Muslim99Muslim99
← Tafsir library

2. Al-Baqara

The Cow · Medinan · 286 ayahs

سُورَةُ البَقَرَةِ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 71–80 of 286

71

قَالَ إِنَّهُۥ يَقُولُ إِنَّهَا بَقَرَةٌۭ لَّا ذَلُولٌۭ تُثِيرُ ٱلْأَرْضَ وَلَا تَسْقِى ٱلْحَرْثَ مُسَلَّمَةٌۭ لَّا شِيَةَ فِيهَا ۚ قَالُوا۟ ٱلْـَٰٔنَ جِئْتَ بِٱلْحَقِّ ۚ فَذَبَحُوهَا وَمَا كَادُوا۟ يَفْعَلُونَ

(Musa) dedi: “(Rəbbiniz) buyurur ki, o (heç kəsə) ram olmayıb boyunduruq götürməyən, tarla sürməyən, əkin suvarmayan, eyibsiz-qüsursuz və ləkəsiz (sapsarı) bir inəkdir”. (Bu zaman) onlar: “İndi işi həqiqətə gətirib çıxartdın”, -dedilər və onu (inəyi tapıb) kəsdilər. Amma az qalmışdı ki, bu işi yerinə yetirməsinlər.

Musa onlara belə dedi: "Allah buyurur ki,o, nə yer şumlamaq, nə də əkin suvarmaq işində işlədilməmiş, eyibsiz-qüsursuz və üzərində sarı rəngdən başda heç bir əlamət olmayan bir inəkdir." Bu zaman onlar: "İndi sən inəyi dəqiq vəsf edən əlamətləri bildirdin!”– dedilər". Onlar mücadilə edib inəyin kəsilməsini özlərinə çətinləşdirdiklərinə görə az qalmışdı ki, inəyi kəsə bilməsinlər.

Al-Baqara 2:71Listen in Qur'an →
72

وَإِذْ قَتَلْتُمْ نَفْسًۭا فَٱدَّٰرَْٰٔتُمْ فِيهَا ۖ وَٱللَّهُ مُخْرِجٌۭ مَّا كُنتُمْ تَكْتُمُونَ

Yadınıza salın ki, siz o zaman bir nəfəri öldürüb (özünüzü təmizə çıxarmaq məqsədilə), onun (qatili) barəsində mübahisə edirdiniz. Halbuki Allah gizlətdiyinizi zahirə çıxarandır!

Yadınıza salın ki, siz o zaman içərinizdən bir nəfəri öldürüb, özünüzü təmizə çıxarmaq məqsəd ilə mübahisə edirdiniz. Hər biriniz özündən qətl ithamını uzaqlaşdırıb başqasını üstünə atır, bu barədə münaqişə ediniz. Halbuki Allah sizin gizlətdiyinizi, günahsız öldürülən o kimsənin qatilini üzə çıxaracaqdır.

Al-Baqara 2:72Listen in Qur'an →
73

فَقُلْنَا ٱضْرِبُوهُ بِبَعْضِهَا ۚ كَذَٰلِكَ يُحْىِ ٱللَّهُ ٱلْمَوْتَىٰ وَيُرِيكُمْ ءَايَٰتِهِۦ لَعَلَّكُمْ تَعْقِلُونَ

Belə olduqda Biz: “(Kəsilmiş inəyin) bir parçasını ona (qatili bilinməyən ölüyə) vurun!” – dedik. (Onlar da vurdular və ölü dirildi). Allah (bütün) ölüləri bu qaydada dirildər və sizə Öz mö’cüzələrini göstərər ki, ağla gəlib (bunu) dərk edəsiniz.

Biz sizə dedik: "Əmrimizlə Kəsdiyiniz inəyin bir parçasını ölüyə vurun! Həqiqətən Allah onu dirildəcək və o, qatilinin kim olduğunu sizə xədər verəcəkdir". Beləliklə onlar bunu etdilər və ölü dirilib qatilinin kim olduğunu onlara xəbər verdi. Allah bu ölünü diriltdiyi kimi qiyamət günü bütün ölüləri dirildəcək. Uca Allahın qüdrətinə dəlalət edən açıq-aşkar dəlilləri sizə göstərir ki, bəlkə bunları dərk edib haqqı ilə iman edəsiniz.

Al-Baqara 2:73Listen in Qur'an →
74

ثُمَّ قَسَتْ قُلُوبُكُم مِّنۢ بَعْدِ ذَٰلِكَ فَهِىَ كَٱلْحِجَارَةِ أَوْ أَشَدُّ قَسْوَةًۭ ۚ وَإِنَّ مِنَ ٱلْحِجَارَةِ لَمَا يَتَفَجَّرُ مِنْهُ ٱلْأَنْهَٰرُ ۚ وَإِنَّ مِنْهَا لَمَا يَشَّقَّقُ فَيَخْرُجُ مِنْهُ ٱلْمَآءُ ۚ وَإِنَّ مِنْهَا لَمَا يَهْبِطُ مِنْ خَشْيَةِ ٱللَّهِ ۗ وَمَا ٱللَّهُ بِغَٰفِلٍ عَمَّا تَعْمَلُونَ

Bundan (bu əhvalatdan) sonra qəlbləriniz yenə sərtləşərək daş kimi, bəlkə, daha da qatı oldu. Həqiqətən, bə’zi daşların içərisindən nəhrlər axar, bə’zisi yarılıb içindən su fışqırar və bə’zisi də Allahın qorxusundan (uca yerlərdən, dağdan) yuvarlanıb düşər. Allah sizin etdiklərinizdən, əlbəttə, qafil deyildir!

Bu təsirli öyüd-nəsihətdən və açıq-aydın möcüzələrdən sonra qəlbləriniz yenə sərtləşib daş kimi hətta daşdan da daha sərt oldu. Qəlbləriniz olduğu bu halından heç vaxt yaxşiya doğru dəyişməz, daşlar isə dəyişər. Həqiqətən, daşlardan eləsi var ki, içərisindən çaylar qaynayıb çıxar. Onlardan eləsi də var ki, yarılar, və içərisindən insanların da heyvanların da bəhrələnə biiləcəyi yerdə axar suyu olan bulaqlar çıxar. Bu daşlardan eləsi də var ki, Allahın qorxusundan dağın ən hündür yerindən yuvarlanıb yerə düşər. Amma sizin qəlbləriniz isə heç də belə deyil. Allah sizin nə etdiklərinizdən, qafil deyildir, əksinə, O, sizin nə etdiklərinizi bilir və etdiyiniz əməllərin mükafatını verəcəkdir.

Al-Baqara 2:74Listen in Qur'an →
75

۞ أَفَتَطْمَعُونَ أَن يُؤْمِنُوا۟ لَكُمْ وَقَدْ كَانَ فَرِيقٌۭ مِّنْهُمْ يَسْمَعُونَ كَلَٰمَ ٱللَّهِ ثُمَّ يُحَرِّفُونَهُۥ مِنۢ بَعْدِ مَا عَقَلُوهُ وَهُمْ يَعْلَمُونَ

(Ey mö’minlər!) İndi onların (yəhudilərin) sizə inanacaqlarına ümidmi edirsiniz? Halbuki (Musa dövründə) onların içərisində elələri vardır ki, Allahın kəlamını (Tövratı) dinləyib anladıqdan sonra, onu bilə-bilə təhrif edirlər.

-Ey möminlər!- Siz yəhudilərin həqiqi halını və onların inadkarlıqlarını bildikdən sonra sizin cağırışınıza cavab verib sizə inanacaqlarına ümidmi edirsiniz? Halbuki onların içərisində olan alimlərindən elə bir camaat vardır ki, tövratda onlara nazil olan Allahın kəlamını dinləyər, onu anlayıb başa düşdükdən sonra isə sözlərini və mənalarını təhrif edirlər. Onlar bunun Allah qatında böyük günah olduğunu bilirdilər.

Al-Baqara 2:75Listen in Qur'an →
76

وَإِذَا لَقُوا۟ ٱلَّذِينَ ءَامَنُوا۟ قَالُوٓا۟ ءَامَنَّا وَإِذَا خَلَا بَعْضُهُمْ إِلَىٰ بَعْضٍۢ قَالُوٓا۟ أَتُحَدِّثُونَهُم بِمَا فَتَحَ ٱللَّهُ عَلَيْكُمْ لِيُحَآجُّوكُم بِهِۦ عِندَ رَبِّكُمْ ۚ أَفَلَا تَعْقِلُونَ

(Bu münafiqlər) iman gətirənlərlə görüşdükləri zaman: “İman gətirdik”,- deyirlər. Xəlvətdə olduqları vaxtda isə biri digərinə: “Allahın (Tövratda) sizə bildirdiyi şeyi (müsəlmanlara) xəbər verirsiniz ki, Rəbbinizin yanında onları sizə qarşı dəlil gətirsinlər? (Bunu) dərk etmirsinizmi?” – söyləyirlər.

Yəhudilərin ziddiyyətli və məkrli olmalarına sübutlardan biri də bəzilərinin möminlərlə rastlaşdıqda Muhəmmədin (ona Allahın salavatı və salamı olsun) peyğəmbərliyinin və Allahın elçisi olmasının doğruluğunu, bunun Tövratda da öz əksini tapdığını etiraf etmələri, lakin xəlvətdə olduqda bu etiraflarına görə bir-birilərini qınamalarıdır. Çünki peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) həqiqi peyğəmbər olduğunu etiraf etməklərini müsəlmanlar yəhudilərin əleyhinə dəlil gətirəcəklər.

Al-Baqara 2:76Listen in Qur'an →
77

أَوَلَا يَعْلَمُونَ أَنَّ ٱللَّهَ يَعْلَمُ مَا يُسِرُّونَ وَمَا يُعْلِنُونَ

Məgər onlar bilmirlərmi ki, Allah onların gizlində də, aşkarda da nə etdiklərini bilir?!

Bu yəhudilər çirkin bir yol tuturlar, sanki onlar gizli saxladıqları və ya üzə çıxardıqları söz və əməlləri Allahın bilməsindən qafildirlər. Allah onların etdiklərini mütləq qullarına göstərib onları rüsvay edəcəkdir.

Al-Baqara 2:77Listen in Qur'an →
78

وَمِنْهُمْ أُمِّيُّونَ لَا يَعْلَمُونَ ٱلْكِتَٰبَ إِلَّآ أَمَانِىَّ وَإِنْ هُمْ إِلَّا يَظُنُّونَ

Onların (yəhudilərdən) bə’ziləri də avamdırlar (bisavatdırlar), kitabı (Tövratı) bilməzlər. Uyduqları yalnız (bir sıra) boş arzulardır (xam xəyallardır). Onlar ancaq zənnə qapılırlar.

Yəhudilər içərsində Tövratı üzündən oxumaqdan başqa heçnə bilməyən və onun dəlalət etdiyi mənaları anlamayan bir tayfa da vardır. Onlar yalnız öz böyüklərindən əldə etdikləri yalanlara sahibdirlər. Bununla belə onu, Allahın nazil etdiyi Tövrat olduğunu zənn edirlər.

Al-Baqara 2:78Listen in Qur'an →
79

فَوَيْلٌۭ لِّلَّذِينَ يَكْتُبُونَ ٱلْكِتَٰبَ بِأَيْدِيهِمْ ثُمَّ يَقُولُونَ هَٰذَا مِنْ عِندِ ٱللَّهِ لِيَشْتَرُوا۟ بِهِۦ ثَمَنًۭا قَلِيلًۭا ۖ فَوَيْلٌۭ لَّهُم مِّمَّا كَتَبَتْ أَيْدِيهِمْ وَوَيْلٌۭ لَّهُم مِّمَّا يَكْسِبُونَ

Vay o kəslərin halına ki, öz əlləri ilə (istədikləri kimi) kitab (Tövrat) yazıb, sonra (onun müqabilində) bir az pul almaqdan ötrü: “Bu, Allah tərəfindəndir!” - deyirlər. Öz əlləri ilə (təhrif olunmuş kitab) yazdıqlarına görə vay onların halına! Qazandıqları şey üçün vay onların halına!

Haqqı və hidayət yolunu mal-dövlət və rəyasət kimi alçaq dünya malına dəyişməkdən ötrü öz əllərilə yazdıqları kitaba yalandan "Bu, Allah tərəfindəndir!" –deyən kimsələri həlak və şiddətli əzab gözləyir. Öz əllərilə Allah adından yalan yazdıqlarına görə onlara həlak və şiddətli əzab olsun! Bunun vasitəsi ilə qazandıqları mal-dövlət və rəyasətə görə onlara həlak və şiddətli əzab olsun!

Al-Baqara 2:79Listen in Qur'an →
80

وَقَالُوا۟ لَن تَمَسَّنَا ٱلنَّارُ إِلَّآ أَيَّامًۭا مَّعْدُودَةًۭ ۚ قُلْ أَتَّخَذْتُمْ عِندَ ٱللَّهِ عَهْدًۭا فَلَن يُخْلِفَ ٱللَّهُ عَهْدَهُۥٓ ۖ أَمْ تَقُولُونَ عَلَى ٱللَّهِ مَا لَا تَعْلَمُونَ

Onlar (yəhudilər): “Cəhənnəm odu bizə bir neçə gündən artıq əzab verməz” –deyərlər. (Ya Rəsulum!) Onlara söylə: “Siz Allahdan belə bir və’d almısınızmı? (Əgər belədirsə) Allah heç vaxt Öz əhdindən dönməz. Yoxsa Allaha qarşı bilmədiyinizi söyləyirsiniz?”

Yəhudilər yalandan və qürurlanaraq: "Cəhənnəm odu bizə bir neçə gündən artıq əzab verməz və biz orada bir necə gündən artıq qalmarıq" –deyərlər. Ya Peyğəmbər! Onlara söylə: "Siz Allahdan buna görə möhkəm bir vəd almısınızmı? Əgər həqiqətəndə belədirsə Allah verdiyi əhdə əsla xilaf çıxmaz! Yoxsa siz, yalandan Allaha qarşı bilmədiyinizi söyləyirsiniz?".

Al-Baqara 2:80Listen in Qur'an →

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.