Əgər sizinlə aranızda əhd olan kafir bir qövmə qarşı özlərinə yardım etmənizi istəsələr bu zaman yardım edib onlarla bağladığınız əhdi pozmaq yalnış addımdır. Allah sizin nə etdikləri­nizi görür. Etdiyiniz əməllərdən Ona heç bir şey gizli qalmaz. Allah dünya da ikən gördüyünüz əməllərin müqabilini sizə verəcəkdir.

Al-Anfaal 8:72Listen in Qur'an →
73

وَٱلَّذِينَ كَفَرُوا۟ بَعْضُهُمْ أَوْلِيَآءُ بَعْضٍ ۚ إِلَّا تَفْعَلُوهُ تَكُن فِتْنَةٌۭ فِى ٱلْأَرْضِ وَفَسَادٌۭ كَبِيرٌۭ

Kafirlər də bir-birinin dostlarıdır (köməkçiləridir). Əgər siz bunları (yuxarıda sizə buyurulanları) etməsəniz, yer üzündə böyük bir fitnə-fəsad olar (islam zəifləyər, küfr isə artıb qüvvətlənər).

Allaha küfür edənlərin hamısı eyni bir dindədirlər. Onlar bir-birinlərinin dost­­durlar. Mömin kimsə kafirləri əsla özünə dost tuta bilməz. Əgər siz möminləri özünüzə dost tutmasanız, kafirləri düşmən bilməsəniz, bu zaman möminlər din qardaşlarından kömək görmədikləri üçün onlara böyük bir fitnə olar və onlar yer üzündə Allahın dininin yayılmasına mane olduqları üçün fitnə-fəsad baş verər.

Al-Anfaal 8:73Listen in Qur'an →
74

وَٱلَّذِينَ ءَامَنُوا۟ وَهَاجَرُوا۟ وَجَٰهَدُوا۟ فِى سَبِيلِ ٱللَّهِ وَٱلَّذِينَ ءَاوَوا۟ وَّنَصَرُوٓا۟ أُو۟لَٰٓئِكَ هُمُ ٱلْمُؤْمِنُونَ حَقًّۭا ۚ لَّهُم مَّغْفِرَةٌۭ وَرِزْقٌۭ كَرِيمٌۭ

İman gətirib (Məkkədən Mədinəyə) köçənlər, Allah yolunda cihad edənlər (mühacirlər) və (Peyğəmbərlə mühacirlərə) sığınacaq verib kömək edənlər (ənsar) – məhz onlar həqiqi mö’minlərdir. Onları (axirətdə) bağışlanma və tükənməz (gözəl, minnətsiz) ruzi gözləyir!

Allaha iman gətirənlər, Onun yolunda hicrət edənlər və Allah üçün hicrət edən­lərə sığınacaq ve­rib, kö­mək­lik gös­tərənlər – məhz onlar sözün həqiqi məhasında Allaha iman gətirən mö­min­lərdir. Onlar üçün Allahdan günahlarının ba­ğış­lanması, bolluca ruzi və cənnət var­dır.

Al-Anfaal 8:74Listen in Qur'an →
75

وَٱلَّذِينَ ءَامَنُوا۟ مِنۢ بَعْدُ وَهَاجَرُوا۟ وَجَٰهَدُوا۟ مَعَكُمْ فَأُو۟لَٰٓئِكَ مِنكُمْ ۚ وَأُو۟لُوا۟ ٱلْأَرْحَامِ بَعْضُهُمْ أَوْلَىٰ بِبَعْضٍۢ فِى كِتَٰبِ ٱللَّهِ ۗ إِنَّ ٱللَّهَ بِكُلِّ شَىْءٍ عَلِيمٌۢ

Sonradan (Hüdeybiyyə sazişindən sonra, Məkkənin fəthindən əvvəl) iman gətirib hicrət edənlər və sizinlə bərabər döyüşənlər (cihad edənlər) də sizdəndirlər. Qohumlar Allahın Kitabında (lövhi-məhfuzda və ya Qur’anda irs, varislik baxımından) bir-birinə daha uyğundurlar (yaxındırlar). Həqiqətən, Allah hər şeyi biləndir! (Məkkənin fəthinə qədər mühacirlər və ənsar qohumluq əlaqələrindən asılı olmayaraq bir-birinin varisi hesab edilirdilər. Məkkənin fəthindən sonra bu hökm ləğv olunub varislik hüququ yalnız qohumlara aid edildi).. 9.

Ey möminlər! Mühacir və ənsarlardan sonra İslamı qəbul edənlər və daha sonra küfür diyarından İslam diyarına hicrət edib, kafirlərin kəlməsi alçaq, Allahın kəlməsi isə uca olması üçün cihad edənlər də sizdəndirlər. Onlar da sizilə eyni bərəbər hüquqlara malikdirlər, sizə vacib olanlar onlarada vacib edilmişdir. Qohumlar Allahın hökmünə gö­rə İslamın əvvəllərində olduğu kimi iman və hicrətə görə bir-bi­ri­lərinə varis olmağa daha ya­xın­dırlar. Həqiqətən, Allah hər şe­yi bi­lir. Ona heç bir şey gizli qalmaz. O, qullarına nəyin daha faydalı olduğunu əvvəlcədən bilib onu da qanun etmişdir.

Al-Anfaal 8:75Listen in Qur'an →

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.