وَعَلَّمَ ءَادَمَ ٱلْأَسْمَآءَ كُلَّهَا ثُمَّ عَرَضَهُمْ عَلَى ٱلْمَلَٰٓئِكَةِ فَقَالَ أَنۢبِـُٔونِى بِأَسْمَآءِ هَٰٓؤُلَآءِ إِن كُنتُمْ صَٰدِقِينَ
(Allah Adəmi yaratdıqdan sonra) Adəmə bütün şeylərin adlarını (ismlərini) öyrətdi. Sonra onları (həmin şeyləri) mələklərə göstərərək: “(İddianızda) doğrusunuzsa, bunların adlarını Mənə bildirin!”- dedi.
Uca Allah, Adəmin -Aleyhissəlam- dərəcəsini mələklərə bəyan etmək üçün, canlı və cansız əşyaların adlarının hamısını, sözlərini və mənalarını ona öyrətdi. Sonra həmin şeyləri mələklərə ərz edərək: "Əgər siz, Allah yanında bu məxluqdan daha hörmətli və daha fəzilətli olduğunuzu iddia edirsinizsə, elə isə bunların adlarını Mənə xəbər verin!"- deyə buyurdu.