وَلَمَّا جَآءَهُمْ رَسُولٌۭ مِّنْ عِندِ ٱللَّهِ مُصَدِّقٌۭ لِّمَا مَعَهُمْ نَبَذَ فَرِيقٌۭ مِّنَ ٱلَّذِينَ أُوتُوا۟ ٱلْكِتَٰبَ كِتَٰبَ ٱللَّهِ وَرَآءَ ظُهُورِهِمْ كَأَنَّهُمْ لَا يَعْلَمُونَ
Allah tərəfindən onlara əllərindəkini (Tövratı) təsdiq edən bir peyğəmbər gəldikdə kitab verilənlərdən (yəhudilərdən) bir qismi (Tövratda Muhəmməd əleyhissəlamın həqiqi peyğəmbər olduğu barədə deyilənləri) guya bilmirmiş kimi, Allahın kitabına arxa çevirdi.
Tövratdakı vəsflərə müvafiq olmasına baxmayaraq Muhəmməd (ona Allahın salavatı və salamı olsun) Allah tərəfindən elçi olaraq göndərildikdə onlardan bir dəstə ona arxa çevirib fikir vermədilər. Onların bu halı, Tövratdakı haqq və doğru yoldan faydalanmayan və onunla maraqlanmayan cahil bir kimsənin halına bənzər.