Muslim99Muslim99
← Tafsir library

8. Al-Anfaal

The Spoils of War · Medinan · 75 ayahs

سُورَةُ الأَنفَالِ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 61–70 of 75

61

۞ وَإِن جَنَحُوا۟ لِلسَّلْمِ فَٱجْنَحْ لَهَا وَتَوَكَّلْ عَلَى ٱللَّهِ ۚ إِنَّهُۥ هُوَ ٱلسَّمِيعُ ٱلْعَلِيمُ

Əgər onlar sülhə (barışığa) meyl etsələr, sən də sülhə meyl et və Allaha bel bağla. Həqiqətən, O (Allah hamınızın sözlərini) eşidəndir, (niyyətlərinizi) biləndir!

Ey Peyğəmbər! Əgər onlar sülhə və həmçinin sizinlə döyüşməkdən əl çəkməyə meyl edərlərsə, sən də ona meyl et, onlarla əhd-peyman bağla, bundan sonra Allaha təvəkkül et və yalnız Ona arxalan. Əgər belə etsən Allah səni əsla köməksiz qoymaz! Həqiqətən, Allah, onların dediklərini sözləri eşidən­dir, etdikləri əməlləri və qəlblərində gizlətdikləri biləndir.

Al-Anfaal 8:61Listen in Qur'an →
62

وَإِن يُرِيدُوٓا۟ أَن يَخْدَعُوكَ فَإِنَّ حَسْبَكَ ٱللَّهُ ۚ هُوَ ٱلَّذِىٓ أَيَّدَكَ بِنَصْرِهِۦ وَبِٱلْمُؤْمِنِينَ

Əgər onlar səni aldatmaq istəsələr, (qorxma və bil ki, onların şərindən və məkrindən qorumağa) sənə təkcə Allah kifayətdir. (O Allah ki) səni Öz köməyilə və mö’minlərlə müdafiə edib möhkəmlətdi.

Ey Peyğəmbər! Əgər onlar sülhə meyl etməklə və sizinlə onlar arasında atəşkəsin əldə olunmasını istəməklə yenidən səninlə döyüşməyə hazırlıq görərək səni aldat­maq istəsə­lər, bil ki, Allah, səni onların hiyləsindən və onların sənə hər hansı bir pislik toxundurmasından qoruyar. O, səni həm Öz köməyi ilə, həm də ki, mühacir və ənsardan olan möminlərin sənə yardım etməsi ilə qüv­vətlən­dirdi.

Al-Anfaal 8:62Listen in Qur'an →
63

وَأَلَّفَ بَيْنَ قُلُوبِهِمْ ۚ لَوْ أَنفَقْتَ مَا فِى ٱلْأَرْضِ جَمِيعًۭا مَّآ أَلَّفْتَ بَيْنَ قُلُوبِهِمْ وَلَٰكِنَّ ٱللَّهَ أَلَّفَ بَيْنَهُمْ ۚ إِنَّهُۥ عَزِيزٌ حَكِيمٌۭ

Və onların (birini düşmən Ovs və Xəzrəc qəbilələrindən olan ənsarın) ürəklərini (ülfətlə, dostluqla) birləşdirdi. Əgər sən yer üzündə nə varsa, hamısını xərcləsəydin belə, yenə də onların ürəklərini birləşdirə bilməzdin. Lakin Allah onları birləşdirdi, çünki O, yenilməz qüvvət sahibi, hikmət sahibidir.

Allah sənə yardım edən möminlərin qəlblərini bir-birindən ayrı olduqdan sonra bir­ləş­dir­di. Əgər sən yer üzün­də olan­ mal-dövlətin ha­mı­sını onların qəlblərini bir-birinə birləşdirmək üçün sərf et­səy­din belə, yenə də onların qəlb­lə­ri­ni bir­ləş­dirə bil­məzdin. Lakin Uca Allah on­la­rı birləş­dirdi. Həqiqətən, Allah qüdrətlidir, heç kimsə onu məğlub edə bilməz, O, işlərində, şəri hökmlərində və insanlar üçün təyin etdiyi qəza-qədərində hikmət sahibidir.

Al-Anfaal 8:63Listen in Qur'an →
64

يَٰٓأَيُّهَا ٱلنَّبِىُّ حَسْبُكَ ٱللَّهُ وَمَنِ ٱتَّبَعَكَ مِنَ ٱلْمُؤْمِنِينَ

Ya Peyğəmbər! Sənə və sənin ardınca gedən mö’minlərə təkcə Allah bəs edər.

Ey Peyğəmbər! Şübhəsiz ki, Allah sənə və sənin ardınca gedən möminlərə düşmənlərinin şərindən kifayət edər. Elə isə, Allah inan və Ona arxalan!

Al-Anfaal 8:64Listen in Qur'an →
65

يَٰٓأَيُّهَا ٱلنَّبِىُّ حَرِّضِ ٱلْمُؤْمِنِينَ عَلَى ٱلْقِتَالِ ۚ إِن يَكُن مِّنكُمْ عِشْرُونَ صَٰبِرُونَ يَغْلِبُوا۟ مِا۟ئَتَيْنِ ۚ وَإِن يَكُن مِّنكُم مِّا۟ئَةٌۭ يَغْلِبُوٓا۟ أَلْفًۭا مِّنَ ٱلَّذِينَ كَفَرُوا۟ بِأَنَّهُمْ قَوْمٌۭ لَّا يَفْقَهُونَ

Ya Peyğəmbər! Mö’minləri döyüşə həvəsləndir (təşviq et). İçərinizdə iyirmi səbirli kişi olsa, iki yüz kafirə, yüz səbirli kişi olsa, min kafirə qalib gələr. Çünki onlar (həqiqətən, Allahın mö’minlərə olan köməyini) anlamayan bir tayfadır!

Ey Peyğəmbər! Mömin­ləri döyü­şə ruhlandır. Onları kafirlərlə döyüşməyə ürəkləndir. Ey Möminlər! Əgər ara­nızda kafirlərlə döyüşməyə iyirmi sə­birli kişi olsa, kafirlər­dən iki yüzünə qa­lib gə­lər, əgər ara­nız­da yüz səbirli ki­şi ol­sa, ka­fir­lərdən mininə qa­lib gələr. Çün­ki on­lar Allahın Öz dostlarına yardım etməsini və düşmənlərini isə məhv etməsini anla­ma­yan bir qövümdür. Onlar nə üçün döyüşdüklərini dərk etmirlər. Onlar dünya da ucalmaq, ad-sana və şan-şöhrət nail olmaq üçün döyüşürlər.

Al-Anfaal 8:65Listen in Qur'an →
66

ٱلْـَٰٔنَ خَفَّفَ ٱللَّهُ عَنكُمْ وَعَلِمَ أَنَّ فِيكُمْ ضَعْفًۭا ۚ فَإِن يَكُن مِّنكُم مِّا۟ئَةٌۭ صَابِرَةٌۭ يَغْلِبُوا۟ مِا۟ئَتَيْنِ ۚ وَإِن يَكُن مِّنكُمْ أَلْفٌۭ يَغْلِبُوٓا۟ أَلْفَيْنِ بِإِذْنِ ٱللَّهِ ۗ وَٱللَّهُ مَعَ ٱلصَّٰبِرِينَ

(Ey mö’minlər!) İndi Allah (yükünüzü) yüngülləşdirdi. Çünki O sizdə bir zəiflik olduğunu bilirdi. Artıq aranızda yüz səbirli kişi olsa, iki yüz nəfərə (kafirə), min kişi olsa, iki min nəfərə Allahın iznilə qələbə çalar. Allah səbr edənlərlədir!

Ey möminlər! Allah sizin zə­if ol­duğunu bildiyi üçün sizin yükü­nü­zü yün­gülləşdirdi və sizə rəhm edərək bu sayı azaltdı. Belə ki, sizdən birinin on kafirlə döyüşmək əvəzinə, iki kafirlə döyüşməyini vacib etdi. Əgər ara­nızda kafirlərlə döyüşməyə yüz sə­birli kişi olsa, onlardan iki yüzünə qa­lib gələr; əgər aranızda min sə­birli kişi olsa, Alla­hın izni ilə ka­firlərdən iki mi­ni­nə qalib gələr. Allah Öz köməy və yardımı ilə səbir edən­ möminlərlədir.

Al-Anfaal 8:66Listen in Qur'an →
67

مَا كَانَ لِنَبِىٍّ أَن يَكُونَ لَهُۥٓ أَسْرَىٰ حَتَّىٰ يُثْخِنَ فِى ٱلْأَرْضِ ۚ تُرِيدُونَ عَرَضَ ٱلدُّنْيَا وَٱللَّهُ يُرِيدُ ٱلْءَاخِرَةَ ۗ وَٱللَّهُ عَزِيزٌ حَكِيمٌۭ

Heç bir peyğəmbərə yer üzündə (küfrün kökünü kəsmək üçün bacardığı qədər çox kafir) öldürməyənə qədər əsirləri özünə mal etmək (onları öldürməyib fidyə müqabilində azad etmək) yaramaz. (Ey mö’minlər!) Siz (fidyə almaqla) puç dünya malını istəyirsiniz, Allah isə (sizin) axirəti qazanmağınızı istəyir. Allah yenilməz qüvvət sahibi, hikmət sahibidir!

Peyğəmbərə yer üzündə ona qarşı döyüşən çoxlu sayda ka­fir qırıb və onların bir daha Peyğəmbərlə döyüşməyə cürət edib, qəlblərinə qorxu salmayınca kafirlərdən əsir gö­tür­mək yaraşmaz. Ey Möminlər! Siz Bədrdə əsir düşmüş kimsələrdən fidyə alıb və bunun müqabilində onları sağ buraxmaqla dünya mən­fəət­lərini istəyirsiniz, Allah isə dinin qələbə çalması və izzətlənməsi ilə axi­rə­ti qazanmağınızı istə­yir. Allah zatında, sifətlərində və məğlub etməsində yenilməz qüdrət sahibidir, kimsə Onu məğlub edə bilməz. O, insanlar üçün təyin etdiyi qəza-qədərində və qoyduğu şəri hökmlərində hikmət sahibidir.

Al-Anfaal 8:67Listen in Qur'an →
68

لَّوْلَا كِتَٰبٌۭ مِّنَ ٱللَّهِ سَبَقَ لَمَسَّكُمْ فِيمَآ أَخَذْتُمْ عَذَابٌ عَظِيمٌۭ

Əgər əvvəlcə (bu barədə) Allahdan bir hökm olsaydı (lövhi-məhfuzda qənimətlərin və əsirlərin halal olması haqqında yazılmasaydı), aldığınız (fidyə) müqabilində sizə şiddətli bir əzab üz verərdi (toxunardı).

Əgər qənimtlərin və əsirlərdən almağınız fidyənin Allah tərəfindən sizə hala olması əzəl­dən yazılmış bir hökm ol­masaydı, əldə etdiyiniz qənimətin və əsirlərdən aldığınız fidyənin hala olması barədə Allah tərəfindən vəhy nazil olmadan əvvəl bu işi etdiyinizə görə sizə böyük bir əzab to­xunardı.

Al-Anfaal 8:68Listen in Qur'an →
69

فَكُلُوا۟ مِمَّا غَنِمْتُمْ حَلَٰلًۭا طَيِّبًۭا ۚ وَٱتَّقُوا۟ ٱللَّهَ ۚ إِنَّ ٱللَّهَ غَفُورٌۭ رَّحِيمٌۭ

Əldə etdiyiniz qənimətləri halal və təmiz olaraq (halallıq və nuşcanlıqla) yeyin. Allahdan qorxun. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!

Ey möminlər! Kafirlərdən ələ keçirdiyiniz qəni­mət­­lərdən yeyin, cünki Allah onu sizə ha­lal etmişdir. Allahın əmrlərini yerinə yetirib, qadağalarından çəkinərək Allah­dan qorxu. Hə­qi­qə­tən, Allah mömin qullarını bağışlayandır və onlara qarşı rəhmli­dir.

Al-Anfaal 8:69Listen in Qur'an →
70

يَٰٓأَيُّهَا ٱلنَّبِىُّ قُل لِّمَن فِىٓ أَيْدِيكُم مِّنَ ٱلْأَسْرَىٰٓ إِن يَعْلَمِ ٱللَّهُ فِى قُلُوبِكُمْ خَيْرًۭا يُؤْتِكُمْ خَيْرًۭا مِّمَّآ أُخِذَ مِنكُمْ وَيَغْفِرْ لَكُمْ ۗ وَٱللَّهُ غَفُورٌۭ رَّحِيمٌۭ

Ya Peyğəmbər! Əlinizdə olan əsirlərə de: “Əgər Allah (Öz əzəli elmi ilə) ürəklərinizdə bir yaxşılıq olduğunu bilsə, sizə sizdən alınandan (fidyədən) daha yaxşısını verər və sizi bağışlayar. Axı Allah bağışlayandır, rəhm edəndir!

Ey Peyğəmbər! Bəbr günü əsir götürdüyünüz müşrik əsir­lərə de: "Əgər Allah qəl­bi­niz­də xe­yirin, niyyətinizin isə saf olduğunu bilsə, siz­dən alınan fid­yə­dən daha xe­yirli­si­ni sizə verər, elə isə Bədr günü özünüzü əsirlikdən azad etmək üçün sizdən alınan mala görə hüzünlənməyin və üstəlik də günahlarınızı ba­ğışlayar. Allah Ona tövbə edən qullarını bağışlayandır, onlara qarşı rəhm­lidir". Artıq Allahın bu vədi Peyğəmbərin (sallallahu aleyhi və səlləm) əmisi və ondan başqa iman gətirmiş kimsələr üçün həqiqiləşmişdir.

Al-Anfaal 8:70Listen in Qur'an →

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.