Muslim99Muslim99
← Tafsir library

2. Al-Baqara

The Cow · Medinan · 286 ayahs

سُورَةُ البَقَرَةِ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 251–260 of 286

251

فَهَزَمُوهُم بِإِذْنِ ٱللَّهِ وَقَتَلَ دَاوُۥدُ جَالُوتَ وَءَاتَىٰهُ ٱللَّهُ ٱلْمُلْكَ وَٱلْحِكْمَةَ وَعَلَّمَهُۥ مِمَّا يَشَآءُ ۗ وَلَوْلَا دَفْعُ ٱللَّهِ ٱلنَّاسَ بَعْضَهُم بِبَعْضٍۢ لَّفَسَدَتِ ٱلْأَرْضُ وَلَٰكِنَّ ٱللَّهَ ذُو فَضْلٍ عَلَى ٱلْعَٰلَمِينَ

Nəhayət, onlar Allahın izni (iradəsi və köməyi) ilə Calutu və qoşununu məğlub etdilər. Davud Calutu öldürdü. Allah Davuda həm hökmranlıq, həm də hikmət (peyğəmbərlik) verdi və ona istədiyini (zireh düzəltmək, quşların dilini bilmək, gözəl səslə oxumaq) öyrətdi. Əgər Allah insanların bir qismini, digər bir qismi ilə dəf etməsə idi, yer üzü fitnə-fəsada uğrayardı. Lakin Allah bütün aləmlərə qarşı lütfükardır.

Allahın izni ilə onları məğlub etdilər. Davud, onların başçıları Calutu öldürdü. Allah ona hökmranlıq və peyğəmbərlik bəxş etdi, ona istədiyi müxtəlif növ elmlər öyrətdi (zireh düzəltmək, quşların dilini bilmək, gözəl səslə oxumaq) və dünya və axirətdə ona fayda verən xeyirləri onun üçün çəm etdi. Əgər Allah bəzi insanların fəsadını digərləri ilə dəf etməsəydi, yer üzü fəsad törədənlərin əməllərindən viran qalardı. Lakin Allah bütün bəşəriyyətə qarşı lütfkardır.

Al-Baqara 2:251Listen in Qur'an →
252

تِلْكَ ءَايَٰتُ ٱللَّهِ نَتْلُوهَا عَلَيْكَ بِٱلْحَقِّ ۚ وَإِنَّكَ لَمِنَ ٱلْمُرْسَلِينَ

(Ya Rəsulum!) Bunlar (bu söylənilənlər) Allahın ayələridir (qüdrət nişanələridir) ki, onları sənə doğru-düzgün bildiririk. Sən, həqiqətən, (Allah tərəfindən seçilərək insanlara) göndərilən (mürsəl) peyğəmbərlərdənsən.

Ey Peyğəmbər! Bunlar, xəbərlərində doğru və hökmlərində isə adil, sənə oxuduqumuz Allahın açıq-aydın ayələridir. Şübhəsiz ki, sən aləmlərin Rəbbi tərəfindən göndərilən elçilərdənsən.

Al-Baqara 2:252Listen in Qur'an →
253

۞ تِلْكَ ٱلرُّسُلُ فَضَّلْنَا بَعْضَهُمْ عَلَىٰ بَعْضٍۢ ۘ مِّنْهُم مَّن كَلَّمَ ٱللَّهُ ۖ وَرَفَعَ بَعْضَهُمْ دَرَجَٰتٍۢ ۚ وَءَاتَيْنَا عِيسَى ٱبْنَ مَرْيَمَ ٱلْبَيِّنَٰتِ وَأَيَّدْنَٰهُ بِرُوحِ ٱلْقُدُسِ ۗ وَلَوْ شَآءَ ٱللَّهُ مَا ٱقْتَتَلَ ٱلَّذِينَ مِنۢ بَعْدِهِم مِّنۢ بَعْدِ مَا جَآءَتْهُمُ ٱلْبَيِّنَٰتُ وَلَٰكِنِ ٱخْتَلَفُوا۟ فَمِنْهُم مَّنْ ءَامَنَ وَمِنْهُم مَّن كَفَرَ ۚ وَلَوْ شَآءَ ٱللَّهُ مَا ٱقْتَتَلُوا۟ وَلَٰكِنَّ ٱللَّهَ يَفْعَلُ مَا يُرِيدُ

(Ya Rəsulum!) Bu peyğəmbərlərin bə’zisini digərindəm üstün etdik. Allah bunlardan bə’zisi ilə danışmış, bə’zisinin isə dərəcələrini yüksəltmişdir. Məryəm oğlu İsaya açıq mö’cüzələr verdik və onu müqəddəs ruhla (Cəbraillə) qüvvətləndirdik. Əgər Allah istəsəydi, bu peyğəmbərlərin ardınca gələn insanlar onlara göndərilən aşkar dəlillərdən sonra bir-biriləri ilə vuruşmazdılar. Fəqət (bununla belə yenə də) ixtilafa düşdülər. Onlarda bə’ziləri (Allaha) iman gətirdilər, bə’ziləri isə kafir oldular. Əgər Allah istəsə idi, onlar bir-biriləri ilə vuruşmazdılar. Lakin Allah Öz istədiyini edər!

Biz sənə xəbər verdiyimiz elçilərin bəzilərini vəhy nazil etmə, tərəfdarlar və dərəcələr baxımından di­gərlə­rindən üstün etdik. Allah on­lar­dan Musa - aleyhissəlam - kimi bəzisi ilə danış­mış və Muhamməd (sallallahu aleyhi və səlləm) kimi bəzisini isə yüksək dərəcələrə qaldırmışdir, çünki Allah onu, bütün bəşəriyyətə peyğəmbər göndərmiş, peyğəmbərliyə onunla da xitam vermiş və ümmətini isə bütün ümmətlərdən üstün edilmişdir. Biz Məryəm oğlu İsaya onun peyğəmbərliyinə dəlalət edən: ölüləri dirildmək, anadangəlmə korları və cüzam xəstəliyinə tutulanları sağaldmaq kimi açıq-ay­dın möcüzələr ver­dik və Biz onu, Allahın əmrlərini yerinə yetirmək üçün Cəb­rail - aleyhissəlam - ilə qüvvətlən­dir­dik. Əgər Allah istəsəydi, peyğəmbərlərdən son­ra gə­lən­lər özlərinə açıq-aydın dəlil­lər gəl­dikdən sonra bir-bi­ri­ləri ilə vuruşmaz­dılar. La­kin onlar ixti­laf et­dilər və bu səbəbdən ayrılığa düşdülər. Onlar­dan ki­mi­si Allaha iman gətirdi, kimisi də, kafir oldu. Əgər Allah onların vuruşmamasını istə­səy­di, onlar bir-biriləri ilə vu­ruş­maz­­dılar. La­kin Allah istə­di­yini edər. İstədiyini rəhməti və lütfü ilə imana yönəldir, istədiyini isə ədaləti və hikməti ilə haqq yoldan azdırır.

Al-Baqara 2:253Listen in Qur'an →
254

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓا۟ أَنفِقُوا۟ مِمَّا رَزَقْنَٰكُم مِّن قَبْلِ أَن يَأْتِىَ يَوْمٌۭ لَّا بَيْعٌۭ فِيهِ وَلَا خُلَّةٌۭ وَلَا شَفَٰعَةٌۭ ۗ وَٱلْكَٰفِرُونَ هُمُ ٱلظَّٰلِمُونَ

Ey iman gətirənlər! Alış-verişin, dostluğun və şəfaətin mümkün olmayacağı gün (qiyamət günü) gəlməmişdən əvvəl sizə verdiyimiz ruzidən paylayın! Kafirlər (bunu inkar edənlər) isə (özlərinə) zülm edənlərdir!

Ey Allaha iman gətirib Onun rəsuluna tabe olan kimsələr! Qiyamət günü gəlməmişdən ön­cə, sizə ru­zi verdiyimiz müxtəlif növlü halal mallardan Allah yo­lunda xərcləyin! O gün inasan, ona fayda verən bir şeyi qazanması üçün alış-verişin etməsi mümkün olmaz, çətin vaxta yardım edən dost, köməyə gəlməz və Allahın istədiyi və Özünün razı qaldığı kimsələr müstəsna olmaqla heç bir vasitəçi, ondan heç bir zərəri uzaqlaşdıra yaxud ona bir xeyir verə bilməz. Kafir­lər, Uca Allaha küfür etdikləri üçün həqiqi za­lımdırlar.

Al-Baqara 2:254Listen in Qur'an →
255

ٱللَّهُ لَآ إِلَٰهَ إِلَّا هُوَ ٱلْحَىُّ ٱلْقَيُّومُ ۚ لَا تَأْخُذُهُۥ سِنَةٌۭ وَلَا نَوْمٌۭ ۚ لَّهُۥ مَا فِى ٱلسَّمَٰوَٰتِ وَمَا فِى ٱلْأَرْضِ ۗ مَن ذَا ٱلَّذِى يَشْفَعُ عِندَهُۥٓ إِلَّا بِإِذْنِهِۦ ۚ يَعْلَمُ مَا بَيْنَ أَيْدِيهِمْ وَمَا خَلْفَهُمْ ۖ وَلَا يُحِيطُونَ بِشَىْءٍۢ مِّنْ عِلْمِهِۦٓ إِلَّا بِمَا شَآءَ ۚ وَسِعَ كُرْسِيُّهُ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضَ ۖ وَلَا يَـُٔودُهُۥ حِفْظُهُمَا ۚ وَهُوَ ٱلْعَلِىُّ ٱلْعَظِيمُ

Allah başqa heç bir tanrı yoxdur. (Zatı və kamal sifətləri ilə hər şeyə qadir olub bütün kainatı yaradan və idarə edən, bəndələrini dolandıran və onların işlərini yoluna qoyan) əbədi, əzəli varlıq Odur. O nə mürgü, nə də yuxu bilər. Göylərdə və yerdə nə varsa (hamısı) Onundur. Allahın izni olmadan (qiyamətdə) Onun yanında (hüzurunda) kim şəfaət (bu və ya digər şəxsin günahlarının bağışlanmasını xahiş) edə bilər? O, bütün yaranmışların keçmişini və gələcəyini (bütün olmuş və olacaq şeyləri) bilir. Onlar (yaranmışlar) Allahın elmindən Onun Özünün istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun kürsünü (elmi, qüdrət və səltənəti) göyləri və yeri əhatə etmişdir. Bunları mühafizə etmək Onun üçün heç də çətin deyildir. Ən uca, ən böyük varlıq da Odur!

Allahdan başqa ibadətə layiq olan heç bir ilah yoxdur, O, Diridir. Ölüm və naqislik olmayan kamil həyata sahibdir. O, Özünü idarə edən, heç bir məxluqata ehtiyacı olmayan əksinə bütün məxluqat, hər bir işində Ona möhtac olan Qəyyumudur. O, kamil həyata və qəyyumluğa sahib olduğu üçün Onu, nə mürgü, nə də yuxu tutar. Göylərdə və yerdə nə varsa hamısı yalnız Ona məxsusdur. Onun izni və razılığı olmadan Onun yanında kimsə başqasına şəfaət edə bilər O, məxluqatın olub keçmiş, hələ baş verməmiş və gələcəkdə baş verəcək bütün işlərini bilir. Onlar Uca Allahın elmindən, yalnız Onun, insanlara bildirmək istədiyindən başqa heç bir şey bilməzlər. Onun Kürsüsü -Kürsü: Rəbbin iki ayağını qoyduğu yerdir- göylər və yerin geniş və əzəmətli olmasına rəğmən bütünlüklə əhatə edir. Bunları qoruyub saxlamaq Ona çətin yaxud da ağır gəlməz. O, zatı, qüdrəti və hökmüranlığı ilə Ucadır, mülkündə və sultanlığında ən böyükdür.

Al-Baqara 2:255Listen in Qur'an →
256

لَآ إِكْرَاهَ فِى ٱلدِّينِ ۖ قَد تَّبَيَّنَ ٱلرُّشْدُ مِنَ ٱلْغَىِّ ۚ فَمَن يَكْفُرْ بِٱلطَّٰغُوتِ وَيُؤْمِنۢ بِٱللَّهِ فَقَدِ ٱسْتَمْسَكَ بِٱلْعُرْوَةِ ٱلْوُثْقَىٰ لَا ٱنفِصَامَ لَهَا ۗ وَٱللَّهُ سَمِيعٌ عَلِيمٌ

Dində məcburiyyət (zorakılıq) yoxdur. Artıq doğruluq (iman) azğınlıqdan (küfrdən) ayırd edildi. Hər kəs Taqutu (Şeytanı və ya bütləri) inkar edib Allaha iman gətirsə, o, artıq (qırılmaq bilməyən) ən möhkəm bir ipdən (dəstəkdən) yapışmış olur. Allah (hər şeyi olduğu kimi) eşidəndir, biləndir!

Kiminsə İslam dininə daxil olamsı üçün məcburiyyət yox­dur. Çünki bu din, haqq və açıq-aydın bir dindir elə buna görə də kiminsə bu dinə daxil olması üçün məcburiyyətə ehtiyac yoxdur. Ar­tıq doğru yol azğınlıq­dan ay­dın fərqlə­nir. Hər kim Allahdan başqa hər bir ibadət olunanları inkar edib tək Allaha iman gətirərsə, artıq o, Qiyamət günü nicat tapmaq üçün heç vaxt qırılmayan, ən möhkəm səbəb ilə dindən yapış­mış olar. Allah qullarının dedikləri hər bir şeyi eşi­dəndir, etdikləri hər bir şeyi bi­ləndir və onların etdikləri əməllərin müqabilini verəcəkdir.

Al-Baqara 2:256Listen in Qur'an →
257

ٱللَّهُ وَلِىُّ ٱلَّذِينَ ءَامَنُوا۟ يُخْرِجُهُم مِّنَ ٱلظُّلُمَٰتِ إِلَى ٱلنُّورِ ۖ وَٱلَّذِينَ كَفَرُوٓا۟ أَوْلِيَآؤُهُمُ ٱلطَّٰغُوتُ يُخْرِجُونَهُم مِّنَ ٱلنُّورِ إِلَى ٱلظُّلُمَٰتِ ۗ أُو۟لَٰٓئِكَ أَصْحَٰبُ ٱلنَّارِ ۖ هُمْ فِيهَا خَٰلِدُونَ

Allah (Ona) iman gətirənlərin dostudur, onları zülmətdən çıxarıb işığa tərəf yönəldər. Kafirlərin dostu isə Taqutdur (şeytanlardır). Onları (kafirləri) nurdan ayırıb zülmətə salarlar. Onlar cəhənnəmlikdirlər və orada həmişəlik qalacaqlar!

Allah Ona iman gətirənlərlə dostluq edər, onları müvəffəq edər, işlərində kömək olar və onları küfür və cəhalət zülmət­lər­dən iman və elm nu­ra çı­xarar. Kafirlərin dost­ları isə onlara küfrü gözəl göstərən və onları iman və elm nurdan küfür və cəhalət zülmətlə­rinə çıxaran ilahlar və bütlərdir. On­lar od sa­kin­­ləridirlər və onlar orada əbədi qala­caq­lar!

Al-Baqara 2:257Listen in Qur'an →
258

أَلَمْ تَرَ إِلَى ٱلَّذِى حَآجَّ إِبْرَٰهِۦمَ فِى رَبِّهِۦٓ أَنْ ءَاتَىٰهُ ٱللَّهُ ٱلْمُلْكَ إِذْ قَالَ إِبْرَٰهِۦمُ رَبِّىَ ٱلَّذِى يُحْىِۦ وَيُمِيتُ قَالَ أَنَا۠ أُحْىِۦ وَأُمِيتُ ۖ قَالَ إِبْرَٰهِۦمُ فَإِنَّ ٱللَّهَ يَأْتِى بِٱلشَّمْسِ مِنَ ٱلْمَشْرِقِ فَأْتِ بِهَا مِنَ ٱلْمَغْرِبِ فَبُهِتَ ٱلَّذِى كَفَرَ ۗ وَٱللَّهُ لَا يَهْدِى ٱلْقَوْمَ ٱلظَّٰلِمِينَ

(Ya Rəsulum!) Allahın verdiyi hökmranlıq üzündən (azğınlaşaraq) İbrahim ilə Rəbbi barəsində mübahisə aparan şəxsi (Nəmrudu) görmədinmi? (Və ya əhvalatını bilmirsən?) İbrahim: “Mənim tanrım həm dirildir, həm də öldürür”, - dediyi zaman, o (Nəmrud): “Mən də həm dirildir, həm də öldürürəm”, - demişdi. İbrahim ona: “Allah Günəşi şərqdən doğdurur, bacarırsansa, sən onu qərbdən doğdur!” – dedikdə, o kafir donub qalmışdı. Həqiqətən, Allah (özünə) zülm edənləri düz yola yönəltməz!

Ey Peyğəmbər! Sən, İbrahim - aleyhissəlam - ilə Allahın Rəbb olması və təkliyi barədə mücadələ edən tağutun cürətindən daha təcüblü bir şey gördünmü?! O, Allaha qarşı cürət etdi, çünki Allah ona mal-dövlət verdi o isə bunun əvəzində həddini aşdı. İbrahim ona Rəbbinin sifətlərini bəyan edərək dedi: "Mənim Rəb­bim bütün məxluqatı dirildir və öl­dürür!". O azğın inadkarlıq edərək: "Mən də, diril­dirəm və öldürü­rəm, belə ki, istədiyimi öldürürəm və istədiyimi də əff edirəm!"– dedi. Bu zaman İbrahim - aleyhissəlam - ona daha tutarlı bir dəlil gətirərək belə dedi: "Mənim ibadət etdiyim Rəbbim gü­nə­şi məş­riq­ tərəfdən gətirir, sən isə onu məğ­rib­ tərəfdəndən gə­tir!". Bu zaman o azğın çaşbaş qaldıb, heç bir söz deyə bilmədi və dəlilin qüvvətindən məğlub oldu. Allah zalımlərin zülmünə və tüğyanına görə onları Öz doğru yola yönəlməyə müvəffəq etməz.

Al-Baqara 2:258Listen in Qur'an →
259

أَوْ كَٱلَّذِى مَرَّ عَلَىٰ قَرْيَةٍۢ وَهِىَ خَاوِيَةٌ عَلَىٰ عُرُوشِهَا قَالَ أَنَّىٰ يُحْىِۦ هَٰذِهِ ٱللَّهُ بَعْدَ مَوْتِهَا ۖ فَأَمَاتَهُ ٱللَّهُ مِا۟ئَةَ عَامٍۢ ثُمَّ بَعَثَهُۥ ۖ قَالَ كَمْ لَبِثْتَ ۖ قَالَ لَبِثْتُ يَوْمًا أَوْ بَعْضَ يَوْمٍۢ ۖ قَالَ بَل لَّبِثْتَ مِا۟ئَةَ عَامٍۢ فَٱنظُرْ إِلَىٰ طَعَامِكَ وَشَرَابِكَ لَمْ يَتَسَنَّهْ ۖ وَٱنظُرْ إِلَىٰ حِمَارِكَ وَلِنَجْعَلَكَ ءَايَةًۭ لِّلنَّاسِ ۖ وَٱنظُرْ إِلَى ٱلْعِظَامِ كَيْفَ نُنشِزُهَا ثُمَّ نَكْسُوهَا لَحْمًۭا ۚ فَلَمَّا تَبَيَّنَ لَهُۥ قَالَ أَعْلَمُ أَنَّ ٱللَّهَ عَلَىٰ كُلِّ شَىْءٍۢ قَدِيرٌۭ

Yaxud (Ya Rəsulum! Damları çökmüş, divarları) uçulmuş bir kəndin yanından keçən kimsənin əhvalatını bilirsən? O kimsə: “Əcaba, Allah bu kəndi ölümündən sonra necə dirildəcək?” – demişdi. Belə olduqda, Allah onu yüz il ölü halında saxladı, sonra dirildərək ondan: “Nə qədər yatmısan?” – deyə soruşdu. O da: “Bir gün, bəlkə, bir gündən daha az” – deyə cavab verdi. Allah ona: “Bəlkə, yüz il yatmısan, yediyin yeməyə, içdiyin suya bax, hələ də xarab olmayıb. Bir də uzunqulağına bax! Səni insanlar üçün bir ibrət dərsi olmaqdan ötrü belə etdik. İndi (uzunqulağının) sümüklərinə bax, gör necə onları bir-biri ilə birləşdirir, sonra da onların üzərini ətlə örtürük?” – deyə buyurdu. O kimsəyə bunlar aydın olduqda: “Artıq bildim ki, Allah hər şeyə qadirdir!” – dedi.

Yaxud da damları çökmüş, divarları uçulmuş, sakinləri həlak olub xa­rabalığa və susuz düzənliyə çevrilmiş bir kən­din ya­nın­dan keçən kimsəni gördünmü? O kimsə təcüblənərək de­miş­di: "Allah bu kəndin sakinləri öldükdən sonra onu necə dirildə­cəkdir?". Allah onu yüz il müddətində ölü saxladı, sonra dirildib ondan: "Nə qə­dər ölü qaldın?"– deyə soruşdu. O: "Bir gün və ya bir gündən də az müddət ölü qaldım!"– deyə cavab verdi. Allah buyurdu: "Əksinə, sən tam yüz il ölü qaldın. Yediyinə və iç­diyinə bax, bunlar xarab ol­madan əvvəlki halında qaldı. Baxmayar ki, yekək-içmək tez bir zamanda xarab olur. Ölmüş uzun­qu­la­ğına da bax! Biz səni insan­lar üçün, onlar öldükdən sonra Allahın onları yenidən diritməyə qadir olduğuna dəlalət edən açıq-aydın bir əlamət edəcəyik. Uzun­qu­la­ğının dağılmış və bir-dirindən uzaq düşmüş sü­mük­lə­rinə də bax, gör Biz onları ne­cə qaldırır və necə bir-birinə birləş­dirir, sonra da, on­ların üstünü necə ətlə örtürük və onu bir daha necə həyata qaytarırıq". O, buna şahid olub, həqiqət ona bəlli olduqda, bunu etiraf edərək: "Mən ar­tıq, Allahı hər şeyə qa­dir olduğunu bildim­!"– dedi.

Al-Baqara 2:259Listen in Qur'an →
260

وَإِذْ قَالَ إِبْرَٰهِۦمُ رَبِّ أَرِنِى كَيْفَ تُحْىِ ٱلْمَوْتَىٰ ۖ قَالَ أَوَلَمْ تُؤْمِن ۖ قَالَ بَلَىٰ وَلَٰكِن لِّيَطْمَئِنَّ قَلْبِى ۖ قَالَ فَخُذْ أَرْبَعَةًۭ مِّنَ ٱلطَّيْرِ فَصُرْهُنَّ إِلَيْكَ ثُمَّ ٱجْعَلْ عَلَىٰ كُلِّ جَبَلٍۢ مِّنْهُنَّ جُزْءًۭا ثُمَّ ٱدْعُهُنَّ يَأْتِينَكَ سَعْيًۭا ۚ وَٱعْلَمْ أَنَّ ٱللَّهَ عَزِيزٌ حَكِيمٌۭ

(Ya Rəsulum!) Xatırla ki, İbrahim: “Ey Rəbbim, ölüləri nə cür diriltdiyini mənə göstər!” – dedikdə (Allah): “Məgər (ölüləri diriltməyimə) inanmırsan?” –buyurmuşdu. (İbrahim:) “Bəli, inanıram, lakin ürəyim sakit (xatircəm) olmaq üçün (soruşdum)”, - deyə cavab vermişdi. (Bu zaman Allah ona) buyurmuşdu: “Dörd cür (cins) quş götürüb (səhv salmamaq üçün) onlara diqqətlə bax, (onları parçalayaraq bir-birinə qatandan) sonra hər dağın başına onlardan bir parça at, sonra onları çağır, tez yanına gələcəklər. Bil ki, Allah yenilməz qüvvət, hikmət sahibidir!”

Ey Peyğəmbər! Bir zaman İbrahimin - aleyhissəlam: "Ey Rəbbim, ölüləri necə di­rildiyini mə­nə öz gözlərimlə gös­tər!"– dediyini xatırla. Allah ona: "Mə­gər sən buna inanmır­san?"– de­yə buyurdu. İb­rahim dedi: "Əlbəttə ki, ina­nıram! Lakin qəlbimin daha rahat olmasını istəyirəm". Allah ona əmr edərək belə bu­yurdu: "Dörd cür quş tutub özünə tərəf çək və onları tikə-tikə et, sonra ətrafındaki dağların, hər dağın başına on­lardan bir parça qoy, sonra da onları çağır, tələm-tələsik sə­nin yanına gələcəklər. Artıq onlar yenidən həyata qayıtmışdılar. Ey İbrahim bil ki, Allah Öz mülkündə qüdrətlidir, işində, şəriətində və yaratmaqında hikmət sahibidir!"

Al-Baqara 2:260Listen in Qur'an →

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.