Muslim99Muslim99
← Tafsir library

8. Al-Anfaal

The Spoils of War · Medinan · 75 ayahs

سُورَةُ الأَنفَالِ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 1–10 of 75

بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ

1

يَسْـَٔلُونَكَ عَنِ ٱلْأَنفَالِ ۖ قُلِ ٱلْأَنفَالُ لِلَّهِ وَٱلرَّسُولِ ۖ فَٱتَّقُوا۟ ٱللَّهَ وَأَصْلِحُوا۟ ذَاتَ بَيْنِكُمْ ۖ وَأَطِيعُوا۟ ٱللَّهَ وَرَسُولَهُۥٓ إِن كُنتُم مُّؤْمِنِينَ

(Ya Peyğəmbərim!) Səndən (müharibədə əldə edilmiş) qənimətlər (onların kimə çatması) haqqında soruşarlar. De: “Qənimətlər Allahın və Peyğəmbərinindir (onun bölünməsi Allaha və Peyğəmbərinə aiddir). Buna görə də əgər (həqiqi) mö’minsinizsə, Allahdan qorxun, aranızdakı münasibətləri düzəldin, Allaha və Onun Peyğəmbərinə itaət edin!

Ey Peyğəmbər! Səhabələrin səndən qənimətlərin necə və kimlər arasında bölünməsi barəsində so­ru­şurlar. Ey Peyğəmbər! Onların suallarına cavab olaraq onlara belə de: "Qəni­mət­­lər Alla­h və Onun Rəsulu - sallallahu aleyhi və səlləm - üçündür, qənimətləri bölməyin və paylamağın hökmü Allaha və Rəsuluna - sallallahu aleyhi və səlləm - aiddir, sizin üzərinizə düşən isə Allah və Rəsulunun - sallallahu aleyhi və səlləm - hökmlərinə boyun əyib, tabe olmaqdır". Ey Möminlər! Allahın əmrlərini yerinə yetirib, qadağalarından çəkinməklə Allahdan qor­xun və ara­nız­da­kı düşmənçilik müna­sibət­lərini bir-birinizə qarşı sevği, gözəl əxlaq və əfv etməklə düzəl­din. Əgər həqiqətən də mö­min­si­nizsə, Allaha və Onun Rəsuluna - sallallahu aleyhi və səlləm - itaət edin. Çünki iman, insanı itaətə əməllərə yönəldər və günah əməllərdən çəkindirər. Səhabələrin Peyğəmbərə - sallallahu aleyhi və səlləm - bu sualı, Bədr döyüşü baş verdikdən sonra olmuşdur.

2

إِنَّمَا ٱلْمُؤْمِنُونَ ٱلَّذِينَ إِذَا ذُكِرَ ٱللَّهُ وَجِلَتْ قُلُوبُهُمْ وَإِذَا تُلِيَتْ عَلَيْهِمْ ءَايَٰتُهُۥ زَادَتْهُمْ إِيمَٰنًۭا وَعَلَىٰ رَبِّهِمْ يَتَوَكَّلُونَ

Mö’minlər yalnız o kəslərdir ki, Allah adı çəkiləndə (Onun heybət və əzəmətindən) ürəkləri qorxudan titrəyər, Allahın ayələri oxunduğu zaman həmin ayələr onların imanlarını daha da artırar, onlar ancaq öz Rəbbinə təvəkkül edər.

Həqiqi möminlər ancaq o kəslər­dir ki, pak və uca olan Allah anıldığı zaman onların qəlbi qor­xuya düşər, qəlbləri və bədənləri itaətə sövq edər, özlərinə Allahın ayələri oxun­duq­da bu ayələri düşünər və bu onların imanlarının üzərinə imanlarını daha da ar­tar, onlar xeyirlərə nail olub, zərərlərdən qorunmaq üçün yalnız öz Rəbbi­nə etimad edər.

3

ٱلَّذِينَ يُقِيمُونَ ٱلصَّلَوٰةَ وَمِمَّا رَزَقْنَٰهُمْ يُنفِقُونَ

(Vaxtlı-vaxtında, lazımınca) namaz qılar və verdiyimiz ruzidən (Allah yolunda) sərf edərlər.

O kəslər ki, namazı daima vaxtı-vaxtında, kamil şəkildə əda edər və Bizim onlara verdiyimiz ruzidən Allah yolunda vacib və müstəhəb xərcləyəri paylayarlar.

4

أُو۟لَٰٓئِكَ هُمُ ٱلْمُؤْمِنُونَ حَقًّۭا ۚ لَّهُمْ دَرَجَٰتٌ عِندَ رَبِّهِمْ وَمَغْفِرَةٌۭ وَرِزْقٌۭ كَرِيمٌۭ

Onlar həqiqi mö’minlərdir. Onların öz Rəbbi yanında dərəcələri vardır. Onları (qiyamət günü) bağışlanma və (Cənnətdə) tükənməz (gözəl, minnətsiz) ruzi gözləyir!

Məhz bu sifətlərə sahib olan kimsələr, özlərində iman və zahiri İslam xislətlərini cəm etdikləri üçün onlar həqiqi mö­min­lərdir. Onların Rəbbi ya­nın­dakı mükafatı yüksək də­rə­cələr, günahlarının bağış­lan­ması və bolluca ruzidir. Bu, Allahın onlar üçün hazırladığı nemətlərdir.

5

كَمَآ أَخْرَجَكَ رَبُّكَ مِنۢ بَيْتِكَ بِٱلْحَقِّ وَإِنَّ فَرِيقًۭا مِّنَ ٱلْمُؤْمِنِينَ لَكَٰرِهُونَ

(Qənimətlərin bölüşdürülməsi üsulundan bə’zilərinin narazı qalması) mö’minlərdən bir dəstənin (Bədr vuruşuna getmək) xoşuna gəlmədiyi halda, Rəbbinin səni haqq (cihad) uğrunda öz evindən çıxartmasına bənzər! (Bə’zi mö’minlər müsəlmanların sayca az, qüvvətcə zəif olduqları üçün Bədr müharibəsinə getməyi Peyğəmbər əleyhissəlama məsləhət görməmiş, özləri də orada iştirak etmək istəməmişdilər. Lakin Peyğəmbər onların sözünə baxmayıb yaxın əshabələri ilə vuruşa yollanmış və düşməni məğlub edərək xeyli qənimət əldə etmişdi. Qənimətin bölünməsi haqqında cürbəcür təkliflər irəli sürülmüş, nəhayət Peyğəmbər bu barədə öz fikrini demişdi. Bu fikir əvvəlcə bə’zilərinin xoşuna gəlməmiş, sonra onun düzgünlüyü başa düşülüb hamılıqla qəbul edilmişdi. Beləliklə, hər iki halda – həm müharibəyə getməkdə, həm də qənimətlərin bölünməsi üsulunda Peyğəmbər əleyhissəlamın haqlı olduğu sübuta yetmişdi).

Qənimətlərin bölünməsi barədə öz aranızda ixtilaf etdikdən sonra Uca və Pak olan Allah onun bölgüsünü sizə həvalə etməyib, əksinə, bu işi Allaha və Onun Rəsuluna aid etdiyi kimi. Ey Peyğəmbər! Rəbbin sənə vəhy etdiyi ayələr vasitəsi ilə Mədinədə çıxıb müşriklərlə döyüşə getməyi də əmr etmişdir. Halbuki bu, möminlərdən bir dəstənin xoşuna gəlmirdi.

6

يُجَٰدِلُونَكَ فِى ٱلْحَقِّ بَعْدَمَا تَبَيَّنَ كَأَنَّمَا يُسَاقُونَ إِلَى ٱلْمَوْتِ وَهُمْ يَنظُرُونَ

Gözləri baxa-baxa ölümə sürüklənirlərmiş kimi, haqq (Bədr vuruşunun vacib olması) bəlli olduqdan sonra belə, onlar yenə də bu barədə səninlə mübahisə edirdilər.

Ey Peyğəmbər! Möminlərdən həmin dəstə müşriklərlə döyüşmək barədə vəziyyət özlərinə bəlli olduqdan sonra yenə də səninlə mü­ba­hisə edir­di­lər. Sanki onlar öz göz­ləri ilə baxa-baxa ölümə sü­rük­lə­nir­dilər. Bu onların döyüşə çıxmaq istəmədiklərinə görə idi. Çünki onlar döyüşə çıxmaq üçün özlərinə heç bir hazırlıq görməmişdilər.

7

وَإِذْ يَعِدُكُمُ ٱللَّهُ إِحْدَى ٱلطَّآئِفَتَيْنِ أَنَّهَا لَكُمْ وَتَوَدُّونَ أَنَّ غَيْرَ ذَاتِ ٱلشَّوْكَةِ تَكُونُ لَكُمْ وَيُرِيدُ ٱللَّهُ أَن يُحِقَّ ٱلْحَقَّ بِكَلِمَٰتِهِۦ وَيَقْطَعَ دَابِرَ ٱلْكَٰفِرِينَ

O zaman Allah sizə iki dəstədən birinin (Şamdan qayıdan karvanın və ya Məkkədən çıxıb onların köməyinə gələn Qüreyş əsgərlərinin) sizin olmasını və’d edirdi. Siz silahsız (qüvvətsiz) karvanın sizin olmasını arzu edirdiniz. Allah isə Öz sözləri (bu barədə nazil etdiyi ayə) ilə haqqı (islamı) bərqərar etmək və kafirlərin kökünü kəsmək istəyirdi.

Ey Allah yolunda cihad edən möminlər! O vaxt Allah sizə, iki müşrik dəs­tə­dən bi­ri­nin sizin ol­acağını vəd edirdini yadınıza salın! Bu dəstənin biri, sizin qənimət əldə etmək istədiyiniz müşriklərin mal-dövlətlərini daşıyan karvan, o biri isə onlara qarşı səfərbərlik elan edib, onlarla döyüşüb, onları məğlub edəcəyiniz karvan dəstəsi idi. Siz müşriklərin mal-dövlətlərini daşıyan karvanın döyüşsüz, asan bir şəkildə si­zin olmasını ar­zu­la­yır­dınız. Amma Allah sizə döyüşməyi əmr etməklə Öz kəl­mə­ləri ilə haq­qı ger­çək­ləşdir­mək, kafir­lərin başçılarının kökü­nü kəs­mək və İslam dininin qüvvəsi zahir olana qədər onlardan çoxlu sayda əsir əldə etmənizi istəyirdi.

8

لِيُحِقَّ ٱلْحَقَّ وَيُبْطِلَ ٱلْبَٰطِلَ وَلَوْ كَرِهَ ٱلْمُجْرِمُونَ

(Allah bununla) günahkarların xoşuna gəlməsə də, haqqı (islamı) bərqərar etmək və batili (küfrü) yox etmək istəyirdi.

Allah müşriklərə bu dinin doğruluğuna dəlalət edən dəlilləri göstərməklə İslamı və müsəlmanları zahir edərək haqqı gerçəkləşdirəcək və batilin də batil olduğuna dəlalət edən dəlilləri göstərməklə batili puç edəcəkdir. Müşriklər bunu istəməsələrdə, Allah bu dini izhar edəcəkdir.

9

إِذْ تَسْتَغِيثُونَ رَبَّكُمْ فَٱسْتَجَابَ لَكُمْ أَنِّى مُمِدُّكُم بِأَلْفٍۢ مِّنَ ٱلْمَلَٰٓئِكَةِ مُرْدِفِينَ

O zaman siz (dua edərək) Rəbbinizdən kömək diləyirdiniz. (Allah:) “Mən sizin imdadınıza bir-birinin ardınca gələn min mələklə çataram!” – deyə duanızı qəbul buyurmuşdu.

Bədr döyüşü günü düşmənlərinizə qarşı Allahdan yardım dilədiyinizi yadınıza salın. Ey Möminlər! O zaman Allah da sizə bir-birinin ardınca gələn min mə­ləklə yardım edə­rək du­anızı qəbul etmişdi.

10

وَمَا جَعَلَهُ ٱللَّهُ إِلَّا بُشْرَىٰ وَلِتَطْمَئِنَّ بِهِۦ قُلُوبُكُمْ ۚ وَمَا ٱلنَّصْرُ إِلَّا مِنْ عِندِ ٱللَّهِ ۚ إِنَّ ٱللَّهَ عَزِيزٌ حَكِيمٌ

Allah bu köməyi sizə yalnız sizin üçün bir müşdə və ürəkləriniz sakit olsun deyə etmişdi. Qələbə yalnız Allahdandır. Allah yenilməz qüvvət sahibi, hikmət sahibidir!

Ey Möminlər! Allah sizə mələklər vasitəsi ilə yardımını düşməninizə qarşı sizə yardım edəcəyi üçün sizə bir müjdə və bu qələbə ilə qəlbiniz müvəqqəti rahatlıq tapsın deyə belə etdi. Qə­lə­bə heç də sayın və ya döyüş alətlərinin çoxluğu ilə deyil, qələbə yal­nız Allahdandır. Həqi­qə­tən, Allah Öz mülkündə yenilməz qüvvət sahibidir, kimsə Onu məğlub edə bilməz. O, insanlar üçün qoyduğu şəri hökmlərdə və işlərində hikmətlidir.

Al-Anfaal 8:10Listen in Qur'an →

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.