وَإِذَا قِيلَ لَهُمْ ءَامِنُوا۟ بِمَآ أَنزَلَ ٱللَّهُ قَالُوا۟ نُؤْمِنُ بِمَآ أُنزِلَ عَلَيْنَا وَيَكْفُرُونَ بِمَا وَرَآءَهُۥ وَهُوَ ٱلْحَقُّ مُصَدِّقًۭا لِّمَا مَعَهُمْ ۗ قُلْ فَلِمَ تَقْتُلُونَ أَنۢبِيَآءَ ٱللَّهِ مِن قَبْلُ إِن كُنتُم مُّؤْمِنِينَ
Onlara: “Allahın nazil etdiklərinə (İncilə və Qur’ana) inanın!” – deyildikdə, onlar: “Biz özümüzə göndərilənə (Tövrata) inanırıq”, -deyərək, ondan başqasını (sonrakını) inkar edirlər. Halbuki o (sonra göndərilən Qur’an) onların əllərində olanı (Tövratı) təsdiq edən bir həqiqətdir. (Ya Rəsulum!) Onlara söylə: “Əgər siz inanan kəslərsinizsə, bəs nə üçün əvvəllər Allahın peyğəmbərlərini öldürürdünüz?”
Yahudilərə: "Allah, rəsuluna nazil etdiyi haqqa və dogru yola iman edin!" –deyildikdə, onlar: "Biz öz peyğəmbərlərimizə nazil edilənə iman etmişik" – deyib onun ardınca gələni yəni, Muhəmmədə (ona Allahın salavatı və salamı olsun) nazill olanı isə inkar edirlər. Halbuki bu Quran, onların yanında Allahdan olana Tövrata müvafiq olan bir həqiqətdir. Əgər onlar, onlara nazil edilənə həqiqətən də iman etmiş olsaydılar bu zaman onlar Qurana iman edərdilər. Ey Peyğəmbər, onlara cavab olaraq de: "Əgər siz, sizə gələn haqqa həqiqətən də iman etmişdinizsə, bəs nə üçün əvvəllər Allahın elçillərini öldürürdünüz?".