Muslim99Muslim99
← Tafsir library

2. Al-Baqara

The Cow · Medinan · 286 ayahs

سُورَةُ البَقَرَةِ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 261–270 of 286

261

مَّثَلُ ٱلَّذِينَ يُنفِقُونَ أَمْوَٰلَهُمْ فِى سَبِيلِ ٱللَّهِ كَمَثَلِ حَبَّةٍ أَنۢبَتَتْ سَبْعَ سَنَابِلَ فِى كُلِّ سُنۢبُلَةٍۢ مِّا۟ئَةُ حَبَّةٍۢ ۗ وَٱللَّهُ يُضَٰعِفُ لِمَن يَشَآءُ ۗ وَٱللَّهُ وَٰسِعٌ عَلِيمٌ

Mallarını Allah yolunda sərf edənlərin halı yeddi sünbül verən bir toxuma bənzər ki, bu sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah istədiyi kimsə üçün bunu qat-qat artırır. Allah (lütfü ilə) genişdir.

Mallarını Allah yolun­da xərclə­yənlərin savabının misalı əkinçinin münbit torpaqda əkdiyi yeddi sün­bül verən bir to­xumun misalına bənzəyir ki, bu sünbül­lə­rin hər bi­rin­də yüz ədəd dən vardır. Allah is­tə­diyi qulunun savabını ar­tı­rar və mükafatını hesabsız verər. Allahın lütfü, bəxşi genişdir və kimin üçün mükafatın qat-qat artırmaqa layiq olduğunu bi­lən­dir.

Al-Baqara 2:261Listen in Qur'an →
262

ٱلَّذِينَ يُنفِقُونَ أَمْوَٰلَهُمْ فِى سَبِيلِ ٱللَّهِ ثُمَّ لَا يُتْبِعُونَ مَآ أَنفَقُوا۟ مَنًّۭا وَلَآ أَذًۭى ۙ لَّهُمْ أَجْرُهُمْ عِندَ رَبِّهِمْ وَلَا خَوْفٌ عَلَيْهِمْ وَلَا هُمْ يَحْزَنُونَ

Heç bir kəsə minnət qoymadan, əziyyət vermədən mallarını Allah yolunda sərf edənlərin Rəbbi yanında mükafatları vardır. Onların (axirətdə) heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər.

Mallarını Allahın itaətinə və razılığına xərclə­yənlərin və sonra xərclə­dik­lə­ri­nin ardından onların savabını puç edən söz yaxud əməl ilə minnət qoy­ma­yan və əziyyət vermə­yən­lə­rin mükafatları Rəbbi ya­nındadır. Qiyamət günü on­lara heç bir qorxu olmayacaq və Allahın onlara verdiyi böyük nemətinə görə də kədərlənmə­yə­cəklər.

Al-Baqara 2:262Listen in Qur'an →
263

۞ قَوْلٌۭ مَّعْرُوفٌۭ وَمَغْفِرَةٌ خَيْرٌۭ مِّن صَدَقَةٍۢ يَتْبَعُهَآ أَذًۭى ۗ وَٱللَّهُ غَنِىٌّ حَلِيمٌۭ

Xoş bir söz və günahları bağışlamaq əziyyətlə (minnətlə) verilən sədəqədən daha yaxşıdır. Allah ehtiyacsızdır, həlimdir!

Möminin qəlbinə sevinc daxil edən gözəl söz demək və sənə pislik edəni əff etmək, sədəqə verdiyin kimsəyə ardından minnət qoyaraq əziyyətlə verilən sə­də­qədən da­ha yaxşıdır. Allahın qullarına ehtiyacı yoxdur, O, həlimdir və onlara əzab verməyə tələsməz.

Al-Baqara 2:263Listen in Qur'an →
264

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ لَا تُبْطِلُوا۟ صَدَقَٰتِكُم بِٱلْمَنِّ وَٱلْأَذَىٰ كَٱلَّذِى يُنفِقُ مَالَهُۥ رِئَآءَ ٱلنَّاسِ وَلَا يُؤْمِنُ بِٱللَّهِ وَٱلْيَوْمِ ٱلْءَاخِرِ ۖ فَمَثَلُهُۥ كَمَثَلِ صَفْوَانٍ عَلَيْهِ تُرَابٌۭ فَأَصَابَهُۥ وَابِلٌۭ فَتَرَكَهُۥ صَلْدًۭا ۖ لَّا يَقْدِرُونَ عَلَىٰ شَىْءٍۢ مِّمَّا كَسَبُوا۟ ۗ وَٱللَّهُ لَا يَهْدِى ٱلْقَوْمَ ٱلْكَٰفِرِينَ

Ey iman gətirənlər! Sədəqələrinizi malını riyakarlıqla (özünü xalqa göstərmək üçün) sərf edən, Allaha və axirət gününə inanmayan şəxs kimi, minnət qoymaq və əziyyət verməklə puça çıxarmayın. Belə şəxslərin halı, üzərində bir az torpaq olan qayaya bənzər ki, şiddətli bir yağış o torpağı (yuyub) aparar və qayanı çılpaq bir daş halına salar. Onlar qazandıqlarından bir şeyə qadir (nail) olmazlar. Şübhəsiz ki, Allah kafirləri haqq yoluna yönəltməz!

Ey Allaha iman gətirib Onun rəsuluna tabe olan kimsələr! Sə­də­qələ­ri­nizin savabını, Alla­ha, axirət gününə və o gün Allahın verəcəyi savaba və əzaba inan­mayan şəxs kimi sədəqə verdiyiniz kimsəyə minnət qoy­maqla və əziyyət verməklə puç etməyin. Çünki bu cür sədəqə verənlərin məsəli, özünü insanlara gös­tərib, təriflənməsi məqsə­dilə malını xərclə­yən insanın məsəlinə bənzər. Belə insanın misalı üzə­rində torpaq olan ha­mar daşın misalına bənzə­yir ki, şid­dətli bir yağış o daşın üzərində olan torpaqı aparıb, üzərində heç bir şey olmayan, onu çılpaq hala sal­mış daşa bənzəyir. Özlərini insanlara göstərmək üçün malını xərcləyən kimsə də əməllərinin və xərclədiyinin savabını belə puç edər, sonda Allah yanında o, heç bir şeyə nail ola bilməz. Allah kafir qövmü, Onu, razı salan əməllərə yönəltməz və etdikləri əməllər və xərclədikləri mallar onlara fayda verməz.

Al-Baqara 2:264Listen in Qur'an →
265

وَمَثَلُ ٱلَّذِينَ يُنفِقُونَ أَمْوَٰلَهُمُ ٱبْتِغَآءَ مَرْضَاتِ ٱللَّهِ وَتَثْبِيتًۭا مِّنْ أَنفُسِهِمْ كَمَثَلِ جَنَّةٍۭ بِرَبْوَةٍ أَصَابَهَا وَابِلٌۭ فَـَٔاتَتْ أُكُلَهَا ضِعْفَيْنِ فَإِن لَّمْ يُصِبْهَا وَابِلٌۭ فَطَلٌّۭ ۗ وَٱللَّهُ بِمَا تَعْمَلُونَ بَصِيرٌ

Mallarını Allahın razılığını qazanmaq və nəfslərini (imanlarını) sabitqədəm etmək yolunda sərf edənlər uca təpənin üstündə olan bir bağa bənzərlər ki, ora düşən bol yağış onun meyvələrini ikiqat artırar. Əgər bol yağış yağmasa, az bir şəbnəm (şeh də ona kifayət edər). Həqiqətən, Allah nə etdiyinizi (bütün əməllərinizi) görəndir!

Mallarını Allahın razı­lığı­nı qa­zanmaq üçün və Allahın vədinə inanaraq rahaq qəlblə, könül xoşluqu ilə xərc­ləyən möminlərin misalı münbit hündür bir yerdə olan bostanın misalına bənzəyir ki, ona şid­dət­li yağış düşdük­dən sonra o öz bəh­­rəsini iki qat verər. Yox, əgər ona şid­­dətli ya­ğış düşməzsə, zərf ya­ğış da düşsə yerin münbit olduğuna görə bu da bəs edər. İxlasla malını Allah yolunda xərcləyənlərin də misalı belədir, Allah onların, Allah üçün xərclədiklərini qəbul edər, hətta xərclədikləri az bir şey olsa da belə onun savabını onlar üçün qat-qat artırar. Allah sizin nə etdiklə­ri­nizi görür. Mallarını ixlasla və insalara göstərmək üçün xərcləyən kimsələrin halı Allaha gizli qalmaz və O, hər bir kimsənin etdiyi əməlin müqabilini verəcəkdir.

Al-Baqara 2:265Listen in Qur'an →
266

أَيَوَدُّ أَحَدُكُمْ أَن تَكُونَ لَهُۥ جَنَّةٌۭ مِّن نَّخِيلٍۢ وَأَعْنَابٍۢ تَجْرِى مِن تَحْتِهَا ٱلْأَنْهَٰرُ لَهُۥ فِيهَا مِن كُلِّ ٱلثَّمَرَٰتِ وَأَصَابَهُ ٱلْكِبَرُ وَلَهُۥ ذُرِّيَّةٌۭ ضُعَفَآءُ فَأَصَابَهَآ إِعْصَارٌۭ فِيهِ نَارٌۭ فَٱحْتَرَقَتْ ۗ كَذَٰلِكَ يُبَيِّنُ ٱللَّهُ لَكُمُ ٱلْءَايَٰتِ لَعَلَّكُمْ تَتَفَكَّرُونَ

Məgər sizdən biriniz istərmi ki, içində xurma ağacları, üzümlüklər, (ağacları) altından arxlar axan və cürbəcür meyvələr olan bir bağçası olsun, (sonra) zəif (iş bacarığı olmayan, himayəyə möhtac) uşaqları olduğu halda ona qocalıq üz versin, həmin vaxtda da ora odlu bir qasırğa düşsün və o bağ yanıb tələf olsun? Allah ayələri sizin üçün bu cür aydınlaşdırır ki, düşünəsiniz.

Məgər sizlərdən biri is­tə­yərmi ki, onun xurma və üzüm­ ağac­ların­dan iba­rət, ağac­ları altından şirin sular axan və için­də onun üçün hər cür gözəl mey­vələr olan bir bostanı olsun, sonra da o, qo­ca­lıb yaşa dolduqda heç bir işə qadir olmadığı zaman, özü­nün də, zəif, kişik və iş qabiliyyəti olmayan uşaq­ları ol­duğu halda, o, həm qocalığına və uşaqlarının kiçik olduğuna görə, həmən ki, onun bağa böyük ehtiyacı olduğu bir vaxta, bağa şiddətli odlu bir külək düşüb bütün bostanı yan­dır­sın?! Malını insanların görməsi üçün xərcləyənin misalı da bu insanın misalına bənzəyir. Belə insan, qiyamət günü savaba daha çox möhtac olduğu vaxt o, Allahın qarşısına heç bir savabı olmadan gələcəkdir. Allah belə bir açıq-aydın bəyanla dünya və axirətdə sizə fayda verən şeyləri izah edir ki, bəlkə bu haqqda fikirləşə­siniz.

Al-Baqara 2:266Listen in Qur'an →
267

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓا۟ أَنفِقُوا۟ مِن طَيِّبَٰتِ مَا كَسَبْتُمْ وَمِمَّآ أَخْرَجْنَا لَكُم مِّنَ ٱلْأَرْضِ ۖ وَلَا تَيَمَّمُوا۟ ٱلْخَبِيثَ مِنْهُ تُنفِقُونَ وَلَسْتُم بِـَٔاخِذِيهِ إِلَّآ أَن تُغْمِضُوا۟ فِيهِ ۚ وَٱعْلَمُوٓا۟ أَنَّ ٱللَّهَ غَنِىٌّ حَمِيدٌ

Ey iman gətirənlər! Qazandığınız və sizin üçün torpaqdan yetişdirdiyimiz şeylərin (ən pak, halal və) yaxşılarından (Allah yolunda) sərf edin! Ancaq göz yumaraq aldığınız pis, yaramaz şeylərdən vermək fikrində olmayın! Bilin ki, Allahın heç bir şeyə ehtiyacı yoxdur. (O, hər cür) şükrə (tə’rifə) layiqdir!

Ey Allaha iman gətirib Onun rəsuluna tabe olan kimsələr! Qa­zan­­dığı­nız pak, halal maldan və sizin üçün tor­paq­dan çıxartdığımız yer bitkilərindən Allah yolunda xərc­ləyin. Əgər sizə verilsəydi, pisliyinə görə yalnız göz yumub ala­ca­ğınız pis şeylər­dən xərc­lə­mə­yə çalışma­yın. Məgər özünüzə razı olmadığınız bir şeyi Allah üçünmü razı olursunuz?! Bilin ki, Allah, sizin xərclədiklərinizdən zəngin­dir və O, zatında və işlərinə tərifə­la­yiq­dir.

Al-Baqara 2:267Listen in Qur'an →
268

ٱلشَّيْطَٰنُ يَعِدُكُمُ ٱلْفَقْرَ وَيَأْمُرُكُم بِٱلْفَحْشَآءِ ۖ وَٱللَّهُ يَعِدُكُم مَّغْفِرَةًۭ مِّنْهُ وَفَضْلًۭا ۗ وَٱللَّهُ وَٰسِعٌ عَلِيمٌۭ

Şeytan sizi yoxsulluqla qorxudaraq alçaq işlərə sövq edər, Allah isə (əksinə) sizə bağışlanmaq və bərəkət və’dəsi verər. Allah (mərhəməti ilə) genişdir. (Allah hər şeyi) biləndir.

Şeytan sizi yoxsulluqla qorxudaraq, paxıllığa sövq edər və sizi günahlar və asiliklər etməyə çağırar. Allah isə günahlarınızın bağışlanması üçün sizə böyük bağışlan­ma və bol-bol ruzi vəd edər. Allahın lütfü genişdir və qullarının halından xəbərdardır.

Al-Baqara 2:268Listen in Qur'an →
269

يُؤْتِى ٱلْحِكْمَةَ مَن يَشَآءُ ۚ وَمَن يُؤْتَ ٱلْحِكْمَةَ فَقَدْ أُوتِىَ خَيْرًۭا كَثِيرًۭا ۗ وَمَا يَذَّكَّرُ إِلَّآ أُو۟لُوا۟ ٱلْأَلْبَٰبِ

Allah istədiyi şəxsə hikmət (elm, mə’rifət, müdriklik) bəxş edər. Kimə hikmət bəxş edilmişsə, ona çoxlu xeyir (əbədi səadət) verilmişdir. Bunu ancaq ağıllı adamlar dərk edərlər!

Allah sözdə və əməldə düzgünə müvəffəq olmağı yalnız istədiyi kəsə bəxş edər. Kimə bu verilər­sə, ona çox­lu xeyir verilmiş olar. Allahın ayələrindən yalnız Allahın nuru ilə nurlanan və Onun doğru yolu ilə gedən kamil ağıl sahibləri dü­şü­nüb ibrət alarlar.

Al-Baqara 2:269Listen in Qur'an →
270

وَمَآ أَنفَقْتُم مِّن نَّفَقَةٍ أَوْ نَذَرْتُم مِّن نَّذْرٍۢ فَإِنَّ ٱللَّهَ يَعْلَمُهُۥ ۗ وَمَا لِلظَّٰلِمِينَ مِنْ أَنصَارٍ

(Allah yolunda) xərclədiyiniz və nəzir etdiyiniz hər hansı şeyi, şübhəsiz ki, Allah bilir, lakin (xəsislik göstərib özlərinə) zülm edənlərin (qiyamət günü) heç bir köməkçisi olmaz!

Allahın razılığını diləyərək xərclədiyiniz hər bir böyük və kişik sə­dəqəni və ya Allahın sizə vacib etmədiyi bir ibadəti, Allah üçün özünüzə vacib etdiyinizi də şüb­həsiz ki, bunların hamısını Allah bilir. Allah əməllərinizin savabını zay etməz və buna görə Allah sizə böyük mükafat verəcəldir. Allahın hüdudlarını aşıb, vacib olanı verməkdən boyun qaçıran zalimlərin isə qiyamət günü onları əzabdan qoruyan heç köməkçiləri ol­maz.

Al-Baqara 2:270Listen in Qur'an →

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.