وَإِذْ قُلْتُمْ يَٰمُوسَىٰ لَن نَّصْبِرَ عَلَىٰ طَعَامٍۢ وَٰحِدٍۢ فَٱدْعُ لَنَا رَبَّكَ يُخْرِجْ لَنَا مِمَّا تُنۢبِتُ ٱلْأَرْضُ مِنۢ بَقْلِهَا وَقِثَّآئِهَا وَفُومِهَا وَعَدَسِهَا وَبَصَلِهَا ۖ قَالَ أَتَسْتَبْدِلُونَ ٱلَّذِى هُوَ أَدْنَىٰ بِٱلَّذِى هُوَ خَيْرٌ ۚ ٱهْبِطُوا۟ مِصْرًۭا فَإِنَّ لَكُم مَّا سَأَلْتُمْ ۗ وَضُرِبَتْ عَلَيْهِمُ ٱلذِّلَّةُ وَٱلْمَسْكَنَةُ وَبَآءُو بِغَضَبٍۢ مِّنَ ٱللَّهِ ۗ ذَٰلِكَ بِأَنَّهُمْ كَانُوا۟ يَكْفُرُونَ بِـَٔايَٰتِ ٱللَّهِ وَيَقْتُلُونَ ٱلنَّبِيِّۦنَ بِغَيْرِ ٱلْحَقِّ ۗ ذَٰلِكَ بِمَا عَصَوا۟ وَّكَانُوا۟ يَعْتَدُونَ
Xatırlayın ki, siz (müəyyən müddət səhrada qalmalı olduğunuz zaman): “Ya Musa! Biz (hər gün yediyimiz) eyni təama (qüdrət halvasından və bildirçin ətindən ibarət olan yeməyə) heç vaxt dözməyəcəyik! Rəbbinə dua et ki, bizim üçün torpağın bitirdiyi şeylərdən tərəvəzindən, sarımsağından, mərciməyindən və soğanından yetirsin! – dediniz. (Musa da cavabında:) “Siz xeyirli olan şeyləri bu cür alçaq şeylərlə dəyişdirmək istəyirsiniz? (O halda) şəhərlərdən birinə gedin, istədiyinizi orada taparsınız!” – demişdi. Onlara zəlillik, miskinlik damğası vuruldu və Allahın qəzəbinə düçar oldular. Bu (cəza) onların Allahın ayələrini inkar etdiklərinə və (Zəkəriyya, Yəhya və Şüeyb kimi) peyğəmbərləri haqsız yerə öldürdüklərinə görə idi. Bu onların (Allaha) asi olduqlarına və həddi aşdıqlarına (Allahın əmrlərini pozduqlarına) görə idi.
Allahın sizə ruzi olaraq nazil etdiyi manna və bildirçin əti yeməkdən bezib, Rəbbinizin sizə olan nemətinə küfr etdiyinizi xatırlayın. O zaman siz: "Biz hər gün eyni yeməkləri yeməyə səbir edə bilmərik"- deyib, Musadan - Aleyhissəlam - Allaha dua edib sizin üçün yerin bitirdiklərindən – tərəvəzindən, xiyarından, dənli bitkilərindən, mərciməyindən və soğanından çıxartmasını tələb etmişdiniz. Musa - Aleyhissəlam - da sizin tələbinizi inkar edərək belə cavab vermişdi: "Siz manna və bildirçin əti kimi xeyirli olan şeyləri bu cür alçaq şeylərlə dəyişdirirsiniz? Halbuki bu nemətlər sizə heç bir səy göstərmədiyiniz və yorulmadığınız halda gəlir. Elə isə dilədiyiniz kəndə gedib, istədiyiniz şeyləri oranın tarlalarında və bazarlarında tapa bilərsiniz". Onlar öz nəfslərinə tabe olduqlarına və Allahın onlar üçün seçib bəxş etdiyi nemətlərdən təkrar-təkrar üz çevirdiklərinə görə, onlara zəlillik, miskinlik və bədbəxtlik damğası vuruldu. Onlar Allahın dinindən üz çevirib Onun ayələrini inkar etdiklərinə və peyğəmbərlərə haqsız yerə düşmənçilik edib onları öldürdüklərinə görə Allahın qəzəbinə düçar oldular. Bütün bunların səbəbi onların Allaha asi olmaları və Allahın onlar üçün qoyduğu hədləri aşmalarına görə idi.