Muslim99Muslim99
← Tafsir library

8. Al-Anfaal

The Spoils of War · Medinan · 75 ayahs

سُورَةُ الأَنفَالِ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 41–50 of 75

41

۞ وَٱعْلَمُوٓا۟ أَنَّمَا غَنِمْتُم مِّن شَىْءٍۢ فَأَنَّ لِلَّهِ خُمُسَهُۥ وَلِلرَّسُولِ وَلِذِى ٱلْقُرْبَىٰ وَٱلْيَتَٰمَىٰ وَٱلْمَسَٰكِينِ وَٱبْنِ ٱلسَّبِيلِ إِن كُنتُمْ ءَامَنتُم بِٱللَّهِ وَمَآ أَنزَلْنَا عَلَىٰ عَبْدِنَا يَوْمَ ٱلْفُرْقَانِ يَوْمَ ٱلْتَقَى ٱلْجَمْعَانِ ۗ وَٱللَّهُ عَلَىٰ كُلِّ شَىْءٍۢ قَدِيرٌ

(Ey mö’minlər!) Əgər siz Allaha və haqla batilin ayırd edildiyi gün – iki dəstənin bir-birilə qarşılaşdığı gün (Bədr günü) bəndəmizə (Muhəmmədə) nazil etdiyimizə (ayələrə) iman gətirmisinizsə, bilin ki, ələ keçirdiyiniz hər hansı qənimətin beşdə biri Allahın, Peyğəmbərin, onun qohum-əqrəbasının, yetimlərin, yoxsulların və müsafirlərindir (pulu qurtarıb yolda qalan yolçularındır). Allah hər şeyə qadirdir!

Ey möminlər! Əgər siz Allaha və haqla batili bir-birindən ayırd edərək sizə düşməniniz üzərində zəfər çalmağa nəsib etdiyi Bədir günü qulumuz Muhammədə (ona Allahın salavatı və salamı olsun) nazil et­diyi­mi­zə iman gə­tirmisinizsə, bilin ki, Allah yolunda cihad edərkən kafirlərdən zorla əldə etdiyiniz mal beş hissəyə bölünməlidir. Həmən malın beşdə dörd hissəsi mücahidlərin payına düşür. Qalan beşdə bir hissə isə beş qismə bölünərək paylanılmalıdır. Bu malın bir qismi Allah və Rəsulunun payına düşür. Bu qisim, müsəlmanların ümumi məsrəflərinə sərf edilir. Bir qisim Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) Haşim və Muttalib oğullarından olan yaxınlarının payına düşür. Bir qisim, yetimlərin, bir qisim fəqir və miskinlərin, diğər bir qisim isə yarı yolda qalmış müsafirlərin payına düşür. Sizə yardım edən Allah hər şeyə qa­dirdir.

Al-Anfaal 8:41Listen in Qur'an →
42

إِذْ أَنتُم بِٱلْعُدْوَةِ ٱلدُّنْيَا وَهُم بِٱلْعُدْوَةِ ٱلْقُصْوَىٰ وَٱلرَّكْبُ أَسْفَلَ مِنكُمْ ۚ وَلَوْ تَوَاعَدتُّمْ لَٱخْتَلَفْتُمْ فِى ٱلْمِيعَٰدِ ۙ وَلَٰكِن لِّيَقْضِىَ ٱللَّهُ أَمْرًۭا كَانَ مَفْعُولًۭا لِّيَهْلِكَ مَنْ هَلَكَ عَنۢ بَيِّنَةٍۢ وَيَحْيَىٰ مَنْ حَىَّ عَنۢ بَيِّنَةٍۢ ۗ وَإِنَّ ٱللَّهَ لَسَمِيعٌ عَلِيمٌ

O zaman (Bədr günü) siz vadinin (Mədinəyə) ən yaxın tərəfində, onlar (düşmənləriniz) isə ən uzaq tərəfindən idilər. Karvan sizdən aşağıda (sahilə yaxın gözəl, sulu bir yerdə) durmuşdu. Əgər siz (onlarla vuruşmaq üçün müəyyən bir vaxtda üz-üzə gəlmək haqqında) və’dələşsəydiniz, (onların çox olmasından və sizi öldürməsindən qorxaraq) tə’yin etdiyiniz vaxt barəsində aranıza ixtilaf düşərdi. Lakin Allah olacaq işi (mö’minlərin qələbəsini, kafirlərin məğlubiyyətini) yerinə yetirmək üçün belə etdi ki, həlak olan aşkar bir mö’cüzə ilə (dəlillə) həlak olsun, sağ qalan da aşkar bir mö’cüzə ilə sağ qalsın. Həqiqətən, Allah (hər şeyi) eşidəndir, biləndir!

Yadınıza salın ki, O zaman siz vadinin Mədinəyə ya­xın tərə­fində, müşriklər vadinin uzaq, yəni, Məkkəyə yaxın tərə­fində, kar­van isə sizdən aşa­ğı­da Qırmızı dənizin sahilinə yaxın bir yerdə idi. Əgər siz və müşriklər Bədrdə qarşı-qarşıya gəlmək üçün vədələş­mək istəsəy­diniz bir-birinizlə ixtilaf edərdiz. Lakin bütün nöqsanlardan münəzzəh olan Allah sizi aranızda əvvəlcədən vədələşmə olmadan Bədrdə cəm etdi ki, olacaq işi, yəni, möminlərə zəfər nəsib edərək kafirləri zəlil etməyi, dinini izzətli, şirki isə alçaq tutmağı hə­yata keçirsin. Müşriklərdən həlak olan, möminlərin özlərindən sayca və döyüş hazırlığı baxımından qat-qat az olduğunu açıq-ay­dın bildikdən sonra həlak olsun, onlardan sağ qalanları da Allahın möminlərə yardım etdiyinə açıq-aydın bir dəlillə sağ qalsın ki, kiminsə Allah yanında bəhanəsi olmasın. Allah hər bir deyilən sözü eşi­dən­­dir, hər bir edilən əməli bi­lən­dir. Ona heç bir şey gizli qalmaz və O, qulların etdikləri əməllərin müqabilini verəcəkdir.

Al-Anfaal 8:42Listen in Qur'an →
43

إِذْ يُرِيكَهُمُ ٱللَّهُ فِى مَنَامِكَ قَلِيلًۭا ۖ وَلَوْ أَرَىٰكَهُمْ كَثِيرًۭا لَّفَشِلْتُمْ وَلَتَنَٰزَعْتُمْ فِى ٱلْأَمْرِ وَلَٰكِنَّ ٱللَّهَ سَلَّمَ ۗ إِنَّهُۥ عَلِيمٌۢ بِذَاتِ ٱلصُّدُورِ

O zaman Allah rö’yanda sənə onları (düşmənləri) az göstərirdi.. Əgər onları sənə çox göstərsəydi, mütləq qorxar və döyüş barəsində bir-birinizlə çənə-boğaz olardınız. Lakin Allah sizi (düşmənin təhlükəsindən) salamat qurtardı. O, həqiqətən, ürəklərdə olanları biləndir!

Ey Peyğəmbər! Allah yuxun­da müşrikləri sə­nə, onların sizdən sayca az olduqlarını göstərib, sən də möminlərə bu yuxunu xəbər verməyin, onlar da bu müjdə ilə sevinib, özlərində düşmənlə qarşı-qarşıya gəlməyə cəsarət tapmaları, Allahın sənə və möminlərə əta etdiyi nemətlərdən biri olduğunu yadına sal. Əgər Allah sənə yuxuda on­­la­rın sizdən çox olduqlarını gös­tərsəydi, bu zaman əshabın düşmənlə qarşı-qarşıya gəlməkdən ruh­dan dü­şər­ və onlarla döyüşməkdən qorxardılar. Lakin Allah sizi bundan qoruyaraq, sizi bu uğursuzluqdan xilas etdi və beləliklə də onların sayını peyğəmbərinin (sallallahu aleyhi və səlləm) gözündə az sayda olduqlarını göstərdi. Şübhəsiz ki, O, qəlblərdə olub, gizli qalarları bilir!

Al-Anfaal 8:43Listen in Qur'an →
44

وَإِذْ يُرِيكُمُوهُمْ إِذِ ٱلْتَقَيْتُمْ فِىٓ أَعْيُنِكُمْ قَلِيلًۭا وَيُقَلِّلُكُمْ فِىٓ أَعْيُنِهِمْ لِيَقْضِىَ ٱللَّهُ أَمْرًۭا كَانَ مَفْعُولًۭا ۗ وَإِلَى ٱللَّهِ تُرْجَعُ ٱلْأُمُورُ

(Düşmənlə) üz-üzə gəldiyiniz zaman Allah olacaq işi yerinə yetirmək məqsədilə onları sizin gözünüzdə (sayca) az göstərir, sizi də onların gözündə azaldırdı. Bütün işlər axırda Allaha qayıdacaqdır. (Zəfər də, məğlubiyyət də sayın çoxluğu ilə deyil, Allahın iradəsi ilədir).

Ey Möminlər! Yadınıza salın ki, o vaxt müşriklərlə qarşı-qarşıya gəl­di­yiniz za­­man Allah onların sayını si­zin gö­zü­nüzə az göstərərək sizi düşmənlə döyüşməyə cəsarətli etdi. Sizin də sayınızı onların gözündə azalt­dı ki, sizinlə qarşılaşdıqda geriyə dönüb qaçmaq barədə düşünüb döyüşə girməkdən çəkinməsinlər. Bununla Allah olacaq işi ye­rinə yetirdi və möminlərə müşrikləri qətlə yetirib əsir götürməklə intiqam almaq və düşmən üzərində zəfər çalmaq nemətini bəxş etdi. Bü­tün iş­lərin sonu yalnız tək olan Allaha qayıdır. Allah, pislik edənin, etdiyi pisliyinə görə cəzasını, yaxşılıq edənin də, etdiyi yaxşılığa görə mükafatını verəcəkdir.

Al-Anfaal 8:44Listen in Qur'an →
45

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓا۟ إِذَا لَقِيتُمْ فِئَةًۭ فَٱثْبُتُوا۟ وَٱذْكُرُوا۟ ٱللَّهَ كَثِيرًۭا لَّعَلَّكُمْ تُفْلِحُونَ

Ey iman gətirənlər! Bir dəstə (kafir dəstəsi) ilə üz-üzə gəldikdə möhkəm olun və Allahı çox yada salın ki, nicat tapasınız!

Ey Allaha iman gətirib Onun Rəsuluna tabe olan kimsələr! Kafir bir dəstə ilə üz-üzə gəldikdə möh­kəm durun, onlardan qorxmayın, Allahı çox yad edib Ona çox dua edin. Həqiqətən Allah sizi istədiyinizə müvəffəq edib qorxduğunuz şeydən salamat etmək üçün sizə düşməniniz üzərində qələbə nəsib etməyə qadirdir.

Al-Anfaal 8:45Listen in Qur'an →
46

وَأَطِيعُوا۟ ٱللَّهَ وَرَسُولَهُۥ وَلَا تَنَٰزَعُوا۟ فَتَفْشَلُوا۟ وَتَذْهَبَ رِيحُكُمْ ۖ وَٱصْبِرُوٓا۟ ۚ إِنَّ ٱللَّهَ مَعَ ٱلصَّٰبِرِينَ

Allah və Onun Peyğəmbərinə itaət edin. Bir-birinizlə çəkişməyin, yoxsa qorxub zəifləyər və gücdən düşərsiniz. Səbr edin, çünki Allah səbr edənlərlədir!

Dediyiniz sözlərdə, etdiyiniz əməllərdə və bütünlüklə hər bir halınızda Allaha və Onun Rəsulununun itaətinə bağlı olun. Hər hansı bir şey haqqında fikir yürütdükdə bir-birinizlə müba­hi­sə et­məyin, çünki mübahisə zəyifləmənizə, qorxmanıza və həmçinin ruhdan dü­şmənizə səbəbir. Düşməninizlə qarşı-qarşıya gəldikdə səbirli olun, çünki Allah, Öz qələbəsi, yardımı və köməyilə səbr edən­lər­lə­ birgədir. Allaha kiminlə olarsa, onun qalib və müzəffər olacağı qaçılmazdır.

Al-Anfaal 8:46Listen in Qur'an →
47

وَلَا تَكُونُوا۟ كَٱلَّذِينَ خَرَجُوا۟ مِن دِيَٰرِهِم بَطَرًۭا وَرِئَآءَ ٱلنَّاسِ وَيَصُدُّونَ عَن سَبِيلِ ٱللَّهِ ۚ وَٱللَّهُ بِمَا يَعْمَلُونَ مُحِيطٌۭ

(Ey mö’minlər!) Yurdlarından təkəbbürlə, özlərini camaata göstərmək üçün çıxanlar və (insanları) Allah yolundan döndərənlər (Məkkə müşrikləri) kimi olmayın. Allah onların nə etdiklərindən xəbərdardır!

Məkkədən təkəbbür­lə, özlərini insanlara göstərmək üçün çıxan və insan­ları Allah dinindən sapdıran və bu dini qəbul etməyə mane olan müşriklər ki­mi olma­yın. Allah onların əməl­lə­rini hər tərəf­dən əhatə etmiş­dir. Onların etdikləri əməllər Allaha əsla gizli qalmaz və Allah onların etdikləri əməllərin müqabilini verəcəkdir.

Al-Anfaal 8:47Listen in Qur'an →
48

وَإِذْ زَيَّنَ لَهُمُ ٱلشَّيْطَٰنُ أَعْمَٰلَهُمْ وَقَالَ لَا غَالِبَ لَكُمُ ٱلْيَوْمَ مِنَ ٱلنَّاسِ وَإِنِّى جَارٌۭ لَّكُمْ ۖ فَلَمَّا تَرَآءَتِ ٱلْفِئَتَانِ نَكَصَ عَلَىٰ عَقِبَيْهِ وَقَالَ إِنِّى بَرِىٓءٌۭ مِّنكُمْ إِنِّىٓ أَرَىٰ مَا لَا تَرَوْنَ إِنِّىٓ أَخَافُ ٱللَّهَ ۚ وَٱللَّهُ شَدِيدُ ٱلْعِقَابِ

O zaman (Bədr günü) Şeytan onlara öz əməllərini gözəl göstərib demişdi: “Bu gün insanlar içərisində sizə qalib gələ biləcək bir kimsə yoxdur. Mən də sizin (pənahınız) dadınıza çatanam!” Lakin iki dəstə üz-üzə gəldiyi zaman dönüb qaçaraq: “Mənim sizinlə heç bir əlaqəm yoxdur. Mən sizin görmədiklərinizi (mö’minlərin köməyinə gələn mələkləri) görürəm. Mən Allahdan qorxuram. Allah (Ona asi olanlara) şiddətli əzab verəndir!” – demişdi.

Ey möminlər! (bədr günü) Allahın sizə olan nemətini yadınıza salın. Belə ki, şeytan müşriklərə əməl­lə­ri­ni gözəl­ göstərib onları müsəlmanlarla qarşı-qarşıya gətirdi və onları döyüşə təhrik edərək: "Bu gün heç kəs sizə qalib gələ bil­məz. Mən sizə yar­dım edən və sizi düşməninizdən qoruyaram!"– demişdir. Elə ki, iki dəstə- mələklərin yardım etdiyi möminlər dəstəsi və şeytanın arxasını çevirib qaçaraq köməksiz qoyduğu müşriklərin dəstəsi ilə qarşı-qarşıya gəldi, şeytan müşriklərə: "Mən siz­dən uza­ğam. Mən möminlərə yardım etmək üçün gəlmiş mələkləri görü­rəm. Mən, Allahın məni həlak etməsindən qorxuram. Çünki Allah şiddətli cəza ve­rəndir. Onun əzabına kimsə tab gətirə bilməz"– de­mişdi.

Al-Anfaal 8:48Listen in Qur'an →
49

إِذْ يَقُولُ ٱلْمُنَٰفِقُونَ وَٱلَّذِينَ فِى قُلُوبِهِم مَّرَضٌ غَرَّ هَٰٓؤُلَآءِ دِينُهُمْ ۗ وَمَن يَتَوَكَّلْ عَلَى ٱللَّهِ فَإِنَّ ٱللَّهَ عَزِيزٌ حَكِيمٌۭ

O zaman münafiqlər və ürəklərində mərəz (e’tiqad zəifliyi və islama qarşı şəkk-şübhə) olanlar: “Bunları (müsəlmanları) öz dinləri aldatdı!” – deyirdilər. Lakin Allaha təvəkkül edən (qalib olar). Çünki Allah, həqiqətən, yenilməz qüvvət sahibidir, hikmət sahibidir!

Yadınıza salın ki, bir zaman münafiqlər və imanı zəyif olan kimsələr deyirdilər: "Müsəlmanları saylarının azlığına, döyüş hazırlıqlarının kifayət qədər olmamasına, düşmənlərinin onlardan həm sayca, həm də döyüş hazırlığı baxımından özlərindən qat-qat çox olmasına baxmayaraq onlara qələbə vəd verən din­ləri aldat­dı! Onlar dərk etmirlər ki, kim tək Allaha arxalanıb Onun vəd etdiyi yardıma inanarsa, Allah ona yardım edər, nə qədər zəyif olsa da belə, Allah onu köməksiz qoymaz. Allah güc-qüvvət sahibidir, kimsə ona qələbə çala bilməz. Qəza və qədərində, qoyduğu şəriət qanunlarında hikmət sahibidir!

Al-Anfaal 8:49Listen in Qur'an →
50

وَلَوْ تَرَىٰٓ إِذْ يَتَوَفَّى ٱلَّذِينَ كَفَرُوا۟ ۙ ٱلْمَلَٰٓئِكَةُ يَضْرِبُونَ وُجُوهَهُمْ وَأَدْبَٰرَهُمْ وَذُوقُوا۟ عَذَابَ ٱلْحَرِيقِ

(Ya Rəsulum!) Kaş sən kafirləri mələklər onların üzünə və yanlarına vura-vura: “Dadın atəşin əzabını!” – deyib canlarını alanda görəydin!

Ey Peyğəmbər! Kaş ki, sən Allaha və Onun Rəsullarına küfür edən kafirləri mələk­lərin onların ruhlarını alanda görərdin! Üzlərinə və dönüb qaçdıqda isə arxalarına vuraraq canlarından alır: "Ey Kafirlər! Dadın yan­dırıcı odun əzabı­nı!" – deyirlər. Əgər sən buna şahid olsaydın bu zaman dəhşətli bir şeyə şahid olardın.

Al-Anfaal 8:50Listen in Qur'an →

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.