Muslim99Muslim99
← Tafsir library

2. Al-Baqara

The Cow · Medinan · 286 ayahs

سُورَةُ البَقَرَةِ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 271–280 of 286

271

إِن تُبْدُوا۟ ٱلصَّدَقَٰتِ فَنِعِمَّا هِىَ ۖ وَإِن تُخْفُوهَا وَتُؤْتُوهَا ٱلْفُقَرَآءَ فَهُوَ خَيْرٌۭ لَّكُمْ ۚ وَيُكَفِّرُ عَنكُم مِّن سَيِّـَٔاتِكُمْ ۗ وَٱللَّهُ بِمَا تَعْمَلُونَ خَبِيرٌۭ

Yoxsullara aşkarda sədəqə verməyiniz yaxşıdır, lakin onu gizlində versəniz daha yaxşı olar. Bu, günahlarınızın bir qismini örtər. Allah tutduğunuz hər bir işdən xəbərdardır!

Malınızdan sədəqə verdikdə onu aşkar verməyiniz necə də gözəldir. Əgər onu yox­sullara giz­lində versə­niz, bu sizin üçün aşkar verməkdən daha xeyirli olar. Çünki gizli sədəqə vermək ixlasa daha yaxındır. İxlas əhlinin sədəqələri, onların günahlarının üstünü örtməsinə və onların bağışlanmnasına səbəbdir. Allah nə etdik­lərinizdən xəbər­dardır və əməllərinizdən heç bir şey Ona gizli qalmaz.

Al-Baqara 2:271Listen in Qur'an →
272

۞ لَّيْسَ عَلَيْكَ هُدَىٰهُمْ وَلَٰكِنَّ ٱللَّهَ يَهْدِى مَن يَشَآءُ ۗ وَمَا تُنفِقُوا۟ مِنْ خَيْرٍۢ فَلِأَنفُسِكُمْ ۚ وَمَا تُنفِقُونَ إِلَّا ٱبْتِغَآءَ وَجْهِ ٱللَّهِ ۚ وَمَا تُنفِقُوا۟ مِنْ خَيْرٍۢ يُوَفَّ إِلَيْكُمْ وَأَنتُمْ لَا تُظْلَمُونَ

(Ya Rəsulum!) İnsanları doğru yola yönəltmək sənin borcun deyildir. (Sənin vəzifən ancaq onları haqq yola də’vət etməkdir). Allah kimi istərsə, onu doğru yola yönəldər. Malınızdan sərf etdiyiniz hər hansı bir şeyin (mənfəəti) ancaq özünüz üçündür. Siz onu yalnız Allahın razılığını qazanmaq üçün verirsiniz. Malınızdan verdiyiniz hər hansı bir şeyin əvəzi tamamilə sizə ödəniləcəkdir. Sizə əsla zülm edilməz!

Ey Peygəmbər! Onların haqqı qəbul edib hidayətə gəlmə­ləri və haqqa tabe olub ona boyun əymələri də sənə aid deyildir. Sənə vacib olan yalnız onlara doğru yolu göstərib, tanıtmaqdır. Çünki haqqa və doğru yola müvəffəq olmaq ancaq Allahın əlindədir və O, istədiyini dogru yola yönəldir. Xeyirli şeylərdən xərclədiklərinizin mənfəti sonda sizə qayıdacaqdır, çünki Allahın buna ehtiyac yoxdur. Elə buna görə də xərclədiyinizi ixlasla, Allah üçün xərcləyin. Həqiqi möminlər isə mallarını yalnız Allahın razılığını qazanmaq üçün xərcləyirlər. Malınızdan Allah yolun­da az və ya çox olmasından aslı olayaraq nə xərclə­səniz, Allah onun əvəzi heç bir naqislik olmadan si­zə tam ve­rilər və şübhəsiz ki, Allah heç kimə zülm etməz.

Al-Baqara 2:272Listen in Qur'an →
273

لِلْفُقَرَآءِ ٱلَّذِينَ أُحْصِرُوا۟ فِى سَبِيلِ ٱللَّهِ لَا يَسْتَطِيعُونَ ضَرْبًۭا فِى ٱلْأَرْضِ يَحْسَبُهُمُ ٱلْجَاهِلُ أَغْنِيَآءَ مِنَ ٱلتَّعَفُّفِ تَعْرِفُهُم بِسِيمَٰهُمْ لَا يَسْـَٔلُونَ ٱلنَّاسَ إِلْحَافًۭا ۗ وَمَا تُنفِقُوا۟ مِنْ خَيْرٍۢ فَإِنَّ ٱللَّهَ بِهِۦ عَلِيمٌ

(Sədəqə) Allah yolunda canından keçərək (dolanmaq, ruzi kəsb etmək üçün) yer üzündə hərəkət edə bilməyən (və ya buna imkanı olmayan) yoxsullar üçündür. Belə şəxslər həyalı olub dilənçilikdən çəkindiklərinə görə nadanlar onları dövlətli hesab edirlər. (Ya Rəsulum!) Sən isə onları üzlərindən tanıyırsan. Onlar heç kəsdən israrla bir şey istəməzlər. Sizin mallarınızdan (bunlara) nə verdiyinizi, şübhəsiz ki, Allah bilir!

Sədəqələrinizi Allah yolunda ci­had, ruzi qazanmaq üçün səfər etməyə mane olan yoxsullar üçün edin. Bu kimsələr iffətli olub dilənmə­dik­lə­rinə görə tanıma­yan adam on­ları varlı zənn edir. Bu kimsələrin halına yaxından bələd olan insanlar, onların zahiri görnüşündən və geyimindən ehtiyaclı olduğunu bilirlər. Belə kimsələrin simalarından biri də budur ki, onlar üzə salıb in­sanlar­dan bir şeyi israrla istəyən yoxsullar kimi deyillər. Malınızdan Allah yolun­da nə xərclə­sənizsə, şübhəsiz ki, Allah onu bilir və Allah onun mükafatını sizə artıqlaması ilə verəcəkdir.

Al-Baqara 2:273Listen in Qur'an →
274

ٱلَّذِينَ يُنفِقُونَ أَمْوَٰلَهُم بِٱلَّيْلِ وَٱلنَّهَارِ سِرًّۭا وَعَلَانِيَةًۭ فَلَهُمْ أَجْرُهُمْ عِندَ رَبِّهِمْ وَلَا خَوْفٌ عَلَيْهِمْ وَلَا هُمْ يَحْزَنُونَ

Mallarını gecə və gündüz, gizli və aşkar (yoxsullara) sərf edənlərin Rəbbi yanında böyük mükafatları vardır. Onların (axirətdə) heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər.

Mallarını Allahın razılığını diləyərək, insanlara göstərmədən və eşitdirmədən gecə və gün­düz, gizli və aşkar xərcləyən­lərin Qiyamət gün öz Rəbbi yanın­da müka­fatı vardır. Axirətdə onların heç bir qor­xusu olmaz və dünyada əldə edə bilmədikləri nemətlərə görə də on­lar kədərlən­məzlər. Bunlar Allahın lütfü və neməti sayəsindədir.

Al-Baqara 2:274Listen in Qur'an →
275

ٱلَّذِينَ يَأْكُلُونَ ٱلرِّبَوٰا۟ لَا يَقُومُونَ إِلَّا كَمَا يَقُومُ ٱلَّذِى يَتَخَبَّطُهُ ٱلشَّيْطَٰنُ مِنَ ٱلْمَسِّ ۚ ذَٰلِكَ بِأَنَّهُمْ قَالُوٓا۟ إِنَّمَا ٱلْبَيْعُ مِثْلُ ٱلرِّبَوٰا۟ ۗ وَأَحَلَّ ٱللَّهُ ٱلْبَيْعَ وَحَرَّمَ ٱلرِّبَوٰا۟ ۚ فَمَن جَآءَهُۥ مَوْعِظَةٌۭ مِّن رَّبِّهِۦ فَٱنتَهَىٰ فَلَهُۥ مَا سَلَفَ وَأَمْرُهُۥٓ إِلَى ٱللَّهِ ۖ وَمَنْ عَادَ فَأُو۟لَٰٓئِكَ أَصْحَٰبُ ٱلنَّارِ ۖ هُمْ فِيهَا خَٰلِدُونَ

Sələm (müamilə, faiz) yeyənlər (qiyamət günü) qəbirlərindən ancaq Şeytan toxunmuş (cin vurmuş dəli) kimi qalxarlar. Bunların belə olmaları: “Alış-veriş də sələm kimi bir şeydir!” – dedikləri üzündəndir. Halbuki, Allah alış-verişi halal, sələm (faiz) almağı isə haram (qadağan) etmişdir. İndi hər kəs Rəbbi tərəfindən gələn nəsihəti qəbul etməklə (bu işə) son qoyarsa, keçmişdə aldığı (sələmlər) onundur (ona bağışlanar). Onun işi Allaha aiddir. Amma (yenidən sələmçiliyə) qayıdanlar cəhənnəmlikdirlər və orada həmişəlik qalacaqlar!

Sələmlə müamələ edib onu alanlar Qiyamət günü qəbirlərindən şeytan toxunmuş kimsənin qalxdığı kimi qalxarlar. O, qəbrindən qalxdıqda, özündən gedən insan kimi gah yıxılaraq, gah da ki, ayaq üstə duraraq qalxar. Bu, onların özlərinə sələm yeməyi halal etdikləri və sələm ilə Allahın halal etdiyi alış-verişin arasında fərq qoymadan: "Alış-veriş də halallıq baxımından sələmçilik kimidir və sonda hər ikisi də malı artırıb çoxaldır!"– demələrinə görə idi. Allah onların bu iddialarını rədd edib, etdikləri müqayisəni batil və dedikləri sözün isə yalan olduğunu bildirmişdir. Uca Allah alış-verişdə ümumi və xüsusi mənfəətlər olduğu üçün onu halal, sələmçiliyin isə zülm və insanların mallarını heç bir qarşılıqsız, batil yolla yemək olduğunu bəyan etmişdir. Hər kim özünə, Rəbbindən sələmin qadağan olması xəbəri gəldikdən sonra sələmçiliyə son qoyub və ondan Allaha tövbə edərsə, keçmişdə aldığı sələmlər ona bağışlanar, buna görə ona günah olmaz və bundan sonra gələcəkdə onun işi Allaha aid olar. Kim də özünə, Allahın sələmi qadağan etdiyi xəbəri çatdıqdan sonra və bunun haram olduğunu bildiyi halda yenidən sələmə qayıdarsa, o, Cəhənnəmə daxil olmağa və orada əbədi qalmağa layiq görülər. Cəhənnəmdə əbədi qalmaq dedikdə, burada sələmin halal olduğunu idda edərək yeyən, yaxud orada əbədi deyil, üzün müddət qalmaq nəzərdə tutulur. Çünki Cəhənnəmdə əbədi olaraq yalnız kafirlər qalacaqlar. Amma tövhid əhli orada əbədi qalmazlar.

Al-Baqara 2:275Listen in Qur'an →
276

يَمْحَقُ ٱللَّهُ ٱلرِّبَوٰا۟ وَيُرْبِى ٱلصَّدَقَٰتِ ۗ وَٱللَّهُ لَا يُحِبُّ كُلَّ كَفَّارٍ أَثِيمٍ

Allah sələmi (sələmlə qazanılan malın bərəkətini) məhv edər, sədəqələri (sədəqəsi verilmiş malın bərəkətini) isə artırar. Allah kafiri, günahkarı sevməz!

Allah sələm ilə qazanılan malı ya hissi tələf etməklə, ya da həmin malın bərəkərini almaqla mənən məhv edər. Allah sə­dəqə­ləri isə artırar və onun savabını qat-qat çoxaldar və hər yaxşılığa, onun on mislindən ta yeddi yüz qatınadək hətta bundan da daha artıq əvəz verilər və sədəqə verən kimsələrin mallarına bərəkət verər. Allah hər bir kafr, inadkar, haramı halallaşdıran asi və günah əməllərdə israrlı olan kimsələri sev­məz.

Al-Baqara 2:276Listen in Qur'an →
277

إِنَّ ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّٰلِحَٰتِ وَأَقَامُوا۟ ٱلصَّلَوٰةَ وَءَاتَوُا۟ ٱلزَّكَوٰةَ لَهُمْ أَجْرُهُمْ عِندَ رَبِّهِمْ وَلَا خَوْفٌ عَلَيْهِمْ وَلَا هُمْ يَحْزَنُونَ

İman gətirən, xeyirli işlər görən, namaz qılan, zəkat verən şəxslərin Rəbbi yanında mükafatları vardır. Onların (axirətdə) heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər!

Həqiqətən, Allaha iman gətirib Onun rəsuluna tabe olan, saleh əməllər edən, na­mazı Allahın əmr etdiyi kimi tam şəkildə qılan və mallarının zəkatını, zəkat almağa layiq kimsələrə ve­rənlərin mükafatları Rəbbi­ ya­nındadır. Axirətdə onların heç bir qor­xusu yox­dur və on­lar əldə edə bilmədikləri dünya və onun nemətlərinə görə də kədərlən­məzlər.

Al-Baqara 2:277Listen in Qur'an →
278

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ ٱتَّقُوا۟ ٱللَّهَ وَذَرُوا۟ مَا بَقِىَ مِنَ ٱلرِّبَوٰٓا۟ إِن كُنتُم مُّؤْمِنِينَ

Ey mö’minlər! Əgər, doğrudan da, iman gətirmişsinizsə, Allahdan qorxub sələmdən qalan məbləğdən (faizdən) vaz keçin! (Onu borclulardan almayın!)

Ey Allaha iman gətirib Onun rəsuluna tabe olan kimsələr! Allahın əmrlərini yerinə yetirib qadağanlarından çəkinməklə On­­dan qorxun. Əgər siz Allaha və sizi qadağan etdiyi sələmin haram olmasına həqiqi iman etmisinizsə, elə isə insanlarda sələmdən qalan mallarınızı tələb etməkdən əl çəkin.

Al-Baqara 2:278Listen in Qur'an →
279

فَإِن لَّمْ تَفْعَلُوا۟ فَأْذَنُوا۟ بِحَرْبٍۢ مِّنَ ٱللَّهِ وَرَسُولِهِۦ ۖ وَإِن تُبْتُمْ فَلَكُمْ رُءُوسُ أَمْوَٰلِكُمْ لَا تَظْلِمُونَ وَلَا تُظْلَمُونَ

Əgər belə etməsəniz, o zaman Allaha və Onun peyğəmbərinə qarşı müharibəyə girişdiyinizi bilin! Yox, əgər tövbə etsəniz, sərmayəniz (mayanız) sizindir. Beləliklə, nə siz zülm edərsiniz, nə də sizə zülm olunar!

Əgər sizə əmr olunanı etməsəniz, Alla­hın və Onun rəsulunun sizə mühari­bə elan etdi­yini bilin və buna yəqin olun. Yox, əgər sələmi tərk edib, Allaha töv­bə etsəniz, borc verdiyiniz mallarınızın maya dəyəri sizin­dir. Mallarınızın maya dəyərindən artıq almamaqla nə siz zülm edər­si­niz, maya dəyərindən naqis qaytarmamaqla nə də sizə zülm olunar.

Al-Baqara 2:279Listen in Qur'an →
280

وَإِن كَانَ ذُو عُسْرَةٍۢ فَنَظِرَةٌ إِلَىٰ مَيْسَرَةٍۢ ۚ وَأَن تَصَدَّقُوا۟ خَيْرٌۭ لَّكُمْ ۖ إِن كُنتُمْ تَعْلَمُونَ

Əgər sizə borclu olan şəxs çətin vəziyyətdə olarsa, ona vəziyyəti yaxşılaşıncaya qədər möhlət verin! Əgər bilmək istəyirsinizsə, (borcu) ona sədəqə olaraq bağışlamağınız daha yaxşıdır!

Əgər borclu tələb etdiyiniz kəs borcu qaytarmağa qadir deyilsə və maddi durumu çətindirsə, o zaman onun maddi durumu yaxşılaşıb, borcu qaytarmağa imkanı olana qədər ona möh­lət verin. Borcu tələb etməyib, borcu ona sədəqə etməyiniz yaxud borcun bir hissəsini ona bağışlamanızın uca Allah yanında si­zin üçün nə qədər xe­yir­li olduğunu biləydiz!

Al-Baqara 2:280Listen in Qur'an →

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.