Muslim99Muslim99
← Tafsir library

2. Al-Baqara

The Cow · Medinan · 286 ayahs

سُورَةُ البَقَرَةِ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 11–20 of 286

11

وَإِذَا قِيلَ لَهُمْ لَا تُفْسِدُوا۟ فِى ٱلْأَرْضِ قَالُوٓا۟ إِنَّمَا نَحْنُ مُصْلِحُونَ

Onlara: “Yer üzündə (küfr və günah işlədərək, mö’minləri aldadaraq) fəsad törətməyin!”-dedikdə: “Bizim işimiz ancaq yaxşılıq etməkdir”, -deyə cavab verirlər.

Onları yer üzündə küfür, günahlar və s. pis işlər görərək fəsad törətməkdən çəkindirdikdə onlar özlərinin saleh və başqalarını islah edən insanlar olduqlarını idda edərlər.

Al-Baqara 2:11Listen in Qur'an →
12

أَلَآ إِنَّهُمْ هُمُ ٱلْمُفْسِدُونَ وَلَٰكِن لَّا يَشْعُرُونَ

Bilin ki, onlar fəsad törədəndirlər, lakin (bunu) dərk etmirlər.

Həqiqətdə isə onlar fəsad əhlidirlər, lakin onlar bunu və etdikləri əməllərin fəsad olduğunu anlamazlar.

Al-Baqara 2:12Listen in Qur'an →
13

وَإِذَا قِيلَ لَهُمْ ءَامِنُوا۟ كَمَآ ءَامَنَ ٱلنَّاسُ قَالُوٓا۟ أَنُؤْمِنُ كَمَآ ءَامَنَ ٱلسُّفَهَآءُ ۗ أَلَآ إِنَّهُمْ هُمُ ٱلسُّفَهَآءُ وَلَٰكِن لَّا يَعْلَمُونَ

Onlara:” Başqaları (mühacir və ənsar) iman gətirdikləri kimi siz də iman gətirin!” –deyildiyi zaman (öz aralarında): “Biz də səfehlər (ağılsızlar) kimi iman gətirək?” -deyə cavab verirlər. (Ey mö’minlər!) Agah olun ki, səfeh onların özləridir, lakin (bunu) bilmirlər.

Onlara, Muhəmmədin (ona Allahın salavatı və salamı olsun) əshabələri iman etdikləri kimi sizdə iman edin, əmri edildiyi zaman, onlar istehza və təkəbbürlüklə, “Biz ağılı zəyif insanların iman etdikləri kimi imanmı edək?" deyərlər. Əslində onlar səfehlərdir, lakin bundan cahildilər.

Al-Baqara 2:13Listen in Qur'an →
14

وَإِذَا لَقُوا۟ ٱلَّذِينَ ءَامَنُوا۟ قَالُوٓا۟ ءَامَنَّا وَإِذَا خَلَوْا۟ إِلَىٰ شَيَٰطِينِهِمْ قَالُوٓا۟ إِنَّا مَعَكُمْ إِنَّمَا نَحْنُ مُسْتَهْزِءُونَ

Onlar mö’minlərlə qarşılaşdıqları zaman: “Biz də (sizin kimi) iman gətirdik”,-deyirlər. Halbuki öz şeytanları ilə (onları aldadan dostları ilə) təkbətək qalanda: “Biz də sizinləyik, biz ancaq (mö’minlərə) istehza edirik”,-deyirlər.

Onlar möminlərlə görüşdükdə onlardən qorxduqları üçün “sizin iman etdiyinzi biz də təsdiqləyirik” deyərlər. Lakin möminlərdən aralanıb öz başçılarının yanına qayltdıqda isə, başçılarına, onlar ilə birgə olduqlarını bildirmək üçün “Biz sizinlə birgəyik, lakin biz möminlərə isteza etmək üçün zahirdə onlar ilə müvafiq oluruq” deyərlər.

Al-Baqara 2:14Listen in Qur'an →
15

ٱللَّهُ يَسْتَهْزِئُ بِهِمْ وَيَمُدُّهُمْ فِى طُغْيَٰنِهِمْ يَعْمَهُونَ

(Belə əməllərin müqabilində) Allah da onlara (dünya va axirətdə) istehza edər və (dünyada) onlara o qədər möhlət verər ki, öz zəlalətləri icində şaşqın (və sərgərdan) qalarlar. (Və ya: Allah da onlara istehza edər və onları öz zəlalətləri, tüğyanları içində saxlayar).

Münafiqlərin möminlərə istehza etmələrinin cəzası olaraq Allah da onlara estehza edər. Elə buna görə də münafiqlər ilə dünyada musəlman kimi rəftar edilir. Amma axirətdə onlara dünyada ikən etdikləri küfür və nifaqa görə əzab veriləcəkdir. Allah həmçinin, münafiqlərin zəlalət və azğınlıqlarını artırmaq və onların heyrət və çaşqınlıq içərisndə qalmaları üçün bu dünyada əzablarını gecikdirər.

Al-Baqara 2:15Listen in Qur'an →
16

أُو۟لَٰٓئِكَ ٱلَّذِينَ ٱشْتَرَوُا۟ ٱلضَّلَٰلَةَ بِٱلْهُدَىٰ فَمَا رَبِحَت تِّجَٰرَتُهُمْ وَمَا كَانُوا۟ مُهْتَدِينَ

Onlar doğru yol əvəzində əyri yolu satın almış kəslərdir. Onların alveri xeyir getirmədi və haqq yolu da tapmadılar.

O sifətləri özlərində əks etdirən münafiqlər, imanı küfrə dəyişmişlər. Onlar, Allaha iman gətirmədiklərinə görə ticarətləri qazanc gətirmədi və (özləri də) haqq yola yönəlmədilər.

Al-Baqara 2:16Listen in Qur'an →
17

مَثَلُهُمْ كَمَثَلِ ٱلَّذِى ٱسْتَوْقَدَ نَارًۭا فَلَمَّآ أَضَآءَتْ مَا حَوْلَهُۥ ذَهَبَ ٱللَّهُ بِنُورِهِمْ وَتَرَكَهُمْ فِى ظُلُمَٰتٍۢ لَّا يُبْصِرُونَ

Onların (münafiqlərin) halı (qaranlıq gecədə) od yandıran şəxsin halına bənzər. Od (yanıb) ətrafındakıları işıqlandırdığı zaman Allah onların işıgını keçirər və özlərini zülmət içərisində qoyar, (artıq heç nə) görməzlər.

Uca Allah münafiqlər üçün biri od digəri isə su ilə olan iki imisalı çəkir: Od ilə olan misalə: İşıqlanmaq üçün tonqal qalayan, tonqal alovlandığı zaman, onların ətrafı işıqlı olacaqını zənn edən elə bu zaman tonqalın işığı sönən, qaranlıq və tüstü içində qalıb, heç bir şey görməyən və yolunu tapmayanların misalına bənzəyir.

Al-Baqara 2:17Listen in Qur'an →
18

صُمٌّۢ بُكْمٌ عُمْىٌۭ فَهُمْ لَا يَرْجِعُونَ

Onlar kar, lal və kordurlar (haqqı eşitməz, danışmaz və görməzlər). Buna görə də (öz pis adətlərindən, yaramaz əməllərindən) dönməzlər.

Onlar kardırlar, haqqı eşedib qəbul etməzlər, laldırlar haqqı deyə bilməz və onu görə bilməzlər, elə buna görə də zəlalətdən çıxıb haqqa dönməzlər.

Al-Baqara 2:18Listen in Qur'an →
19

أَوْ كَصَيِّبٍۢ مِّنَ ٱلسَّمَآءِ فِيهِ ظُلُمَٰتٌۭ وَرَعْدٌۭ وَبَرْقٌۭ يَجْعَلُونَ أَصَٰبِعَهُمْ فِىٓ ءَاذَانِهِم مِّنَ ٱلصَّوَٰعِقِ حَذَرَ ٱلْمَوْتِ ۚ وَٱللَّهُ مُحِيطٌۢ بِٱلْكَٰفِرِينَ

Yaxud (o münafiqlər) qaranlıqlarda göy gurultusu və şimşəklə səmadan şiddətlə yağan yağışa düşmüş kimsələrə bənzərlər ki, ildırımın səsindən ölmək qorxusu ilə barmaqlarını qulaqlarına tıxayarlar. Halbuki Allah kafirləri (Öz elmi, qüdrəti ilə) ehtiva edəndir (Onun əlindən əsla qaçıb qurtara bilməzlər).

Onların su misalı isə, başının üstünü gurultulu şimşək və leysan yağışı ilə dolu qara buludlar almış bir qövmün leysan və ildırımın vurub öldürməsi qorxusundan barmaqlarını qulaqlarına tıxamalarına bənzəyir. Halbuki Allah, kafirləri Öz elmi, qüdrəti ilə ehtiva etmişdir, Onun əlindən əsla qaçıb qurtara bilməzlər. Bu, Allah üçün heç də çətin deyildir.

Al-Baqara 2:19Listen in Qur'an →
20

يَكَادُ ٱلْبَرْقُ يَخْطَفُ أَبْصَٰرَهُمْ ۖ كُلَّمَآ أَضَآءَ لَهُم مَّشَوْا۟ فِيهِ وَإِذَآ أَظْلَمَ عَلَيْهِمْ قَامُوا۟ ۚ وَلَوْ شَآءَ ٱللَّهُ لَذَهَبَ بِسَمْعِهِمْ وَأَبْصَٰرِهِمْ ۚ إِنَّ ٱللَّهَ عَلَىٰ كُلِّ شَىْءٍۢ قَدِيرٌۭ

İldırımın çaxması az qalır ki, onların gözlərinin işığını alsın (onları kor etsin). (Şimşək) onlara işıq verdiyi zaman (onun şüası ilə) yeriyirlər, üzərlərinə qaranlıq çökdükdə isə (olduqları yerdə) dayanıb dururlar. Əgər Allah istəsəydi, onların qulaqlarını və gözlərini əllərindən alardı. Həqiqətən, Allah hər şeyə qadirdir.

İldırım işığının parlaqlığından və ətrafı bürüməsindən az qalır ki, onların gözləri kor olsun. Hər dəfə ildırım onların yolunu işıqlıandırdıqda onlar gedər, ildırımın işığı söndükdə isə zülmətlər içərsində qalıb, heç bir hərəkət edə bilməzlər. Əgər Allah istəsəydi, yenilməz qüvvəti ilə onların haqdan üz çevirdiklərinə görə gözlərini kor, qulaqlarıni da kar edər və onlar heç bir zaman görməz və eşitməzlər. Bu misalda yağış, Qurani Kərimin misalındadır. İldırım isə, Qurani Kərimdə olan qadağaların misalıdır. Şimşək işığının misalı isə, onlara Qurandan bəzi vaxtlar da haqqın bəyan olmasıdır. İldırımdan qorxub barmaqlarını qulaqlarına tıxamalarının misalı isə, onların haqqdan üz çevirib onu qəbul etməmələridir. Münafiqlər ilə bu iki misal sahibinin arasında olan oxşarlıq isə, Qurani Kərimdən öyüd nəsihət alıb bəhrələnməməsidir. Od misalında tonqal qalayanlara, yalnız zülmət və tüstü qaldığı kimi, su misalnda da üzərlərinə leysan yağan insanlar, ildırım və şimşəkdən qorxu və narahatçılıqdan başqa bir şey əldə edə bilmədilər. Eyni ilə də münafiqlər, İslamdan şiddət və sərtlikdən başqa bir şey görməzlər.

Al-Baqara 2:20Listen in Qur'an →

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.