Muslim99Muslim99
← Tafsir library

8. Al-Anfaal

The Spoils of War · Medinan · 75 ayahs

سُورَةُ الأَنفَالِ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 11–20 of 75

11

إِذْ يُغَشِّيكُمُ ٱلنُّعَاسَ أَمَنَةًۭ مِّنْهُ وَيُنَزِّلُ عَلَيْكُم مِّنَ ٱلسَّمَآءِ مَآءًۭ لِّيُطَهِّرَكُم بِهِۦ وَيُذْهِبَ عَنكُمْ رِجْزَ ٱلشَّيْطَٰنِ وَلِيَرْبِطَ عَلَىٰ قُلُوبِكُمْ وَيُثَبِّتَ بِهِ ٱلْأَقْدَامَ

O vaxt (Bədr vuruşunda) Öz tərəfindən (köməyindən) arxayınlıq əlaməti olaraq, Allah sizi xəfif bir uyğuya daldırmış, sizi (çirkdən-pasdan) təmizləmək (və ya dəstəmaz almaq), Şeytanın vəsvəsəsini sizdən çıxartmaq, ürəklərinizi (qələbəyə inamla) doldurmaq və (quma batmasın deyə) ayaqlarınızın altını möhkəm etmək üçün göydən üstünüzə yağış yağdırmışdı.

Ey Möminlər! Yadınıza salın ki, o zaman düşməninizdən qorxmamanız üçün sizə bir təskinlik olsun de­yə, Allah sizə yüngül bir mür­gü gön­dər­miş, göydən sizin üzə­ri­nizə yağmur en­dir­mişdi ki, onunla sizi pisliklərdən təmiz­ləsin, şeytanın vəsvə­səsini sizdən uzaq etsin, düşmənlə qarşılaşdıqda isə bədəninizi sabit etməklə qəlbi­nizi möhkəmlən­dirsin və bu yağmur vasitəsi ilə qumsal yeri dərkidib, ayağlarınız quma batmaması üçün ayağlarınızın altın sa­bit etmişdir.

Al-Anfaal 8:11Listen in Qur'an →
12

إِذْ يُوحِى رَبُّكَ إِلَى ٱلْمَلَٰٓئِكَةِ أَنِّى مَعَكُمْ فَثَبِّتُوا۟ ٱلَّذِينَ ءَامَنُوا۟ ۚ سَأُلْقِى فِى قُلُوبِ ٱلَّذِينَ كَفَرُوا۟ ٱلرُّعْبَ فَٱضْرِبُوا۟ فَوْقَ ٱلْأَعْنَاقِ وَٱضْرِبُوا۟ مِنْهُمْ كُلَّ بَنَانٍۢ

(Ya Peyğəmbərim!) Xatırla ki, o zaman Rəbbin mələklərə belə vəhy edirdi: “Mən də sizinləyəm. Mö’minlərə qüvvət (mətanət) verin. Mən kafirlərin ürəklərinə qorxu salacağam. Onların boyunlarını vurun, bütün barmaqlarını (əl-ayaqlarını) doğrayın!”

Ey Peyğəmbər! O zaman Rəbbin Bədrdə möminlərə yardım göndərdiyi mə­lək­lərə: "Ey Mələklər! Mən Öz köməyim və yardımımla sizinləyəm! Möminləri düşmənlə döyüşməyə güclən­di­rin. Mən ka­­fir­lərin qəlbinə şiddətli qorxu sa­la­ca­­ğam. Ey Möminlər! Kafirləri öldürmək üçün onların boyunlarını vu­­run və sizinlə döyüşə bilməmələri üçün oynaqlarını və əl-ayaqlarını kə­sin!" – deyə vəhy etmiş­di!

Al-Anfaal 8:12Listen in Qur'an →
13

ذَٰلِكَ بِأَنَّهُمْ شَآقُّوا۟ ٱللَّهَ وَرَسُولَهُۥ ۚ وَمَن يُشَاقِقِ ٱللَّهَ وَرَسُولَهُۥ فَإِنَّ ٱللَّهَ شَدِيدُ ٱلْعِقَابِ

Bu onların Allaha və Onun Peyğəmbərinə qarşı çıxmalarına görədir. Kim Allaha və Onun Peyğəmbərinə qarşı çıxsa, (bilsin ki) Allah (ona) şiddətli əzab verər.

Kafirlərin döyüş zamanı öldürülməsinin, əl-ayaqlarının kəsilməsinin səbəbi, onların Allaha və Onun rəsuluna - səllallahu aleyhi və səlləm - müxalif olmalarına, onlara əmr olunana əməl etməmələrinə və qadağan olunduqları əməldən əl çəkinmədiklərinə görədir. Kim bu işdə Allaha və Onun rəsuluna - səllallahu aleyhi və səlləm - müxalif olarsa, Allah ona dünyada ölüm və ya əsir düşməklə, axirətdə isə odla şiddətli əzab verər.

Al-Anfaal 8:13Listen in Qur'an →
14

ذَٰلِكُمْ فَذُوقُوهُ وَأَنَّ لِلْكَٰفِرِينَ عَذَابَ ٱلنَّارِ

Hələ ki, bunu (dünyadakı bu əzabı) dadın. Kafirləri üstəlik cəhənnəm əzabı da gozləyir.

Ey Allahın və Onun rəsulunun əmrlərinə müxalif olan kimsələr! Sizə deyilən bu əzabı dünya həyatında gecikdirilmədən dadın, əgər küfr və inadkarlıq edərək ölərsinizsə, axirətdə sizin üçün Cəhənnəm odu­nun əzabı da vardır.

Al-Anfaal 8:14Listen in Qur'an →
15

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓا۟ إِذَا لَقِيتُمُ ٱلَّذِينَ كَفَرُوا۟ زَحْفًۭا فَلَا تُوَلُّوهُمُ ٱلْأَدْبَارَ

Ey iman gətirənlər! Kafirlərlə bir yerə toplaşdıqları vaxt rastlaşsanız, dönüb onlardan qaçmayın!

Ey Allaha iman gətirib Onun rəsuluna tabe olan kimsələr! Əgər döyüş meydanında müşriklərlə yaxın bir məsafədə qarşı-qarşıya gələrsinizsə, onlara məğlub olmayın və arxanızı onlara çe­vir­ib qaçmayın, əksinə, onların qarşısında sabitqədəm olun və onlarla döyüşməkdə səbir nümayiş etdirin. Bilin ki, uca Allah Öz köməyi və yardımı ilə sizinlə birgədir.

Al-Anfaal 8:15Listen in Qur'an →
16

وَمَن يُوَلِّهِمْ يَوْمَئِذٍۢ دُبُرَهُۥٓ إِلَّا مُتَحَرِّفًۭا لِّقِتَالٍ أَوْ مُتَحَيِّزًا إِلَىٰ فِئَةٍۢ فَقَدْ بَآءَ بِغَضَبٍۢ مِّنَ ٱللَّهِ وَمَأْوَىٰهُ جَهَنَّمُ ۖ وَبِئْسَ ٱلْمَصِيرُ

(Düşməni aldatmaq məqsədilə yalandan özünüzü qaçan kimi göstərib) təkrar döyüş üçün bir tərəfə çəkilən və ya (kömək məqsədilə müsəlmanlardan ibarət) başqa bir dəstəyə qoşulan istisna edilməklə, kim belə bir gündə düşmənə arxa çevirib qaçarsa, sözsüz ki, Allahın qəzəbinə uğramış olar. Onun məskəni Cəhənnəmdir. Ora nə pis dönüş yeridir.

Kim düşmənə yenidən hücum etmək məqsədi ilə hiyləğərlik edib, onlara sanki özünün onlardan qaçdığını göstərib, bir tərəfə çəkilən və ya başqa bir müsəlman camaatından yardım istəmək məqsədi ilə onlara qoşulan­lar istisna olmaqla, kim belə bir gün­də düşmənə arxa çe­vi­rib qaçarsa, Allahın qəzə­binə dü­çar olar. Onun axirətdə qalacağı yer Cə­hənnəm­dir. Onun dö­nüş yeri necə də pis yerdir, onun gedəcəyi yer necə də pis yeridir.

Al-Anfaal 8:16Listen in Qur'an →
17

فَلَمْ تَقْتُلُوهُمْ وَلَٰكِنَّ ٱللَّهَ قَتَلَهُمْ ۚ وَمَا رَمَيْتَ إِذْ رَمَيْتَ وَلَٰكِنَّ ٱللَّهَ رَمَىٰ ۚ وَلِيُبْلِىَ ٱلْمُؤْمِنِينَ مِنْهُ بَلَآءً حَسَنًا ۚ إِنَّ ٱللَّهَ سَمِيعٌ عَلِيمٌۭ

(Ey mö’minlər Bədrdə) onları (kafirləri) siz öldürmədiniz, Allah öldürdü. (Ya Peyğəmbərim! Düşmənlərin gözünə bir ovuc torpar) atdığın zaman sən atmadın, Allah atdı. Allah bununla mö’minləri (qənimət əldə etmək və zəfər çalmaq üçün) yaxşı bir imtahandan keçirtdi. Allah (hər şeyi) eşidəndir, biləndir!

Ey möminlər! Bədr döyüşündə müşrikləri öz gücünüz sayəsində siz öldürmədi­niz, lakin Allah sizə onları öldürməyə yardım etd. Ey Peyğəmbər! Müşriklərə at­dı­­ğın zaman sən at­madın, lakin sənin atdığını onlara çatdıran Allah atdı ki, mö­minlər sayca və döyüş hazırlığı baxımından müşriklərdən qat-qat az olduğunuz bir halda, O, sizə Öz tə­rə­fin­dən düşmənlərinizə qarşı qələbə verməklə, Onun sizə olan nemətinə şükür etməniz üçün sizi yaxşı bir sınaqdan ke­çirt­sin. Həqiqətən, Allah dualarınızı, dediyiniz sözləri eşi­dən­dir, əməllərinizi görən və sizə xeyirli olan hər şeyi biləndir.

Al-Anfaal 8:17Listen in Qur'an →
18

ذَٰلِكُمْ وَأَنَّ ٱللَّهَ مُوهِنُ كَيْدِ ٱلْكَٰفِرِينَ

Bu (hadisələr) biq həqiqətdir. Allah, sözsüz ki, kafirlərin hiyləsini zəiflədəndir!

Müşrikləri öldürmək, onların məğlub olana qədər atmaları, döyüş meydanından arxalarını sizə çevirib qaçmaları, möminlərin düşmən üzərində qələbə çalma neməti və bunların hamısı, Allahdandır. Allah İslama qarşı hiylə işlədən ka­firlərin hiyləsini boşa çıxardar.

Al-Anfaal 8:18Listen in Qur'an →
19

إِن تَسْتَفْتِحُوا۟ فَقَدْ جَآءَكُمُ ٱلْفَتْحُ ۖ وَإِن تَنتَهُوا۟ فَهُوَ خَيْرٌۭ لَّكُمْ ۖ وَإِن تَعُودُوا۟ نَعُدْ وَلَن تُغْنِىَ عَنكُمْ فِئَتُكُمْ شَيْـًۭٔا وَلَوْ كَثُرَتْ وَأَنَّ ٱللَّهَ مَعَ ٱلْمُؤْمِنِينَ

(Ey müşriklər!) Əgər siz (Kə’bənin örtüklərinə yapışıb dua edərək) qələbə istəyirsinizsə, artıq sizə zəfər (mö’minlərin qələbəsilə Allahın əleyhinizə olan hökmü) gəldi. Əgər (küfrdən və Peyğəmbərə qarşı müharibə aparmaqdan) əl çəksəniz, bu sizin xeyrinizə olar. Yox, əgər təkrar (müharibəyə) qayıtsanız, Biz də qayıdarıq. Dəstəniz nə qədər çox olsa da, sizdən heç bir şeyi (Allahın bəlasını, əzabını) dəf edə bilməz. Allah, həqiqətən, mö’minlərlədir!

Ey Müşriklər! Əgər siz həddini aşan zalımlara Allahın onlara əzab verməsini di­ləyirsinizsə, artıq Allah dilədiyiniz əzabı sizə gətirmişdir. Allah sizə, möminlərə ibrət olacaq bir əzab göndərmişdir. Əgər bunu Allahdan diləməkdən əl çəksəniz, bu, sizin üçün xe­yir­li olar. Ola bilsin ki, Allah bununla sizə bir az möhlət versin və sizdən intiqam almaqa tələsməsin. Yox əgər möminlərə qələbə bəxş edib, sizə əzab verdikdən sonra da Allahdan zalımlara əzab verməsini diləsəniz və möminlərlə döyüşsəniz, bu zaman möminlərin az olmasına rəğmən, sizin sayınız və döyüş hazırlığınız çox olsa belə camaatınız və himayədarlarınızın sizə heç bir faydası olmaz. Şübhəsiz ki, Allah Öz köməyi və yardımı ilə mö­min­lər­lə birğədir. Allah kim ilə birğə olarsa, heç kimsə onu məğlub edə bilməz.

Al-Anfaal 8:19Listen in Qur'an →
20

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓا۟ أَطِيعُوا۟ ٱللَّهَ وَرَسُولَهُۥ وَلَا تَوَلَّوْا۟ عَنْهُ وَأَنتُمْ تَسْمَعُونَ

Ey iman gətirənlər! Allaha və Onun Peyğəmbərinə itaət edin, (Qur’anı, oradakı öyüd-nəsihətləri) eşitdiyiniz halda, ondan üz döndərməyin!

Ey Allaha iman gətirib Onun rəsuluna tabe olan kimsələr! Allahın əmrlərini yerinə yetirib, qadağalarından çəkinməklə Alla­ha və Onun Rəsuluna itaət edin. Allahın ayələri sizə oxunduğunu eşitdiyiniz bir halda, Onun əmrinə müxalif olub, qadağan olunan əməli etməklə Ondan üz çevirməyin.

Al-Anfaal 8:20Listen in Qur'an →

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.