Muslim99Muslim99
← Tafsir library

2. Al-Baqara

The Cow · Medinan · 286 ayahs

سُورَةُ البَقَرَةِ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 31–40 of 286

31

وَعَلَّمَ ءَادَمَ ٱلْأَسْمَآءَ كُلَّهَا ثُمَّ عَرَضَهُمْ عَلَى ٱلْمَلَٰٓئِكَةِ فَقَالَ أَنۢبِـُٔونِى بِأَسْمَآءِ هَٰٓؤُلَآءِ إِن كُنتُمْ صَٰدِقِينَ

(Allah Adəmi yaratdıqdan sonra) Adəmə bütün şeylərin adlarını (ismlərini) öyrətdi. Sonra onları (həmin şeyləri) mələklərə göstərərək: “(İddianızda) doğrusunuzsa, bunların adlarını Mənə bildirin!”- dedi.

Uca Allah, Adəmin -Aleyhissəlam- dərəcəsini mələklərə bəyan etmək üçün, canlı və cansız əşyaların adlarının hamısını, sözlərini və mənalarını ona öyrətdi. Sonra həmin şeyləri mələklərə ərz edərək: "Əgər siz, Allah yanında bu məxluqdan daha hörmətli və daha fəzilətli olduğunuzu iddia edirsinizsə, elə isə bunların adlarını Mənə xəbər verin!"- deyə buyurdu.

Al-Baqara 2:31Listen in Qur'an →
32

قَالُوا۟ سُبْحَٰنَكَ لَا عِلْمَ لَنَآ إِلَّا مَا عَلَّمْتَنَآ ۖ إِنَّكَ أَنتَ ٱلْعَلِيمُ ٱلْحَكِيمُ

Onlar: “Sən paksan, müqəddəssən! (Bütün eyib və nöqsanlardan kənarsan!) Sənin bizə öyrətdiklərindən başqa biz heç bir şey bilmirik. (Hər şeyi) bilən Sən, hikmət sahibi Sənsən”, - dedilər.

Onlar öz naqisliklərini və Allahın fəzilət sahibi olduğunu etiraf edərək dedilər: "Ey Rəbbimiz! biz Sənin hökmlərinə və şəriətinə etirtaz etməkdən Səni uca tutur, Sənin bizə ruzi bəxş edib öyrətdiklərindən başqa heç bir şey bilmirik. Həqiqətən Sənə heç bir şey gizli qalmaz, hər şeyi bilən və qüdrətinlə təqdir etdiklərində və şəriətində hər bir şeyi öz yerinə qoyan hikmət sahibisən".

Al-Baqara 2:32Listen in Qur'an →
33

قَالَ يَٰٓـَٔادَمُ أَنۢبِئْهُم بِأَسْمَآئِهِمْ ۖ فَلَمَّآ أَنۢبَأَهُم بِأَسْمَآئِهِمْ قَالَ أَلَمْ أَقُل لَّكُمْ إِنِّىٓ أَعْلَمُ غَيْبَ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ وَأَعْلَمُ مَا تُبْدُونَ وَمَا كُنتُمْ تَكْتُمُونَ

(Sonra) O: “Ey Adəm, bunların (kainatda mövcud olan əşyanın) adlarını onlara bildir!”- dedi. (Adəm) onlara (mələklərə) bunların adlarını xəbər verdikdə (Allah): “Mən sizə, göylərin və yerin gözə görünməyən sirlərini və sizin gizlində - aşkarda nə etdiyinizi bilirəm, söyləmədimmi?” – buyurdu.

Bu zama Uca Allah Adəmə: "Bu əşyaların adlarını onlara xəbər ver"- dedi. Adəm onlara həmən əşyaların adlarını, Allahın ona öyrətdiyi kimi xəbər verdikdə, Allah mələklərə: "Mən sizə, göylərdə və yerdə gizli qalan, aşkara çıxartdığınızı və gizli saxladığınızı bildiyimi söyləmədimmi?" -buyurdu.

Al-Baqara 2:33Listen in Qur'an →
34

وَإِذْ قُلْنَا لِلْمَلَٰٓئِكَةِ ٱسْجُدُوا۟ لِءَادَمَ فَسَجَدُوٓا۟ إِلَّآ إِبْلِيسَ أَبَىٰ وَٱسْتَكْبَرَ وَكَانَ مِنَ ٱلْكَٰفِرِينَ

(Ya Peyğəmbər!) Biz mələklərə: “Adəmə səcdə edin! – dedikdə İblisdən başqa (hamısı) səcdə etdi. (Yalnız) o, lovğalanaraq (səcdə etməkdən) imtina etdi və kafirlərdən oldu.

Uca Allah bu ayədə, bir zaman Allahın, mələklərə, hörmət və ehtiram mənasında Adəmə səcdə etmələrini əmr etdiyini bəyan edir. Cinlərdən olan iblisdən başqa mələklər bütünlüklə Allahın əmrinə tələsərək səcdə etdilər. İblis isə Allahın səcdə əmrinə etiraz, Adəmə isə təkəbbürlük edərək Uca Allaha küfür edənlərdən oldu.

Al-Baqara 2:34Listen in Qur'an →
35

وَقُلْنَا يَٰٓـَٔادَمُ ٱسْكُنْ أَنتَ وَزَوْجُكَ ٱلْجَنَّةَ وَكُلَا مِنْهَا رَغَدًا حَيْثُ شِئْتُمَا وَلَا تَقْرَبَا هَٰذِهِ ٱلشَّجَرَةَ فَتَكُونَا مِنَ ٱلظَّٰلِمِينَ

(Sonra) Biz (Adəmə) dedik: “Ey Adəm, sən zövcənlə (Həvva ilə) Cənnətdə qal və hər ikiniz oradakı meyvələrdən, istədiyiniz kimi, bol-bol yeyin, yalnız bu ağaca (buğdaya) yaxın gəlməyin! Yoxsa (özünüzə) zülm edənlərdən olarsınız”.

Biz Adəmə dedik: "Ey Adəm, sən zövcən Həvva ilə Cənnət sakini olun. Hər ikiniz də Cənnətdə istədiyiniz yerdə oradakı meyvələrdən heç bir maneə olmadan istədiyiniz qədər bol-bol afiyətlə yeyin. Yalnız sizə yaxınlaşmağı qadağan etdiyim bu ağaca yaxın gəlməyin, yoxsa siz əmrimə asi olmaqla özünüzə zülm edənlərdən olarsınız".

Al-Baqara 2:35Listen in Qur'an →
36

فَأَزَلَّهُمَا ٱلشَّيْطَٰنُ عَنْهَا فَأَخْرَجَهُمَا مِمَّا كَانَا فِيهِ ۖ وَقُلْنَا ٱهْبِطُوا۟ بَعْضُكُمْ لِبَعْضٍ عَدُوٌّۭ ۖ وَلَكُمْ فِى ٱلْأَرْضِ مُسْتَقَرٌّۭ وَمَتَٰعٌ إِلَىٰ حِينٍۢ

(Lakin) Şeytan onları azdırıb (buğdadan yedizdirməklə ne’mətlər içində) olduqları yerdən uzaqlaşdırdı. Biz də (Adəmə, Həvvaya və Şeytana): “Bir-birinizə düşmən kəsilərək (buradan kənar olub yer üzünə) enin! Yerdə sizin üçün müəyyən vaxta qədər (ömrünüzün axırınadək) sığinacaq və yaşayış (dolanacaq) vasitələri var”,-dedik.

Lakin Şeytan Adəm və Həvvaya vəsvəsə verərək Allahın qadağan etdiyi ağacdan yeməyə sövq etdirdi və bunula onları azdırıb günaha saldı. Bunun cəzası olaraq Allah onları nemətlər içində olduqları cənnətdən uzaqlaşdırdı. Allah Adəmə, Həvvaya və Şeytana: "Bir-birinizə düşmən kəsilərək yerə enin, orada sizin üçün ömrünüzün sonuna qədər və qiyamət qopanadək sığınacaq, yaşayış və dolanacaq vardır", -dedik.

Al-Baqara 2:36Listen in Qur'an →
37

فَتَلَقَّىٰٓ ءَادَمُ مِن رَّبِّهِۦ كَلِمَٰتٍۢ فَتَابَ عَلَيْهِ ۚ إِنَّهُۥ هُوَ ٱلتَّوَّابُ ٱلرَّحِيمُ

(Nəhayət) Adəm rəbbindən (bə’zi xüsusi) kəlmələr öyrənərək (Həvva ilə birlikdə o kəlmələr vasitəsilə) tövbə etdi. Doğrudan da, O (Allah) tövbələri qəbul edəndir, mərhəmətlidir.

Nəhayət Adəm, Rəbbinin ona ilham edib öyrətdiyi, Qurani kərimin bu ayəsində deyilən: (Adəm və Həvva: "Ey Rəbbimiz! Biz özümüzə zülm etdik. Əgər bizi bağışlamasan, rəhm etməsən, biz, şübhəsiz ki, ziyana uğrayanlardan olarıq!" – dedilər) [Əl-Əraf surəsi: 23] kəlmələri ilə Allaha dua etdi. Allah da onun tövbəsini qəbul edib günahını bağışladı. Həqiqətən Pak olan Allah qullarının tövbəsini qəbul edən və qullarına qarşı mərhəmətlidir.

Al-Baqara 2:37Listen in Qur'an →
38

قُلْنَا ٱهْبِطُوا۟ مِنْهَا جَمِيعًۭا ۖ فَإِمَّا يَأْتِيَنَّكُم مِّنِّى هُدًۭى فَمَن تَبِعَ هُدَاىَ فَلَا خَوْفٌ عَلَيْهِمْ وَلَا هُمْ يَحْزَنُونَ

Biz (onlara) dedik: “Hamınız buradan (yer üzünə) enin! Mənim tərəfimdən sizə bir hidayət (peyğəmbər və Kitab) gəldiyi zaman Mənim hidayətimə tabe olanlara (axirət əzabından) heç bir qorxu yoxdur və onlar (qiyamətdə) qəmgin olmazlar”.

Biz onlara dedik: "Hamınız Cənnətdən yer üzünə enin! Əgər sizə elçilərim vasitəsilə hidayət gəldikdə ona tabe olub göndərdiyim elçilərə iman etsəniz axirətdə sizə heç bir qorxu olmaz və dünyada əldə edə bilmədiyiniz dünya nemətlərinə görə hüzünlü olmazsınız.

Al-Baqara 2:38Listen in Qur'an →
39

وَٱلَّذِينَ كَفَرُوا۟ وَكَذَّبُوا۟ بِـَٔايَٰتِنَآ أُو۟لَٰٓئِكَ أَصْحَٰبُ ٱلنَّارِ ۖ هُمْ فِيهَا خَٰلِدُونَ

Kafir olaraq ayələrimizi təkzib edənlər isə cəhənnəmlikdirlər, onlar orada (atəş içində) əbədi qalacaqlar.

Amma kafir olub ayələrimizi təkzib edənlər Cəhənnəm əhlidirlər və onlar oradan heç vaxt çıxmayacaqlar.

Al-Baqara 2:39Listen in Qur'an →
40

يَٰبَنِىٓ إِسْرَٰٓءِيلَ ٱذْكُرُوا۟ نِعْمَتِىَ ٱلَّتِىٓ أَنْعَمْتُ عَلَيْكُمْ وَأَوْفُوا۟ بِعَهْدِىٓ أُوفِ بِعَهْدِكُمْ وَإِيَّٰىَ فَٱرْهَبُونِ

Ey İsrail oğulları! Sizə bəxş etdiyim ne’mətimi xatırlayın, (Tövratda axirüzzəman peyğəmbər barəsindəki) buyurduğumu yerinə yetirin ki, Mən də sizinlə (sizi Cənnətə varid etmək barəsində) olan əhdə vəfa edim. Yalnız Məndən qorxun!

Ey Allah peyğəmbəri Yəqubun oğulları! Allahın sizə bəxş etdiyim bol-bol nemətləri xatırlayın və bu nemətlərə şükür edin. Mənə və rəsullarıma iman edib şəriətimə əməl etməklə Mənim sizə olan əhdimi yerinə yetirin. Əgər siz buna vəfalı olarsınızsa Mən də sizə vəd verdiyim: dünyada ikən xoş həyat və axirət də isə yaxşı müxafat verəcəyim əhdimi yerinə yetirərəm. Siz yalnız məndən qorxun və sizinlə olan əhdimi pozmayın.

Al-Baqara 2:40Listen in Qur'an →

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.