Muslim99Muslim99
← Tafsir library

2. Al-Baqara

The Cow · Medinan · 286 ayahs

سُورَةُ البَقَرَةِ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 231–240 of 286

231

وَإِذَا طَلَّقْتُمُ ٱلنِّسَآءَ فَبَلَغْنَ أَجَلَهُنَّ فَأَمْسِكُوهُنَّ بِمَعْرُوفٍ أَوْ سَرِّحُوهُنَّ بِمَعْرُوفٍۢ ۚ وَلَا تُمْسِكُوهُنَّ ضِرَارًۭا لِّتَعْتَدُوا۟ ۚ وَمَن يَفْعَلْ ذَٰلِكَ فَقَدْ ظَلَمَ نَفْسَهُۥ ۚ وَلَا تَتَّخِذُوٓا۟ ءَايَٰتِ ٱللَّهِ هُزُوًۭا ۚ وَٱذْكُرُوا۟ نِعْمَتَ ٱللَّهِ عَلَيْكُمْ وَمَآ أَنزَلَ عَلَيْكُم مِّنَ ٱلْكِتَٰبِ وَٱلْحِكْمَةِ يَعِظُكُم بِهِۦ ۚ وَٱتَّقُوا۟ ٱللَّهَ وَٱعْلَمُوٓا۟ أَنَّ ٱللَّهَ بِكُلِّ شَىْءٍ عَلِيمٌۭ

Qadınlarınızı (ric’i talaqla) boşadığınız və onların gözləmə müddəti başa çatdığı zaman onları ya xoşluqla saxlayın, ya da xoşluqla buraxın. (Əziyyət və) zərər vermək məqsədilə haqlarına təcavüz edib onları saxlamayın! Hər kəs bunu etsə, şübhəsiz ki, özünə zülm etmiş olar. Allahın ayələri (hökmləri) ilə oynamayın (onlara istehza etməyin). Allahın sizə verdiyi ne’mətləri, öyüd-nəsihət üçün göndərdiyi Kitabı (Qur’anı) və hikməti xatırlayın! Allahdan qorxun və Allahın, həqiqətən, hər şeyi bildiyini anlayın!

Qadınlarınızı boşadığınız və onların gözləmə müddəti sona yaxınlaşdığı zaman onları ya şəriətə müvafiq qayda üzrə qaytarın, ya da müvafiq qayda üzrə rici talaq etmədən gözləmə müddəti bitənə qədər buraxın. Cahillik dövründə etdikləri kimi qadınlara təcavüz etmək və zərər vurmaq məqsədilə onları qaytarmayın. Kim bunu qadına zərər vermək məqsədi ilə etsə, nəfsini günaha və əzaba məruz qoyduğu üçün özünə zülm etmiş olar. Allahın ayələrini ələ salmaq və ayələrə qarşı cürət etməklə istehza etməyin. Allahın sizə olan nemətlərini və bu nemətlərin ən əzəmətlisi olan, sizə nazil etdiyi Quran və Sünnə nemətini yadınıza salın. Allah bu nemətləri sizin Ona ümid və qorxu ilə ibadət etməniz üçün yadınıza salır. Allahın əmrlərinə tabe olub qadağanlarından çəkinməklə Ondan qorxun və bilin ki, Allah hər şeyi bilir, Ona heç bir şey gizli qalmaz və Allah etdiyiniz əməllərin müqabilini də verəcəkdir.

Al-Baqara 2:231Listen in Qur'an →
232

وَإِذَا طَلَّقْتُمُ ٱلنِّسَآءَ فَبَلَغْنَ أَجَلَهُنَّ فَلَا تَعْضُلُوهُنَّ أَن يَنكِحْنَ أَزْوَٰجَهُنَّ إِذَا تَرَٰضَوْا۟ بَيْنَهُم بِٱلْمَعْرُوفِ ۗ ذَٰلِكَ يُوعَظُ بِهِۦ مَن كَانَ مِنكُمْ يُؤْمِنُ بِٱللَّهِ وَٱلْيَوْمِ ٱلْءَاخِرِ ۗ ذَٰلِكُمْ أَزْكَىٰ لَكُمْ وَأَطْهَرُ ۗ وَٱللَّهُ يَعْلَمُ وَأَنتُمْ لَا تَعْلَمُونَ

Boşanmış qadınların gözləmə müddətləri bitərkən aralarında barışıq və yaxşılıqla yaşamağa razılıq olduğu zaman onların təkrar öz ərlərinə nikah edilməsinə mane olmayın! Bu sizin Allaha və axirət gününə inananlarınıza verilən bir nəsihətdir. Bu (şər’i baxımdan) sizin üçün daha təmiz (faydalı) və daha pakdır. Allah (sizin mənfəətinizi) bilir, siz bilməzsiniz!

Qadınlarınızı üç talaqdan az sayda boşadığınız və gözləmə müddəti başa çatdığı zaman - ey vəlilər- o qadınlar yenidən əvvəlki ərləri ilə öz aralarında razılığa gəlib yeni bir nikah bağladıqdan sonra ərə getmək istəsələr onlara mane olmayın. Onların yenidən əvvəlki ərlərinə qayıtmağa mane olmağı qadağan edən bu hökm, sizlərdən Allaha və axirət gününə iman gətirənlər üçün bir öyüd-nəsihətdir. Bu sizin üçün daha çox xeyirlidir və namusunuz və əməlləriniz üçün daha pakdır. Allah işlərin həqiqətini və sonunu bilir, siz isə bunuları bilmirsiniz.

Al-Baqara 2:232Listen in Qur'an →
233

۞ وَٱلْوَٰلِدَٰتُ يُرْضِعْنَ أَوْلَٰدَهُنَّ حَوْلَيْنِ كَامِلَيْنِ ۖ لِمَنْ أَرَادَ أَن يُتِمَّ ٱلرَّضَاعَةَ ۚ وَعَلَى ٱلْمَوْلُودِ لَهُۥ رِزْقُهُنَّ وَكِسْوَتُهُنَّ بِٱلْمَعْرُوفِ ۚ لَا تُكَلَّفُ نَفْسٌ إِلَّا وُسْعَهَا ۚ لَا تُضَآرَّ وَٰلِدَةٌۢ بِوَلَدِهَا وَلَا مَوْلُودٌۭ لَّهُۥ بِوَلَدِهِۦ ۚ وَعَلَى ٱلْوَارِثِ مِثْلُ ذَٰلِكَ ۗ فَإِنْ أَرَادَا فِصَالًا عَن تَرَاضٍۢ مِّنْهُمَا وَتَشَاوُرٍۢ فَلَا جُنَاحَ عَلَيْهِمَا ۗ وَإِنْ أَرَدتُّمْ أَن تَسْتَرْضِعُوٓا۟ أَوْلَٰدَكُمْ فَلَا جُنَاحَ عَلَيْكُمْ إِذَا سَلَّمْتُم مَّآ ءَاتَيْتُم بِٱلْمَعْرُوفِ ۗ وَٱتَّقُوا۟ ٱللَّهَ وَٱعْلَمُوٓا۟ أَنَّ ٱللَّهَ بِمَا تَعْمَلُونَ بَصِيرٌۭ

Analar (istər boşanmış, istərsə də boşanmamış olsun) uşaqlarını əmizdirmə müddətini tamamlatmaq istəyən (atalar) üçün tam iki il əmizdirsinlər. Anaların yeməyi və geyimi öz qüvvəsi dairəsində (uşağın) atasının üzərinə düşür. Heç kəs gücü çatdığından artıq yüklənməz. Nə bir ana, nə də bir ata uşağına görə zərər çəkməsin! (Ata öləndən sonra) bu vəzifə həmin qaydada varisin üzərinə düşür. Əgər ata və ana öz aralarında məsləhətləşib, uşağı (iki ildən tez) süddən kəsmək qərarına gəlsələr, ikisinə də heç bir günah olmaz. Əgər siz uşağınızı başqasına (süd anasına) əmizdirmək istəyirsinizsə, onun zəhmət haqqını müəyyən olunmuş qayda üzrə (şəriətə müvafiq) ödəsəniz, yenə də sizə günah sayılmaz. Allahdan qorxun və bilin ki, Allah, həqiqətən, sizin nə etdiklərinizi görəndir!

Analar öz övladlarını kamil iki il əmizdirməlidirlər. Bu, iki il əmizdirmə müddəti əmizdirməni tamamlamaq istəyənlər üçündür. Boşanmış süd əmizdirən anaların yeməyi və geyimi şəriətə müxalif olmamaq şərti ilə insanların adəti üzrə uşağın atasının üzərinə düşür. Allah heç kəsi imkanı və qüvvəsi çatdığından artıq yüklənməz. Valideyinlərdən hər hansı birinə, biri-birinə əziyyət verməsi üçün uşağı vasitə etməsi halal olmaz. Əgər uşağın atası və uşağın malı yoxdursa bu zaman atanın üzərində olan bu haqq eynilə varisin üzərinə düşür. Əgər ata və ana uşağın xeyri üçün öz aralarında məsləhətləşib razılığa gəldikdən sonra uşağı iki il tamam olmazdan əvvəl süddən kəsmək istəsələr, bu işdə ikisinə də heç bir günah olmaz. Əgər siz uşaqlarınızı doğma analarından başqa süd anasına əmizdirmək istəyirsinizsə və süd əmizdirən qadınların haqqını kəsmədən və gecikdirmədən şəriətə müvafiq qayda üzrə ödəsəniz, yenədə sizə heç bir günah olmaz. Allahın əmrlərini yerinə yetirib, qadağanlarından çəkinməklə Ondan qorxun və bilin ki, Allah sizin nə etdiklərinizi görür və heç bir şey gizli qalmaz və O, etdiyiniz əməllərə görə sizin mükafatınızı verəcəkdir.

Al-Baqara 2:233Listen in Qur'an →
234

وَٱلَّذِينَ يُتَوَفَّوْنَ مِنكُمْ وَيَذَرُونَ أَزْوَٰجًۭا يَتَرَبَّصْنَ بِأَنفُسِهِنَّ أَرْبَعَةَ أَشْهُرٍۢ وَعَشْرًۭا ۖ فَإِذَا بَلَغْنَ أَجَلَهُنَّ فَلَا جُنَاحَ عَلَيْكُمْ فِيمَا فَعَلْنَ فِىٓ أَنفُسِهِنَّ بِٱلْمَعْرُوفِ ۗ وَٱللَّهُ بِمَا تَعْمَلُونَ خَبِيرٌۭ

Sizdən ölənlərin qoyub getdiyi qadınlar dörd ay on gün (başqa ərə getməyib) özlərini gözləməlidirlər. Bu müddət tamam olduqda, artıq onların öz barələrində şəriətə müvafiq surətdə etdikləri işdən sizə heç bir günah gəlməz. Allah etdiklərinizin hamısından xəbərdardır!

Sizlərdən ölənlərin və özlərindən sonra tərk etdiyikləri hamilə olmayan zövcələri, özlərini dörd ay on gün müddətində gözləməsi vacibdir. Onlara bu müddət ərzində ərinin evindən kənara çıxması, zinət əşyalarından istifadə etməsi və ərə getməsi caiz deyildir. Ey Vəlilər! Onların gözləmə müddəti­ bitdikdən sonra, bu müddət ərzində onlara qadağan olan şeyləri, şəriətə və adətə müvafiq qayda üzrə, özləri barədə etdikləri işə görə sizə günah sayılmaz. Allah nə etdiklərinizdən xəbərdardır, aşkara çıxartdıqınız və gizlində saxladıqınız işlərdən Ona heç bir şey gizli qalmaz və O, sizin əməllərinizin müqabilini verəcəkdir.

Al-Baqara 2:234Listen in Qur'an →
235

وَلَا جُنَاحَ عَلَيْكُمْ فِيمَا عَرَّضْتُم بِهِۦ مِنْ خِطْبَةِ ٱلنِّسَآءِ أَوْ أَكْنَنتُمْ فِىٓ أَنفُسِكُمْ ۚ عَلِمَ ٱللَّهُ أَنَّكُمْ سَتَذْكُرُونَهُنَّ وَلَٰكِن لَّا تُوَاعِدُوهُنَّ سِرًّا إِلَّآ أَن تَقُولُوا۟ قَوْلًۭا مَّعْرُوفًۭا ۚ وَلَا تَعْزِمُوا۟ عُقْدَةَ ٱلنِّكَاحِ حَتَّىٰ يَبْلُغَ ٱلْكِتَٰبُ أَجَلَهُۥ ۚ وَٱعْلَمُوٓا۟ أَنَّ ٱللَّهَ يَعْلَمُ مَا فِىٓ أَنفُسِكُمْ فَٱحْذَرُوهُ ۚ وَٱعْلَمُوٓا۟ أَنَّ ٱللَّهَ غَفُورٌ حَلِيمٌۭ

(Bu müddəti gözləyən) qadınlara elçi göndərmək (onlarla evlənmək) istədiyinizi (rəmz və) işarə ilə bildirməkdən və ya belə bir istəyi ürəyinizdə gizlətməkdən sizə heç bir günah gəlməz. Allah sizin onları xatırlayacağınızı bilir. Lakin (gözləmə müddətində) onlarla gizlində və’dələşməyin, onlara şəriətə müvafiq söz deyin! Gözləmə vaxtları bitməyincəyə qədər onlarla nikah etmək fikrində olmayın! Bilin ki, Allah sizin qəlbinizdə olanı bilir. Ondan (Allahdan) qorxun, Allahın bağışlayan, həlim olduğunu bilin!

Əri ölmüş yaxud üç talaqdan sonra ərindən tam boşanmış, gözləmə müddətində olan qadınlara elçi göndərmək istəyinizi açıq-aydın deyil: "Gözləmə müddətin sona çatdıqda mənə xəbər edərsən" buna oxşar işarə ilə bildirməkdə sizə heç bir günah yoxdur. Həmçinin gözləmə müddətində olan qadınla, gözləmə müddəti bitdikdən sonra onunla evlənmək istəyinin qəlbinizdə olmasında sizə heç bir günah yoxdur. Siz onlara çox rəğbət etdiyiniz üçün, onları mütləq xatırlayacağınızı Allah bilir və elə buna görə də sizə bunu açıq-aydın deyil, işarə ilə bildirmənizə icazə vermişdir. Lakin onlar gözləmə müddətində olduqca, onlarla nikah bağlamaq üçün gizlicə vədələşməkdən çəkinin. Onlara yalnız şəriətə müvafiq qayda üzrə söz deyin, buda ki, onlara olan istəyinizi işarə ilə bildirməkdir. Gözləmə müddəti bitməyincəyə qədər onlarla nikah bağlamayın. Bilin ki, Allah sizin qəlblərinizdə, sizə halal va ya haram etdiyindən nələrin gizlin saxladığınızı bilir. Allahdan qorxun və Onun əmrinə müxalif olmayın! Bilin ki, Allah, Ona tövbə edən qullarının günahlarını bağışlayandır və həlimdir onlara əzab verməyə tələsməz.

Al-Baqara 2:235Listen in Qur'an →
236

لَّا جُنَاحَ عَلَيْكُمْ إِن طَلَّقْتُمُ ٱلنِّسَآءَ مَا لَمْ تَمَسُّوهُنَّ أَوْ تَفْرِضُوا۟ لَهُنَّ فَرِيضَةًۭ ۚ وَمَتِّعُوهُنَّ عَلَى ٱلْمُوسِعِ قَدَرُهُۥ وَعَلَى ٱلْمُقْتِرِ قَدَرُهُۥ مَتَٰعًۢا بِٱلْمَعْرُوفِ ۖ حَقًّا عَلَى ٱلْمُحْسِنِينَ

Yaxınlıq etmədiyiniz (toxunmadığınız) və mehrini (kəbin haqqını, başlığını) tə’yin etmədiyiniz qadınları boşamaq sizə günah sayılmaz. Qəbul olunmuş qayda üzrə, varlı öz imkanı daxilində, kasıb da gücü çatdığı qədər, yaxşılıq (ehsan) edənlərə layiq şəkildə onlara bir şey (müt’ə) versin!

Nikah bağladıqdan sonra cinsi əladəqdə olmadan və müəyyən bir mehr təyin etmədiyinizdən əvvəl zövcələrinizi boşasanız, sizə heç bir günah gəlməz. Əgər onları bu halda boşamalı olsanız, onlara mehr verməniz vacib deyildir. Vacib olan isə, onların könülünü almaq üçün, imkan daxilində, əgər kişi varlıdırsa çox mal, əgər kasıbdırsa az mal verməsidir. Bu mal vermək, yaxşılıq edənlərin əməllərində və müamələlərində vacib bir haqqdır.

Al-Baqara 2:236Listen in Qur'an →
237

وَإِن طَلَّقْتُمُوهُنَّ مِن قَبْلِ أَن تَمَسُّوهُنَّ وَقَدْ فَرَضْتُمْ لَهُنَّ فَرِيضَةًۭ فَنِصْفُ مَا فَرَضْتُمْ إِلَّآ أَن يَعْفُونَ أَوْ يَعْفُوَا۟ ٱلَّذِى بِيَدِهِۦ عُقْدَةُ ٱلنِّكَاحِ ۚ وَأَن تَعْفُوٓا۟ أَقْرَبُ لِلتَّقْوَىٰ ۚ وَلَا تَنسَوُا۟ ٱلْفَضْلَ بَيْنَكُمْ ۚ إِنَّ ٱللَّهَ بِمَا تَعْمَلُونَ بَصِيرٌ

Kəbin haqlarını tə’yin etmiş olduğunuz qadınları yaxınlıq etmədən əvvəl boşayarsınızsa, tə’yin olunmuş kəbin haqqının yarısını onlara verməlisiniz! Bununla belə, onlar (qadınlar) bunu (ərlərinə), yaxud əlində nikah müqaviləsi olanlar (ərlər) kəbin haqqının hamısını qadınlara bağışlaya bilərlər. (Ey kişilər!) Sizin bağışlamağınız (güzəştə getməyiniz) müttəqiliyə daha yaxındır. Bir-birinizə yaxşılıq etməyi unutmayın! Şübhəsiz ki, Allah sizin etdiklərinizi görəndir.

Əgər nikah bağladıqdan sonra cinsi əladəqdə olmazdan əvvəl, müəyyən bir mehr təyin etdikdən sonra zövcələrinizi boşasanız, təyin etdiyinizin mehrin yarısını onlara verməniz vacibdir. Qadınların - əgər onların ağlı kamildirsə - bunu sizə bağışlaması, yaxud da ərlərin bunu qadınalara kamil olaraq bağışlaması isə müstəsnadır. Əgər öz aranızda haqqlarınızı biri-birinizə bağışlasanız, bu Allahdan qorxmaqa və Onun taətinə daha yaxındır. Həqiqətən Allah sizin nə etdiklərinizi görür. Allahın savabına nail olmaq üçün yaxşılıq etməkdə çalışın.

Al-Baqara 2:237Listen in Qur'an →
238

حَٰفِظُوا۟ عَلَى ٱلصَّلَوَٰتِ وَٱلصَّلَوٰةِ ٱلْوُسْطَىٰ وَقُومُوا۟ لِلَّهِ قَٰنِتِينَ

(Fərz, vacib) namazlara, (xüsusilə) orta namaza (günortadan sonrakı əsr namazına, ikindi namazına) riayət (əməl) edin və Allaha itaət üçün ayağa qalxın (namaza durun).

Namazları Allahın əmr etdiyi kimi tam şəkildə yerinə yetirin, namazların arasında olan, orta namazı - əsr namazını qoruyun və namazlarınızda Allah qarşısında müti və Allahdan qorxaraq durun.

Al-Baqara 2:238Listen in Qur'an →
239

فَإِنْ خِفْتُمْ فَرِجَالًا أَوْ رُكْبَانًۭا ۖ فَإِذَآ أَمِنتُمْ فَٱذْكُرُوا۟ ٱللَّهَ كَمَا عَلَّمَكُم مَّا لَمْ تَكُونُوا۟ تَعْلَمُونَ

Əgər (düşməndən və yırtıcı heyvandan) qorxsanız, (namazınızı) piyada gedə-gedə və ya minik üstə (qılın). (Təhlükədən sovuşmağınıza) əmin olduqda isə Allahı, bilmədiyiniz şeyləri (namazı, duanı) sizə (Peyğəmbər və Qur’an vasitəsilə) nə cür öyrədibsə, o cür anın (zikr edin, namaz qılın)!

Əgər düşməndən və s. bu kimi şeylərdən qorxsanız və namazı tam şəkildə yerinə yetirməyə qadir olmasanız, onda namazı gedərək ayaq üstə və ya dəvə, at və s. bu kimi minik üzərində oturaq halda, yaxud necə bacarırsınızsa elə də qılın. Təhlükə sizdən sovuşduqda isə Allahı, sizə öyrətdiyi kimi yad edin! Allahın sizə öyrətdiklərindən biri də, namaz qıldıqda Allahı kamil və tam şəkildə zikr etməkdir. Həmçinin Allahı, sizə nur və doğru yol kimi bilmədiyiniz şeyləri öyrətdiyi üçün zikr edin.

Al-Baqara 2:239Listen in Qur'an →
240

وَٱلَّذِينَ يُتَوَفَّوْنَ مِنكُمْ وَيَذَرُونَ أَزْوَٰجًۭا وَصِيَّةًۭ لِّأَزْوَٰجِهِم مَّتَٰعًا إِلَى ٱلْحَوْلِ غَيْرَ إِخْرَاجٍۢ ۚ فَإِنْ خَرَجْنَ فَلَا جُنَاحَ عَلَيْكُمْ فِى مَا فَعَلْنَ فِىٓ أَنفُسِهِنَّ مِن مَّعْرُوفٍۢ ۗ وَٱللَّهُ عَزِيزٌ حَكِيمٌۭ

Sizlərdən vəfat edib özlərindən sonra arvadlarını qoyub gedən şəxslər həmin qadınlara öz evindən çıxarılmamaq şərtilə, bir il müddətində baxılmasını (vərəsələrinə) vəsiyyət etməlidirlər. Əgər onlar (öz arzuları ilə) çıxıb gedərlərsə, o zaman onların qəbul olunmuş qayda üzrə (şəriətə müvafiq) öz barələrində görəcəkləri işlər üçün siz günahkar deyilsiniz. Allah yenilməz qüvvət, hikmət sahibidir!

Sizlərdən ölən və özündən sonra zövcələr qoyub gedən kimsələr zövcələrinə kamil bir ilin tamamınadək evlərindən çıxarmamaqı və onların maddi tələbatını ödənilməsini vərəsəsinə vəsiyyət etməlidirlər. Vərəsəniz də onların özləri barədə etdiklərinə görə, meyitin vəsiyyətini yerinə yetirmək üçün, onları zorla yaşadıqları evindən çıxarmamalıdır. Əgər onlar öz istəkləri ilə kamil bir il tamam olmazdan əvvəl çıxıb getsələr, onların zinət əşyalarından və ətirdən istifadə etdiklərinə görə həm sizə, həm də ki, onlara günah olmaz. Allah qüdrətlidir, heç kimsə onu məğlub edə bilməz, O, işlərində, şəri hökmlərin də və insanlar üçün təyin etdiyi qədərin də hikmət sahibidir. Əksər təfsir aimlərin rəyinə əsasən, bu əyənin hökmü, Uca Allahın: (Sizdən ölənlərin qoyub getdiyi qadınlar dörd ay on gün (başqa ərə getməyib) özlərini gözləməlidirlər) [Bəqərə: 234] ayəsi ilə nəsx olunmuşdur.

Al-Baqara 2:240Listen in Qur'an →

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.