Muslim99Muslim99
← Tafsir library

2. Al-Baqara

The Cow · Medinan · 286 ayahs

سُورَةُ البَقَرَةِ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 91–100 of 286

91

وَإِذَا قِيلَ لَهُمْ ءَامِنُوا۟ بِمَآ أَنزَلَ ٱللَّهُ قَالُوا۟ نُؤْمِنُ بِمَآ أُنزِلَ عَلَيْنَا وَيَكْفُرُونَ بِمَا وَرَآءَهُۥ وَهُوَ ٱلْحَقُّ مُصَدِّقًۭا لِّمَا مَعَهُمْ ۗ قُلْ فَلِمَ تَقْتُلُونَ أَنۢبِيَآءَ ٱللَّهِ مِن قَبْلُ إِن كُنتُم مُّؤْمِنِينَ

Onlara: “Allahın nazil etdiklərinə (İncilə və Qur’ana) inanın!” – deyildikdə, onlar: “Biz özümüzə göndərilənə (Tövrata) inanırıq”, -deyərək, ondan başqasını (sonrakını) inkar edirlər. Halbuki o (sonra göndərilən Qur’an) onların əllərində olanı (Tövratı) təsdiq edən bir həqiqətdir. (Ya Rəsulum!) Onlara söylə: “Əgər siz inanan kəslərsinizsə, bəs nə üçün əvvəllər Allahın peyğəmbərlərini öldürürdünüz?”

Yahudilərə: "Allah, rəsuluna nazil etdiyi haqqa və dogru yola iman edin!" –deyildikdə, onlar: "Biz öz peyğəmbərlərimizə nazil edilənə iman etmişik" – deyib onun ardınca gələni yəni, Muhəmmədə (ona Allahın salavatı və salamı olsun) nazill olanı isə inkar edirlər. Halbuki bu Quran, onların yanında Allahdan olana Tövrata müvafiq olan bir həqiqətdir. Əgər onlar, onlara nazil edilənə həqiqətən də iman etmiş olsaydılar bu zaman onlar Qurana iman edərdilər. Ey Peyğəmbər, onlara cavab olaraq de: "Əgər siz, sizə gələn haqqa həqiqətən də iman etmişdinizsə, bəs nə üçün əvvəllər Allahın elçillərini öldürürdünüz?".

Al-Baqara 2:91Listen in Qur'an →
92

۞ وَلَقَدْ جَآءَكُم مُّوسَىٰ بِٱلْبَيِّنَٰتِ ثُمَّ ٱتَّخَذْتُمُ ٱلْعِجْلَ مِنۢ بَعْدِهِۦ وَأَنتُمْ ظَٰلِمُونَ

Musa sizə açıq-aydın dəlillər (mö’cüzələr) gətirmişdi. Siz isə onun ardınca (Musa Tur dağına getdikdən sonra) buzova sitayiş edərək (özünüzə) zülm etdiniz.

Rəsulunuz Musa (Aleyhis-salam) sizə, onun sadiqliyinə dəlalət edən açıq-aydın dəlillər gətirmişdir. Siz isə Musa Rəbbinin ona təyin etdiyi vaxtda getdikdə onun ardınca buzovu özünüzə ilah edərək ona ibadət etdiniz. Siz tək ibadətə layiq olan Allaha şərik qoşduğunuz üçün özünüzə zülm etdiniz.

Al-Baqara 2:92Listen in Qur'an →
93

وَإِذْ أَخَذْنَا مِيثَٰقَكُمْ وَرَفَعْنَا فَوْقَكُمُ ٱلطُّورَ خُذُوا۟ مَآ ءَاتَيْنَٰكُم بِقُوَّةٍۢ وَٱسْمَعُوا۟ ۖ قَالُوا۟ سَمِعْنَا وَعَصَيْنَا وَأُشْرِبُوا۟ فِى قُلُوبِهِمُ ٱلْعِجْلَ بِكُفْرِهِمْ ۚ قُلْ بِئْسَمَا يَأْمُرُكُم بِهِۦٓ إِيمَٰنُكُمْ إِن كُنتُم مُّؤْمِنِينَ

Yadınıza salın o vaxtı ki, Biz sizdən əhd alıb, Tur dağını başınızın üstünə qaldırmış və: “Sizə verdiyimizdən (Tövratdan) möhkəm yapışın, (oradakı hökmləri) eşidin!” (demişdik). Onlar (sizin ata-babalarınız) isə: “Eşitdik və (o hökmlərə) qarşı çıxdıq (əməl etmədik)!” – dedilər. Çünki küfrləri üzündən buzovun məhəbbəti qəlblərini bürümüşdü. (Ya Rəsulum!) Onlara de: “Əgər iman gətirmisinizsə, imanınızın sizə belə əmr etməsi necə də pisdir!”

Yadınıza salın ki, o zaman Biz sizdən möhkəm bir əhd alaraq Musaya (Aleyhis-salam) tabe olun, onun sizə Allahdan gətirdiklərini qəbul edin dedik. Sizi qorxutmaq üçün Tur dağını başınızın üstünə qaldırdıq və sizə: "Tövratdan verdiyimizdən möhkəm yapışın, oradakı hökmləri dinləyib, qəbul və əməl edin!" –demişdik. Siz isə: "Qulaqlarımıza eşidib, əməllərimizlə asi olduq" –dediniz. Küfrləri üzündən buzova olan ibadət qəlblərini bürümüşdü. Ya Rəsulum! Onlara de: "Əgər iman gətirmisinizsə, imanınızın sizə Allaha küfür etməsini əmr etməsi necə də pisdir!". Çünki həqiqi imanla küfür heç vaxt birgə olmaz.

Al-Baqara 2:93Listen in Qur'an →
94

قُلْ إِن كَانَتْ لَكُمُ ٱلدَّارُ ٱلْءَاخِرَةُ عِندَ ٱللَّهِ خَالِصَةًۭ مِّن دُونِ ٱلنَّاسِ فَتَمَنَّوُا۟ ٱلْمَوْتَ إِن كُنتُمْ صَٰدِقِينَ

(Ya Rəsulum!) Sən onlara (yəhudilərə) de.” Əgər (sizin iddianıza görə) Allah yanında axirət evi (Cənnət) başqa insanlara deyil, yalnız sizə məxsusdursa və əgər siz (bunu) doğru deyirsinizsə, onda (Allahdan) ölüm istəyin!” (Çünki Cənnətin yalnız özünə aid olduğunu iddia edən kimsə ona qovuşmaga səbəb olan ölümü mütləq arzulayar).

Ey Peyğəmbər! De: "Ey Yəhudilər, əgər axirət evində Cənnətə başqa insanlar deyil, yalnız sizin daxil olacağınız iddianızda doğrusunuzsa, elə isə bu dərəcəyə tez bir zamanda çatıb, dünya həyatının sıxıntılarından və qəm-qussəsindən qurtarmaq üçün Allahdan ölüm istəyin!".

Al-Baqara 2:94Listen in Qur'an →
95

وَلَن يَتَمَنَّوْهُ أَبَدًۢا بِمَا قَدَّمَتْ أَيْدِيهِمْ ۗ وَٱللَّهُ عَلِيمٌۢ بِٱلظَّٰلِمِينَ

(Əlbəttə) onlar öz əməllərini bildiklərinə görə ölümü əsla istəməzlər. Allah zalımları tanıyandır!

Onlar dünyada ikən Allaha küfr etdikləri və elçilərini təkzib edib göndərdiyi kitabları təhrif etdiklərinə görə ölümü əsla istəməzlər. Allah onlardan və qeyrilərindən olan zalımları tanıyandır və hər bir kəsin etdiyi əməlinin müqabilini verəcəkdir!

Al-Baqara 2:95Listen in Qur'an →
96

وَلَتَجِدَنَّهُمْ أَحْرَصَ ٱلنَّاسِ عَلَىٰ حَيَوٰةٍۢ وَمِنَ ٱلَّذِينَ أَشْرَكُوا۟ ۚ يَوَدُّ أَحَدُهُمْ لَوْ يُعَمَّرُ أَلْفَ سَنَةٍۢ وَمَا هُوَ بِمُزَحْزِحِهِۦ مِنَ ٱلْعَذَابِ أَن يُعَمَّرَ ۗ وَٱللَّهُ بَصِيرٌۢ بِمَا يَعْمَلُونَ

Sən onları (yəhudiləri) bütün insanlardan, hətta müşriklərdən də daha artıq yaşamağa həris görərsən. Onlardan hər biri istər ki, min il yaşasın, halbuki (uzun ömür etmək) onların heç birini axirət əzabından uzaqlaşdırmaz. Allah onların nə etdiklərini görəndir!

Ey Peyğəmbər, dünya həyatının nə qədər alçaq və zəlil olmasına rəğmən sən yəhudiləri bütün insanlardan, hətta öldükdən sonra dirilməyə və haqq-hesab gününə inanmayan müşriklərdən belə daha artıq yaşamağa həris görərsən. Yəhudilərin dirilməyə və haqq-hesab gününə inanan kitab əhli olmalarına baxmayaraq onlardan hər biri min il ömür yaşamaq istər. Halbuki ömürləri nə qədər uzun olursa olsun, bu onların heç birini Allahın əzabından uzaqlaşdırmaz. Allah onların nə etdiklərini görən və biləndir. Onların əməllərindən Allaha heç nə gizlin qalmaz və O, hər bir kəsin etdiyi əməlin müqabilini verəcəkdir!.

Al-Baqara 2:96Listen in Qur'an →
97

قُلْ مَن كَانَ عَدُوًّۭا لِّجِبْرِيلَ فَإِنَّهُۥ نَزَّلَهُۥ عَلَىٰ قَلْبِكَ بِإِذْنِ ٱللَّهِ مُصَدِّقًۭا لِّمَا بَيْنَ يَدَيْهِ وَهُدًۭى وَبُشْرَىٰ لِلْمُؤْمِنِينَ

(Ya Rəsulum!) Cəbrailə düşmən olan kimsəyə de ki, onu (Qur’anı) özündən əvvəlkiləri (Tövratı və İncili) təsdiqləyici, mö’minlər üçün isə hidayət və müjdəçi olaraq Allahın izni ilə sənin qəlbinə o nazil etmişdir.

Ey Peyğəmbər! "Mələklərdən Cəbrail bizim düşmənimizdir" –deyən yəhudilərə söylə: "Kim Cəbrailə düşmənçilik edirsə qoy bilsin ki, Allahın izni ilə Quranı sənin qəlbinə nazil edən, Qurandan əvvəlki Tövrat və İncil kimi İlahi kitabları təsdiqləyici, xeyrə yönəldən və Allahın möminlər üçün müjdə olaraq hazırladığı nemətlərin xəbərini gətirən odur. Kim belə sifət və əməllərə sahib birinə düşmənçilik edərsə o azğın insandır.

Al-Baqara 2:97Listen in Qur'an →
98

مَن كَانَ عَدُوًّۭا لِّلَّهِ وَمَلَٰٓئِكَتِهِۦ وَرُسُلِهِۦ وَجِبْرِيلَ وَمِيكَىٰلَ فَإِنَّ ٱللَّهَ عَدُوٌّۭ لِّلْكَٰفِرِينَ

Hər kim Allaha, onun mələklərinə və peyğəmbərlərinə, Cəbrailə və Mikailə düşməndirsə, şübhəsiz, Allah da (belə) kafirlərə düşməndir.

Hər kim Allaha, onun mələklərinə və rəsullarına və Allaha yaxın olan iki mələyə: Cəbrailə və Mikailə düşməndirsə, şübhəsiz, Allah da sizdən və sizdən qeyri olan kafirlərə düşməndir. Allah kimə düşmən olarsa o, açıq-aydın zərərə uğramışdır.

Al-Baqara 2:98Listen in Qur'an →
99

وَلَقَدْ أَنزَلْنَآ إِلَيْكَ ءَايَٰتٍۭ بَيِّنَٰتٍۢ ۖ وَمَا يَكْفُرُ بِهَآ إِلَّا ٱلْفَٰسِقُونَ

(Ya Rəsulum!) Biz sənə (ehkamı bildirən, halal və haramı ayıran) açıq-aydın dəlillər göndərdik, onları yalnız fasiqlər inkar edərlər.

Ey Peyğəmbər, Biz sənə peyğəmbərliyinin və vəhyin sadiqliyini təsdiqləyən açıq-aydın dəlillər göndərdik. Belə açıq-aydın dəlillər gəldikdən sonra onları yalnız Allahın dinindən xaric olan kimsələr inkar edərlər.

Al-Baqara 2:99Listen in Qur'an →
100

أَوَكُلَّمَا عَٰهَدُوا۟ عَهْدًۭا نَّبَذَهُۥ فَرِيقٌۭ مِّنْهُم ۚ بَلْ أَكْثَرُهُمْ لَا يُؤْمِنُونَ

(Yəhudilər) hər dəfə əhd bağladıqları zaman onların bir qismi onu pozmadımı?! Onların, bəlkə də, çoxu (Tövrata) inanmır.

Yəhudilərin pis halına bir nümunə də hər dəfə onlardan əhd aldıqda onların bir qisminin bu əhdi pozmasıdır. Buna misallardan biri də Tövratda Muhəmmədin (ona Allahın salavatı və salamı olsun) peyğəmbərliyinə iman etmələri haqda əhdi pozmalarıdır. Əksinə yəhudilərin çoxu Uca Allahın nazil etdiyinə həqiqi iman etmirlər, çünki həqiqi iman insanı əhdə vəfalı olmağa sövq etdirər.

Al-Baqara 2:100Listen in Qur'an →

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.