Muslim99Muslim99
← Tafsir library

2. Al-Baqara

The Cow · Medinan · 286 ayahs

سُورَةُ البَقَرَةِ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 61–70 of 286

61

وَإِذْ قُلْتُمْ يَٰمُوسَىٰ لَن نَّصْبِرَ عَلَىٰ طَعَامٍۢ وَٰحِدٍۢ فَٱدْعُ لَنَا رَبَّكَ يُخْرِجْ لَنَا مِمَّا تُنۢبِتُ ٱلْأَرْضُ مِنۢ بَقْلِهَا وَقِثَّآئِهَا وَفُومِهَا وَعَدَسِهَا وَبَصَلِهَا ۖ قَالَ أَتَسْتَبْدِلُونَ ٱلَّذِى هُوَ أَدْنَىٰ بِٱلَّذِى هُوَ خَيْرٌ ۚ ٱهْبِطُوا۟ مِصْرًۭا فَإِنَّ لَكُم مَّا سَأَلْتُمْ ۗ وَضُرِبَتْ عَلَيْهِمُ ٱلذِّلَّةُ وَٱلْمَسْكَنَةُ وَبَآءُو بِغَضَبٍۢ مِّنَ ٱللَّهِ ۗ ذَٰلِكَ بِأَنَّهُمْ كَانُوا۟ يَكْفُرُونَ بِـَٔايَٰتِ ٱللَّهِ وَيَقْتُلُونَ ٱلنَّبِيِّۦنَ بِغَيْرِ ٱلْحَقِّ ۗ ذَٰلِكَ بِمَا عَصَوا۟ وَّكَانُوا۟ يَعْتَدُونَ

Xatırlayın ki, siz (müəyyən müddət səhrada qalmalı olduğunuz zaman): “Ya Musa! Biz (hər gün yediyimiz) eyni təama (qüdrət halvasından və bildirçin ətindən ibarət olan yeməyə) heç vaxt dözməyəcəyik! Rəbbinə dua et ki, bizim üçün torpağın bitirdiyi şeylərdən tərəvəzindən, sarımsağından, mərciməyindən və soğanından yetirsin! – dediniz. (Musa da cavabında:) “Siz xeyirli olan şeyləri bu cür alçaq şeylərlə dəyişdirmək istəyirsiniz? (O halda) şəhərlərdən birinə gedin, istədiyinizi orada taparsınız!” – demişdi. Onlara zəlillik, miskinlik damğası vuruldu və Allahın qəzəbinə düçar oldular. Bu (cəza) onların Allahın ayələrini inkar etdiklərinə və (Zəkəriyya, Yəhya və Şüeyb kimi) peyğəmbərləri haqsız yerə öldürdüklərinə görə idi. Bu onların (Allaha) asi olduqlarına və həddi aşdıqlarına (Allahın əmrlərini pozduqlarına) görə idi.

Allahın sizə ruzi olaraq nazil etdiyi manna və bildirçin əti yeməkdən bezib, Rəbbinizin sizə olan nemətinə küfr etdiyinizi xatırlayın. O zaman siz: "Biz hər gün eyni yeməkləri yeməyə səbir edə bilmərik"- deyib, Musadan - Aleyhissəlam - Allaha dua edib sizin üçün yerin bitirdiklərindən – tərəvəzindən, xiyarından, dənli bitkilərindən, mərciməyindən və soğanından çıxartmasını tələb etmişdiniz. Musa - Aleyhissəlam - da sizin tələbinizi inkar edərək belə cavab vermişdi: "Siz manna və bildirçin əti kimi xeyirli olan şeyləri bu cür alçaq şeylərlə dəyişdirirsiniz? Halbuki bu nemətlər sizə heç bir səy göstərmədiyiniz və yorulmadığınız halda gəlir. Elə isə dilədiyiniz kəndə gedib, istədiyiniz şeyləri oranın tarlalarında və bazarlarında tapa bilərsiniz". Onlar öz nəfslərinə tabe olduqlarına və Allahın onlar üçün seçib bəxş etdiyi nemətlərdən təkrar-təkrar üz çevirdiklərinə görə, onlara zəlillik, miskinlik və bədbəxtlik damğası vuruldu. Onlar Allahın dinindən üz çevirib Onun ayələrini inkar etdiklərinə və peyğəmbərlərə haqsız yerə düşmənçilik edib onları öldürdüklərinə görə Allahın qəzəbinə düçar oldular. Bütün bunların səbəbi onların Allaha asi olmaları və Allahın onlar üçün qoyduğu hədləri aşmalarına görə idi.

Al-Baqara 2:61Listen in Qur'an →
62

إِنَّ ٱلَّذِينَ ءَامَنُوا۟ وَٱلَّذِينَ هَادُوا۟ وَٱلنَّصَٰرَىٰ وَٱلصَّٰبِـِٔينَ مَنْ ءَامَنَ بِٱللَّهِ وَٱلْيَوْمِ ٱلْءَاخِرِ وَعَمِلَ صَٰلِحًۭا فَلَهُمْ أَجْرُهُمْ عِندَ رَبِّهِمْ وَلَا خَوْفٌ عَلَيْهِمْ وَلَا هُمْ يَحْزَنُونَ

İman gətirənlərdən (müsəlmanlardan), musavi (yəhudi), isəvi (xristian) və sabiilərdən Allaha, axirət gününə (sədaqətlə) inanıb yaxşı iş görənlərin mükafatları Rəbbinin yanındadır. (Qiyamət günü) onların nə bir qorxusu olar, nə də onlar bir qəm-qüssə görərlər.

Həqiqətən bu ümmətdən və həmçinin Muhəmmədin (ona Allahın salavatı və salamı olsun) peyğəmbər göndərilməzdən əvvəlki keçmiş ümmətlərdən iman edən yəhudi, nəsrani və Allaha və axirət gününə iman gətirmiş peyğəmbərlərin bəzi tərəfdarlarından olan sabiilərin mükafatları Rəbbinin yanındadır. Axirət də onları qarşılayacaq şeylərə görə onların nə bir qorxusu olar, nə də ki, dünyada ikən əldə edə bilmədikləri şeylərə görə onlar bir hüzün görərlər.

Al-Baqara 2:62Listen in Qur'an →
63

وَإِذْ أَخَذْنَا مِيثَٰقَكُمْ وَرَفَعْنَا فَوْقَكُمُ ٱلطُّورَ خُذُوا۟ مَآ ءَاتَيْنَٰكُم بِقُوَّةٍۢ وَٱذْكُرُوا۟ مَا فِيهِ لَعَلَّكُمْ تَتَّقُونَ

(Ey İsrail oğulları!) Sizdən əhd-peyman aldığımızı və Tur dağını başınızın üzərinə qaldırdığımızı xatırlayın! (Biz:) “Sizə göndərdiyimizi (Tövratı) möhkəm tutun, içindəkiləri unutmayın ki, bəlkə, pis əməllərdən çəkinəsiniz” - (deyə əmr etmişdik).

Bir zaman sizdən Allaha və rasullarına iman gətirəsiniz deyə ağır bir əhd aldığımızı xatırlayın. Sizi əhdə əməl etməməkdən qorxudub çəkindirnək, sizə göndərdiyimiz Tövrata səhlənkar və tənbəlliklə deyil, əksinə, ondan möhkəm tutunmaq, içindəkiləri isə qoruyub (və ya əzbərləyib) tədəbbür etməyiniz üçün dağı başınız üstünə qaldırdıq ki, bəlkə, bunun səbəbi ilə Uca

Allahın əzabından çəkinəsiniz.

Al-Baqara 2:63Listen in Qur'an →
64

ثُمَّ تَوَلَّيْتُم مِّنۢ بَعْدِ ذَٰلِكَ ۖ فَلَوْلَا فَضْلُ ٱللَّهِ عَلَيْكُمْ وَرَحْمَتُهُۥ لَكُنتُم مِّنَ ٱلْخَٰسِرِينَ

Bundan sonra siz (əhdinizdən) döndünüz (əvvəlcə əməl etdiyiniz Tövrata sonra əməl etmədiniz). Əgər sizə Allahın yazığı və rəhmi gəlməsəydi (tövbə etmək üçün möhlət verilməsəydi), əlbəttə, (böyük) zərər çəkənlərdən olardınız.

Siz isə sizdən ağır bir əhd alındıqdan sonra üz döndərib Allaha asi oldunuz. Əgər Allah lütfü ilə sizi bağışlayıb rəhməti ilə tövbənizi qəbul etməsəydi, üz döndərib Allaha asi olduğunuza görə mütləq ziyana uğrayanlardan olardınız.

Al-Baqara 2:64Listen in Qur'an →
65

وَلَقَدْ عَلِمْتُمُ ٱلَّذِينَ ٱعْتَدَوْا۟ مِنكُمْ فِى ٱلسَّبْتِ فَقُلْنَا لَهُمْ كُونُوا۟ قِرَدَةً خَٰسِـِٔينَ

Həqiqətdə siz bilirsiniz ki, içərinizdən bə’zi kəslər şənbə günü (Davud zamanında şənbə günü balıq ovunun qadağan edilməsi) haqqında olan əmrdən kənara çıxdılar. Biz də onlara: “(Zəlil və) həqir meymunlar olun!” – dedik.

Şübhəsiz ki, bablarınızın xəbərindən sizin məlumatınız vardır. Belə ki, onlara şənbə günü ov etmək haram edildiyi halda şənbə günündən əvvəl torları suya salıb bazar günü sudan çıxardaraq hiyləgərlik etdilər. Və bununla onlara qoyulan hədləri aşdılar. Allah da onları belə hiyləgərlik edənləri əməllərinin müqabili olaraq mənfur meymunlara çevirdi.

Al-Baqara 2:65Listen in Qur'an →
66

فَجَعَلْنَٰهَا نَكَٰلًۭا لِّمَا بَيْنَ يَدَيْهَا وَمَا خَلْفَهَا وَمَوْعِظَةًۭ لِّلْمُتَّقِينَ

Biz bunu onlarla bir dövrdə yaşayanlar və sonradan gələnlər üçün ibrət və müttəqilərdən ötrü nəsihət olsun deyə etdik.

Biz həddi aşan bu kənd sakinlərini qonşu kəndlərdə yaşayanlar və sonradan gələn insanlar üçün ibrət etdik ki, heç kəs bir daha onların etdikləri kimi edib Allahın əzabına düçar olmasın. Biz bunu Allahın əzabından və həmçinin Onun hədlərini aşanlardan intiqam alacağından qorxan müttəqilərdən ötrü nəsihət olsun deyə etdik.

Al-Baqara 2:66Listen in Qur'an →
67

وَإِذْ قَالَ مُوسَىٰ لِقَوْمِهِۦٓ إِنَّ ٱللَّهَ يَأْمُرُكُمْ أَن تَذْبَحُوا۟ بَقَرَةًۭ ۖ قَالُوٓا۟ أَتَتَّخِذُنَا هُزُوًۭا ۖ قَالَ أَعُوذُ بِٱللَّهِ أَنْ أَكُونَ مِنَ ٱلْجَٰهِلِينَ

Yadınıza gətirin o vaxtı ki, Musa öz qövmünə: “Allah sizə bir inək kəsmənizi əmr edir!” – dedi. Onlar isə: “Bizi məsxərəyəmi qoyursan?” – dedilər”. (Musa da:) Allah Özü məni cahil olmaqdan saxlasın!” – dedi.

Babalarınızla Musa (Aleyhis-salam) arasında baş vermiş əhvalatı yadınıza salın. Belək ki, Musa Allahın onlara hər hansı bir inək kəsmələrini əmr etdiyini xəbər verdikdə, onlar inək kəsməyə tələsmək əvəzinə, inadkarlıqla: "Sən bizə istehza edirsən" –dedilər. Musa isə cavabında onlara: "Allah adından yalan söyləyib, insanlara istehza etməkdən Allaha sığınıram!"– dedi.

Al-Baqara 2:67Listen in Qur'an →
68

قَالُوا۟ ٱدْعُ لَنَا رَبَّكَ يُبَيِّن لَّنَا مَا هِىَ ۚ قَالَ إِنَّهُۥ يَقُولُ إِنَّهَا بَقَرَةٌۭ لَّا فَارِضٌۭ وَلَا بِكْرٌ عَوَانٌۢ بَيْنَ ذَٰلِكَ ۖ فَٱفْعَلُوا۟ مَا تُؤْمَرُونَ

Onlar dedilər: “Bizdən ötrü Rəbbini çağırıb (Rəbbinə dua edib) soruş ki, o (inək) nə cür olmalıdır?” (Musa:) “Allah o inəyin nə çox qoca, nə də çox cavan deyil, bunların ikisinin arasında (düyə) olduğunu buyurur. Sizə əmr olunan şeyi yerinə yetirin!” –dedi.

Onlar Musaya dedilər: "Rəbbinə dua et ki, kəsilməsini əmr etdiyi inəyin nə cür inək olduğunu bizə bildirsin!". Musa onlara dedi: "Allah buyurur ki, o, nə qoca, nə də cavan olmayan, lakin bunların ikisinin arasında olan orta yaşlı bir inəkdir. Rəbbinizin əmrini yerinə yetirməyə tələsin!".

Al-Baqara 2:68Listen in Qur'an →
69

قَالُوا۟ ٱدْعُ لَنَا رَبَّكَ يُبَيِّن لَّنَا مَا لَوْنُهَا ۚ قَالَ إِنَّهُۥ يَقُولُ إِنَّهَا بَقَرَةٌۭ صَفْرَآءُ فَاقِعٌۭ لَّوْنُهَا تَسُرُّ ٱلنَّٰظِرِينَ

Onlar dedilər: “Bizdən ötrü Rəbbini çağırıb soruş, qoy onun rəngini də bizə bildirsin”. O da cavabında: “(Allah) onun tünd sarı rəngli və görənlərə xoş gələn (bir inək) olduğunu buyurur”, dedi.

Onlar bu mübahisələrinə davam edərək Musaya (Aleyhis-salam) "Rəbbinə dua et ki, onun rəngini də bizə bildirsin!" - deyib işlərini bir az da çətinləşdirdilər. Musa isə cavabında onlara: "Allah onun tünd sarı rəngli və görənləri heyran edən bir inək olduğunu buyurur" –dedi.

Al-Baqara 2:69Listen in Qur'an →
70

قَالُوا۟ ٱدْعُ لَنَا رَبَّكَ يُبَيِّن لَّنَا مَا هِىَ إِنَّ ٱلْبَقَرَ تَشَٰبَهَ عَلَيْنَا وَإِنَّآ إِن شَآءَ ٱللَّهُ لَمُهْتَدُونَ

Onlar (yenə) söylədilər: “Bizim üçün Rəbbinə dua et ki, onun əsl sifətini bizə bildirsin, çünki biz (ümumiyyətlə) inəkləri bir-birinə bənzədirik. Əgər Allah istəsə (biz kəsilməsi əmr edilən o inəyi tapar və bu məsələ barəsində), əlbəttə, düz yolda olarıq”.

Sonra onlar, bir daha bu işi özlərinə çətinləşdirərək Musaya: "Bizim üçün Rəbbinə dua et ki, o inəyin əsl sifətini bizə daha ətraflı bildirsin, çünki Allahın bizdən tələb etdiyi sifətdə olan inəklər çox olduğuna görə biz bu inəkləri bir-birindən ayırd edə bilmirik. -Əgər Allah istəsə- Kəsilməsi tələb olunan inəyi tapıb, kəsəcəyik" –dedilər.

Al-Baqara 2:70Listen in Qur'an →

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.