Muslim99Muslim99
← Tafsir library

8. Al-Anfaal

The Spoils of War · Medinan · 75 ayahs

سُورَةُ الأَنفَالِ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 31–40 of 75

31

وَإِذَا تُتْلَىٰ عَلَيْهِمْ ءَايَٰتُنَا قَالُوا۟ قَدْ سَمِعْنَا لَوْ نَشَآءُ لَقُلْنَا مِثْلَ هَٰذَآ ۙ إِنْ هَٰذَآ إِلَّآ أَسَٰطِيرُ ٱلْأَوَّلِينَ

Ayələrimiz onlara oxunduğu zaman: “Eşitdik: istəsək, biz də bunu bənzərini deyə bilərik. Bu, qədimlərin əfsanələrindən (uydurmalarından) başqa bir şey deyildir!” – söyləyərlər.

Sən onlara ayələrimizi oxun­duğu za­man onlar haqqa qarşı inadkarlıq və təkəbbürlük edərək belə deyərlər: "Artıq biz bundan əvvəl buna oxşarını eşit­dik. Əgər istəsək, biz də buna oxşar Quran deyə bilərik. Eşitdiyimiz bu Quran, keç­­miş­­də­ki­lə­rin uydurmalarından baş­qa bir şey de­yildir, elə buna görə də, biz heç vaxt iman gətirən deyilik" – deyərlər.

Al-Anfaal 8:31Listen in Qur'an →
32

وَإِذْ قَالُوا۟ ٱللَّهُمَّ إِن كَانَ هَٰذَا هُوَ ٱلْحَقَّ مِنْ عِندِكَ فَأَمْطِرْ عَلَيْنَا حِجَارَةًۭ مِّنَ ٱلسَّمَآءِ أَوِ ٱئْتِنَا بِعَذَابٍ أَلِيمٍۢ

Bir zaman da: “Ya Allah! Əgər bu (Qur’an) Sənin tərəfindən gəlmiş haqdırsa, onda başımıza göydən daş yağdır və ya bizə şiddətli bir əzab göndər!” – demişdilər.

Ey Peyğəmbər! Yadına sal ki, bir zaman müşriklər: "Ey Allah! Əgər Muhəmmədin - səllallahu aleyhi və səlləm - gətirdiyi bu din, haqq dindirsə, onda bizi məhv etmək üçün üstü­müzə göy­dən daş yağdır yaxud bizə ağrılı-acı­lı bir əzab gön­dər" – dedilər. Onlar bunu Allaha küfürdə həddlərini aşdıqları üçün belə de­mişdilər.

Al-Anfaal 8:32Listen in Qur'an →
33

وَمَا كَانَ ٱللَّهُ لِيُعَذِّبَهُمْ وَأَنتَ فِيهِمْ ۚ وَمَا كَانَ ٱللَّهُ مُعَذِّبَهُمْ وَهُمْ يَسْتَغْفِرُونَ

Halbuki sən onların arasında ola-ola Allah (sənə hörmət əlaməti olaraq) onlara əzab verən deyildir. (Tövbə edib) bağışlanmalarını diləyərkən də Allah onlara əzab verməz!

Ey Muhəmməd! Sən sağ ikən, onların arasında ol­du­ğun hal­da Allah sənin ümmətinə - istər icabət ümməti olsun, istərsə də ki, dəvət ümməti- əzab ver­mə­yəcək. Sənin onlar arsında olmağın onlar üçün bir əmin-amanlıqdır. Onlar Allahdan günahlarının bağış­lanmalarını dilə­dikləri müddətcə Allah on­lara əzab verən deyildir!

Al-Anfaal 8:33Listen in Qur'an →
34

وَمَا لَهُمْ أَلَّا يُعَذِّبَهُمُ ٱللَّهُ وَهُمْ يَصُدُّونَ عَنِ ٱلْمَسْجِدِ ٱلْحَرَامِ وَمَا كَانُوٓا۟ أَوْلِيَآءَهُۥٓ ۚ إِنْ أَوْلِيَآؤُهُۥٓ إِلَّا ٱلْمُتَّقُونَ وَلَٰكِنَّ أَكْثَرَهُمْ لَا يَعْلَمُونَ

Lakin onlar (müşriklər) Məscidülhəramın sahibləri (və ya ona xidmət etməyə layiq) olmadıqları halda, (mö’minlərə onu təvaf etməyə) mane olduqda Allah nə üçün onlara əzab verməsin! Onun sahibləri (və ya Allahın dostları) yalnız Allahdan qorxub pis əməllərdən (küfrdən, şirkdən, bütpərəstlikdən) çəkinənlərdir. Lakin onların (müşriklərin) əksəriyyəti bunu bilməz!

Onlar insanları Məscidulharama daxil olmağa və orada tavaf etməyə mane olaraq özlərinə əzabın gəlməsini vacib edən əməllər etdikləri bir halda, onlara əzab verməməyə Bizə mane olan nədir?! Müşriklər heç də Allahın övliyaları deyillər, Allahın övliyaları yalnız Allahın əmrlərini yerinə yetirib, qadağalarından çəkinərək Ondan qorxan müt­təqilərdir. Lakin müşriklərin əksəriyyəti özlərinin Allahln övliyası olduğunu idda etsələr də, əslin də isə onlar, özlərinin Allahın övliyası olmadığını bilməzlər.

Al-Anfaal 8:34Listen in Qur'an →
35

وَمَا كَانَ صَلَاتُهُمْ عِندَ ٱلْبَيْتِ إِلَّا مُكَآءًۭ وَتَصْدِيَةًۭ ۚ فَذُوقُوا۟ ٱلْعَذَابَ بِمَا كُنتُمْ تَكْفُرُونَ

Onlar Beytullahın (Kə’bənin) yanındakı namazı (duaları) fit verib əl çalmaqdan başqa bir şey deyildir. (Ey müşriklər!) Etdiyiniz küfrə görə indi dadın əzabı!

Müşriklərin Məscidulharamın yanındakı ibadətləri fit ver­mək və əl çal­maqdan başqa bir şey deyil­dir. Ey Müşriklər! Allaha küfr etdiyinizə və Onun rəsulunu - səllallahu aleyhi və səlləm - yalan saydığınıza görə Bədr döyüşün də ölüm və ya əsir düşməklə dadın əza­bı!

Al-Anfaal 8:35Listen in Qur'an →
36

إِنَّ ٱلَّذِينَ كَفَرُوا۟ يُنفِقُونَ أَمْوَٰلَهُمْ لِيَصُدُّوا۟ عَن سَبِيلِ ٱللَّهِ ۚ فَسَيُنفِقُونَهَا ثُمَّ تَكُونُ عَلَيْهِمْ حَسْرَةًۭ ثُمَّ يُغْلَبُونَ ۗ وَٱلَّذِينَ كَفَرُوٓا۟ إِلَىٰ جَهَنَّمَ يُحْشَرُونَ

Küfr edənlər öz mallarını (insanları) Allah yolundan döndərmək (islamı qəbul etməyə mane olmaq) üçün sərf edərlər. Onlar mallarını sərf edəcək, lakin sonra (məqsədlərinə çata bilmədiklərinə görə) peşman olacaq, axırda da məğlub ediləcəklər. Kafirlər Cəhənnəm tərəfə sürüklənəcəklər ki,

Şübhəsiz ki, Allaha küfr edən kimsələr insan­la­rı Allah dinindən sap­dır­maq üçün öz mallarını sərf edir­lər. Onlar onu sərf edə­cək, lakin istədikləri heç vaxt həyata keçməyəcəkdir, sonra da var-dövlətlərini boş və faydasız yerə xərclədikləri üçün bu­nun peşmançılığını çə­­kəcək, daha sonra isə möminlərə məğlub ediləcək­lər. Allaha ka­fir olanlar qiyamət günü Cə­hənnəmə sürüklənəcəklər və onlar oda daxil olub, orada əbədi qalacaqlar.

Al-Anfaal 8:36Listen in Qur'an →
37

لِيَمِيزَ ٱللَّهُ ٱلْخَبِيثَ مِنَ ٱلطَّيِّبِ وَيَجْعَلَ ٱلْخَبِيثَ بَعْضَهُۥ عَلَىٰ بَعْضٍۢ فَيَرْكُمَهُۥ جَمِيعًۭا فَيَجْعَلَهُۥ فِى جَهَنَّمَ ۚ أُو۟لَٰٓئِكَ هُمُ ٱلْخَٰسِرُونَ

Allah (orada) murdarı (kafiri) pakdan (mö’mindən) ayırd etsin, sonra murdarları bir-birinin üstünə yığıb hamısını bir yerə toplasın və Cəhənnəmə atsın. Bunlar özlərinə zərər eləyənlərdir!

Öz var-dövlətini insanları Allah yolundan döndərmək üçün sərf edən kafirlər Qiyamət günü, Allahın murdar kafir dəstəsini, pak mömin dəstəsindən ayır­ması üçün Cəhənnəm oduna sürükləyəcəklər, məhz o gqn murdar insanları, əməlləri və var-dövlərin hamısını dəstə-dəstə, bir-birinin üs­tü­nə qoyub Cəhənnəmə atılacaqdır. Zi­ya­na uğrayanlar da məhz onlardır. Çünki onlar dünyada etdikləri əməllərə görə qiyamət günü nəfslərini və ailələrini ziyana uğratmışdılar.

Al-Anfaal 8:37Listen in Qur'an →
38

قُل لِّلَّذِينَ كَفَرُوٓا۟ إِن يَنتَهُوا۟ يُغْفَرْ لَهُم مَّا قَدْ سَلَفَ وَإِن يَعُودُوا۟ فَقَدْ مَضَتْ سُنَّتُ ٱلْأَوَّلِينَ

(Ya Rəsulum!) Kafir olanlara de: “Əgər onlar (öz küfrlərindən, Peyğəmbərə və mö’minlərə qarşı müharibədən) əl çəksələr, keçmişdəki günahları bağışlanar. Yox, əgər yenə (yaramaz işlərə, döyüşməyə) qayıtsalar, əvvəlkilərin (keçmiş ümmətlərin) başına gələnlər onların da başına gələr.

Ey Peyğəmbər! Qövmündən Allaha və Onun rəsuluna - səllallahu aleyhi və səlləm - küfr edənlərə de ki, əgər onlar Allaha və Onun rəsuluna - səllallahu aleyhi və səlləm - küfr etməyə və Allaha iman edənləri Allah yolundan döndərməyə son qoysalar, Allah onların olub-ke­çən­ günahlarını ba­ğış­la­yar. Çünki İslam özündən qabaq olan günahları əfv edər. Yox, əgər etdikləri küfr əməllərə qayıtsalar, atrıq əvvəlki ümmətlər də Allahın sünnəti belə idi ki, əgər onlar Allahı və Onun Rəsullarını yalan hesab edib və bu əməldə dava etdikdə Allah onlara dərhal əzab göndərərdi.

Al-Anfaal 8:38Listen in Qur'an →
39

وَقَٰتِلُوهُمْ حَتَّىٰ لَا تَكُونَ فِتْنَةٌۭ وَيَكُونَ ٱلدِّينُ كُلُّهُۥ لِلَّهِ ۚ فَإِنِ ٱنتَهَوْا۟ فَإِنَّ ٱللَّهَ بِمَا يَعْمَلُونَ بَصِيرٌۭ

(Yer üzündə) fitnə (şirk) qalmayıb, bütün din (ibadət) yalnız Allaha məxsus olanadək onlarla vuruşun. Əgər (Allaha şərik qoşmağa) son qoysalar (bilsinlər ki), Allah onların nə etdiklərini görəndir (bunun əvəzində mükafatlarını verəcəkdir).

Ey Möminlər! Din, itaət yalnız şəriki olmayan Allaha məxsus edilənədək düşməniniz kafirlərlə vuruşun, əgər onlar etdikləri əməllərə və insanları Allahın yolundan döndərməyə son qoyarlarsa bu zaman onlarla vuruşmaqdan vaz keçin. Allah etdiyiniz əməlləri görür və Ona heç bir şey gizli qalmaz.

Al-Anfaal 8:39Listen in Qur'an →
40

وَإِن تَوَلَّوْا۟ فَٱعْلَمُوٓا۟ أَنَّ ٱللَّهَ مَوْلَىٰكُمْ ۚ نِعْمَ ٱلْمَوْلَىٰ وَنِعْمَ ٱلنَّصِيرُ

Əgər onlar (sizdən) üz döndərsələr (sizinlə ədavətə son qoymasalar, iman gətirməkdən, itaət etməkdən boyun qaçırsalar), bilin ki, Allah sizin havadarınızdır. O ən gözəl havadar, ən yaxşı imdada çatandır!

Əgər onlar qadağan olunduqları əməllərdən: Allaha və Onun rəsuluna - səllallahu aleyhi və səlləm - küfr etməyə və insanları Allahın yolundan döndərməyə son qoymazlarsa, Ey Möminlər! yəqin olun ki, Allah sizə onlara qarşı mütləq yardım edəcəkdir, Allah himayə etdiyi kimsə üçün ne gözəl hima­yədarı­nız­dır, yardım etdiyi kimsə üçün nə gözəl yardım­çı­dır!

Al-Anfaal 8:40Listen in Qur'an →

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.