Muslim99Muslim99
← Tafsir library

2. Al-Baqara

The Cow · Medinan · 286 ayahs

سُورَةُ البَقَرَةِ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 41–50 of 286

41

وَءَامِنُوا۟ بِمَآ أَنزَلْتُ مُصَدِّقًۭا لِّمَا مَعَكُمْ وَلَا تَكُونُوٓا۟ أَوَّلَ كَافِرٍۭ بِهِۦ ۖ وَلَا تَشْتَرُوا۟ بِـَٔايَٰتِى ثَمَنًۭا قَلِيلًۭا وَإِيَّٰىَ فَٱتَّقُونِ

Sizin əlinizdəkini (Tövratı) təsdiqləyici kimi göndərdiyimə (Qur’ana) iman gətirin! Onu inkar edənlərin əvvəlincisi siz olmayın! Mənim ayələrimi (Tövratdakı hökmlərimi) ucuz qiymətə (dəyərsiz dünya malına) satmayın və ancaq Məndən qorxun!

Mühəmmədə (ona Allahın salavatı və salamı olsun) nazil etdiyim Qurana iman edin. Beləki o, Allahın tövhidi və Muhəmmədin (ona Allahın salavatı və salamı olsun) peyğəmbərliyi barəsində Tövratın təhrif edimədən öncəki xəbərlərinə müvafiqdir. Quranı inkar edənlərin ən birincisi siz olmaqdan çəkinin! Nazil etdiyim ayələri şan-şöhrət və ya rəhbərlik kimi ucuz qiymətə dəyişməyin! Mənim qəzəbimdən və əzabımdan qorxun.

Al-Baqara 2:41Listen in Qur'an →
42

وَلَا تَلْبِسُوا۟ ٱلْحَقَّ بِٱلْبَٰطِلِ وَتَكْتُمُوا۟ ٱلْحَقَّ وَأَنتُمْ تَعْلَمُونَ

Siz bilə-bilə haqqı batillə qarışdırmayın, haqqı gizlətməyin!

Rəsullarıma nazil etdiyim haqqı iftira yaxdığınız yalanlarla qarışdırmayın. Muhəmmədin (ona Allahın salavatı və salamı olsun) Allahın rəsulu olduğunu bilib və yəqin olduğunuz halda, kitablarınızda Muhəmməd (ona Allahın salavatı və salamı olsun) barədə gələn haqqı da gizlətməyin.

Al-Baqara 2:42Listen in Qur'an →
43

وَأَقِيمُوا۟ ٱلصَّلَوٰةَ وَءَاتُوا۟ ٱلزَّكَوٰةَ وَٱرْكَعُوا۟ مَعَ ٱلرَّٰكِعِينَ

(Müsəlmanların namazı kimi) namaz qılın, zəkat verin və rüku edənlərlə birlikdə rüku edin!

Namazı ərkanları, vacibləri və sünnələri ilə tam şəkildə qılın. Allahın sizə bəxş etdiyi malların zəkatını çıxarın. Muhəmməd (sallallahu aleyhi və səlləm) ümmətindən Allaha ibadət edənlərlə birğə ibadət edin!

Al-Baqara 2:43Listen in Qur'an →
44

۞ أَتَأْمُرُونَ ٱلنَّاسَ بِٱلْبِرِّ وَتَنسَوْنَ أَنفُسَكُمْ وَأَنتُمْ تَتْلُونَ ٱلْكِتَٰبَ ۚ أَفَلَا تَعْقِلُونَ

Siz insanlara yaxşı işlər görmələrini əmr etdiyiniz halda, özünüzü unudursunuz? Halbuki özünüz kitab (Tövrat) oxuyursunuz. Məgər (çirkin əməllərinizi) başa düşmürsünüz?

Tövratdakı Allahın dininə tabe olmağın və Onun göndərdiyi rəsullarını təsdiq etməyin vacib olması əmrini bildiyiniz halda insanlara iman edib yaxşı işlər görmələrini əmr edir özünüzü isə unudub haqqdan üz çevirməniz necə də çirkin bir işdir. Məğər ağılınızla faydalanmırsınız?!

Al-Baqara 2:44Listen in Qur'an →
45

وَٱسْتَعِينُوا۟ بِٱلصَّبْرِ وَٱلصَّلَوٰةِ ۚ وَإِنَّهَا لَكَبِيرَةٌ إِلَّا عَلَى ٱلْخَٰشِعِينَ

(Müsibət vaxtında) səbr etmək və namaz qılmaqla (Allahdan) kömək diləyin! Bu, ağır iş olsa da, (Allaha) itaət edənlər üçün ağır deyildir.

Siz dini və dünyavi işləriniz üçün səbrlə və namaz qılmaqla Allahdan yardım diləyin. Çünki namaz, sizi Allaha yaxınlaşdırar, sizə kömək edər, sizi qoruyar və sizdən zərəri uzaqlaşdırar. Həqiqətən namaz Rəbbindən qorxan kimsələr istisna çətin və ağırdır.

Al-Baqara 2:45Listen in Qur'an →
46

ٱلَّذِينَ يَظُنُّونَ أَنَّهُم مُّلَٰقُوا۟ رَبِّهِمْ وَأَنَّهُمْ إِلَيْهِ رَٰجِعُونَ

Belə kimsələr Rəbbinin mərhəmətinə qovuşacaqlarını və axırda Onun hüzuruna qayıdacaqlarını bilirlər.

Çünki onlar qiyamət günü Rəbbinin hüzuna gələcəklərini, Onunla qarşılaşacaqlarını və əməllərinin mükafatını almaq üçün Allaha qayıdacaqlarını yəqinliklə bilirlər.

Al-Baqara 2:46Listen in Qur'an →
47

يَٰبَنِىٓ إِسْرَٰٓءِيلَ ٱذْكُرُوا۟ نِعْمَتِىَ ٱلَّتِىٓ أَنْعَمْتُ عَلَيْكُمْ وَأَنِّى فَضَّلْتُكُمْ عَلَى ٱلْعَٰلَمِينَ

Ey İsrail övladı! Sizə bəxş etdiyim ne’mətimi və sizi (vaxtilə əcdadınızı) bütün aləmlərdən (başqa insanlardan) üstün tutduğumu yadınıza salın!

Ey Allahın peyğəmbəri Yaqubun oğulları! Sizə bəxş etdiyim dini və dünyavi nemətimi yadınıza salın. Sizə peyğəmbərlik və mülk bəxş etməklə sizi sizinlə birgə yaşayan insanlardan üstün etdiyimi xatırlayın.

Al-Baqara 2:47Listen in Qur'an →
48

وَٱتَّقُوا۟ يَوْمًۭا لَّا تَجْزِى نَفْسٌ عَن نَّفْسٍۢ شَيْـًۭٔا وَلَا يُقْبَلُ مِنْهَا شَفَٰعَةٌۭ وَلَا يُؤْخَذُ مِنْهَا عَدْلٌۭ وَلَا هُمْ يُنصَرُونَ

Qorxun o gündən ki, (Allahın izni və köməyi olmayınca) heç kəs heç kəsin karına gələ bilməsin (heç kəs heç kəsə öz əməlindən bir şey verə bilməsin), heç kəsdən şəfaət (bu və ya digər şəxsin günahlarının bağışlanması barəsində xahiş, iltimas) qəbul olunmasın, heç kəsdən (günahlarının təmizlənib əzabdan xilas olması üçün) fidyə (əvəz) alınmasın və onlara (günahkarlara) heç bir kömək göstərilə bilməsin!

Allahın əmirlərini yerinə yetirib qadağanlarını tərk etməklə özünüzlə qiyamət əzabı arasında vasitə tutun. Çünki o gün, heç kəs heç kəsə fayda verə bilməz. Allahın izni olmadan, zərərdən qorunmaq və ya fayda vermək üçün heç kəsdən şəfaət qəbul edilməz. Əzabdan qurtarmaq üçün dünya dolusu qızıl fidyə versə belə, yenə də qəbul olunmaz və o gün onların heç bir yardımçısı da olmaz. Əgər o gün heç bir şəfaətçi, fidyə və ya yardımçı Allahın əzabdan qurtarmaq üçün fayda verməyəcəksə elə isə qaçıb can qurtarmağa yer haradadır?!

Al-Baqara 2:48Listen in Qur'an →
49

وَإِذْ نَجَّيْنَٰكُم مِّنْ ءَالِ فِرْعَوْنَ يَسُومُونَكُمْ سُوٓءَ ٱلْعَذَابِ يُذَبِّحُونَ أَبْنَآءَكُمْ وَيَسْتَحْيُونَ نِسَآءَكُمْ ۚ وَفِى ذَٰلِكُم بَلَآءٌۭ مِّن رَّبِّكُمْ عَظِيمٌۭ

(Ey İsrail oğulları! Yadınıza gətirin o vaxtı ki) Fir’on əhli sizə (babalarınıza) ən ağır işgəncələr verdikləri, oğlan uşaqlarınızı boğazlayıb, qadınlarınızı (kəniz etmək məqsədilə) sağ buraxdıqları zaman Biz sizi onların əlindən xilas etdik. Bunlarda (sizdən ötrü) Rəbbiniz tərəfindən böyük bir imtahan var idi.

Ey İsrail oğulları! Sizə müxtəlif növ əzab daddıran Firon tərəfdarlarından xilas etdiyimizi yadınıza salın. Belə ki onlar nəslinizi kəsmək məqsədi ilə, oğlan uşaqlarınızı öldürür, qız uşaqlarını isə böyüyəndə özlərinə xidmətçi olmaları üçün sağ buraxırdılar. Bundan da məqsəd sizi daha da zəlil etmək və alçaltmaq idi. Allahın sizi Firon və onun tərəfdarlarının əzabından xilas etməsi sizdən ötrü Rəbbiniz tərəfindən böyük bir imtahan idi ki, bəlkə, şükür edəsiniz.

Al-Baqara 2:49Listen in Qur'an →
50

وَإِذْ فَرَقْنَا بِكُمُ ٱلْبَحْرَ فَأَنجَيْنَٰكُمْ وَأَغْرَقْنَآ ءَالَ فِرْعَوْنَ وَأَنتُمْ تَنظُرُونَ

(Yadınıza salın ki) Biz sizdən ötrü dənizi yarıb sizə nicat verdik və Fir’onun adamlarını siz baxa-baxa suda qərq etdik.

Sizə olan nemətlərimizi xatırlayın! Bir zamanlar dənizdən keçməniz üçün onu yarıb quru yol açaraq düşməniniz Firon və tərəfdarlarından sizi xilas etdik. Sonra isə gözünüzün qarşısında düşmənlərinizi siz baxa baxa sulara qərq etdik.

Al-Baqara 2:50Listen in Qur'an →

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.