Muslim99Muslim99
← Tafsir library

8. Al-Anfaal

The Spoils of War · Medinan · 75 ayahs

سُورَةُ الأَنفَالِ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 51–60 of 75

51

ذَٰلِكَ بِمَا قَدَّمَتْ أَيْدِيكُمْ وَأَنَّ ٱللَّهَ لَيْسَ بِظَلَّٰمٍۢ لِّلْعَبِيدِ

Bu (əzab) sizin öz əllərinizlə qazandığınız (əllərinizin törətdiyi) günahlara görədir. Yoxsa Allah bəndələrinə əsla zülm edən deyildir!

Ey Kafirlər! Ruhlarınız alınan zaman sizə verilən ağrılı-acılı əzab və həmçinin qəbirlərinizdə və axirətdə sizə ediləcək atəşin əzabı, dünyada ikən öz əllərinizlə etdiyiniz günahlara görədir. Əks təqdirdə isə, Allaha insanlara əsla zülm edən deyildir! Allah qiyamət günü onlar arasında ədalətlə hökm verəcəkdir. Allah, ədalətlə hökm verəndir.

Al-Anfaal 8:51Listen in Qur'an →
52

كَدَأْبِ ءَالِ فِرْعَوْنَ ۙ وَٱلَّذِينَ مِن قَبْلِهِمْ ۚ كَفَرُوا۟ بِـَٔايَٰتِ ٱللَّهِ فَأَخَذَهُمُ ٱللَّهُ بِذُنُوبِهِمْ ۗ إِنَّ ٱللَّهَ قَوِىٌّۭ شَدِيدُ ٱلْعِقَابِ

Eynilə Fir’on nəslinin və onlardan əvvəlkilərin hərəkətləri kimi. Onlar Allahın ayələrini yalan hesab etdilər, Allah da onları günahlarına görə yox etdi. Həqiqətən, Allah yenilməz qüvvət sahibidir, cəzası da çox şiddətlidir!

Kafirlərin başına gələn bu əzab heç də tək onlara aid deyil. Əksinə bu, hər zaman və hər yerdə Allahın kafirlər üzərində olan sünnətidir. Firon əhli-əyalı və onlardan əvvəlki ümmətlər Allahın ayələrini yalan saymaları və etdikləri günahlar səbəbindən Allah onları Özünün qüvvət və qüdrətinə layiq şəkildə əzabla yaxalayaraq, onlara əzab nazil etdi. Allah qüvvətlidir, kimsə ona qələbə çala bilməz. Ona asi olanlara qarşı əzabı da şiddətlidir!

Al-Anfaal 8:52Listen in Qur'an →
53

ذَٰلِكَ بِأَنَّ ٱللَّهَ لَمْ يَكُ مُغَيِّرًۭا نِّعْمَةً أَنْعَمَهَا عَلَىٰ قَوْمٍ حَتَّىٰ يُغَيِّرُوا۟ مَا بِأَنفُسِهِمْ ۙ وَأَنَّ ٱللَّهَ سَمِيعٌ عَلِيمٌۭ

(Kafirlərə verilən) bu əzab ona görədir ki, bir tayfa özünə bəxş edilən ne’məti (naşükürlük üzündən küfrə) dəyişməyincə, Allah da ona əta etdiyi ne’məti dəyişən (pisliyə çevirən) deyildir. Həqiqətən, Allah (hər şeyi) eşidəndir, biləndir! (Həmin tayfalar Allahın ne’mətlərinə şükür etmək əvəzinə Ona asi olduqlarına, itaəti küfrlə əvəz etdiklərinə, peyğəmbərlərə qarşı düşmən münasibət bəslədiklərinə görə Allah da onlara verdiyi ne’mətini qəzəbə, etdiyi yaxşılığı pisliyə çevirib hamısını əzaba düçar etdi).

Allahın bir qövmə verdiyi nemətləri almasının və o qövmün şiddətli əzaba düçar olmasının səbəbi, onların Allaha iman edib doğru yolda sabitqədəm olmaq və nemətlərə şükr etmək kimi gözəl hallarını Allaha qarşı küfür, asilik və Onun nemətlərinə naşükürlük etmək kimi pis hala dəyişmələri oldu. Şübhəsiz ki, Allah qullarının danışdıqlarını eşidir, onların nə əməllər etdiklərini görür və bundan Ona heç bir şey gizli qalmaz!

Al-Anfaal 8:53Listen in Qur'an →
54

كَدَأْبِ ءَالِ فِرْعَوْنَ ۙ وَٱلَّذِينَ مِن قَبْلِهِمْ ۚ كَذَّبُوا۟ بِـَٔايَٰتِ رَبِّهِمْ فَأَهْلَكْنَٰهُم بِذُنُوبِهِمْ وَأَغْرَقْنَآ ءَالَ فِرْعَوْنَ ۚ وَكُلٌّۭ كَانُوا۟ ظَٰلِمِينَ

Eynilə Fir’on nəslinin və onlardan əvvəlkilərin hərəkətləri kimi. Onlar Rəbbinin ayələrini yalan hesab etdilər, Biz də onları günahlarına görə məhv etdik. Fir’on nəslini (dənizdə) batırdıq. Onların hamısı zalım idi!

Bu kafirlərin əməli Allaha küfür etmiş Fironun əhli-əyalı və təkzib etmiş əvvəlki qövümlərin əmə­­­­li­nə bənzəyir. Onlar Rəb­bi­nin ayə­lərini yalan hesab et­di­lər, Allah da on­ları etdikləri günah­la­r səbəbindən məhv etdi. Allah Firon əhli-əyalını dənizdə qərq edərək məhv etdi. Fironun əhli-əyalı və onlardan əvvəlkilər Allaha küfür etdiklərinə və Ona şəriklər qoşduqlarına görə on­la­rın ha­mısı zalım idi. Onlar məhz etdikləri bu əməllərə görə Allahın əzabını özlərinə vacib etdilər və beləliklə də, əzaba düçar oldular.

Al-Anfaal 8:54Listen in Qur'an →
55

إِنَّ شَرَّ ٱلدَّوَآبِّ عِندَ ٱللَّهِ ٱلَّذِينَ كَفَرُوا۟ فَهُمْ لَا يُؤْمِنُونَ

Allah yanında (yer üzündə) gəzən (yürüyən) canlıların ən pisi küfr edənlərdir. Onlar artıq iman gətirməzlər.

Şübhəsiz ki, yer üzündə gəzib-dolaşan can­lı­ların ən şərlisi Allaha və Onun Rəsullarına kafir olan­lar­dır. Onlara Allahın bütün mövcüzələrini göstərsən də belə, öz küfürlərində israrlı olduqlarına görə əsla iman gətir­məzlər. Onlar ağılları ilə haqqı düşünüb dərk etməyən, qulaqları ilə haqqı eşitməyən və gözləri ilə haqqı görməyən kimsələrdir.

Al-Anfaal 8:55Listen in Qur'an →
56

ٱلَّذِينَ عَٰهَدتَّ مِنْهُمْ ثُمَّ يَنقُضُونَ عَهْدَهُمْ فِى كُلِّ مَرَّةٍۢ وَهُمْ لَا يَتَّقُونَ

Onlar (sənə qarşı müharibə etməmək barədə) əhd bağladığın kimsələrdir ki, (onu bağladıqdan) sonra hər dəfə əhdlərini pozar və Allahdan da qorxmazlar.

Onlar yəhudu nəslindən olan, Bəni qurayza qəbiləsi kimi hər dəfə sənin onlarla bağladığın əhd­lə­rini pozan və buna görə heç nə­dən çəkin­məyən, əhdlərinə sadiq qalmayan və sizə verdikləri sözlərini tutmayan kimsələrdir.

Al-Anfaal 8:56Listen in Qur'an →
57

فَإِمَّا تَثْقَفَنَّهُمْ فِى ٱلْحَرْبِ فَشَرِّدْ بِهِم مَّنْ خَلْفَهُمْ لَعَلَّهُمْ يَذَّكَّرُونَ

Əhdi pozanları müharibədə yaxalasan (ələ keçirtsən), onlar ilə (onlara tutacağın divanla, verəcəyin cəza ilə) arxalarında olan kimsələri də (qorxudub) dağıt ki, onlar (bundan) ibrət alsınlar (bir daha əhdi pozmağa cür’ət etməsinlər)!

Ey Peyğəmbər! Əgər əhdlərini pozan o kimsələri döyüşdə ya­xa­lamış olsan, on­ları elə cəza ver ki, onu eşidən hər bir kəs bundan ibrət alsın və bir daha nə səninlə müharibə etməyə, nə də ki, sənə qarşı müharibə edənlərlə bir sırada olmağa cürət etməsin.

Al-Anfaal 8:57Listen in Qur'an →
58

وَإِمَّا تَخَافَنَّ مِن قَوْمٍ خِيَانَةًۭ فَٱنۢبِذْ إِلَيْهِمْ عَلَىٰ سَوَآءٍ ۚ إِنَّ ٱللَّهَ لَا يُحِبُّ ٱلْخَآئِنِينَ

Əgər (əhd bağladığın) bir tayfanın sənə xəyanət edə biləcəyindən qorxsan, (döyüşə başlamazdan əvvəl) onlarla olan əhdini pozduğunu açıq-aydın (mərdi-mərdanə) özlərinə e’lan et. Çünki Allah xainləri sevməz!

Ey Peyğəmbər! Əgər bir qövmün əməllərindən şübhələnib səninlə bağladıqları əhdi po­za­caqları ilə xəyanət etmələrin­dən qorx­arsansa, bu zaman sən on­lara əhdini poz­duğunu bil­dir ki, hər iki tərəf bundan xəbərdar olsun. Onlarla bağladığın əhdi pozduğunu onlara bildirmədən onlara qəfildən hücum etmə. Çünki onlara bunu bildirmədən qəfildən hücuma keçməyin xəyanətdir. Şübhəsiz ki, Allah xa­in­lə­ri sevməz. Əksinə Allah xayinlərə əzab verər. Sən özünü xain olmaqdan qoru!

Al-Anfaal 8:58Listen in Qur'an →
59

وَلَا يَحْسَبَنَّ ٱلَّذِينَ كَفَرُوا۟ سَبَقُوٓا۟ ۚ إِنَّهُمْ لَا يُعْجِزُونَ

(Bədr müharibəsində qaçıb) canlarını qurtaran kafirlər əsla elə zənn etməsinlər ki, (əzabımızdan) xilas olmuşlar. Onlar (Allahı özlərinə əzab verməkdən) aciz edə bilməzlər! (Allahın əzabından qaçıb qurtara bilməzlər!)

Qoy kafirlər Allahın əzabından qa­çıb qurtara bilə­cək­lərini zənn etmə­sin­lər. Çün­ki onlar Allahın əzabından əsla qaçıb yaxa qurtara bilməzlər. Onlar harada olsalar belə, Allahın əzabı mütləq onları yaxalayacaqdır.

Al-Anfaal 8:59Listen in Qur'an →
60

وَأَعِدُّوا۟ لَهُم مَّا ٱسْتَطَعْتُم مِّن قُوَّةٍۢ وَمِن رِّبَاطِ ٱلْخَيْلِ تُرْهِبُونَ بِهِۦ عَدُوَّ ٱللَّهِ وَعَدُوَّكُمْ وَءَاخَرِينَ مِن دُونِهِمْ لَا تَعْلَمُونَهُمُ ٱللَّهُ يَعْلَمُهُمْ ۚ وَمَا تُنفِقُوا۟ مِن شَىْءٍۢ فِى سَبِيلِ ٱللَّهِ يُوَفَّ إِلَيْكُمْ وَأَنتُمْ لَا تُظْلَمُونَ

(Ey mö’minlər) Allahın düşmənini və öz düşməninizi, onlardan başqa sizin bilmədiyiniz, lakin Allahın bildiyi düşmənləri (münafiqləri) qorxutmaq üçün kafirlərə qarşı bacardığınız qədər qüvvə və (cihad üçün bəslənilən) döyüş atları tədarük edin. Allah yolunda nə xərcləsəniz, onun əvəzi artıqlaması ilə ödənilər və sizə heç bir haqsızlıq edilməz!

Ey möminlər! Atıcılıqla və s. bu kimi şeylərlə düşmənlərə qarşı bacar­dı­ğınız qə­dər qoşun və qüvvə hazırlayın. Onlarla döyüşə Allah yolunda bəsləyib saxladığınız döyüş atları hazırlayın ki, bununla Allahın düşmənini, kafirlərdən sizə müsibət gəlməsini gözləyən öz düşmə­ninizi və on­lar­dan başqa sizin bil­mə­di­yiniz və həmçinin qəlblərində sizə qarşı düşmənçilik gizlətdiklərini bilmədiyiniz düşmənlərinizi qorxudasınız. Siz onları tanımasanızda lakin Allah onların daha yaxşı tanıyır və onların kim olduğunu və qəlblərində sizə qarşı nə gizlətdiklərini daha yaxşı bilir. Allah yolunda az və ya çox olmasından aslı olmayaraq nə xərc­lə­səniz, Allah sizə dünya həyatında onun əvəzini, axirət həyatında isə sizə kamil savab bəxş edər. Elə isə malınızı Allah yolunda xərcləməyə tələsin!

Al-Anfaal 8:60Listen in Qur'an →

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.