Muslim99Muslim99
← Tafsir library

2. Al-Baqara

The Cow · Medinan · 286 ayahs

سُورَةُ البَقَرَةِ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 141–150 of 286

141

تِلْكَ أُمَّةٌۭ قَدْ خَلَتْ ۖ لَهَا مَا كَسَبَتْ وَلَكُم مَّا كَسَبْتُمْ ۖ وَلَا تُسْـَٔلُونَ عَمَّا كَانُوا۟ يَعْمَلُونَ

Onlar (İbrahim, Yə’qub və övladı) bir ümmət (camaat) idilər ki, keçib getdilər, onların qazandıqları (əməllər) özlərinə, sizinki isə özünüzə aiddir. Onların əməlləri haqda sizdən sorğu-sual olunmaz.

Onlar sizdən əvvəl olub, keçib getmiş bir camaat idilər. Onlar etdikləri əməllərin mükafatına çatıblar. Onların qazandıqları əməllər özlərinə, sizinki isə özünüzə aiddir. Sizdən onların əməlləri barəsində sorğu-sual olunmaz. Onlardan da sizin əməlləriniz barədə sorğu-sual olunmaz. Bir kimsənin günahına görə başqasına əzab olunmayacaqdır. İnsana yalnız öz əməli fayda verəcəkdir. Hər bir kəs etdiyi əməlin müqabilini alacaqdır.

Al-Baqara 2:141Listen in Qur'an →
142

۞ سَيَقُولُ ٱلسُّفَهَآءُ مِنَ ٱلنَّاسِ مَا وَلَّىٰهُمْ عَن قِبْلَتِهِمُ ٱلَّتِى كَانُوا۟ عَلَيْهَا ۚ قُل لِّلَّهِ ٱلْمَشْرِقُ وَٱلْمَغْرِبُ ۚ يَهْدِى مَن يَشَآءُ إِلَىٰ صِرَٰطٍۢ مُّسْتَقِيمٍۢ

(Mədinədəki yəhudi və münafiqlərdən) ağılsız adamlar deyəcəklər: “(Müsəlmanları əvvəlcə) üz tutduqları qiblədən (Beytülmüqəddəsdən) döndərən nədir?” (Ya Rəsulum! Onların cavabında) de: “Şərq də, Qərb də Allahındır. O, istədiyi şəxsi doğru yola yönəldər”.

Yəhudilər və onlara oxşar münafiqlərdən olan ağılsız, cahil adamlar deyəcəklər: "Müsəlmanları bundan əvvəl üz tutduqları Beytülmüqəddəs qibləsindən döndərən görəsən nədir?!" Ey Peyğəmbər! Onlara cavab olaraq belə de: "Məşriqin də, Məğribin də və bundan başqa bütün tərəflərin də mülkü tək olan Allahındır. O, istədiyi qulunu hansı tərəfə istəyirsə, o tərəfə də yönəldir. Pak Allah, istədiyi qulunu heç bir əyriliyi və azğınlığı olmayan doğru yola, hidayət yoluna yönəldər".

Al-Baqara 2:142Listen in Qur'an →
143

وَكَذَٰلِكَ جَعَلْنَٰكُمْ أُمَّةًۭ وَسَطًۭا لِّتَكُونُوا۟ شُهَدَآءَ عَلَى ٱلنَّاسِ وَيَكُونَ ٱلرَّسُولُ عَلَيْكُمْ شَهِيدًۭا ۗ وَمَا جَعَلْنَا ٱلْقِبْلَةَ ٱلَّتِى كُنتَ عَلَيْهَآ إِلَّا لِنَعْلَمَ مَن يَتَّبِعُ ٱلرَّسُولَ مِمَّن يَنقَلِبُ عَلَىٰ عَقِبَيْهِ ۚ وَإِن كَانَتْ لَكَبِيرَةً إِلَّا عَلَى ٱلَّذِينَ هَدَى ٱللَّهُ ۗ وَمَا كَانَ ٱللَّهُ لِيُضِيعَ إِيمَٰنَكُمْ ۚ إِنَّ ٱللَّهَ بِٱلنَّاسِ لَرَءُوفٌۭ رَّحِيمٌۭ

(Ey müsəlmanlar!) Beləliklə də, sizi (ədalətli və seçilmiş) bir ümmət etdik ki, insanların əməllərinə (qiyamətdə) şahid olasınız, Peyğəmbər də (Muhəmməd əleyhisəllam da) sizə şahid olsun. (Ya Rəsulum!) İndi yönəldiyin qibləni (Kə’bəni) yalnız Peyğəmbərə tabe olanlarla ondan üz çevirənləri bir-birindən ayırd etmək üçün (qiblə) tə’yin etdik. Bu, (qibləni Beytülmüqəddəsdən Kə’bəyə tərəf çevirmək) ağır görünsə də, ancaq Allahın doğru yola yönəltdiyi şəxslər üçün ağır deyildir. Allah sizin imanınızı (bundan əvvəl Beytülmüqəddəsə üz tutaraq qıldığınız namazlarınızı) əvəzsiz buraxmaz. Allah insanlara qarşı, əlbəttə, mehribandır, mərhəmətlidir.

Biz sizin üçün razı olduğumuz qiblə seçdiyimiz kimi, sizi, bütün ümmətlər içərisindən seçib, əqidə, ibadət və müamələ (alış-veriş) məsələlərində ədalətli və seçilmiş bir ümmət etdik ki, siz Qiyamət günü Allahın rəsulları öz ümmətlərinə Allahın onlara əmr etdiklərini çatdırdıqlarına, həmçinin, Muhəmməd peyğəmbər (sallallahu aleyhi və səlləm) Allahın ona göndərdiyini sizə çatdırdığına şahid olasız. Bizim, sənin əvvəllər üz tutduğun Beytülmüqəddəs qibləsini dəyişib Kəbəyə etməyimizin səbəbi, yalnız kimin Allahın şəriətinə razı olub, Onun bu əmrin boyun əyib, peyğəmbərə tabeçilik göstərib və kimin də dindən çıxıb öz havasına uyub, Allahın şəriətinə tabe olmayanları bilmək -Allahın əmrinə boyun əyənlərin mükafatlandırmaq- üçündür. Qibləni Beytülmüqəddəsdən Kəbəyə tərəf çevirilməsi Allahın Ona həqiqi iman etmiş qullarından başqa kimsələrə çox ağırdır. Belə ki Allah, qulları üçün qoyduğu şərət, əzəmətli hikməti baxımından etmişdir. Allah, sizin Allaha olan imanınızı və həmçinin qiblə çevrilməzdən əvvəl Beytülmüqəddəsə üz tutaraq qıldığınız namazlarınızı savabını puç etməz, çünki Allah insanlara qarşı, mehribandır, mərhəmətlidir, onları çətinə salmaz və əməllərinin savabını əvəzsiz buraxmaz.

Al-Baqara 2:143Listen in Qur'an →
144

قَدْ نَرَىٰ تَقَلُّبَ وَجْهِكَ فِى ٱلسَّمَآءِ ۖ فَلَنُوَلِّيَنَّكَ قِبْلَةًۭ تَرْضَىٰهَا ۚ فَوَلِّ وَجْهَكَ شَطْرَ ٱلْمَسْجِدِ ٱلْحَرَامِ ۚ وَحَيْثُ مَا كُنتُمْ فَوَلُّوا۟ وُجُوهَكُمْ شَطْرَهُۥ ۗ وَإِنَّ ٱلَّذِينَ أُوتُوا۟ ٱلْكِتَٰبَ لَيَعْلَمُونَ أَنَّهُ ٱلْحَقُّ مِن رَّبِّهِمْ ۗ وَمَا ٱللَّهُ بِغَٰفِلٍ عَمَّا يَعْمَلُونَ

(Ya Rəsulum!) Biz sənin üzünün göyə tərəf çevrildiyini görürük, ona görə də səni razı olduğun qibləyə tərəf döndərəcəyik. İndi üzünü Məscidülhərama tərəf çevir! (Ey müsəlmanlar!) Harada olsanız (namaz vaxtı) üzünüzü oraya döndərin! Kitab verilmişlər bunun öz Rəbbi tərəfindən bir həqiqət olduğunu yaxşı bilirlər. Allah onların əməllərindən xəbərsiz deyildir.

Ey Peyğəmbər! Biz sənin, vəhyin nazil olub qiblənin sənin istyədiyin tərəfə çevrilməsini gözləyərək, üzünü çevirməyi və göyə tərəf baxmağını gördük. Elə buna görə də biz indi, mütləq sənin üzünü Beytülmüqəddəsdən razı olub, sevdiyi qibləyə - Məscidülhərama tərəf döndərəcəyik. Sən üzünü Məkkədəki Məscidülhərama tərəf çevir! Ey möminlər! Siz də namaz qıldığınız zaman üzünüzü Məscidülhərama tərəf çevirin! Özlərinə kitab verilmiş yəhudi və nəsranilər qiblənin dəyişməsi, öz kitablarında sabit olduğu üçün bunu, onların Xaliqi və işlərini yoluna qoyan Rəbbi tərəfindən bir həqiqət olduğunu bilirlər. Allah heç də haqqdan üz çevirənlərin əməllərindən xəbərsiz deyildir. Əksinə, pak olan Allah, bunu yaxşı bilir və onların etdikləri əməllərin müqabilini verəcəkdir.

Al-Baqara 2:144Listen in Qur'an →
145

وَلَئِنْ أَتَيْتَ ٱلَّذِينَ أُوتُوا۟ ٱلْكِتَٰبَ بِكُلِّ ءَايَةٍۢ مَّا تَبِعُوا۟ قِبْلَتَكَ ۚ وَمَآ أَنتَ بِتَابِعٍۢ قِبْلَتَهُمْ ۚ وَمَا بَعْضُهُم بِتَابِعٍۢ قِبْلَةَ بَعْضٍۢ ۚ وَلَئِنِ ٱتَّبَعْتَ أَهْوَآءَهُم مِّنۢ بَعْدِ مَا جَآءَكَ مِنَ ٱلْعِلْمِ ۙ إِنَّكَ إِذًۭا لَّمِنَ ٱلظَّٰلِمِينَ

(Ya Rəsulum!) Sən kitab əhlinə hər cür dəlil gətisən də, onlar sənin qiblənə tabe olmazlar. Sən də onların qibləsinə tabe olan deyilsən. Hətta onlar özləri də bir-birinin qibləsinə üz tutmazlar. Əgər sənə gələn bu qədər elmdən sonra onların istədiyinə uysan, o zaman sən də, şübhəsiz ki, zalımlardan sayılarsan!

Ey Peyğəmbər! Allaha and olsun ki, özlərinə kitab verilmiş yəhudi və nəsranilərə qiblənin Beytülmüqəddəsdən Kəbəyə tərəf çevirilməsnin haqq olduğuna dair bütün açıq-aydın dəlillər gətirsən də, yenə də onlar sənin gətirdiyin dinə inadkarlıq edərək heç vaxt sənin qiblənə tərəf üzlərini çevirməzlər. Allah sənin də üzünü onların qibləsinədən çevirdikdən sonra heç vaxt sən, ora üzünü çevirən deyilsən. Onlar bir-birilərini kafir hesab etdikləri üçün hətta özləri də bir-birinin qibləsinə üzlərini çevirməzlər. Əgər sənə, sənə gələn və səhihliyində heç bir şəkk-şübhəyə yer olmayan elmdən sonra onların dininə tabe olub və onların üz tutduqları qibləyə üz tutsan o zaman sən də, şübhəsiz ki, doğru yolu tərk edib, onların havasına uyduğun üçün zalımlardan sayılarsan! Uca Allahın Peyğəmbərinə (sallallahu aleyhi və səlləm) etdiyi bu xitabı, yəhudi və nəsranilərin ardınca getməyin necə də çirkin bir əməl olduğuna dəlalət edir. Şübhə yoxdur ki, Allah Peyğəmbərini (sallallahu aleyhi və səlləm) onlara tabe olmaqdan qorumuşdur, amma bu, Peyğəmbərdən (sallallahu aleyhi və səlləm) sonra gələn ümmətini onların ardınca getməkdən çəkindirmək üçündür.

Al-Baqara 2:145Listen in Qur'an →
146

ٱلَّذِينَ ءَاتَيْنَٰهُمُ ٱلْكِتَٰبَ يَعْرِفُونَهُۥ كَمَا يَعْرِفُونَ أَبْنَآءَهُمْ ۖ وَإِنَّ فَرِيقًۭا مِّنْهُمْ لَيَكْتُمُونَ ٱلْحَقَّ وَهُمْ يَعْلَمُونَ

Kitab (Tövrat və İncil) verdiyimiz şəxslər onu (Muhəmmədi) öz oğullarını tanıdıqları kimi tanıyırlar. (Buna baxmayaraq) onların bir qismi, şübhəsiz ki, həqiqəti bilə-bilə gizlədir.

Kitab verdiyimiz yəhudi və nəsrani alimləri öz oğullarını başqalarından ayırd edib, tanıyıb bildikləri kimi qiblənin də dəyişməsini Muhəmmədin (sallallahu aleyhi və səlləm) peyğəmbərlik əlamətindən olduğunu bilirlər. Bununla belə onların bir qismi, onlara haqq gəldikdən sonra qəlblərindəki həsədə görə onu gizlədirlər. Halbuki onlar bunun haqq olduğunu bilirlər.

Al-Baqara 2:146Listen in Qur'an →
147

ٱلْحَقُّ مِن رَّبِّكَ ۖ فَلَا تَكُونَنَّ مِنَ ٱلْمُمْتَرِينَ

(Ya Rəsulum!) Haqq sənin Rəbbindədir, buna heç vaxt şübhə edənlərdən olma!

Ey Peyğəmbər! Bu sənin Rəbbindən olan bir həqiqətdir və sən heç vaxt bunun doğruluğuna şübhə ilə yanaşanlardan olma!

Al-Baqara 2:147Listen in Qur'an →
148

وَلِكُلٍّۢ وِجْهَةٌ هُوَ مُوَلِّيهَا ۖ فَٱسْتَبِقُوا۟ ٱلْخَيْرَٰتِ ۚ أَيْنَ مَا تَكُونُوا۟ يَأْتِ بِكُمُ ٱللَّهُ جَمِيعًا ۚ إِنَّ ٱللَّهَ عَلَىٰ كُلِّ شَىْءٍۢ قَدِيرٌۭ

Hər kəsin (hər ümmətin) üz tutduğu bir qibləsi vardır. (Ey müsəlmanlar!) Yaxşı işlər görməkdə bir-birinizi ötməyə çalışın! Harada olursunuzsa olun, Allah sizi (qiyamətdə) bir yerə toplayacaqdır. Həqiqətən, Allah hər şeyə qadirdir!

Hər bir ümmətin hissi, yaxud da mənəvi üz tutduğu bir istiqaməti vardır. Ümmətlərin, Allahın onlar üçün etdiyi qiblədə müxtəlif olması buna bir dəlildir. Əgər qiblənin dəyişməsi Allahın əmri ilədirsə, tərəflərin müxtəlifliyi onlara bir zərər verməz. Ey möminlərt! Əmr olunduğunuz yaxşı işlər görməkdə bir-birinizlə yarışın! Harada olmanızdan aslı olmayaraq Allah sizi qiyamət günü bir yerə cəm edəcəkdir. Sizi bir yerə cəm etmək və əməllərinizin müqabilini vermək Allaha heç də çətin deyildir.

Al-Baqara 2:148Listen in Qur'an →
149

وَمِنْ حَيْثُ خَرَجْتَ فَوَلِّ وَجْهَكَ شَطْرَ ٱلْمَسْجِدِ ٱلْحَرَامِ ۖ وَإِنَّهُۥ لَلْحَقُّ مِن رَّبِّكَ ۗ وَمَا ٱللَّهُ بِغَٰفِلٍ عَمَّا تَعْمَلُونَ

(Ya Rəsulum!) Hər hansı bir yerə getdikdə, (namaz vaxtı) üzünü Məscidülhərama (Kə’bəyə) tərəf çevir! Çünki Rəbbin tərəfindən göstərilən bu qiblə haqdır. Allah gördüyünüz işlərdən xəbərsiz deyildir.

Ey Peyğəmbər! Sən və sənə tabe olanlar, hara getsəniz də, harada olsanız da namaz qılmaq istədikdə üzünü Məscidülhərama tərəf çevirin! Çünki bu, sənin Rəbbin tərəfindən sənə vəhy edilən bir haqdır. Allah gördüyünüz işlərdən xəbərsiz deyildir. Əksinə O, sizin nə etdiklərinizi görür və əməllərinizin müqabilini verəcəkdir.

Al-Baqara 2:149Listen in Qur'an →
150

وَمِنْ حَيْثُ خَرَجْتَ فَوَلِّ وَجْهَكَ شَطْرَ ٱلْمَسْجِدِ ٱلْحَرَامِ ۚ وَحَيْثُ مَا كُنتُمْ فَوَلُّوا۟ وُجُوهَكُمْ شَطْرَهُۥ لِئَلَّا يَكُونَ لِلنَّاسِ عَلَيْكُمْ حُجَّةٌ إِلَّا ٱلَّذِينَ ظَلَمُوا۟ مِنْهُمْ فَلَا تَخْشَوْهُمْ وَٱخْشَوْنِى وَلِأُتِمَّ نِعْمَتِى عَلَيْكُمْ وَلَعَلَّكُمْ تَهْتَدُونَ

(Ya Rəsulum!) Haradan (səfərə) çıxsan, (namaz vaxtı) üzünü Məscidülhərama tərəf çevir! (Ey müsəlmanlar!) Harada olsanız, üzünüzü o tərəfə döndərin ki, (özlərinə) zülm edənlərdən başqaları sizə irad tutmasınlar. Siz onlardan deyil, Məndən qorxun; Mən də sizə olan ne’mətimi tamamlayım (artırım) ki, siz haqq yolu tapasınız.

Ey Peyğəmbər, hansı tərəfə getsəndə, namaz qılmaq istədikdə üzünü Məscidülhərama tərəf döndər! Ey möminlər, siz də harada olsanız, namaz qılmaq istədiyiniz zaman üzünüzü o istiqamətə döndərin ki, özlərinə zülm edənlər müstəsna olmaqla kimsə sizə irad tutmasın. Həqiqətən onlar elə öz inadlarında olduqları kimi qalacaq və sizə qarşı olduqca zəif dəlillər gətirəcəklər. Siz onlardan qorxmayın, Allahın əmrlərini yerinə yetirməklə və qadağanlarından çəkinməklə tək olan Rəbbinizdən qorxun. Allah qiblənin Kəbəyə tərəf çevrilməsini, sizi başqa ümmətlərdən fərqləndirərək, sizi insanların ən şərəfli qilbəsinə yönəltmək, üstəlik, sizə olan nemətini tamamlamaq üçün etmişdir.

Al-Baqara 2:150Listen in Qur'an →

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.