إِن تُبْدُوا۟ ٱلصَّدَقَٰتِ فَنِعِمَّا هِىَ ۖ وَإِن تُخْفُوهَا وَتُؤْتُوهَا ٱلْفُقَرَآءَ فَهُوَ خَيْرٌۭ لَّكُمْ ۚ وَيُكَفِّرُ عَنكُم مِّن سَيِّـَٔاتِكُمْ ۗ وَٱللَّهُ بِمَا تَعْمَلُونَ خَبِيرٌۭ
Yoxsullara aşkarda sədəqə verməyiniz yaxşıdır, lakin onu gizlində versəniz daha yaxşı olar. Bu, günahlarınızın bir qismini örtər. Allah tutduğunuz hər bir işdən xəbərdardır!
Malınızdan sədəqə verdikdə onu aşkar verməyiniz necə də gözəldir. Əgər onu yoxsullara gizlində versəniz, bu sizin üçün aşkar verməkdən daha xeyirli olar. Çünki gizli sədəqə vermək ixlasa daha yaxındır. İxlas əhlinin sədəqələri, onların günahlarının üstünü örtməsinə və onların bağışlanmnasına səbəbdir. Allah nə etdiklərinizdən xəbərdardır və əməllərinizdən heç bir şey Ona gizli qalmaz.