Muslim99Muslim99
← Tafsir library

2. Al-Baqara

The Cow · Medinan · 286 ayahs

سُورَةُ البَقَرَةِ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 241–250 of 286

241

وَلِلْمُطَلَّقَٰتِ مَتَٰعٌۢ بِٱلْمَعْرُوفِ ۖ حَقًّا عَلَى ٱلْمُتَّقِينَ

Boşanan qadınları qəbul olunmuş tərzdə (şəriətə müvafiq) faydalandırmaq müttəqilərin vəzifəsidir.

Boşanmış qadınların boşanma səbəbindən sınmış könüllərini almaq üçün, şəriətə müvafiq qayda üzrə, ərin maddi imkanının az və çoxluğunu nəzərə alaraq, qadınlara geyim, mal və s. bu kimi yaxşılıq etmək lazımdır. Bu hökm, Uca Allahın əmrini yerinə yetirib, qadağanından çəkinən müttəqilər üzərində bir borcdur.

Al-Baqara 2:241Listen in Qur'an →
242

كَذَٰلِكَ يُبَيِّنُ ٱللَّهُ لَكُمْ ءَايَٰتِهِۦ لَعَلَّكُمْ تَعْقِلُونَ

Allah sizə Öz ayələrini, (hökmlərini) bu qaydada aydınlaşdırır ki, düşünüb anlayasınız (əqlinizə batsın).

Ey möminlər! Yuxarıda qeyd edilən açıq-aydın izah kimi, Allah, Onun hüdudlarını və hökmlərini əhatə edən ayələrini sizə belə bəyan edir ki, bəlkə siz bunları başa düşüb, bunlara əməl edib, dünya və axirətdə xeyirə nail olasınız.

Al-Baqara 2:242Listen in Qur'an →
243

۞ أَلَمْ تَرَ إِلَى ٱلَّذِينَ خَرَجُوا۟ مِن دِيَٰرِهِمْ وَهُمْ أُلُوفٌ حَذَرَ ٱلْمَوْتِ فَقَالَ لَهُمُ ٱللَّهُ مُوتُوا۟ ثُمَّ أَحْيَٰهُمْ ۚ إِنَّ ٱللَّهَ لَذُو فَضْلٍ عَلَى ٱلنَّاسِ وَلَٰكِنَّ أَكْثَرَ ٱلنَّاسِ لَا يَشْكُرُونَ

(Ya Rəsulum!) Minlərlə adamın (taundan) ölüm qorxusu ilə öz yurdlarını tərk edib getdiklərini görmədinmi? Allah onlara: “Ölün!” – dedi və sonra da (yenidən) diriltdi. Həqiqətən, Allah insanlara lütf edəndir, lakin insanların bir çoxu şükür etməzlər!

Ey Peyğəmbər! Məgər çoxlu sayda insanların vəba yaxud başqa bir xəstəlik üzündən, ölümdən qorxaraq, yurdlarını tərk edib getmə xəbəri sənə gəlib çatmadımı? Onlar İsrail oğullarından bir tayfa idi. Allah onlara: "Ölün!"– dedi. Onlarda dərhal öldülər. Sonra isə Allah onlara, bütün işlərin Onun əlində olduğunu, onların özlərinə nə bir xeyir nə də ki, bir zərər verməyə qabir olmadığlarını bəyan etmək üçün onları yenidən diriltdi. Həqiqətən, Allah insanlara bol-bol nemətlər bəxş edən və onlara qarşı lütfkardır, lakin insanların çoxu bu nemətlərə görə Allaha şükür etməzlər!

Al-Baqara 2:243Listen in Qur'an →
244

وَقَٰتِلُوا۟ فِى سَبِيلِ ٱللَّهِ وَٱعْلَمُوٓا۟ أَنَّ ٱللَّهَ سَمِيعٌ عَلِيمٌۭ

Allah yolunda vuruşun və bilin ki, Allah eşidəndir, biləndir!

Ey möminlər! Allahın düşmənləri ilə Onun dininə yarım etmək və Allahın adını uca tutmaq üçün vuruşun. Bilin ki, Allah sizin sözlərinizi eşidəndir, qəlblərinizdə olanı da və əməllərinizi də biləndir və O, etdiyiniz əməllərin müqabilini verəcəldir.

Al-Baqara 2:244Listen in Qur'an →
245

مَّن ذَا ٱلَّذِى يُقْرِضُ ٱللَّهَ قَرْضًا حَسَنًۭا فَيُضَٰعِفَهُۥ لَهُۥٓ أَضْعَافًۭا كَثِيرَةًۭ ۚ وَٱللَّهُ يَقْبِضُ وَيَبْصُۜطُ وَإِلَيْهِ تُرْجَعُونَ

Allah yolunda (könül xoşluğu ilə halal maldan) yaxşı borc verən kimdir ki, (Allah da) onun mükafatını (əvəzini) qat-qat artırsın?! Allah (kimisini) sıxıntıya salar (ruzisini azaldar), (kimisinin də) ürəyini açar (bol ruzi verər). Siz (dünyada gördüyünüz işlərin əvəzini almaq üçün) Onun hüzuruna qaytarılacaqsınız.

Sizlərdən malını yaxşı niyyətlə və könül xoşluğu ilə Allah yolunda xərcləyib, borc verən kimdir ki, Allahda ona verdiyi borcun bol-bol əvəzini qaytarsın?! Allah kimin ruzisini azaldar, sağlamlığını və s. bu kimi nemətləri əlindən alar, kimi də Öz hikməti və adilliyi ilə ona olan nemətini bol edər. Siz axirətdə yalnız Ona qaytarılacaqsınız və O, etdiyiniz əməllərin müqabilini verəcəldir.

Al-Baqara 2:245Listen in Qur'an →
246

أَلَمْ تَرَ إِلَى ٱلْمَلَإِ مِنۢ بَنِىٓ إِسْرَٰٓءِيلَ مِنۢ بَعْدِ مُوسَىٰٓ إِذْ قَالُوا۟ لِنَبِىٍّۢ لَّهُمُ ٱبْعَثْ لَنَا مَلِكًۭا نُّقَٰتِلْ فِى سَبِيلِ ٱللَّهِ ۖ قَالَ هَلْ عَسَيْتُمْ إِن كُتِبَ عَلَيْكُمُ ٱلْقِتَالُ أَلَّا تُقَٰتِلُوا۟ ۖ قَالُوا۟ وَمَا لَنَآ أَلَّا نُقَٰتِلَ فِى سَبِيلِ ٱللَّهِ وَقَدْ أُخْرِجْنَا مِن دِيَٰرِنَا وَأَبْنَآئِنَا ۖ فَلَمَّا كُتِبَ عَلَيْهِمُ ٱلْقِتَالُ تَوَلَّوْا۟ إِلَّا قَلِيلًۭا مِّنْهُمْ ۗ وَٱللَّهُ عَلِيمٌۢ بِٱلظَّٰلِمِينَ

(Ya Rəsulum!) Musadan sonra bir dəstə (tanınmış) İsrail övladının başına gələnləri görmədinmi? Onlar öz peyğəmbərinə: “Bizə bir hökmdar göndər ki, (onun köməyi ilə) Allah yolunda (zülmkarlarla) vuruşaq!” - dedilər. O da (onlara): “Sizə vuruşma əmri olduqda, bəlkə, vuruşmadınız?” – söylədi. Onlar cavabında dedilər: “Allah yolunda nə üçün vuruşmayaq ki, yurdumuzdan çıxarıldıq, övladlarımızdan ayrıldıq”. Lakin onlara vuruşmaq vacib olduğu vaxt, içərilərindən az bir qismi müstəsna olmaqla, (hamısı döyüşdən) üz çevirdilər. Allah (özlərinə) zülm edənləri tanıyır!

Ey Peyğəmbər! Məgər Musadan - aleyhissəlam - sonra İsrail oğullarından əsil-nəcabətli insanların xəbəri sənə gəlib çatmadımı?! O zaman onlar öz peyğəmbərlərinə dedilər: "Bizə elə bir hökmdar təyin et ki, biz də onunla birğə Allah yolunda vuruşaq!" O da onlara belə dedi: "Allah sizə vuruşmaqı vacib etsə, ola bilsin ki, vuruşmayasınız?" Onlar peyğəmbərlərinin özləri barədə bu zənninə inkar edərək dedilər: "Bizə Allah yolunda vuruşmaqa mane olan nədir ki, artıq vuruşmaqı tələb edən səbəblər də vardır?. Çünki düşmənlərimiz bizi vətənimizdən çıxarmış və övladlarımızı da əsir almışdır, elə isə biz, vətənimizi və övladlarımızı onlardan xilas etmək üçün vuruşmalıyıq". Amma Allah vuruşmaqı onlara vacib edildikdə isə onlardan az bir qismi istisna olmaqla hamısı döyüşdən üz çevirdib, verdikləri əhdi yerinə yetirmədilər. Allah, Onun əmrindən üz çevirən, əhdini pozan zalımları tanıyır və onların etdikləri əməllərin müqabilini verəcəkdir.

Al-Baqara 2:246Listen in Qur'an →
247

وَقَالَ لَهُمْ نَبِيُّهُمْ إِنَّ ٱللَّهَ قَدْ بَعَثَ لَكُمْ طَالُوتَ مَلِكًۭا ۚ قَالُوٓا۟ أَنَّىٰ يَكُونُ لَهُ ٱلْمُلْكُ عَلَيْنَا وَنَحْنُ أَحَقُّ بِٱلْمُلْكِ مِنْهُ وَلَمْ يُؤْتَ سَعَةًۭ مِّنَ ٱلْمَالِ ۚ قَالَ إِنَّ ٱللَّهَ ٱصْطَفَىٰهُ عَلَيْكُمْ وَزَادَهُۥ بَسْطَةًۭ فِى ٱلْعِلْمِ وَٱلْجِسْمِ ۖ وَٱللَّهُ يُؤْتِى مُلْكَهُۥ مَن يَشَآءُ ۚ وَٱللَّهُ وَٰسِعٌ عَلِيمٌۭ

(İsrail övladının) peyğəmbəri onlara dedi: “Allah Talutu sizə padşah göndərdi”. Onlar isə: “Biz hökmdarlığa daha layiq ikən və ona var-dövlət verilmədiyi halda, o, necə bizə padşah ola bilər?” – deyə cavab verdilər. (Peyğəmbər onlara) dedi: “Allah sizdən ötrü onu (bəyənib) seçmiş, elm və bədəncə (qüvvəcə) ona üstünlük vermişdir. Allah Öz mülkünü (səltənətini) istədiyinə verər. Allah (Öz lütfü və kərəmi ilə) genişdir, (Allah hər şeyi) biləndir!”

Peyğəmbərləri onlara dedi: "Allah Talutu onun bayrağı altında vuruşmanız üçün sizə hökmdar təyin etdi!". Onlardan əsil-nəcabətli olanlar, peyğəmbərlərinin bu seçiminə üz çevirib, inkar edərək dedilər: "O bizim üzərimizdə necə hökmdar ola bilər ki, biz hökmdarlığa ondan daha çox layiqik, çünki o, hökümdar övladı deyildir və ona hökümdar olması üçün heç böyük var-dövlət də verilməmişdir". Bu zaman Peyğəmbərləri onlara dedi: "Allah onu sizin üzərinizə hökmdar seçdi və elm və bədəncə sizdən üstün etdi. Allah Öz mülkünü hikməti və rəhməti ilə istədiyi kəsə verir. Allahın lütfü genişdir və bu lütfü istədiyinə bəxş edir və insanlardan buna kimin layiq olduğunu da bilir.

Al-Baqara 2:247Listen in Qur'an →
248

وَقَالَ لَهُمْ نَبِيُّهُمْ إِنَّ ءَايَةَ مُلْكِهِۦٓ أَن يَأْتِيَكُمُ ٱلتَّابُوتُ فِيهِ سَكِينَةٌۭ مِّن رَّبِّكُمْ وَبَقِيَّةٌۭ مِّمَّا تَرَكَ ءَالُ مُوسَىٰ وَءَالُ هَٰرُونَ تَحْمِلُهُ ٱلْمَلَٰٓئِكَةُ ۚ إِنَّ فِى ذَٰلِكَ لَءَايَةًۭ لَّكُمْ إِن كُنتُم مُّؤْمِنِينَ

(İsrail övladının) peyğəmbəri onlara dedi: “(Talutun) padşahlıq əlaməti (Musaya verilən) sandığın sizə gəlməsidir. Onun içində (sizin üçün) Rəbbinizdən bir arxayınlıq, rahatlıq (mə’nəvi bir qüvvə, səbat), həmçinin Musa və Harun nəslindən qalan şeylər (Musanın əsası, Tövratın bə’zi lövhələri, bir az qüdrət halvası və s.) vardır. Onu mələklər gətirəcək. Əgər siz mö’minsinizsə, onda sizin üçün (peyğəmbərin verdiyi xəbərin doğruluğunu təsbiq edən) qəti dəlil vardır”.

Peyğəmbərləri onlara dedi: "Allahın onu sizin üzərinizdə hökmdar seçməsinin doğruluğunun əlaməti, Allahın, sizə içərisində bir rahatlıq olan tabutu - bu, İsrail oğullarından alınmış böyük bir sandığ idi - qaytarmasıdır. Bu tabutun içərisində, Musa və Harun ailəsinin qoyduğu, əsa və Tövratın bəzi lövhələri kimi qalıqlar var idi. Əgər siz həqiqətən möminsinizsə, bunda sizin üçün açıq-aydın əlamət vardır.

Al-Baqara 2:248Listen in Qur'an →
249

فَلَمَّا فَصَلَ طَالُوتُ بِٱلْجُنُودِ قَالَ إِنَّ ٱللَّهَ مُبْتَلِيكُم بِنَهَرٍۢ فَمَن شَرِبَ مِنْهُ فَلَيْسَ مِنِّى وَمَن لَّمْ يَطْعَمْهُ فَإِنَّهُۥ مِنِّىٓ إِلَّا مَنِ ٱغْتَرَفَ غُرْفَةًۢ بِيَدِهِۦ ۚ فَشَرِبُوا۟ مِنْهُ إِلَّا قَلِيلًۭا مِّنْهُمْ ۚ فَلَمَّا جَاوَزَهُۥ هُوَ وَٱلَّذِينَ ءَامَنُوا۟ مَعَهُۥ قَالُوا۟ لَا طَاقَةَ لَنَا ٱلْيَوْمَ بِجَالُوتَ وَجُنُودِهِۦ ۚ قَالَ ٱلَّذِينَ يَظُنُّونَ أَنَّهُم مُّلَٰقُوا۟ ٱللَّهِ كَم مِّن فِئَةٍۢ قَلِيلَةٍ غَلَبَتْ فِئَةًۭ كَثِيرَةًۢ بِإِذْنِ ٱللَّهِ ۗ وَٱللَّهُ مَعَ ٱلصَّٰبِرِينَ

Talut qoşunu ilə (öz yurdundan, Qüdsdən) ayrıldığı zaman (əsgərlərinə) dedi: “Allah sizi (axar) bir çay vasitəsilə imtahan edəcək. Kim onun suyundan içsə, o məndən (mənə tabe olanlardan) deyildir. Kim ondan dadmasa, dadsa da, bir ovucdan artıq içməsə, o məndəndir”! Lakin onların az bir qismi müstəsna olmaqla, (hamısı) o sudan içdi. O (Talut) və onunla birlikdə olan mö’minlər (çayı) keçdikdən sonra (düşmən qoşununu görüb) dedilər: “Bu gün bizim Calut (düşmən tərəfin hökmdarı) və onun qoşunu ilə vuruşmağa taqətimiz yoxdur”! (İçərilərindən) Allahın rəhmətinə qovuşacaqlarına (Allahın dərgahına qayıdacaqlarına) inanalar isə dedilər: “Neçə dəfə olub ki, az bir dəstə Allahın izni (iradəsi) ilə çox bir dəstəyə qalib gəlib! Allah səbr edənlərlədir!”

Talut qoşunla birlikdə yurdundan çıxdıqda onlara dedi: "Allah sizi bir çayla imtahan edəcək. Kim ondan içsə, məndən deyildir və döyüşdə mənimlə birgə olmasın. Kim ondan içməsə, o, məndəndir, döyüşdə mənimlə birgə ola bilər. Lakin məcbur olub bir ovuc miqdarında su içənə heç bir günah olmaz". Əsgərlərdən şiddətli sususluqa səbir edən az bir qismi istisna olmaqla hamısı o çaydan su içdilər. Talut və onunla olan möminlər çayı birlikdə keçdikdən sonra əsgərlərindən bəziləri dedilər: "Bu gün bizim Calut və onun qoşunu ilə döyüşməyə gücümüz çatmayacaq". Bu zaman, qiyamət günü Allahla qarşılaşacaqlarına yəqin olanlar isə dedilər: "Neçə-neçə sayı az olan mömin dəstə Allahın izni və yardımı ilə sayı çox olan kafir dəstəyə qalib gəlmişdir! Qələbə çalmaq üçün əsas imandır, çoxluq deyildir. Allah səbr edən qulları ilə birgədir, onlara qüvvət verər və yardım edər".

Al-Baqara 2:249Listen in Qur'an →
250

وَلَمَّا بَرَزُوا۟ لِجَالُوتَ وَجُنُودِهِۦ قَالُوا۟ رَبَّنَآ أَفْرِغْ عَلَيْنَا صَبْرًۭا وَثَبِّتْ أَقْدَامَنَا وَٱنصُرْنَا عَلَى ٱلْقَوْمِ ٱلْكَٰفِرِينَ

Onlar Calut və əsgərləri ilə qarşılaşdıqları zaman dedilər: “Ey Rəbbimiz, bizə bollu səbr və dizimizə (ayaqlarımıza) qüvvət ver! Bizə kafir qövm üzərində qələbə qazandır!”

Onlar Calutun və onun qoşununun qarşısına çıxdıqda Allaha dua edərək dedilər: "Ey Rəbbimiz! Qəlbimizə möhkəm səbr ver, düşmənimizin qarşısından qaçmamaq və məğlub olmamağımız üçün qədəmlərimizi sabit et, qüvvətin və köməyin ilə kafir qövmə qələbə çalmaqda bizə yardım et!"

Al-Baqara 2:250Listen in Qur'an →

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.