بَلَىٰ مَن كَسَبَ سَيِّئَةًۭ وَأَحَٰطَتْ بِهِۦ خَطِيٓـَٔتُهُۥ فَأُو۟لَٰٓئِكَ أَصْحَٰبُ ٱلنَّارِ ۖ هُمْ فِيهَا خَٰلِدُونَ
Bəli, günah qazanan və qazandığı günahlara əhatə olunan şəxslər cəhənnəmlikdirlər və orada həmişəlik qalacaqlar.
Xeyr! Həqiqət heç də onların zənn etdikləri kimi deyildir. Şübhəsiz ki, küfr günahını qazanan və xətaları özlərini hər bir tərəfdən bürüyən kimsələri Allah cəhənnəmə daxil edib orada sakin olmaqla cəzalandırar və əzab verər. Onlar orada əbədi qalacaqlar.