Muslim99Muslim99
← Tafsir library

2. Al-Baqara

The Cow · Medinan · 286 ayahs

سُورَةُ البَقَرَةِ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 131–140 of 286

131

إِذْ قَالَ لَهُۥ رَبُّهُۥٓ أَسْلِمْ ۖ قَالَ أَسْلَمْتُ لِرَبِّ ٱلْعَٰلَمِينَ

Rəbbi İbrahimə: “(Əmrimə) təslim ol!” – dedikdə, o: “Aləmlərin Rəbbinə təslim oldum (müsəlman oldum)!” – deyə cavab vermişdi.

Onun Allah tərəfindən seçilməsinə səbəb Rəbbi ona: "Yalnız Mənə ixlasla ibadət et və Mənə itaətlə boyun əy" - dedikdə dərhal təslim olaraq: “Qulların xaliqinə, onlara ruzi verənə və işlərini yoluna qoyana tabe oldum!” - deyə cavab verməsi idi.

Al-Baqara 2:131Listen in Qur'an →
132

وَوَصَّىٰ بِهَآ إِبْرَٰهِۦمُ بَنِيهِ وَيَعْقُوبُ يَٰبَنِىَّ إِنَّ ٱللَّهَ ٱصْطَفَىٰ لَكُمُ ٱلدِّينَ فَلَا تَمُوتُنَّ إِلَّا وَأَنتُم مُّسْلِمُونَ

İbrahim və (sonra da) Yə’qub bunu (müsəlman olmağı) öz oğlanlarına vəsiyyət edib (hər biri dedi): “Ey oğlanlarım, həqiqətən, Allah sizin üçün (belə bir) din (islam dini) seçdi, siz də ancaq müsəlman olaraq ölməlisiniz!”

İbrahim oğlanlarına: "Mən aləmlərin Rəbbinə təslim oldum"- deyərək vəsiyyət etdi. Eyni ilə Yəqub da oğullarına nəsihət etdi. Hər ikisi də oğullarını çağıraraq dedilər: Həqiqətən Allah sizin üçün İslam dinini seçmişdir, sizə ölüm gələnə qədər bu dindən möhkəm yapışın və həm zahirən həm də daxilən Allaha təslim olun.

Al-Baqara 2:132Listen in Qur'an →
133

أَمْ كُنتُمْ شُهَدَآءَ إِذْ حَضَرَ يَعْقُوبَ ٱلْمَوْتُ إِذْ قَالَ لِبَنِيهِ مَا تَعْبُدُونَ مِنۢ بَعْدِى قَالُوا۟ نَعْبُدُ إِلَٰهَكَ وَإِلَٰهَ ءَابَآئِكَ إِبْرَٰهِۦمَ وَإِسْمَٰعِيلَ وَإِسْحَٰقَ إِلَٰهًۭا وَٰحِدًۭا وَنَحْنُ لَهُۥ مُسْلِمُونَ

(Ey yəhudilər!) Yoxsa Yə’qubun ölümü yetişdikdə siz onun yanında idiniz?! O: “Məndən sonra nəyə ibadət edəcəksiniz?” – deyə oğlanlarından soruşduğu zaman, onlar: “Sənin Allahına və ataların – İbrahimin, İsmailin və İshaqın Allahı olan tək Allaha təslim olacağıq (Ona ibadət edəcəyik)!”- dedilər.

Yoxsa siz Yəquba ölüm gəldikdə onun yanında idiniz? O: "Mən öldükdən sonra nəyə ibadət edəcəksiniz?" – deyə oğlanlarından soruşduğu zaman, onlar suala belə cavab verdilər: "Sənin İlahına və ataların – İbrahimin, İsmailin və İshaqın İlahı olan tək və şəriki olmayan Allaha ibadət edəcəyik, biz yalnız Ona tabeyik və yalnız Ona ibadət edirik!".

Al-Baqara 2:133Listen in Qur'an →
134

تِلْكَ أُمَّةٌۭ قَدْ خَلَتْ ۖ لَهَا مَا كَسَبَتْ وَلَكُم مَّا كَسَبْتُمْ ۖ وَلَا تُسْـَٔلُونَ عَمَّا كَانُوا۟ يَعْمَلُونَ

Onlar (İbrahim, Yə’qub və onlara tabe olanlar) bir camaat idilər ki, keçib getdilər. Onların etdikləri əməllər özlərinə, sizin etdiyiniz əməllər isə sizə aiddir. Onların əməlləri barəsində sizdən sorğu-sual olunmaz.

Onlar sizdən əvvəl olub-keçmiş bir camaat idilər və etdikləri əməllərin mükafatına çatıblar. Onların etdikləri yaxşı və ya pis əməlləri özlərinə, sizin etdiyiniz əməllər isə sizə aiddir. Sizdən onların əməlləri barəsində sorğu-sual olunmaz. Onlardan da sizin əməlləriniz barədə sorğu-sual olunmaz. Bir kimsənin günahına görə başqasına əzab olunmayacaqdır, əksinə hər bir kəs etdiyi əməlin müqabilini alacaqdır. Sizdən əvvəlkilərin etdikləri əməllər, sizi öz əməlinizə baxmaqdan yayındırmasın. İnsana Allahın rəhmətindən sonra saleh əməlindən başqa heç bir şey fayda verməz.

Al-Baqara 2:134Listen in Qur'an →
135

وَقَالُوا۟ كُونُوا۟ هُودًا أَوْ نَصَٰرَىٰ تَهْتَدُوا۟ ۗ قُلْ بَلْ مِلَّةَ إِبْرَٰهِۦمَ حَنِيفًۭا ۖ وَمَا كَانَ مِنَ ٱلْمُشْرِكِينَ

(Yəhudilər və xaçpərəstlər müsəlmanlara:) “Doğru yolu tapmaq üçün yəhudi, yaxud da xaçpərəst olun!” - deyirlər. (Ya Rəsulum!) Sən de: “Biz batildən haqqa tapınan (haqq yolda olan) İbrahim dinindəyik, çünki o, Allaha şərik qoşanlardan deyildi.

Yəhudilər müsəlmanlara: "Yəhudi olun, belə etsəz doğru yolda olarsız"- dedilər. Nəsranilər isə müsəlmanlara: "Nəsrani olun, belə etsəz doğru yolda olarsız"- dedilər. Ey Peyğəmbər, onlara de: "Əksinə, gəlin, bütün batil dinlərdən haqqa meyl edən, İbrahimin dininə tabe olaq, çünki o, Allaha heç bir şeyi şərik qoşanlardan olmamışdır".

Al-Baqara 2:135Listen in Qur'an →
136

قُولُوٓا۟ ءَامَنَّا بِٱللَّهِ وَمَآ أُنزِلَ إِلَيْنَا وَمَآ أُنزِلَ إِلَىٰٓ إِبْرَٰهِۦمَ وَإِسْمَٰعِيلَ وَإِسْحَٰقَ وَيَعْقُوبَ وَٱلْأَسْبَاطِ وَمَآ أُوتِىَ مُوسَىٰ وَعِيسَىٰ وَمَآ أُوتِىَ ٱلنَّبِيُّونَ مِن رَّبِّهِمْ لَا نُفَرِّقُ بَيْنَ أَحَدٍۢ مِّنْهُمْ وَنَحْنُ لَهُۥ مُسْلِمُونَ

(Ey mö’minlər, yəhudi və xaçpərəstlərin sizi öz dinlərinə də’vət etmələrinə cavab olaraq) belə deyin: “Biz Allaha, bizə nazil olana (Qur’ana), İbrahimə, İsmailə, İshaqa, Yə’quba və onun övladına (əl-əsbat) göndərilənlərə, Musaya və İsaya verilənlərə, Rəbbi tərəfindən (bütün) peyğəmbərlərə verilən şeylərə (mö’cüzələrə) inanmışıq. Onlardan heç birini digərindən ayırmırıq. Biz ancaq Allaha boyun əyən müsəlmanlarıq!”

Ey möminlər, yəhudi və nəsranilərdən olan batil dəvət sahiblərinə cavab olaraq belə deyin: "Biz Allaha, bizə nazil olan Qurana, İbrahimə və onun oğulları İsmailə, İshaqa, Yəquba və Yəqubun övladından olan peyğəmbərlərə nazi edilənə, Allahın Musaya bəxş etdiyi Tövrata, Onun İsaya verilən İncilə və Allahın tərəfindən bütün peyğəmbərlərə verilən kitablara inanmışıq. Onlardan bəzilərinə iman edib bəzilərinə isə küfür etməklə, heç birini digərindən ayırmırıq, əksinə onların hamısına inanırıq. Biz yanız Pak olan Allaha tabe olan və Ona boyun əyən müsəlmanlarıq!".

Al-Baqara 2:136Listen in Qur'an →
137

فَإِنْ ءَامَنُوا۟ بِمِثْلِ مَآ ءَامَنتُم بِهِۦ فَقَدِ ٱهْتَدَوا۟ ۖ وَّإِن تَوَلَّوْا۟ فَإِنَّمَا هُمْ فِى شِقَاقٍۢ ۖ فَسَيَكْفِيكَهُمُ ٱللَّهُ ۚ وَهُوَ ٱلسَّمِيعُ ٱلْعَلِيمُ

(Ey mö’minlər!) Əgər onlar da siz inandığınız kimi (Allaha) inanırlarsa, şübhəsiz ki, doğru yolu taparlar. Yox, əgər (imandan) üz döndərərlərsə, (sizə qarşı) ədavət bəsləmiş olarlar. (Ya Rəsulum! Belə olduqda sən onların düşmənçiliyindən qorxma!) Allah sənə (tezliklə sənin intiqamını) onlardan (almağa) kifayət edər. O, (hər şeyi) eşidəndir, biləndir.

Əgər yəhudi və nəsranilər və onlardan başqa olan kafirlər sizin iman etdiyiniz kimi iman etsələr, şübhəsiz ki, Allahın razı olduğu doğru yolu taparlar. Yox, əgər imandan üz döndərib, peyğəmbərlərin hamısını yaxud da bəzisini yalan saysalar, bu zaman onlar sizə qarşı ədavət bəsləmiş olarlar. Ey Peyğəmbər, belə olduqda sən onların halına kədərlənmə. Allah sənə onların əziyətindən və səni onların şərindən qorumağa kifayət edər. Allah onların dediklərini eşidən, niyyətlərini və əməllərini isə biləndir.

Al-Baqara 2:137Listen in Qur'an →
138

صِبْغَةَ ٱللَّهِ ۖ وَمَنْ أَحْسَنُ مِنَ ٱللَّهِ صِبْغَةًۭ ۖ وَنَحْنُ لَهُۥ عَٰبِدُونَ

(Ey mö’minlər, deyin:) “(Biz) Allahın dinini (rəngini qəbul etdik). (Dini) Allahın dinindən daha gözəl olan kimdir?! Biz ancaq Ona ibadət edənlərik”.

Ey möminlər! Sizi zahirən və batinən bu din üzərində yaradan Allahın dininə mültəzim olun. Allahın dinindən daha gözəl din yoxdur. Çünki Allahın dini, insanın fitrətinə müvafiq, insanlara xeyirləri cəlb edən, şərlərdən isə uzaqlaşdırandır. (Onlara) Deyin: "Biz yalnız tək Allaha ibadət edənlərik və Ona heç bir şeyi də şərik qoşmuruq".

Al-Baqara 2:138Listen in Qur'an →
139

قُلْ أَتُحَآجُّونَنَا فِى ٱللَّهِ وَهُوَ رَبُّنَا وَرَبُّكُمْ وَلَنَآ أَعْمَٰلُنَا وَلَكُمْ أَعْمَٰلُكُمْ وَنَحْنُ لَهُۥ مُخْلِصُونَ

(Ya Rəsulum! Kitab əhlinə de:) “Siz Allah barəsində bizimlə mübahisəmi edirsiniz? Halbuki O həm bizim, həm də sizin Rəbbinizdir. Bizim əməllərimiz bizə, sizin əməlləriniz isə sizə aiddir. Ona sadiq olan bizik!”

Ey Peyğəmbər de ki, ey kitab əhli, dininiz və kitabınız daha qədim olduğu üçün, siz Allaha və Onun dininə bizdən daha yaxın olmanız barəsində bizimlə mübahisəmi edirsiniz? Həqiqətən bu sizə heç bir fayda verməz. Halbuki Allah, tək sizin deyil, hamımızın Rəbbidir. Bizim etdiyimiz əməllərdən siz sorğu-sual olunmazsınız, həmçinin sizin etdiyimiz əməllərdən də biz sorğu-sual olunmayacağıq və hər bir kəs etdiyi əməlin müqabilini alacaqdır. Biz Allaha heç bir şeyi şərik qoşmadan, yalnız ixlasla Ona ibadət və itaət edirik.

Al-Baqara 2:139Listen in Qur'an →
140

أَمْ تَقُولُونَ إِنَّ إِبْرَٰهِۦمَ وَإِسْمَٰعِيلَ وَإِسْحَٰقَ وَيَعْقُوبَ وَٱلْأَسْبَاطَ كَانُوا۟ هُودًا أَوْ نَصَٰرَىٰ ۗ قُلْ ءَأَنتُمْ أَعْلَمُ أَمِ ٱللَّهُ ۗ وَمَنْ أَظْلَمُ مِمَّن كَتَمَ شَهَٰدَةً عِندَهُۥ مِنَ ٱللَّهِ ۗ وَمَا ٱللَّهُ بِغَٰفِلٍ عَمَّا تَعْمَلُونَ

Yoxsa siz İbrahimin, İshaqın, Yə’qubun və onun övladının (nəslinin) yəhudi və ya xaçpərəst olduqlarını iddia edirsiniz? Allah sizin nə etdiklərinizdən xəbərsiz deyildir.

Ey kitab əhli, yoxsa siz İbrahimin, İsmailin, İshaqın, Yəqubun və Yəqubun övladından olan peyğəmbərlərin yəhudi və ya nəsranı dinindən olduqlarını iddia edirsiniz? Ey Peyğəmbər, onlara cavab olaraq belə de: "Siz yaxşı bilirsiniz, yoxsa Allah?!". Əgər onlar bu peyğəmbərlərin yəhudi və nəsrani olduqlarını iddia etsələr, artıq yalan söyləmişlər. Çünki bu peyğəmbərlərin peyğəmbər olaraq göndərilməsi və onların vəfatı Tövrat və İncilin nazil edilməsindən əvvəl olmuşdur. Buradan belə başa düşülür ki, onların Allah və Onun rəsulları barədə dedikləri yalandan başqa bir şey deyildir. Çünki onlar özlərinə nazil olan haqqı gizlədiblər. Kitab əhlinin etdiyi kimi Allah tərəfindən gələn açıq-aydın şəhadəti bildikdən sonra onu gizlədən şəxsdən daha zalım kimsə yoxdur. Allah sizin nə etdiklərinizdən xəbərsiz deyildir və əməllərinizin müqabilini sizə verəcəkdir.

Al-Baqara 2:140Listen in Qur'an →

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.