Əlbəttə, Pak və Uca Allah istədiyi hər hansı bir şeyi misal çəkməkdən əsla utanmaz. Allah, ağcaqanadan istər böyük, istərsə də kiçik olan məxluqatlar ilə misal gətirməkdən çəkinməz. İnsanlar belə misalların qarşısında iki qisimdir: Bu misallara iman edənlər və küfür edənlər: İman gətirənlər bu misalların doğruluğunu təsdiq edər və belə misalların, öz Rəbbləri tərəfindən çəkilməsinin bir hikməti olduğunu dərk edərlər. Amma kafirlərə gəldikdə isə onlar, istehza edərək bir-birlərindən: "Allahın, ağcaqanadı, milçəyi, əqrəbi və s. bu kimi həqir məxluqatı misal çəkməsinin səbəbi nədir" -deyə soruşarlar. Bu zaman Allah onlara belə cavab verir ki, Allahın bu misalları çəkməsində, insanlar üçün hidayət, yönləndirmə və imtahanlar vardır. Allah onların bir çoxunu bu misallar haqqında düşünməkdən üz çevirdiklərinə görə azdırmışdır. Çoxları isə bu misalları düşünüb ibrət aldıqlarına görə Allah onlara hidayət bəxş etmişdir. Haqdan yalnız münafiqlər kimi, Allahın itaətindən çıxan, azğınlığa layiq olan insanlar azar.