Muslim99Muslim99
← Tafsir library

2. Al-Baqara

The Cow · Medinan · 286 ayahs

سُورَةُ البَقَرَةِ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 51–60 of 286

51

وَإِذْ وَٰعَدْنَا مُوسَىٰٓ أَرْبَعِينَ لَيْلَةًۭ ثُمَّ ٱتَّخَذْتُمُ ٱلْعِجْلَ مِنۢ بَعْدِهِۦ وَأَنتُمْ ظَٰلِمُونَ

(Bir daha) xatirənizə gətirin ki, Biz Musaya (Tur dağında vəhy üçün) qırx gecəlik və’də vermişdik. (O, Tur dağına gedəndən) sonra siz buzovu özünüzə (tanrı) qəbul etdiniz və (bu hərəkətinizlə Alladan başqasına ibadət etməklə) zalım oldunuz (özünüzə zülm etdiniz).

Tövratı nur və hidayət olaraq Musaya vəhy etmək üçün qırx gecəlik vədə nemətimizi də xatırlayın! Amma sizdən bəziləriniz bu müddət ərzində buzova ibadət etdiniz və bu hərəkətinizlə özünüzə zülm edənlərdən oldunuz.

Al-Baqara 2:51Listen in Qur'an →
52

ثُمَّ عَفَوْنَا عَنكُم مِّنۢ بَعْدِ ذَٰلِكَ لَعَلَّكُمْ تَشْكُرُونَ

Sonra da (tövbə etdiyinizə görə) sizi əfv etdik ki, bəlkə, şükür edəsiniz.

Sonra da tövbə etdiyinizə görə sizi əfv edib cəzalandırmadıq ki, bəlkə şükür əlaməti olaraq Allaha gözəl şəkildə ibadət və itaət edəsiniz.

Al-Baqara 2:52Listen in Qur'an →
53

وَإِذْ ءَاتَيْنَا مُوسَى ٱلْكِتَٰبَ وَٱلْفُرْقَانَ لَعَلَّكُمْ تَهْتَدُونَ

(Yadınıza salın!) Biz Musaya kitab (Tövrat) və (haqq ilə batili bir-birindən fərqləndirən) Furqan verdik ki, bəlkə, siz doğru yola yönələsiniz.

Xatırlayın ki, sizə olan nemətlərimizdən biri də bəlkə haqqa yönələsiz deyə Musaya (Aleyhis-salam) haqqla-batili, hidayətlə-azğınlığı bir-birindən fərqləndirən Tövratı verməyimiz idi.

Al-Baqara 2:53Listen in Qur'an →
54

وَإِذْ قَالَ مُوسَىٰ لِقَوْمِهِۦ يَٰقَوْمِ إِنَّكُمْ ظَلَمْتُمْ أَنفُسَكُم بِٱتِّخَاذِكُمُ ٱلْعِجْلَ فَتُوبُوٓا۟ إِلَىٰ بَارِئِكُمْ فَٱقْتُلُوٓا۟ أَنفُسَكُمْ ذَٰلِكُمْ خَيْرٌۭ لَّكُمْ عِندَ بَارِئِكُمْ فَتَابَ عَلَيْكُمْ ۚ إِنَّهُۥ هُوَ ٱلتَّوَّابُ ٱلرَّحِيمُ

O vaxtı da xatırlayın ki, Musa öz qövmünə: “Ey qövmüm, siz buzova sitayiş etməklə, həqiqətən, özünüzə zülm etdiniz. Buna görə də yaradanınıza tərəf üz tutaraq tövbə edin, özünüzü (buzovu tanrı bilən adamlarınızı) öldürün! Belə etməniz yaradanınızın yanında sizin üçün xeyirlidir! “- demişdi və Allah da tövbənizi qəbul etmişdi. Əlbəttə, O, tövbələri qəbul edəndir, bağışlayandır.

Siz buzova tapındığınızdan sonra, Allah sizi bu əməldən tövbə etməyə müvəffəq etməsi nemətini bir daha xatırlayın. Belə ki, Musa (Aleyhis-salam) sizə belə demişdir: "Ey qövmüm, Siz buzovu ilah qəbul edib ona ibadət etməklə özünüzə zülm etdiniz. Buna görə də, sizlərdən buzova ibadət edənləri öldürməklə xaliqinizə və yaradanınıza tövbə edib Ona tərəf qayıdın. Sizin belə tövbə etməniz küfür əməldə israr edib əbədi odda qalmağınızdan daha xeyirlidir". Siz Allahın sizə olan köməyi ilə tövbəniz qəbul olsun deyə özünüzü öldürmək istədiyiniz halda Allah da tövbənizi qəbul etdi. Çünki Allah tövbələri qəbul edən və qullarına rəhimlidir.

Al-Baqara 2:54Listen in Qur'an →
55

وَإِذْ قُلْتُمْ يَٰمُوسَىٰ لَن نُّؤْمِنَ لَكَ حَتَّىٰ نَرَى ٱللَّهَ جَهْرَةًۭ فَأَخَذَتْكُمُ ٱلصَّٰعِقَةُ وَأَنتُمْ تَنظُرُونَ

(Və yadınıza salın ki) siz: “Ya Musa, Allahı aşkar surətdə görməyincə, heç vaxt sənə inanmayacağıq”,- dediyiniz zaman gözünüz görə- görə sizi ildırım vurmuşdu.

Yadınıza salın ki, atalarınız biz zaman Musaya (Aleyhis-salam): "Ya Musa, biz Allahı açıq-aşkar, heç bir manesiz görməyincə, heç vaxt sənə iman gətirməyəcəyik!"-deməyə cürət etmişdilər. Elə bu zaman gözünüz görə-görə sizi ildırım vurub öldürmüşdü.

Al-Baqara 2:55Listen in Qur'an →
56

ثُمَّ بَعَثْنَٰكُم مِّنۢ بَعْدِ مَوْتِكُمْ لَعَلَّكُمْ تَشْكُرُونَ

Bəlkə, şükür edəsiniz deyə, biz sizi ölümünüzdən sonra yenidən diriltdik.

Bəlkə, Allahın sizə olan bu nemətinə şükür edəsiniz deyə, biz sizi ölümünüzdən sonra yenidən diriltdik.

Al-Baqara 2:56Listen in Qur'an →
57

وَظَلَّلْنَا عَلَيْكُمُ ٱلْغَمَامَ وَأَنزَلْنَا عَلَيْكُمُ ٱلْمَنَّ وَٱلسَّلْوَىٰ ۖ كُلُوا۟ مِن طَيِّبَٰتِ مَا رَزَقْنَٰكُمْ ۖ وَمَا ظَلَمُونَا وَلَٰكِن كَانُوٓا۟ أَنفُسَهُمْ يَظْلِمُونَ

(Yadınıza salın ki, Tih səhrasında yaşadığınız zaman) üstünüzə buludla kölgə saldıq və: “Ruzi olaraq verdiyimiz halal şeylərdən yeyin!” (deyərək) sizə qüdrət halvası və bildirçin göndərdik. Onlar (əcdadınız) isə (itaətdən boyun qaçırmaqla) Bizə deyil, ancaq özlərinə zülm etmiş oldular.

Səhrada yolunuzu azdığınız zaman sizi günəşin hərarətindən qorumaq üçün üzərinizə bulud göndərməyimiz, sizə bal kimi şirin su yağdırmağımız, həmçinin, sizə ruzi olaraq sümman quşu kimi dadlı əti olan kiçik quş bəxş etməyimiz və sizə: "Ruzi olaraq verdiyimiz halal şeylərdən yeyin!" -deməyimiz də sizə olan nemətlərimizdən idi. Onlar bu nemətlərin müqabilində Allaha asiliklər etmələri isə Allaha bir zərər vermədi, lakin onlar bu əməlləri ilə yalnız savablarının azalması və özlərini əzaba məruz qoymaları ilə özlərinə zülm etdilər.

Al-Baqara 2:57Listen in Qur'an →
58

وَإِذْ قُلْنَا ٱدْخُلُوا۟ هَٰذِهِ ٱلْقَرْيَةَ فَكُلُوا۟ مِنْهَا حَيْثُ شِئْتُمْ رَغَدًۭا وَٱدْخُلُوا۟ ٱلْبَابَ سُجَّدًۭا وَقُولُوا۟ حِطَّةٌۭ نَّغْفِرْ لَكُمْ خَطَٰيَٰكُمْ ۚ وَسَنَزِيدُ ٱلْمُحْسِنِينَ

Xatırlayın ki, (Tih səhrasından çıxandan sonra) sizə: “Bu kəndə girin, bəyəndiyiniz yerdə, istədiyiniz şeyləri rahatlıqla yeyin və buranın qapısından (Allaha) səcdə edən halda “hittə!” (“bizi bağışla!”) söyləyərək daxil olun, Biz də günahlarınızı bağışlarıq. Biz yaxşı əməl edənlərin savabını (mükafatını) artıracağıq”, -demişdik.

Allahın sizə olan nemətlərindən bunu da xatırlayın ki, bir zaman sizə: "Beytülməqdisə (Qüdsə) daxil olun. Orada istədiyiniz yerdə, istədiyiniz qədər halal ruzilərdən nuşcanlıqla yeyin için, amma ora daxil olan zaman, Allahdan qorxaraq, rüku halda daxil olun və: "Ey Rəbbimiz bizi bağışla!" -söyləyin ki, duanızı qəbul edək. Biz yaxşı əməl edənlərin mükafatını daha da artıracağıq" -demişdik.

Al-Baqara 2:58Listen in Qur'an →
59

فَبَدَّلَ ٱلَّذِينَ ظَلَمُوا۟ قَوْلًا غَيْرَ ٱلَّذِى قِيلَ لَهُمْ فَأَنزَلْنَا عَلَى ٱلَّذِينَ ظَلَمُوا۟ رِجْزًۭا مِّنَ ٱلسَّمَآءِ بِمَا كَانُوا۟ يَفْسُقُونَ

(Özlərinə) zülm edənlər onlara deyilən (əmr olunan) sözü başqası ilə dəyişdirdilər (“bizi bağışla” mə’nasında işlədilən “hittə” sözünə gülərək onu “buğda” mə’nasında olan “hintə” sözü ilə əvəz etdilər). Biz də o zalımlara etdikləri haqsızlığa görə göydən şiddətli əzab göndərdik.

Özlərinə zülm edənlər isə onlara əmr olunan əməli başqa bir əməllə dəyişib onlara deyilən sözü təhrif etdilər. Belə ki, oraya yanları üstə sürünə-sürünə, Uca Allahın əmrinə istehza edərək: "Sünbülün üstündəki buğda" –deyərək daxil oldular. Biz də zalımların Allahın əmrinə müxalif olub şəriətin hüdudlarını aşdıqlarına görə, əməllərinin müqabili olaraq onlara göydən əzab göndərdik.

Al-Baqara 2:59Listen in Qur'an →
60

۞ وَإِذِ ٱسْتَسْقَىٰ مُوسَىٰ لِقَوْمِهِۦ فَقُلْنَا ٱضْرِب بِّعَصَاكَ ٱلْحَجَرَ ۖ فَٱنفَجَرَتْ مِنْهُ ٱثْنَتَا عَشْرَةَ عَيْنًۭا ۖ قَدْ عَلِمَ كُلُّ أُنَاسٍۢ مَّشْرَبَهُمْ ۖ كُلُوا۟ وَٱشْرَبُوا۟ مِن رِّزْقِ ٱللَّهِ وَلَا تَعْثَوْا۟ فِى ٱلْأَرْضِ مُفْسِدِينَ

Yadınıza salın ki, Musa öz qövmü üçün su istədikdə, Biz ona: “Əsanı daşa vur!” –dedik. (O, əsanı daşa vuran kimi) ondan (daşdan) on iki çeşmə fışqırdı, hər kəs öz çeşməsini tanıdı. (Sonra onlara:) “Allahın verdiyi ruzidən yeyin-için, fəqət yer üzündə öz həddinizi aşaraq fəsad törətməyin!” (söylədik).

Siz səhrada olan zaman sizə şiddətli susuzluq baş verdikdə Allahın sizə olan nemətini xatırlayın. Belə ki, Musa (Aleyis-salam) Rəbbinə yalvarıb sizə yağış yağdırmağı istədi. Bu zaman Allah ona əsasını daşa vurmağı əmr etdi. Musa, əsanı daşa vuran kimi daşdan qəbilələrinizin sayı qədər, on iki çeşmə qaynayıb su çıxdı və hər bir çeşmədən su fışqırdı və biz qəbilələr arasında mübahisə olmaması üçün hər bir qəbilənin ona aid olan çeşməsini göstərib sizə belə dedik: "Heç bir zəhmət çəkmədən Allahın sizə bəxş etdiyi ruzidən yeyib için və yer üzündə fitnə-fəsad törətməyin!".

Al-Baqara 2:60Listen in Qur'an →

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.