إِذْ يُغَشِّيكُمُ ٱلنُّعَاسَ أَمَنَةًۭ مِّنْهُ وَيُنَزِّلُ عَلَيْكُم مِّنَ ٱلسَّمَآءِ مَآءًۭ لِّيُطَهِّرَكُم بِهِۦ وَيُذْهِبَ عَنكُمْ رِجْزَ ٱلشَّيْطَٰنِ وَلِيَرْبِطَ عَلَىٰ قُلُوبِكُمْ وَيُثَبِّتَ بِهِ ٱلْأَقْدَامَ
O vaxt (Bədr vuruşunda) Öz tərəfindən (köməyindən) arxayınlıq əlaməti olaraq, Allah sizi xəfif bir uyğuya daldırmış, sizi (çirkdən-pasdan) təmizləmək (və ya dəstəmaz almaq), Şeytanın vəsvəsəsini sizdən çıxartmaq, ürəklərinizi (qələbəyə inamla) doldurmaq və (quma batmasın deyə) ayaqlarınızın altını möhkəm etmək üçün göydən üstünüzə yağış yağdırmışdı.
Ey Möminlər! Yadınıza salın ki, o zaman düşməninizdən qorxmamanız üçün sizə bir təskinlik olsun deyə, Allah sizə yüngül bir mürgü göndərmiş, göydən sizin üzərinizə yağmur endirmişdi ki, onunla sizi pisliklərdən təmizləsin, şeytanın vəsvəsəsini sizdən uzaq etsin, düşmənlə qarşılaşdıqda isə bədəninizi sabit etməklə qəlbinizi möhkəmləndirsin və bu yağmur vasitəsi ilə qumsal yeri dərkidib, ayağlarınız quma batmaması üçün ayağlarınızın altın sabit etmişdir.