Muslim99Muslim99
← Tafsir library

8. Al-Anfaal

The Spoils of War · Medinan · 75 ayahs

سُورَةُ الأَنفَالِ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 21–30 of 75

21

وَلَا تَكُونُوا۟ كَٱلَّذِينَ قَالُوا۟ سَمِعْنَا وَهُمْ لَا يَسْمَعُونَ

Eşitmədikləri (ürəkləri ilə təsdiq etmədikləri) halda (dilləri ilə): “Eşitdik!” deyənlər (münafiqlər) kimi olmayın!

Ey Möminlər! Özlərinə Allahın ayələri oxunan: "Bizə Qurandan oxunan ayələri, qulaqlarımızla eşitdik" - deyən münafiqlər və müşriklər kimi olmayın. Əslində isə onlar bu ayələri dərk edib, heç faydalanmadılar.

Al-Anfaal 8:21Listen in Qur'an →
22

۞ إِنَّ شَرَّ ٱلدَّوَآبِّ عِندَ ٱللَّهِ ٱلصُّمُّ ٱلْبُكْمُ ٱلَّذِينَ لَا يَعْقِلُونَ

Allah yanında (yer üzündə) gəzən canlıların ən pisi (haqqı) dərk etməyən karlar və lallardır.

Şübhəsiz ki, yer üzündə gəzib-dolaşan Allah ya­nın­da canlıla­rın ən pisi haqqı eşidib qəbul etməyən karlar, danışa bilməyən lallardır. Məhz belə kimsələr, Allahın əmr və qadağalarını dərk edə bilməyən kimsələrdir.

Al-Anfaal 8:22Listen in Qur'an →
23

وَلَوْ عَلِمَ ٱللَّهُ فِيهِمْ خَيْرًۭا لَّأَسْمَعَهُمْ ۖ وَلَوْ أَسْمَعَهُمْ لَتَوَلَّوا۟ وَّهُم مُّعْرِضُونَ

Əgər Allah (əzəldən) onlarda bir xeyir (olacağını) bilsəydi, (haqq sözü) onlara eşitdirərdi. Onlar eşitməsəydilər belə, yenə də (haqdan inadla) üz çevirərək dönüb gedərdilər.

Əgər Allah o yalan hesab edən müşriklərdə bir xe­yir ol­du­ğunu bilsəydi, əlbət­tə ki, on­la­ra haqqı eşit­di­rib, onları faydalandırardı və onlara açıq-aydın dəlilləri göstərərdi. Lakin Allah onlarda xeyirin olmadığını bilirdi. Əgər Allah haqqı onlara eşit­dirsəydi belə, yenə də onlar inadkarlıq göstərib üz çevi­rə­rək dönüb gedərdilər.

Al-Anfaal 8:23Listen in Qur'an →
24

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ ٱسْتَجِيبُوا۟ لِلَّهِ وَلِلرَّسُولِ إِذَا دَعَاكُمْ لِمَا يُحْيِيكُمْ ۖ وَٱعْلَمُوٓا۟ أَنَّ ٱللَّهَ يَحُولُ بَيْنَ ٱلْمَرْءِ وَقَلْبِهِۦ وَأَنَّهُۥٓ إِلَيْهِ تُحْشَرُونَ

Ey iman gətirənlər! Peyğəmbər sizi, sizləri dirildəcək bir şeyə (imana, haqqa) də’vət etdiyi zaman Allahın və Onun Peyğəmbərinin də’vətini qəbul edin. Bilin ki, Allah insanla onun qəlbi arasına girər (insanın bütün varlığına hakim olar; Allah ürəklərdən keçən hər şeyi bilir, bütün ürəklərin ixtiyarı da Onun əlindədir) və siz axırda Onun hüzuruna cəm ediləcəksiniz!

Ey Allaha iman gətirib Onun rəsuluna tabe olan kimsələr! Allah və Onun rəsulu - səllallahu aleyhi və səlləm - si­zi, sizə həyat verəcək haqqa ça­ğır­dığı za­man, Allahın və rəsulunun - səllallahu aleyhi və səlləm - əmrlərini yerinə yetirib, qadağalarından çəkindirərək Allah və Onun rəsulunun - səllallahu aleyhi və səlləm - çağırışına ca­vab verib, Ona təslim olun. Yəqin olun ki, Allah hər şeyə qadirdir. Siz haqqı inkar etdikdən sonra yenidən haqqa dönmək istədikdə O, sizin haqqa tabe olmanıza mane olmağa qadirdir. Elə isə Ona tərəf tələsin və bilin ki, siz qiyamət günü tək Allahın hüzu­runa toplanacaqsınız. O zaman Allah sizə dünyada ikən etdiyiniz əməllərinizin müqabilini verəcəkdir.

Al-Anfaal 8:24Listen in Qur'an →
25

وَٱتَّقُوا۟ فِتْنَةًۭ لَّا تُصِيبَنَّ ٱلَّذِينَ ظَلَمُوا۟ مِنكُمْ خَآصَّةًۭ ۖ وَٱعْلَمُوٓا۟ أَنَّ ٱللَّهَ شَدِيدُ ٱلْعِقَابِ

Sizdən təkcə zalımlara toxunmayacaq (pis əməllərin müqabilində hamıya üz verə biləcək) bəladan qorxun. Bilin ki, Allah (Onun əmrlərini pozanlara) şiddətli əzab verəndir!

Ey Möminlər! Siz­lərdən təkcə günahkarlara üz verməyən, əksinə, günahkarı və geyri gühahkarı bürü­yəcək əzabdan çəkinin. Bu, insanlar arasında zülüm yayılıb və kiminsə onu dəyişdirməyəcəyi zaman baş verəcəkdir. Yəqin olun ki, Allah günahkarlara şid­dətli cəza ve­rən­dir. Elə isə Onun qarşı günah etməkdən çəkinin!

Al-Anfaal 8:25Listen in Qur'an →
26

وَٱذْكُرُوٓا۟ إِذْ أَنتُمْ قَلِيلٌۭ مُّسْتَضْعَفُونَ فِى ٱلْأَرْضِ تَخَافُونَ أَن يَتَخَطَّفَكُمُ ٱلنَّاسُ فَـَٔاوَىٰكُمْ وَأَيَّدَكُم بِنَصْرِهِۦ وَرَزَقَكُم مِّنَ ٱلطَّيِّبَٰتِ لَعَلَّكُمْ تَشْكُرُونَ

(Ey mühacirlər!) Xatırlayın ki, bir zaman siz yer üzündə (Məkkədə) az idiniz; zəif (aciz) sayılırdınız, (buna görə də) adamların (kafirlərin) sizi ələ keçirməsindən qorxurdunuz. (Belə bir vaxtda Allah) sizə (Mədinədə) sığınacaq verdi, (Bədrdə) sizə köməklik göstərib müdafiə etdi və təmiz (halal qənimətlərdən) ruzi verdi ki, bəlkə, şükür edəsiniz!

Ey Möminlər! Yadınıza salın ki, siz Məkkədə olduğunuz za­man sayca az idiniz, insanlar sizi zəif sa­yıb, sizə zülm edirdilər və düşmənləriniz sizi ələ keçirəcəyindən qor­xurdunuz. Allah sizə Mədinədə sığınacaq ver­di, Bədir döyüşündə sizə düşmənləriniz üzərində qələbə və düşmənlərinizdən əldə etdiyiniz qənimətlər nəsib etdi ki, bəlkə Allahın sizə olan nemətlərinə şükür edəsinz və Allahda bu nemətləri sizə daha da artırsın. Elə isə bu nemətlərə nankorluq etməyin, yoxsa Allah bu nemətləri sizdən alar və sizə əzab verər.

Al-Anfaal 8:26Listen in Qur'an →
27

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ لَا تَخُونُوا۟ ٱللَّهَ وَٱلرَّسُولَ وَتَخُونُوٓا۟ أَمَٰنَٰتِكُمْ وَأَنتُمْ تَعْلَمُونَ

Ey iman gətirənlər! Bilə-bilə Allaha, Peyğəmbərə (Onun Peyğəmbərinə) və aranızdakı əmanətlərə xəyanət etməyin! (Allahın əmrlərinə, Peyğəmbərin şəriətinə, dini vəzifələrinizə və borclarınıza sadiq olun!)

Ey Allaha iman gətirib Onun rəsuluna tabe olan kimsələr! Əmrləri tərk edib və qadağalardan çəkinməməklə Alla­ha və Onun rəsuluna - səllallahu aleyhi və səlləm - və özünüz də xəyanət olduğunu bildiyiniz bir halda, sizə əmanət edilən borc və s. əmanətlərə xəyanət etməyin, yoxsa zərər çəkənlərdən olarsınız.

Al-Anfaal 8:27Listen in Qur'an →
28

وَٱعْلَمُوٓا۟ أَنَّمَآ أَمْوَٰلُكُمْ وَأَوْلَٰدُكُمْ فِتْنَةٌۭ وَأَنَّ ٱللَّهَ عِندَهُۥٓ أَجْرٌ عَظِيمٌۭ

Bilin ki, mal-dövlətiniz və övladınız sizin üçün (Allah qarşısında) ancaq bir imtahandır. Ən böyük mükafat isə məhz Allah yanındadır!

Ey Möminlər! Bilin ki, mal-dövlətiniz və övladlarınız Allahdan sizin üçün yalnız bir sınaqdır. Çünki bunlar sizi axirət həyat üçün saleh əməl etməyə mane olar və sizi xəyanətə sürükləyər. Bilin ki, böyük savab isə Allah yanındadır. Elə isə mal-dövlətə və oğul-uşaqa görə xəyanət edib bu böyük savabı əldən verməyin.

Al-Anfaal 8:28Listen in Qur'an →
29

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓا۟ إِن تَتَّقُوا۟ ٱللَّهَ يَجْعَل لَّكُمْ فُرْقَانًۭا وَيُكَفِّرْ عَنكُمْ سَيِّـَٔاتِكُمْ وَيَغْفِرْ لَكُمْ ۗ وَٱللَّهُ ذُو ٱلْفَضْلِ ٱلْعَظِيمِ

Ey iman gətirənlər! Əgər Allahdan qorxsanız, O sizə haqla-nahaqı ayırd edən (bir nur) verər (dünyada və axirətdə çıxış yolu göstərər), günahlarınızın üstünü örtüb sizi bağışlayar. Allah böyül lütf (mərhəmət) sahibidir!

Ey Allaha iman gətirib Onun rəsuluna tabe olan kimsələr! Bilin ki, əgər siz Allahın əmrlərini yerinə yetirib, qadağalarından çəkinərək Allah­dan qorxsanız, O sizə haqla batili ayırd etmə ba­carığı ve­rər, bundan sonra qəlbinizdə heç bir şübhə qalmaz, Allah sizin etdiyiniz pis əməllərdən keçər və sizin günah­ları­nızı ba­ğışlayar. Allah bö­yük lütf sahi­bidir. Allahın mütəqqi qulları üçün hazırladığı cənnət də, Onun böyük lütfündən biridir.

Al-Anfaal 8:29Listen in Qur'an →
30

وَإِذْ يَمْكُرُ بِكَ ٱلَّذِينَ كَفَرُوا۟ لِيُثْبِتُوكَ أَوْ يَقْتُلُوكَ أَوْ يُخْرِجُوكَ ۚ وَيَمْكُرُونَ وَيَمْكُرُ ٱللَّهُ ۖ وَٱللَّهُ خَيْرُ ٱلْمَٰكِرِينَ

(Ya Rəsulum!) Yadına sal ki, bir zaman kafirlər səni həbs etmək və ya öldürmək, yaxud da (Məkkədən) çıxardıb qovmaq üçün (Darunnədvədə) sənə qarşı hiylə qururdular. Allah da (onların bu hiyləsinə qarşı) tədbir tökdü. Allah tədbir tökənlərin ən yaxşısıdır!

Ey Peyğəmbər! Bir zaman müşriklər səni həbs et­mək, öldürmək yaxud yaşadığın yurdun­dan başqa bir yerə qovmaq üçün sənə qarşı hiylə qururdularını xatırla. On­lar sənə qarşı hiylə iş­lət­di­lər, Allah da onların hiylələrini qaytarıb, özlərinə etdi və Allah onlara qarşı hiylə işlətdi. Allah hiylə işlədənlərin ən yaxşısıdır.

Al-Anfaal 8:30Listen in Qur'an →

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.